Terroizmə qarşı ideoloji mübarizə yolları Görən, dad bilən, toxunan və



Yüklə 439,98 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix14.04.2018
ölçüsü439,98 Kb.
#38182
1   ...   9   10   11   12   13   14   15   16   17

45

baş verən hər hadisədə 

böyük  hikmətlər  var. 

Çünki Allah hər hadisəni 

bir  səbəblə  yaradır, 

insanları da davranış 

və rəftarları ilə sınayır. 

Hər  imanlı  insanın 

üzərinə düşən vəzifələr 

var. Allah`ın varlığını və 

birliyini  təbliğ  etmək, 

insanları pis işlərdən 

çəkindirmək, yaxşı işlər 

görməyi əmr etmək, Allah`ı inkar edən hər cür 

cərəyana qarşı fikri mübarizə aparmaq. 

Beləliklə, dinin layiqincə təbliğ edilməsi ilə 

güclü vicdanı olan, Allah`dan qorxan cəmiyyət 

formalaşar, dinsizlikdən qaynaqlanan problemlərin 

həlli öz-özlüyündən aradan qalxar.

Dövrümüzdə ən əsas mübarizə dini inkar 

edən materialist fəlsəfəyə qarşı ideoloji mübarizə 

olmalıdır.  Əlbəttə, bu mübarizə Quranda tərif edilən 

sülhpərvər və uzlaşma üslubu ilə aparılmalıdır. 

Nəticədə, ideoloji əsası süqut edən bütün fəlsəfi 

cərəyanlar bir-bir aradan qalxar. Allah 

Xeyr, 

Biz haqqı batilin üstünə atarıq və o da onun 

işini bitirər. Bir anda (batilin) yox olub getdiyini 

görərsiniz. (Allah`a) aid etdiyiniz sifətlərə görə 

vay halınıza!” (Ənbiya surəsi, 18)

 ayəsi ilə bizə 

haqqın qarşısında batilin mütləq məhv olacağını 

bildirir.

Bu səbəbdən də din Quran əxlaqından uzaq olan 

bütün insanlara təbliğ edilməli, insanlar dinsizliyin 

nəticəsi olan qaranlıq dünyadan çıxmağa təşviq 

edilməlidirlər. Məzlumlara yardım əli uzadılmalıdır. 

İnananlara bu şərəfli vəzifəni bir daha xatırlatmaq, 

dünyada baş verən qarşıdurmaları, zülm görən 

insanları, qadınları, uşaqları, məzlum xalqların 

vəziyyətini düşündürmək baxımından bu mövzu 

çox böyük əhəmiyyət daşıyır. 

Uşaqların üzünün güləcəyi, Quran 

əxlaqının hakim olacağı dövr Mehdiyyət 

dövrüdür


Axırzamanın güclü fitnəsində bu qədər fəlakət, 

əzab və sıxıntının içində olan məzlum uşaqlar da 

bütün insanlar kimi hz. Mehdinin (əs) gəlişi ilə 

əsl mənada xilas olacaqlar. Layiq olduqları sevgi, 

şəfqət, mərhəmət, xoşbəxtlik, rifah, sevinc və 

əmin-amanlığı hz. Mehdinin (əs) mənəvi liderliyi 

altındakı İslam birliyində tapacaqlar.

Hz. Mehdinin (əs) dəccaliyyətin iki qolu olan 

darvinist-materialist ideologiyanı və xurafatı dünya 

səviyyəsində elmi yolla aradan qaldırması ilə 

uşaqlar şeytanın qan, vəhşilik, zülm, amansızlıq, 

ədalətsizlik,  haqsızlıq,  istismar,  eqoizm  və 

mənfəətpərəstlik üzərində qurulmuş fitnəsindən 

xilas olaraq İslamın xeyir-bərəkətinə qovuşacaqlar. 

Qorxu, ölüm, zülm, yoxsulluq, aclıq, təhlükə, səfalət 

və cəhalət günləri geridə qalacaq.

Ədaləti, paylaşmağı, yoxsula, yetimə, yolda 

qalmışa malından paylamağı, qardaşının nəfsini öz 

nəfsindən üstün tutmağı, ehtiyacından artıq qalanı 

Allah yolunda sərf etməyi nəsihət edən Quranın 

xeyir-bərəkəti içində dünyada ən mükəmməl 

həyat yaşanacaq.

Düşünən İnsan, Dekabr 2014

Düşünən İnsan, Dekabr 2014

45



•    Ağaclar nə üçün yarpaqlarını tökür?

•   Yarpaqların tökülməsinin hikmətləri 

nələrdir?

Bitkilər üçün, xüsusilə qida hasil edən 

yarpaqlar üçün günəş işığı çox vacibdir. Payızın 

gəlməsi ilə havalar soyumağa, gündüzlər 

qısalmağa başlayır və Yer kürəsinə gələn 

günəş işığı azalır. Bu azalma bitkilərdə bəzi 

dəyişikliklərə  səbəb  olur  və  yarpaqlarda 

yaşlanma proqramı adlanan yarpaq tökülməsi 

başlayır. Bir çox insanın əhəmiyyət vermədiyi, 

hətta qəflət gözü ilə baxdığı bu hadisə, əslində, 

heyranedici və möcüzəvidir.

Yarpaq tökülməsi ağaclar 

üçün əhəmiyyət daşıyır

Soyuq havalarda torpaqdakı su getdikcə 

qatılaşır və ağacın kökləri suyu sora bilmir. Lakin 

yarpaqların tərləməsi, havanın soyumasına 

baxmayaraq, davam edir. Suyun azaldığı dövrdə 

daima tərləyən yarpaqlar bitki üçün artıqlıq 

təşkil edirlər. Onsuz da yarpaqların hüceyrələri 

soyuq qış günlərində donmaya məruz qalıb 

parçalanacaq. Ona görə, ağaclar qış gəlməzdən 

əvvəl yarpaqlarını tökürlər, beləliklə, onsuz da 

məhdud olan su ehtiyatlarını əbəs yerə sərf 

etmirlər. 

Ağaclar yarpaqlarını  tökməzdən əvvəl 

yarpaqdakı bütün qida maddələrini sormağa 

başlayırlar. Məqsəd kalium, fosfat, azot kimi 

maddələrin düşən yarpaqlarla birlikdə məhv 

olmasının qarşısını almaqdır. Bu maddələr ağac 

qabığının təbəqələrinin və gövdənin ortasından 

keçən özəyə göndərilir və burada toplanır. Qida 

maddələrinin özəkdə toplanması ağacın bu 

maddələri asanlıqla sormasına kömək edir.

Ağaclarının yarpaqlarını tökməsinin başqa 

səbəbi ağaclarda heyvanlardakı kimi ifrazat 

sisteminə bənzər ifrazat sisteminin olmasıdır. 

Bildiyimiz  kimi,  hər  orqanizm  maddələr 

mübadiləsi nəticəsində tullantı maddələr hasil 

edir. Bu tullantı maddələr toplandıqda zəhərli 

olduğuna görə orqanizmdən xaric edilməlidir. 

Bitkilərdə insanlarda və ya heyvanlardakı kimi 

ifrazat sistemi yoxdur. Ona görə, maddələr 

mübadiləsinin tullantıları yarpaq hüceyrələrində 

vakuol adlanan orqanoidlərdə kristal formada 

toplanır. Yarpaqların hər payız tökülməsi 

ilə bitkilər bu tullantı 

Düşünən İnsan, Dekabr 2014

46

www.elmxeberleri.com




maddələrindən xilas olurlar.

Allah bitkilərdə yarpaq tökülməsi kimi 

mükəmməl möcüzəvi sistem yaratmışdır. 

Rəbbimiz  yaratdığı  canlılardakı  bu  cür 

sistemlərlə  yaratmada  heç  bir  ortağının 

olmadığını, sonsuz qüvvət sahibi olduğunu 

bizə tanıdır.

Allah`ı qoyub, sənə nə bir fayda, nə də bir 

zərər verə bilən şeylərə yalvarma. Əgər belə 

etsən, sözsüz ki, zalımlardan olarsan. Əgər 

Allah sənə bir zərər toxundursa, bunu Ondan 

başqa heç kəs aradan qaldıra bilməz. Əgər 

sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün 

qarşısını ala bilməz. O, bunu Öz qullarından 

istədiyinə nəsib edər. O, bağışlayandır, 

rəhmlidir. (Yunis surəsi, 106-107)

Kənardan baxdıqda adi fiziki proses kimi 

görünən yarpaq tökülməsi, əslində, bir çox 

kimyəvi  prosesin  ardıcıl  baş  verməsi  ilə 

meydana gəlir. Yarpaq tökülməsi hər yarpağın 

saplağı ilə budaq arasındakı hissədə baş 

verən kompleks proseslər nəticəsində baş 

verir. Hər payızda eyni prosesin milyon illərdir 

baş verməsinə insanlar alışa bilərlər. Halbuki, 

ağaclar yarpaqlarını tökərkən hər yarpaqda 

bir sıra mürəkkəb kimyəvi proseslər baş verir.

Yarpaq ayasındakı hüceyrələrdə fitoxrom 

adlanan bitkilərə rəng verən işığa həssas 

molekullar var. Gecələrin uzanması ilə bitkilərin 

yarpaqlarına daha az günəş işığı gəldiyini bu 

molekullar bilir. Fitoxromlar bu dəyişikliyi hiss 

etdikdə yarpağın içində müxtəlif reaksiyalar 

gedir və yarpağın yaşlanma proqramı başladılır.

Yarpaqlardakı yaşlanmanın ilk işarələrindən 

biri yarpaq ayası hüceyrələrində etilen hasil 

edilməsidir. Etilen qazı yarpağa yaşıl rəng 

verən xlorofili məhv edir. Başqa sözlə, ağacların 

yarpaqlarındakı xlorofili geri çəkir. Yarpaq 

tökülməsini gecikdirən böyümə hormonu olan 

oksin maddəsinin hasil edilməsinə mane olan 

da etilen qazıdır. Xlorofilin məhv edilməsinin 

başlaması ilə yarpaq günəşdən daha az enerji 

alır və daha az şəkər hasil edir. Bundan əlavə, 

Düşünən İnsan, Dekabr 2014

Düşünən İnsan, Dekabr 2014

47



Yüklə 439,98 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə