Terroizmə qarşı ideoloji mübarizə yolları Görən, dad bilən, toxunan və



Yüklə 439,98 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix14.04.2018
ölçüsü439,98 Kb.
#38182
1   2   3   4   5   6   7   8   9   ...   17

9

cücərir, işıq istiqamətində böyüyürlər. Hətta gün ərzində günəşi izləyən 

günəbaxanlara ona görə bu ad verilib. Bitkilər görmə qabiliyyəti 

sayəsində işığın sıxlığı, keyfiyyəti, istiqaməti və dövrü kimi şərtləri 

müəyyən edirlər. Bitkinin bir günlük həyat nizamı işığa əsasən qurulmuş 

daxili saatın nəzarətindədir.

Bitkidə işığı qavramaq funksiyasını yerinə yetirən 

2 zülal ailəsi var. Bu iki ailədən biri 5 müxtəlif növü 

olan fitoxrom, digəri isə iki növü olan kriptoxrom 

zülallarıdır. Bu zülallar həm də işıq reseptorlarıdır. 

Bu reseptorlar bitkinin içindəki daxili saatı işığın 

dəyişikliklərinə əsasən qururlar.

Dadbilmə duyğusu

Bitkilər  sadəcə  günəş  işığı 

ilə yaşamırlar, torpaqdan bəzi 

qidaları da qəbul etməlidirlər. 

Dadbilmə duyğusu torpaqdan 

mineral və qidaları qəbul edən 

bitki kökləri üçün çox vacibdir. 

Arabidopsis    bitkisi  üzərində 

aparılan tədqiqatlarda bir genin 

nitrat və ammonium duzlarının bol 

olduğu yerləri müəyyən etdiyi üzə 

çıxmışdır. Bu gen sayəsində köklər 

nizamsız deyil, qida istiqamətində şüurlu 

hərəkət edirlər. Nitratı müəyyən edən bu gen 

ANR1-dir.

Bu gendən başqa Texas Universitetində aparılan başqa 

bir tədqiqatda apiraz adlı ferment də kəşf edilmişdir. Kökün səthində 

olan bu ferment göbələk kimi torpağa qarışmış mikroorqanizmlərin hasil 

etdiyi ATF-ni (adenozin trifosfat) müəyyən edir. ATF molekulu təbiətdə 

hər zaman hazır halda olan qısamüddətli enerji ehtiyatıdır. Apiraz bitkinin 

bu molekulu götürüb qidaya çevirməsini, sonra da sormasını təmin 

edir. Bitkilərin zibilyığan kimi hüceyrədən kənardakı ATF-ni toplayıb 

istifadəyə yararlı hala salması yeni kəşf edilmiş möcüzədir.

Toxunma hissi

Dadbilmə hissi kimi toxunma hissi də bitkilərdə tez-tez rast gəlinən 

duyğulardandır. Milçəkqapan kimi ətyeyən bitkilər üzərilərinə qonan 

Düşünən İnsan, Dekabr 2014

Düşünən İnsan, Dekabr 2014

9



10

həşəratı dərhal tuturlar. Mimoza isə yüngülcə toxunduqda 

belə incə yarpaqlarını aşağıya doğru endirir. Yaşıl noxud 

və lobya kimi sarmaşan bitkilər həssas toxunma 

duyğuları sayəsində zoğlarını möhkəm dəstəklərə 

sarıyırlar. Demək olar ki, bütün bitkilərin toxunma 

duyğusu var. Bitkilər, əsasən, yarpaqlara 

ciddi zərər verən küləyin şiddətinə qarşı da 

toxunma hissindən istifadə edirlər. Küləkdə 

qalan bitkilər toxumalarını sərtləşdirərək 

küləkli havada qırılmaqdan qorunurlar. 

Tədqiqatçılar  toxunma  duyğusunun 

toxumaları necə gücləndirdiyinə hələ də 

cavab tapmırlar.

Bir bitkinin yaşamaq üçün ehtiyacı olan 

bütün xüsusiyyətlərə kompleks sistemlər 

sayəsində  malik  olması  bir  bitkinin  bircə 

yarpağının belə təsadüfən əmələ gəlmədiyini 

görmək və qavramaq üçün kifayətdir. Bitki hüceyrələri 

beyni,  əli,  gözü,  şüuru  və  biliyi  olmayan,  gözlə 

görünməyən kiçik varlıqlardır. Bu varlıqların: “küləyə qarşı 

bitkini necə qoruya bilərik?” -deyə düşünüb metod tapması 

qeyri-mümkündür. Bütün bunlar sonsuz elm və ağıl sahibi olan 

uca Allah`ın varlığının dəlillərindən sadəcə bir neçəsidir.

Eşitmə duyğusu

Başda Şimali Karolina Ueyk Forest Universiteti olmaqla, 

müxtəlif mərkəzlərdə aparılan tədqiqatlar nəticəsində bitkilərin 

müəyyən səs tezliyini və ya titrəyişi hiss etdiyi üzə çıxmışdır. 

Məsələn, Ueyk Forest-də keçirilən bir təcrübədə normal 

cücərmə faizi 20% olan turp toxumlarının müəyyən tezlikli 

səsə uzun müddət məruz qaldıqda cücərmə faizlərinin 80-90% 

artdığı müşahidə olunmuşdur. Tədqiqatçılar bitkinin boyunun 

uzanması və toxumun cücərməsinə kömək edən giberellin 

turşusu adlı bitki hormonunun bitkilərin eşitmə duyğusunda da 

rol oynadığını düşünürlər.

Düşünən İnsan, Dekabr 2014

10

www.elmxeberleri.com




11

Allah hər canlıya nəzarət edir

İnsan orqanizmi də eynilə digər varlıqlarda olduğu kimi, şüursuz 

atomlardan təşkil olunmuşdur və orqanizmimizdə bu atomların təşkil 

etdiyi şüursuz hüceyrələr bir çox proses həyata keçirirlər. Beynimiz də 

düşünməmizin mənbəyi kimi görünsə də, öz-özlərinə qərar 

vermə mexanizmi olmayan sinir hüceyrələrindən təşkil 

olunmuşdur. Qısası, şüur müəyyən səbəb-nəticə 

əlaqələri ilə açıqlana bilməz. Şüurla bağlı təkamülçü 

Culian Hakslinin bu sözləri diqqət çəkir:



“Şüurlu hal qədər qeyri-adi vəziyyətin 

bir sinir hüceyrəsinin başladıcı hərəkəti 

nəticəsində meydana gəlməsi eynilə 

Ələddinin  lampası  nağılında 

lampanın  sürtülməsi  ilə  cinin 

görünməsi qədər anlaşılmazdır”. 

(The Problem of Consciousness, 

Colin McGinn)

Burada bir neçə nümunəsini 

verdiyimiz  bitkilərdəki  şüurlu 

hərəkətlər, əslində, Allah`ın sonsuz 

ağlının təcəllilərindəndir. Rəbbimiz yer 

üzündəki hər şeyi nəzarətdə saxlayır:



… O, quruda və dənizdə nələr olduğunu bilir. 

Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə 

yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və 

elə bir quru (şey) yoxdur ki, açıq-aydın yazıda olmasın. (Ənam surəsi, 59)

Bitkilərin beyni və sinir sistemi yoxdur. İnsan bir cismə toxunduqda, 

gördükdə  və  ya  daddıqda  sinir  sistemində  və  beynində  müəyyən 

xəbərləşmələr və əmrlər ardıcıllığı işə düşür. Hafizə, dərrakə kimi ünsürlərin 

də iştirakı ilə şüurlu hərəkət üçün qərar verilir. Halbuki bitkilərin belə sinir 

sistemi, beyni, dərrakəsi və hafizəsi yoxdur. Buna baxmayaraq, çox şüurlu 

hərəkətlər edirlər. Sanki görürmüş kimi müəyyən istiqamətə çevrilir, 

toxunurmuş kimi özlərinə ən uyğun yeri tapır və ya dad alırmış kimi 

torpaqdakı bir çox maddə arasından özlərinə lazım olanları seçirlər. Bütün 

bu hərəkətlərin ardındakı ağılın sahibi, əlbəttə, bitkilər deyil. Onları və hər 

şeyi üstün elmlə aləmlərin Rəbbi olan uca Allah yaratmışdır.

Düşünən İnsan, Dekabr 2014

Düşünən İnsan, Dekabr 2014

11



Yüklə 439,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə