Terroizmə qarşı ideoloji mübarizə yolları Görən, dad bilən, toxunan və



Yüklə 439,98 Kb.
Pdf görüntüsü
səhifə17/17
tarix14.04.2018
ölçüsü439,98 Kb.
#38182
1   ...   9   10   11   12   13   14   15   16   17

Böyük səy göstərərək əldə etdiyiniz eviniz, 

əşyalarınız, geyimləriniz, yediyiniz  yeməklər, əlvan 

rəngləri ilə göz qamaşdıran çiçəklər, yamyaşıl 

ağaclar, bədəniniz, saçlarınız, dəriniz, qısası, hər 

şey zaman ərzində köhnəlməyə, xarab olmağa, 

yaşlanmağa məhkumdur. Heç bitməyəcəkmiş kimi 

görünən dünya həyatı çox qısa imtahan dövründən 

ibarətdir və bütün gözəlliklər zamanla məhv olur.

Hər insanın həyata keçirmək istədiyi arzusu 

var. Bəzən bunların zamanı çox yaxın, imkanları 

da arzusunun reallaşması üçün uyğundur. Bəzi 

insanların da böyük istəklə arzuladığı hadisələrin 

həyata keçməsi isə, Allah`ın izni ilə, çox çətin olur. 

Bu insanların əlindəki maddi-mənəvi imkanlar və 

şərait arzularının reallaşması üçün kifayət etmir. 

Məsələn, yaşlı bir insan nə qədər geriyə qayıdıb 

gənclik illərində yaşamağı arzulasa da, Allah`ın 

adətullahına uyğun olaraq, bu, dünya həyatında 

mümkün deyil. Bu vəziyyəti hər kəs bilir, ancaq 

yenə də imkanları istəklərinin reallaşması üçün 

çox uyğun olan insanlar da, olmayanlar da bəzən 

xəyallarının reallaşmasını çox istəyirlər. Bu da 

dünyadakı imtahanın bir sirridir.

İnsanın dünya həyatında istədiyi hər şey ən 

mükəmməl şəkildə reallaşsa da, həyatının sonuna 

qədər heç reallaşmasa da, insanlar bir həqiqəti heç 

unutmamalı və üzərində yaxşı düşünməlidirlər: 

bütün istədiklərini əldə edənlər də, heç birini əldə 

etməyənlər də  bu dünyada çox qısa müddət 

yaşayacaqlar…

Dünya həyatı bir göz qırpımı qədər qısadır

Dünya həyatı bir göz qırpımı qədər qısa müddətdə 

bitir və insanların əldə etdiyi xoşbəxtlik hissi də 

sona çatır. Bu səbəbdən, insan bütün diqqətini təkcə 

istəklərinin reallaşıb-reallaşmadığına deyil, sonsuz 

axirət həyatını qazanacaq əxlaqda olub-olmadığına 

verməlidir. Çünki bir insanın bütün arzuları məhz 

istədiyi şəkildə reallaşsa da, xoşbəxtliyi bir neçə 

onillik davam edər. Sonda mütləq bu nemətlər 

əlindən çıxacaq, ölümlə birlikdə sahib olduğu hər 

şey geridə qalacaq. Arzu etdiyi bütün gözəllikləri 

axirətdə əldə etməyi hədəf seçən insan isə bu 

xoşbəxtlik hissini əbədiyyən duyacaq.

İnsan bir anlıq bu həqiqət üzərində düşünməli 

və müqayisə etməlidir. Öz-özünə qərar verməlidir. 

Sadəcə dünyadakı gözəllikləri əldə etmək üçün 

çalışmağın insana heç bir faydası olmayacağını 

görməlidir. Allah istəsə, insana dünyada da nemət 

verə bilər və bu, bir insan üçün çox böyük lütfdür. 

Ancaq insanın bunu məqsədə çevirərək rahatlığı, 

xoşbəxtliyi, sevinci üçün bunu bir növ şərt qoşması 

çox böyük qəflət və xətadır. İnsan arzuladığı bütün 

nemətləri  Allah`dan  dünyada  və  axirətdə  lütf 

etməsini diləyər, ancaq Rəbbimizin ona verdikləri 

ilə də sevinər. Əsas odur ki, bu xoşbəxtliyi sadəcə 

səthi xoşbəxtlik kimi görməsin, əbədi həyatında 

Allah`ın bütün istədiklərini verəcəyini ümid edərək   

nemətlərinin ən gözəlinə qovuşarlar:



Dünya həyatında da, axirətdə də onlara müjdə 

vardır… (Yunis surəsi, 64)

Allah dünya həyatını insanlardan hansının yaxşı 

Düşünən İnsan, Dekabr 2014

56

www.elmxeberleri.com




işlər görəcəyini, kimlərin Ona sadiq qalacağını 

sınamaq üçün yaratmışdır. Başqa sözlə, dünya 

Allah`dan qorxanlarla Ona nankorluq edənləri ayırd 

etmək üçün hazırlanmış imtahan yeridir. Bu imtahan 

yerində gözəlliklərlə çirkinliklər, yaxşılıqlarla pisliklər, 

qüsurlarla mükəmməlliklər birlikdədir və qüsursuz 

imtahan sistemi qurulmuşdur. İnsanlar imanlarının 

üzə çıxması üçün hər cür sınaqdan keçirilirlər. 

Nəticədə, Allah`ı layiqincə tanıyıb təqdir edənlər 

inkar edənlərdən ayrılacaq və nicat tapacaqlar. Bu 

həqiqət Quranda belə bildirilmişdir:

İnsanlar elə güman edirlər ki, təkcə: “İman 

gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək 

və onlar imtahan edilməyəcəklər? Biz onlardan 

öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, 

Allah doğru danışanları da, yalançıları da aşkara 

çıxardacaqdır. (Ənkəbut surəsi, 2-3)

İnsanın hədəfi Allah rizası olmalıdır

Əlbəttə, insanın sadəcə əbədi yaşamaq və hər 

istədiyini əbədiyyən əldə etmək üçün axirəti istəməsi 

doğru olmaz. İnsanın əsl  hədəfi Rəbbimizin sevgisini 

istəmək, Onun dostluğunu qazanmağa çalışmaq və 

əbədiyyən Allah`ın razı olduğu  kəslərdən olaraq 

yaşamaq olmalıdır. Allah`a güclü sevgisi olan bir 

insana Allah tükənməz nemət bəxş edər. Ancaq 

Allah sevgisi olmadan və Allah sevgisi insanın əsl 

hədəfi olmadan belə bir nəticə əldə olunmaz.

Dünyada Allah sonsuz qüdrətinin və elminin 

göstəricisi olaraq bir çox gözəllik, sənət və möcüzə 

ilə yanaşı, qüsur və çatışmazlıqları da  yaradır. 

Mükəmməllik və daimilik bu dünyanın qanununa 

ziddir. İnkişaf edən texnologiya da daxil olmaqla, 

insan ağlının düşündüyü heç bir yol Allah`ın bu 

qanununu dəyişdirə bilməz. Beləcə, insanlar bir 

tərəfdən axirət üçün çalışıb Allah`a şükür etməli, 

digər tərəfdən də nemətlərin əsl yerinin bu fani 

dünya deyil, möminlər üçün hazırlanmış qüsursuz 

yurd olan cənnət həyatı olduğunu anlamalıdırlar. 

Quranda bu həqiqət açıq şəkildə bildirilir:

Xeyr,  siz  dünya  həyatını  (olduqca)  üstün 

tutursunuz; axirət isə daha xeyirli və daha 

sürəklidir. (Əla surəsi, 16-17)

Düşünən İnsan, Dekabr 2014

Düşünən İnsan, Dekabr 2014

57



58

İslam əxlaqı iman gətirənlərə danışarkən, 

iş görərkən və ya qərar verərkən ədalətlə 

davranmağı əmr edir. Allah`ın Quranda 

bildirdiyi  əmrlər  və  Peyğəmbərimizin 

(səv) sünnəsi bu ədalət anlayışını bizə 

hərtərəfli açıqlayır. Quranda bizə bildirilən 

bütün elçilər öz qövmlərinə ədalət və sülh 

gətirmişdir. Peyğəmbərlər ümmətlərinin 

üzərindəki zülmün, zorakılığın qalxmasına 

səbəb olmuşdur. Allah “Yunis” surəsində 

belə bildirir:



Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların 

arasında ədalətlə hökm verilər və onlara zülm edilməz. 

(Yunis surəsi, 47)

Müsəlmanın ədalət anlayışının ən əsas xüsusiyyəti 

qarşısındakı insan öz yaxını da olsa, hər şərtdə ədalətlə 

hökm etməsidir. Allah ayədə belə bildirir:



Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya 

valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa 

belə, Allah şahidləri kimi ədaləti qoruyun. Varlı və ya 

kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə 

daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər 

dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, bilin ki, Allah nə 

etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)

Ayədən də göründüyü kimi, iman gətirən insan üçün qarşısındakı 

şəxsin maddi vəziyyəti və ya sosial statusu heç bir əhəmiyyət daşımır. 

Haqqın bərqərar olması, heç kəsin haqsızlığa məruz qalmaması və Allah`ın 

ayələrinin tam yerinə yetirilməsi əsasdır. “Maidə” surəsində isə belə buyurulur:

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı 

bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli 

olun! Bu, təqvaya daha yaxındır. Allah`dan qorxun! Şübhəsiz ki, Allah nə 

etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)

Yuxarıdakı ayədə isə Allah iman gətirənlərə öz düşmənləri belə olsa, həmişə ədalətlə 

Düşünən İnsan, Dekabr 2014

58

www.elmxeberleri.com




59

hökm vermələrini əmr edir. Müsəlman 

qarşısındakı insanın ona haqsızlıq etdiyini, 

onu çətin vəziyyətdə qoyduğunu və ya 

düşmən olduğunu düşünüb ani qərarlar 

verməz, həmişə vicdanı ilə və Quran ayələri 

əsasında düşünər. Qarşı tərəf yanlış davransa 

belə, o yaxşılıqla qarşılıq verməklə və Allah`ın 

əmr etdiyi kimi davranmaqla məsuldur.

Allah “Mümtəhinə” surəsinin 8-ci 

ayəsində  isə:  “Allah  din  uğrunda 

sizinlə  vuruşmayan  və  sizi  öz 

diyarınızdan qovub çıxartmayan 

kimsələrə yaxşılıq etmənizi və 

onlarla insafla davranmanızı sizə 

qadağan etmir. Şübhəsiz ki, Allah 

insaflı olanları sevir”, -şəklində 

buyurmuş və müsəlmanların digər 

xalqlarla münasibətlərinin hansı sərhədlər 

çərçivəsində olmasını bildirmişdir. İman gətirən 

insanın bütün insanlara baxışı bu ayələr əsasında 

olmalıdır. Müsəlmanın rəftarı qarşısındakı şəxsə görə 

deyil, Allah`ın Quranda bildirdiklərinə görədir. 

Bu səbəbdən, səmimi qəlbdən iman gətirən 

müsəlman həmişə doğruların tərəfində olur. 

İman gətirənlərin bu mövzuda qətiyyəti 



“Yaratdıqlarımız içərisində bir zümrə də 

vardır ki, onlar insanları haqq yola aparır, 

ədalətlə hökm edirlər” (Əraf surəsi, 181)

 

ayəsi ilə bizə müjdələnir. Quranda ədalətlə 



bağlı digər ayələr bunlardır:

Həqiqətən,  Allah  sizə  əmanətləri  sahiblərinə 

qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə 

hökm vermənizi əmr edir. Allah`ın sizə verdiyi bu öyüd-

nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah eşidəndir, 

görəndir. (Nisa surəsi, 58)

Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və 

qohumlara verməyi əmr edir, iyrənc işlər görməyi, pis 

əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O, 

sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız. (Nəhl 

surəsi, 90)

Quranda keçən ədalət anlayışına əsasən, qarşı tərəfin hansı dinə, 

irqə və ya cinsə mənsub olması əhəmiyyət daşımır. Çünki İslam irqlər, 

cinslər arasında bərabərliyi müdafiə edir. Hər cür etnik ayrı-seçkiliyi qadağan 

edir. Peyğəmbərimiz hz. Muhəmməd (səv): “Bütün insanlar hz. Adəmdən, hz. 

Adəm isə torpaqdandır”, -deyərək insanlar arasında heç bir fərqin olmadığını 

vurğulamışdır.

(Sünen-i Ebu Davud, 4/331)

 Dəri rəngi, sosial status, zənginlik kimi 

xüsusiyyətlər heç bir insanda üstünlük yaratmır.

Bu gün dünyanın hər tərəfində insanlar milliyyətinə, dilinə və ya dərisinin rənginə 

görə zülmə məruz qalır. Quranda bildirildiyinə əsasən, müxtəlif xalqların və qəbilələrin 

yaradılmasının hikmətlərindən biri insanların bir-birləri ilə tanış olmasıdır. Hamısı 

Düşünən İnsan, Dekabr 2014

Düşünən İnsan, Dekabr 2014

59



60

De: “Rəbbim ədalətli 

olmağı əmr etdi. Hər səcdə 

etdiyiniz yerdə üzünüzü 

Ona tutun və Allah`a – 

dini məhz Ona məxsus 

edərək dua edin. Sizi 

ilk dəfə yaratdığı kimi 

diriləcəksiniz”. 

(Əraf surəsi, 29)




61


62

Allah`ın qulu olan müxtəlif millətlər və 

ya qəbilələr bir-biri ilə tanış olmalı, bir-

birinin fərqli mədəniyyətini, dilini, adət-

ənənəsini, qabiliyyətlərini öyrənməlidirlər. 

Müxtəlif irq və millətlərin olmasının bir 

məqsədi də münaqişə və müharibə deyil, 

mədəni zənginlikdir. İman gətirən insan 

yeganə üstünlüyün təqva, yəni Allah qorxusu 

və Allah`a imandakı üstünlük olduğunu 

bilir. Allah “Hücurat” surəsində belə 

bildirir:



Ey insanlar! Biz sizi kişi və 

qadından yaratdıq. Sonra bir-

birinizi tanıyasınız deyə, sizi 

xalqlara və qəbilələrə ayırdıq. 

Şübhəsiz ki, Allah yanında ən 

hörmətli olanınız Ondan ən çox 

qorxanınızdır. Həqiqətən, Allah 

biləndir, xəbərdardır. (Hücurat surəsi, 13)

Başqa bir ayədə isə Allah: 



“Göylərin və yerin 

yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi 

də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər 

üçün ibrətamiz dəlillər vardır!” (Rum surəsi, 

22)

 -şəklində bildirir.

İslam tarixinə nəzər saldıqda iman 

gətirənlərin müxtəlif irqlərə qarşı ədalətlə 

davranması ilə bağlı bir çox nümunə ilə 

qarşılaşırıq. İslam Afrika, Asiya və Avropaya 

sürətlə  yayılmış,  bu  fəthlər  vasitəsilə 

İslam əxlaqının gözəllikləri də yayılmışdır. 

İslam hər irqə, milliyyətə, sosial quruluşa 

və coğrafiyaya yayılmış, dünyanın daha əvvəl bənzərini 

görmədiyi qardaşlıq münasibəti ilə milyonlarla insanı 

birləşdirmişdir. İnsan irqinin qolları və qaradərili irqin 

digər millətlərlə əlaqələrini tədqiq edən və bu sahədə 

mühüm əsərləri ilə tanınan tədqiqatçı Coul Avqustus 

Reycers (Joel Augustus Ragers) məşhur kitabı “Cins və 

İrq” (Sex and Race) adlı əsərində İslam dinin dünyaya 

təsirini belə tərif edir:

“İslamın əsrlərdir parlaq şəkildə ayaqda qalmasının 

bir səbəbi bu dində irq və siniflə bağlı yanlış rəylərin, 

demək olar ki, tamamilə yox olması, dərinin rəngini və ya sosial 

vəziyyəti nəzərə almadan cəmiyyətin ən yüksək pillələrinə qədər 

yüksəlməyin qabiliyyətdən asılı olmasıdır… İslam, tarixinin ən böyük 

və eyni zamanda, ən azad irq küpünü əmələ gətirmiş və bu irqlər 

qarışığı dünyanın bənzərini görmədiyi ən geniş imperiyanın tərkibində 

baş vermişdir. Gücünün ən yüksək zirvəsində ikən İslam imperiyası qərbdə 

İspaniya və Fransanın ortalarından Mərkəzi Asiya bölgələri də daxil olmaqla, 

şərqdə Hindistana, Çinə və Sakit okeanına qədər uzanırdı. Bu geniş torpaqların 

sultanları müxtəlif dəri rənglərinə malik idilər. Bir bağın çiçəklərinin rənglərinin 

fərqli olması bu çiçəklər üçün nə qədər əhəmiyyətlidirsə, dərilərinin rənglərinin 

fərqliliyi də müsəlmanlar üçün bundan da az əhəmiyyət daşıyırdı”.

 (Andy Thomas, İslam 

İnsanlığın Ruhu, Timaş Yayınları, İstanbul, 1997, səh. 33)

Düşünən İnsan, Dekabr 2014

62

www.elmxeberleri.com




63

Dünyanın  ən  tanınmış  İslam 

mütəxəssislərindən biri professor Hamilton 

Aleksandr  Rossken  Gibb  (Hamilton 

Alexander Rossken Gibb) “İslam haraya?” 

(Whither Islam?) adlı əsərində İslam dininin 

müxtəlif irqlərə baxışını belə ifadə edir:

“Bəşəriyyətin bu qədər fərqli irqini status, 

fürsət  və  təşəbbüs  cəhətdən  bərabər 

hüquqlara malik şəkildə birləşdirməkdə 

bu qədər müvəffəq olan başqa bir 

cəmiyyət yoxdur. İslam tamamilə 

uyğunlaşmayacaq kimi görünən 

müxtəlif irqləri uzlaşdırma gücünə 

malikdir. Şərq və qərbdəki böyük 

xalqların bir-birinə müxalifətini 

əməkdaşlıq əvəz etdiyi təqdirdə, 

İslamın uzlaşdırıcı rolu labüd olacaq…”

 

(H.A.R. Gibb, Whither Islam, London, 1932, səh. 379.; Andy Thomas, İslam İnsanlığın 



Ruhu, Timaş Yayınları, İstanbul, 1997, səh. 37)

İslam əxlaqı qardaşlıq, sülh, azadlıq və əmin-

amanlıq təməlləri üzərində cəmiyyət qurmağı 

hədəfə alır. Bu səbəbdən, İslamla tanış olan 

hər xalq keçmiş dövrlərin repressiv, zalım, 

ixtilaf yaradan düşüncə tərzindən sıyrılmış, 

yenidən sülh əsasında bir cəmiyyət inşa 

etmişdir. Bir çox qərbli tarixçi bu həqiqəti 

əsərlərində dilə gətirmiş, İslamla tanış 

olmağın müxtəlif xalqlara dərin müsbət 

təsir etdiyini ifadə etmişdir. Professor Robert 

Briffault “Bəşəriyyətin inkişafı” (The Making 

of Humanity) adlı əsərində qərb cəmiyyətinin İslamla 

əlaqəsinə belə toxunur:

“Bütün bəşəriyyət üçün azadlıq, qardaşlıq, insanların 

qanun qarşısında bərabərliyi, məsləhətləşmədən və 

ümumi seçkilərdən istifadə edən demokratik hökumət 

idealları, Amerika konstitusiyasının hazırlanmasına 

təşəbbüskarlıq edən və İnsan Hüquqları Bəyannaməsini 

ilham edən ideallar qərbin yenilikləri deyildi. Bu idealların 

hamısının təməlləri Müqəddəs kitab Quranda var. Bu 

ideallar Avropada orta əsrlərdə maarifçilərin müsəlman 

olan İspaniya, Siciliya, Xaçlılar və İslami qardaşlıq dərnəklərini 

təqlid etməsi ilə və xaçlılardan sonra Avropada formalaşan cəmiyyət 

vasitəsilə İslamdan öyrəndiklərinin əsasıdır”.

 (Prof. Robert Briffault, The Making of 

Humanity.; Andy Thomas, İslam İnsanlığın Ruhu, Timaş Yayınları, İstanbul, 1997, səh. 38)

Yuxarıdakı sitatda izah edilən həqiqətlər İslam əxlaqının bütün dünyaya 

əsrlər boyu sülh, tolerantlıq və ədalət dərsi verdiyini göstərir. Dövrümüzdə 

də bütün dünya insanları belə bir sivilizasiyanın həsrətindədir və belə bir 

sivilizasiyanın yenidən qurulmaması üçün heç bir səbəb yoxdur. Lazım 

olan yeganə şey insanların, əvvəlcə, özlərindən başlayaraq Quran əxlaqı ilə 

yaşamağa niyyət etməsi, sonra da insanlar arasında bu əxlaqı yaymaq üçün cəhd 

etməsidir. İnsanlar Quranda əmr edilən əxlaqı yaşadıqda ən üstün səviyyədəki 

idarəçidən ən aşağı səviyyəyə qədər hər kəs ədalətli, mərhəmətli, anlayışlı və dürüst olar, 

bütün xalqlar sülh və əmin-amanlığa qovuşar.

Düşünən İnsan, Dekabr 2014

Düşünən İnsan, Dekabr 2014

63



64

Burnumuzun əsas funksiyası nəfəs aldığımız 

havanın içindəki toz zərrəciklərinə, bakteriya 

və mikroblara mane olmaq, beləcə, ağciyərdə 

əmələ gələcək xəstəliklərin qarşısını almaqdır.

Bu mükəmməl təhlükəsizlik mexanizmi belə 

işləyir: havadan daxil olan zərərli zərrəciklər 

tənəffüs yollarının səthindəki nəmləndirici selik 

təbəqəsi tərəfindən tutulur. Sonra silia adla-

nan kirpikciklər işə düşür. Tərkibində zərərli 

maddələr olan seliyi kirpikciklər dəqiqədə 1 

sm sürətlə udlağa doğru itələyir, daha sonra 

öskürəklə xaric edilir və ya udularaq mədədəki 

turşularla məhv edilir. Burada ümumi izah etdiy-

imiz bu proseslər, əslində, çox mürəkkəbdir. Belə 

ki, milyonlarla kirpikciyin mütəşəkkil halda necə 

hərəkət etdiyi və iş mexanizminin təfərrüatları 

hələ tam  məlum deyil. Selik təbəqəsi, selik 

ifraz edən hüceyrələr və kirpikciklər mükəmməl 

kimyəvi təmizləmə sistemi meydana gətirirlər. 

Bu təmizləmə sistemi elə qüsursuz işləyir ki, 

orqanizmimiz üçün nəyin lazımlı, nəyin təhlükəli 

olduğunu dərhal müəyyən edir və lazımi 

tədbirləri görür.

Burada açıq-aydın həqiqət var: burundakı 

klima (hava tənzimləyici), təhlükəsizlik 

və təmizləmə mexanizmləri mükəmməl 

mühəndislik nümunələridir. Bu sistemlər 

insanlar heç fərqində olmadan 

Allah`ın ilhamı ilə fasiləsiz işləyir. 

Biz gözlə görünməyən kirpikciklər 

sayəsində bəzi xəstəliklərdən qo-

runuruq. Bunlar Allah`ın qüsur-

suz yaratma dəlillərindəndir. 

Quran ayələrində bu həqiqət belə 

bildirilmişdir:

... Həqiqətən, göylərdə və yerdə nə 

varsa, Ona məxsusdur. Hər şey Ona 

baş əyir. Göyləri və yeri icad edən 

Odur. O, bir işi yaratmaq istədikdə ona 

ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə 

surəsi, 116-117)

İnsan isə bu möhtəşəm sənət 

üzərində dərin-dərin düşünməli və 

acizliyini, qulluq vəzifəsini qəbul 

edərək hər şeyin yeganə hakimi 

olan Allah`a təslim olmalıdır.

Nəfəs alarkən qarşılaşdığımız təhlükə




Yüklə 439,98 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə