TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

vaxta bərabərdir. 

Dövlət Sosial Fonduna işçilərin sosial müdafiəsi və pensiya təminatı üçün işəgötürənlər hesablanmış 

əmək haqqı fondunun 22-i faizini köçürürlər. Eyni zamanda, həmin fonda işçilərin əmək haqqının 3 

faizi köçürilir. 



Əmək 

qanunvericiliyi 

hüquqi 


Konstitusiya, tərəfdar beynəlxalq müqavilələr, Əmək Məcəlləsi, digər qanunvericilik aktları 

Əmək pensiyası 

hüquqi 


62  yaşına  çatmış  kişilərin  və  57  yaşına  çatmış  qadınların  azı  12  il  sığorta  stajı  olduqda  yaşa  görə 

əmək pensiyası hüququ vardır. Əmək pensiyası ödənildiyi mənbələr: Baza hissəsi (dövlət tərəfindən 

təmin olunur) 100 AZN (2013)Sığorta hissəsiYığım hissəsi 

Əməkhaqqı 

hüquqi 


Müvafiq  iş  vaxtı  ərzində  əmək  funksiyasını  yerinə  yetirmək  üçün  əmək  müqaviləsi  ilə  müəyyən 

edilmiş,  işçinin  gördüyü  işə  (göstərdiyi  xidmətlərə)  görə  işəgötürən  tərəfindən  pul  və  ya  natura 

formasında  ödənilən  gündəlik  və  ya  aylıq  məbləğ,  habelə  ona  edilən  əlavələrin,  mükafatların  və 

digər ödənclərin məcmusudur. (Əmək Məcəlləsi, maddə 154) 



Əmir 

tarixi 


Xilafət vaxtı hər bir əmirliyin başında xəlifə tərəfindən təyin edilmiş qoşun sərkərdəsi hesab edilən 

və böyük imtiyazlara malik əmir dururdu. 



Əmirlik 

tarixi 


Xilafətin ucqarlarında yaranmış xırda feodal dövlətləri. 

Əmr 

hüquqi 


Rəhbərlik tərəfindən ümumi və konkret, yazılı və şifahi, formal və q-formal məcburi göstərişlərdir. 

Əsasnamə 

hüquqi 


Sistemləşdirilmiş  normativ  hüququ  aktdır.    Konkret  dövlət  orqnı  və  müəssisənin,  yaxud  bütöv 

sistemin  hüquqi  strukturunu,  fəaliyyətinin  təşkilini  və  vətəndaşlarla  münasibətlərini  nizamlayır. 

Fərman və qərarla, bəzən MM tərəfində n təsdiq olunur. 

Federasiya 

coğrafi 


Latın  sözü  olub  ittifaq,  birlik  mənasındadır.  Daxilində  müəyyən  özünü  idarəetmə  hüququna  malik 

inzibati ərazi bölgüsü olan dövlət 



Feldyeger xidməti 

hüquqi 


Mühüm dövlət sirlərini özündə əks etdirən sənədləri, tam məxfi, qismən məxfi və məxfi əhəmiyyətə 

malik  sənaye  məhsullarının  ünvanlara  çatdırılmasını  həyata  keçirən  yarımhərbiləşdirilmiş  rabitə 

xidmətidir. Azərbaycanda Dövlət Feldyeger Xidməti NK-nin nəzdində (daxilində) fəaliyyət göstərir. 

Feldyeger  rabitəsi  dövlət  rabitə  xidmətinin  xüsusi  növüdür.  Azərbaycan  Respublikasında  onun 

vəzifələri aşağıdakılardan ibarətdir: 

-  Azərbaycan  Respublikasının  qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyəti  orqanlarının  xüsusilə 

mühüm,  tam  məxfi,  məxfi  və  digər  xidməti  korrespondensiyalarını  (məktublaşmalarını),  eləcə  də 

diplomatik korrespondensiyaları (məktublaşmaları) Azərbaycan Respublikasının ərazisində və onun 

hüdudlarından kənarda müvafiq ünvanlara çatdırmaq; 

-  müəssisə,  idarə  və  təşkilatların  korrespondensiyalarını,  habelə  texniki  sənədləri  və  sənaye 

məmulatları  nümunələrini  Azərbaycan  Respublikasının  ərazisində  və  onun  hüdudlarından  kənarda 

müvafiq ünvanlara çatdırılmaq: bunlar Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının 

qərarı  ilə  müqavilə  əsasında  yerinə  yetirilir.  Feldyeger  rabitəsi  orqanlarında  dövlət  qulluğu  dövlət 

qulluğunun xüsusi növüdür. 



Fəlsəfə 

tarixi 


varlığın (yəni təbiət və cəmiyyətin), insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi 

qanunauyğunluqlar  haqqında  elm.  Fəlsəfə  ictimai  şüur  formalarından  biridir,  nəticə  etibarı  ilə 

cəmiyyətin iqtisadi münasibətləri ilə müəyyən edilir. 

Fərziyyə 

tarixi 


Səbəblərin izah edilməsi məqsədilə irəli sürülən əsaslar, ehtimallar. 

Filiz 

faydalı 

qazıntıları 

coğrafi 


Dəmir, alunit, mis və s. Qeyri filizə aiddir: əhəgdaşı, gips, çınqıl, mərmər, travertin, gil, qum və s. 

Filologiya 

 

(qədim yun. "sözə sevgi") Mətn vasitəsi ilə mədəniyyəti öyrənən linqvistika, ədəbiyyat, mətnşünaslıq 



və s. elmlərin məcmui adı. 

FİN 

hüquqi 


Şəxsiyyət  vəsiqəsinin  Fərdi  İdentifikasiya  Nömrəsidir  (əvvəllər  PİN  adlanırdı).    Bu,  şəxsiyyət 

vəsiqənin sağ aşağı küncündəki, axırdan birinci rəqəmi buraxmaqla,  sonrakı 7 rəqəm və  hərflərdən 

ibarət koddur. 

Fiord 

coğrafi 


Ensiz,  dərin,  yamacları  dik  və  sıldırımlı  qayalıq  dəniz  körfəzi.  Fiordlar  4-cü  materik  buzunun 

fəaliyyəti,  sonralar  isə  çay  dərələrini  və  tektonik  çökəklikləri  dənizin  basması  nəticəsində  əmələ 

gəlmişdir. Belə körfəzlərin olduğu sahil fiord tipli sahil adlanır.  Ş.Avropa ucun xarakterikdir. Fiord 

tipli sahilə Norveç, Qrenlandiya, Novaya Zemlya, Alyaska, İslandiya, Çili sahillərində rast gəlinir. 



Firn 

coğrafi 


Buzun əriyib yenidən bərkiməsi 

Fitosanitariya 

coğrafi 


Bitki, meyvə, tərəvəz və onlardan hazırlanan məhsullara sanitar nəzarəti 

Formal 

hüquqi 


Rəsmi 

Fors-major 

iqtisadi 

Fövqəladə və qarşısıalınmaz hadisələrdir ki, bunlar baş verərkən müqavilə iştirakçıları öz öhdələrini 

yerinə yetirməkdən azad edilirlər. 



Fraxt 

iqtisadi 

Yük  və  ya  sərnişinin  daşınması  üçün  nəqliyyat  sahibinə  verilən  haqq.  Fraxt  çarter  bağlanmasında 

şərtləşdirilir və ya tarif əsasında hesablanır. 



G20 

 

coğrafi 


G20 1999-cu ildə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrlə qlobal iqtisadiyyat məsələlərinin 

birgə müzakirəsi üçün yaradılıb. “İyirmilik qrupu” 19 ölkənin - Argentina, Avstraliya, Braziliya, 

Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Türkiyə, Rusiya, 

Səudiyyə Ərəbistanı, ABŞ, Fransa, CAR, Cənubi Koreya, Yaponiyanın maliyyə nazirlərindən və 

mərkəzi bank sədrlərindən, həmçinin Avropa İttifaqının nümayəndəsindən ibarətdir. 

2012-ci ildə G20-yə Meksika sədrlik edir. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə