Terroizmə qarşı ideoloji mübarizə yolları Görən, dad bilən, toxunan və



Yüklə 439,98 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix14.04.2018
ölçüsü439,98 Kb.
#38182
1   2   3   4   5   6   7   8   9   ...   17

12

Hər gün gözümüzün önündə möhtəşəm 

gözəllik nümayiş etdirilir. Ucsuz-bucaqsız mavi 

dəniz, bu dənizi əhatə edən görkəmli dağlar, yüz 

illər boyunca budaqlarını göyə uzadan ağaclar, 

par-par parıldayan Günəş, ağappaq buludlarla 

bəzənmiş mavi səma və hər biri qar dənəsi kimi 

olan ağappaq qağayılar...

Bu görüntüləri hər gün yüzlərlə insan görür, 

hamısı eyni sahillərdə gəzir, hamısı təmiz dəniz 

havasını içinə çəkir, dənizin üzərində tonlarla 

yük daşıyan gəmiləri, qayıqları seyr edir. Dənizə 

baxdıqda müxtəlif nemətlər gözə dəyərkən, 

quruya baxdıqda da rəngarəng çiçəklər, bir-

birindən gözəl uşaqlar, heyvanlar gözə dəyir. 

Nəticə etibarilə insan yüzlərlə nemətin bir arada 

nümayiş etdirildiyi yolun içindən keçir. Baxdığı hər 

yerdə Allah’ın sonsuz elmini və sənətini seyr edir. 

Allah ayələrində kainatdakı qüsursuz yaradılışı 

belə xəbər verir:



Yeddi göyü (bir-birinin üstündə) qat-qat 

yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın 

yaratdığında heç bir uyğunsuzluq görməzsən. 

Bir gözünü qaldırıb (səmaya) bax, heç orada 

bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?! 

(Mülk surəsi, 3)

Düşünən İnsan, Dekabr 2014

12

www.elmxeberleri.com




13

(Ey insan!) Məgər göylərdə və yerdə olanların 

(bütün canlıların), Günəşin, Ayın və ulduzların, 

dağların, ağacların və heyvanların, insanların 

bir  çoxunun  (möminlərin)  Allah’a  səcdə 

etdiyini görmürsənmi? Bir çoxuna da (kafirlərə 

də) əzab vacib olmuşdur. Allah’ın alçaltdığı 

kimsəni heç kəs yüksəldə bilməz. Həqiqətən, 

Allah dilədiyini edər! (Həcc surəsi, 18)

Bu bir həqiqətdir ki, küçəyə addımını qoyan hər 

kəs Allah’ın yüzlərlə ayəsi ilə, yüzlərlə neməti ilə 

bir anda qarşılaşır. Hara baxsa Allah’ın gözəlliyi 

və bənzərsiz sənəti qarşısındadır. Lakin buradakı 

önəmli sirr hər kəsin gördüyü görüntüdən imani 

dərəcəsində ləzzət almasıdır. İmanlı göz Allah’ın 

sonsuz sənəti ilə bəzənmiş təbiətə baxdıqda 

böyük zövq alır. Məsum və gözəl bir uşağın üzünü 

gördükdə həyəcanlanır. Rəngarəng bəzədilmiş 

quşla qarşılaşdıqda və onun səsini eşitdikdə 

qəlbində  çox  böyük  sevgi  yaranır.  Əslində 

burada sevgi və heyranlıq Allah’a duyulan sevgi 

və heyranlıqdır. Mömin Allah’ın təzahürlərini 

gördükdə  daima  Ona  yönəlir  və  bütün  bu 

görüntülərin ancaq üzü üçün yaradıldığını bilir. 

Artıq ona düşən Rəbbimizin saysız nemətləri 

qarşısında şükür və səcdə etməkdir.



O kəslər ki, ayaq üstə olanda da, oturanda 

da, uzananda da Allah’ı xatırlar, göylərin 

və yerin yaradılması haqqında düşünər (və 

deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə 

yaratmamısan! Sən pak və müqəddəssən! Bizi 

cəhənnəm odunun əzabından (Özün) qoru! (Ali 

İmran surəsi, 191)

İnsanın imanının dərəcəsi nə qədər çoxdursa, 

gördüyü görüntülərin qəlbdə meydana gətirdiyi 

təsir də o qədər çox olur. Səmimiyyət, təslimiyyət 

və dərin iman görüntünün qəlbdəki təsirini qat-

Düşünən İnsan, Dekabr 2014

Düşünən İnsan, Dekabr 2014

13



14

qat artırır. Mömin bu gözəl görüntüləri gördükcə 

davamlı şükür edir. Görüntüləri görmək, təfəkkür 

etmək və davamlı şükür etmək möminin həyatında 

bir-birinə bağlı zəncirlər kimidir. Mömin gördüyü 

bütün görüntülərdə dərhal Allah’ı zikr edər, 

qəlbindən də daima bağışlanma diləyib şükür 

edər. Heç bitməyən şükrü sayəsində qəlbində 

bir fərahlıq və gözəllik meydana gələr.

İnsan ancaq gördüyü bu görüntüləri Allah’a 

aid edərsə, qəlbində bu gözəl təsiri əldə edə 

bilər. Yoxsa dünyada bir çox insan Allah’ın 

ayələrini görüb, yollarına davam edir. Qəlblərində 

hər hansi bir təsir, sevgi, həyəcan və gözəllik 

meydana gəlmir. Onlar da çox gözəl süfrələrdə 

oturub nemətləri yeyib-içir, onlar  da möhtəşəm 

mənzərəli evlərdə yaşayır, bir-birindən gözəl 

çiçəklərlə bəzənmiş bağlarda gəzirlər. Lakin 

Allah’ın sevgisi olmadığında qəlb bomboş olur. 

Belə bir həyatda təvəkkül, səbir olmadığı üçün ruh 

daima narahat, gərgin və bədbəxtdir. Dolayısilə 

o insanın gördüyü gözəl görüntülər möminin 

qəlbində meydana gətirdiyi təsir və həyəcanı 

yaratmır. O insan Allah’ın ayələrinin üzərində 

keçib gedərkən əslində nə qədər böyük bir itkiyə 

məruz qaldığının fərqində belə deyil. Allah “Yusif” 

surəsində bu insanların varlığını xəbər verir.

Göylərdə və yerdə (Allah’ın birliyini sübut 

edən) neçə-neçə əlamətlər (nişanələr) vardır ki, 

insanlar onların yanından üzlərini çevirib keçərlər 

(onlara baxıb ibrət almaz, onların həqiqi mənaları 

haqqında düşünməzlər). (Yusuf surəsi, 105)

Dərin  imanlı  bir  mömin  gördüyü  gözəl 

görüntülərdən olduğu kimi çətin imtahanlardan 

da zövq alar. Çünki bu imtahanların arxasında 

Allah üçün göstərilən səbir və dərin təfəkkür 

Düşünən İnsan, Dekabr 2014

14

www.elmxeberleri.com




15

gizlidir. Mömin çətinlikdə böyük savab olduğunu, 

Allah’ın razılığı olduğunu bilir. Hadisələrə səthi 

şəkildə baxdıqda nəfsin xoşuna gəlməyən bir 

görüntü möminin ruhunda səbir və dözüm olduğu 

üçün böyük gözəlliyə çevrilə bilər. Gənc yaşında 

zindana atılan hz.Yusif zindan həyatını təvəkküllə 

qarşılayıb dərhal təbliğ etməyə başlamışdır. 

Hz.Nuh tək başına gəmini düzəldərkən, hz. Musa 

tək başına qövmünün yanından ayrılarkən, hz. 

Lut səhər vaxtı qövmünü tərk edib yola çıxarkən 

məruz qaldığı çətinlikləri hər zaman gözəlliklə 

qarşılamışdır. 

Onlar gördükləri görüntülərin Allah tərəfindən 

xüsusi olaraq yaradıldığını, hər zaman imtahan 

olunduqlarını bilən, dərin imanlı insanlardı. 

Atdıqları  hər  addımda  Allah’ın  nəzarətini 

qəlblərində böyük bir coşğu ilə hiss edirdilər. Buna 

görə də Allah üçün yaşadıqları o gözəl həyatdan 

böyük ləzzət alır, ruhlarındakı sevgi və coşğunu 

daha da artırırdı. Onlar üçün hələ dünyada olarkən 

cənnət həyatı, nemət axını başlamışdı. Ölümlə 

birlikdə zahiri görüntü qalxacaq və nemətlərlə 

bəzənmiş cənnət qapıları saleh möminlər üçün 

açılacaqdır. Onlar bu gözəllikləri ruhlarında 

hiss edərək yaşadılar, Allah sevgisi ilə oyanıb, 

Allah sevgisi ilə gözlərini yumdular. Beləliklə, 

səmimiyyətlərinin qarşılığını həm dünyada, həm 

də axirətdə, məhəbbətin, sevginin, gözəlliyin 

ləzzətini ruhlarında ən dərindən hiss edərək 

aldılar. Bu şəkildə həm öz dövrlərində yaşayanlara, 

həm də özlərindən sonra gələnlərə çox gözəl 

nümunə oldular..

İman gətirib yaxşı işlər görənlər və ümidlərini 

Rəbbinə bağlayanlar isə cənnətlikdirlər. Onlar 

orada əbədi qalacaqlar! (Hud surəsi, 23)

Düşünən İnsan, Dekabr 2014

Düşünən İnsan, Dekabr 2014

15



Yüklə 439,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə