TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

- Rəsmi, qanuniləşdirilmiş dinin mövcud olmaması  

- Heç bir dinin məcburi müəyyən edilməməsi (vicdan azadlığı) 

- Dinin dövlətdən ayrı olması 

- Bütün dini etiqadların qanun qarşısında bərabərliyi. 



Düz radiasiya 

coğrafi 


Atmosferdən birbaşa keçərək Yer səthinə çatan Günəş şüaları 

E-hökumət 

hüquqi 


Dövlət  orqanlarının  fəaliyyətinin  səmərəliliyinin  və  operativliyinin  yüksəldilməsi,  əhali,  biznes 

qurumları ilə, həmçinin öz  aralarında  əlaqələrin asanlaşdırılması və  sərbəstləşdirilməsi  məqsədi ilə 

informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi 

Ehtiyac meyarı 

hüquqi 


Əhalinin  əsas  sosial-demoqrafik  qrupları  üzrə  yaşayış  minimumundan  asılı  olaraq  ünvanlı  dövlət 

sosial  yardımının təyin edilməsi  məqsədilə  dövlət büdcəsi  ilə  birgə  hər il üçün təsdiq olunan  hədd 

(“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanundan) 

Ekologiya 

coğrafi 


Canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elm 

Ekspansiya 

siyasi 


Genişləndirmə, ərazilərin işğalı 

Ekstradisiya 

hüquqi 


Cinayətkarı başqa dövlətə təhvil vermə 

Ekstravaqant 

siyasi 


Yüksək zövqlə geyinən və görünən 

Ekstremizm 

siyasi 


Siyasətdə iftrat görüşlərə və tədbirlərə olan meyl. ABŞ-SSSR 

Ekvator 

coğrafi 


Yerin coğrafi qütblərindən eyni  məsafədə  çəkilən  və  Yer  kürəsini iki bərabər hissəyə  bölən  xəyali 

çevrə. Ən uzun paraleldir. 



Ekzogen 

coğrafi 


Xarici 

Eqoizm 

ictimai 


Xudbinlik, özünüsevmə 

Elat 

tarixi 


Tayfa əyyanlarından asılı, yarımköçəri həyat sürən maldar kəndlilər 

Eldar şamı 

coğrafi 


Endem  ağac  növü  olub,  dünyada  təbii  halda  yalnız  Azərbaycanda  –  Qabırrı  çayının  sağ  sahilində, 

Elləroyuğu  dağında  bitir.  1910-cu  ilin  noyabrında  qrafinya  K.S.Uvarovanın  təklifi  ilə  Qafqazda  ilk 

qorunan  ərazi  olan  Eldar  şamı  sahəsində  3,5  min  hektar  ərazidə  botaniki  yasaqlq  elan  edildi  və 

qorunmağa başlandı. 



Elita 

siyasi 


Fransızca seçilmiş deməkdir. Yüksək təbəqə, zümrə. Hakimiyyətin daşıyıcısı anlamına gəlir. 

Emiqrasiya 

coğrafi 


Əhalinin  ölkədən  köçüb  getməsi.  Məs.:  irlandların  ABŞ-a  köçməsi.  Hazırda  ABŞ-da  40  mln-dan 

artıq İrlandiya mənsəli əhali yaşayır. 



Emissar 

siyasi 


(latınca emissarius - "nümayəndə") Başqa ölkəyə müəyyən qeyri-rəsmi tapşırıqla göndərilən dövlət, 

təşkilat və ya kəşfiyyat orqanlarının nümayəndəsi (əsasən məxfi şəkildə). 



Emissiya 

iqtisadi 

Qiymətli kağızların dövriyyəyə buraxılması 

Emitent 

iqtisadi 

Pulları qiymətli kağızları, ödəmə-hesabat sənədlərini dövriyyəyə buraxan dövlət, təşkilat. 

malgöndərənin  (podratçının)  tender  təklifinə,  satınalma  müqaviləsinin  yerinə  yetirilməsi  üzrə 

təminatlarına və digər ödəniş sənədlərinə zəmanət verən maliyyə qurumu; 

Empirik 

 

Konkret 



Endemik bitkilər 

coğrafi 


Dünyada yalnız bir yerdə bitən bitkilər.  Azərbaycanda azat, qaraçöhrə, dəmirağacı endemik bitkiləri 

yayılmışdır. 



Endogen 

coğrafi 


Daxili 

Enozis 

siyasi 


Hərbi yolla Kiprin Yunanıstana birləşdirilməsi 

Epiqrafika 

tarixi 


Epiqraflar haqqında elm 

Eskimoslar 

coğrafi 


Arktika  bölgədəki  dörd  ölkəyə  yayılmış  olaraq,  Şərq  Sibir,  Alyaska,  Kanada  və  Qrenlandiyada 

yaşayan qütb xalqıdır. Dinləri xristianlıq və şamanizmdir. 



Esperanto 

tarixi 


Beynəlxalq süni dil 1887-də yar 

Etatizm 

siyasi 


Fransızca dövlət deməkdir. dövlətin iqtisadi, sosial və mədəni sahələrdə rolunun artırılmasına deyilir. 

Etika 

siyasi 


Əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə 

edir.  Etika  və  ondan  yaranan  fənlər  (hüqüq,  dövlət  və  sosial  fəlsəfə)  praktiki  fəlsəfə  qrupuna  daxil 

eidlirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar. Nəzəri fəsəsfəyə məntiq, qavrama nəzəriyyəsi və 

metafizika daxildir. 



Etnogenez 

tarixi 


Xalqın mənşəyi 

Etnoqrafiya 

siyasi 


Yunan sözü olub, "etnos" xalq, "qrafis" isə təsvir etmək deməkdir. Etnoqrafiya xalqı öyrənən, təsvir 

edən,  xalqa  daha  yaxın  olan,  onun  adət-ənənələri,  istək  və  arzularına  daha  çox  bələd  olan  elmdir. 

Etnoqrafiya  elminin  başlıca  vəzifəsi  xalqı  öyrənmək,  tarixini  tədqiq  etmək  və  daha  da 

zənginləşdirməkdən  ibarətdir.  Etnoqrafiya  tarix  elminin  tərkib  hissəsidir.  Əgər  arxeologiya  tarix 

elminin  ixtiraçısı  hesab  olunursa,  etnoqrafiya  isə  onun  bərpaçısı  funksiyasını  daşıyır.  Ona  görə  də 

hər bir tədqiqatçı tarixin tədqiqi zamanı arxeoloji və etnoqrafik mənbələrə üstünlük verməlidir. 



Etnos 

coğrafi 


(yun.  xalq)  Nisbətən  sabit  xüsusiyyətləri  olan  mədəniyyət  və  psixikaјa  malik,  һabelə  öz  vəһdətini 

insanların başqa qruplarından fərqləndirən, bir dildə danışan insanların tarixən yaranmış məcmusu. 



Evrika 

tarixi 


"Tapdım" - Arximed 

Evtanaziya 

 

Sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə 



Əhalinin 

əsas 

sosial-demoqrafik 

qrupları 

hüquqi 


Yaş-cins  əlamətlərinə,  sosial  vəziyyətlərinə  görə  fərqlənən  əhali  qrupları  (əmək  qabiliyyətli  əhali, 

pensiyaçılar, əlillər, uşaqlar və s) (“Yaşayış minimumu haqqında” Qanundan) 



Əmək 

haqqı 

indeksı 

 

hüquqi 


Ay  ərzində  işçi  qüvvəsi  tərəfindən  göstərilən  xidmətin  qiyməti  aylıq  əmək  haqqının  və  məvacibin 

indeksını təmsil edir və o, müəssisə, fəaliyyət növü, mülkiyyət növü, iqtisadi region və ölkə üzrə pul 

və natura formasında məvacib və əmək haqqından əldə olunan gəlirə, miqdarı isə ay üzrə işlənilmiş 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə