Terroizmə qarşı ideoloji mübarizə yolları Görən, dad bilən, toxunan və



Yüklə 439,98 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix14.04.2018
ölçüsü439,98 Kb.
#38182
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

27

Düşünən İnsan, Dekabr 2014

27



28

Daha ətraflı:

www.fosilmuzeyi.com

Sekvoya yarpağı

Düşünən İnsan, Dekabr 2014

28



29

Ginqko və sekvoya 

yarpağı

Dövr: Kaynozoy erası, Eosen dövrü



Yaşı: 54-37 milyon il

Bölgə: Kaşe Krik, Britaniya Kolumbiyası, 

Kanada

Ginqko bitkilər aləmində ən çox nümunəsi 



olan yaşayan fosillərdən biridir.  Ginkqo-

phyta sinfinə aiddir.  Elmə məlum olan ən 

qədim nümunələri 270 milyon illikdir. Şəkildə 

görünən ginqko yarpağı fosili isə 54-37 mi-

lyon yaşındadır. Yüz milyon illərdir eyni olan 

bitkilər təkamülə meydan oxuyur.

Ginkqo yarpağı

Düşünən İnsan, Dekabr 2014

29



30

• İki-üç yaşlı uşaq dil dərsi almadan böyüklər 

kimi necə cümlələr quraraq danışmağa başlayır?

• Danışmaq üçün bədənimizdə hansı proseslər 

baş verir?

• Necə olur ki, zehnimizdəki düşüncələrimiz 

sözlərə və cümlələrə çevrilir?

Hər insan müəyyən yaşa çatdıqda danışmağa 

başlayır. Təxminən hər kəs eyni yaşlarda danışmağa 

başladığına görə, bu vəziyyət normal görünür. Bu 

səbəbdən, bəzi insanlar danışmağı adi qabiliyyət 

kimi qəbul edir və üzərində düşünmür. Halbuki 

uşağın heç nə bilmədiyi vaxtda birdən-birə 

danışmağa başlaması böyük möcüzədir. Çünki ən 

sadə hesab edilən dillərdə belə sözlər kompleks 

dilçilik qanunları əsasında işlədilir. Dilçilik qanunları 

isə sözlərə cümlə tərkibində müxtəlif mənalar 

qazandıran riyazi əlaqələrdir.

Danışmazdan əvvəl körpələrin 

beynindəki hazırlıq

Körpələr təqribən 8 aylıq olduqda bütün dillər 

arasındakı səsləri ayırd edə bilirlər. Danışmağı 

öyrənməzdən əvvəl isə beyinləri ətraflarındakı 

səsləri qavramağa başlayır. Beyindəki bu keçidin 

necə baş verdiyi hələ elmə məlum deyil.

Vaşinqton Universitetində aparılan bir tədqiqat 

nəticəsində 7-11 aylıq körpələrdə danışıq 

səslərini əlaqələndirən beyin sahələrinin 

reaksiya verdiyi görülmüşdür.

Tədqiqat körpənin beyninin danışmağa başla-

mazdan əvvəl uzun söz əmələ gətirəcək şəkildə 

necə zəmin hazırladığını göstərir. Bu isə inkişaf 

üçün keçidə təsir edir.

Körpələrin çoxu 7 aylıq ikən tək-tük sözlər 

deməyə başlayır. Ancaq bir yaşına keçənə qədər 

ilk sözlərini deyə bilmirlər. Sadəcə dinləyərkən 

belə körpələrin beyinlərinin hərəki bölgələrində 

aktivləşmə olması çox önəmlidir. Çünki bu 

aktivləşmə sayəsində 7 aylıq körpələrin beyni 

geridən başa doğru danışılanları təkrarlayır və 

sözləri demək üçün doğru hərəkətləri etməyə 

çalışır. Bu sayədə körpələr sözlər deyə bilir.

Təcrübədə körpələr beyin aktivliyini ölçən 

beyin cihazına oturdulublar. 5, 7, 11 və 12 aylıq 

hər körpəyə yerli və xarici dildə “da” və “ta” kimi 

hecalar dinlədilib. Beyin hərəkətləri tədqiqatçılar 

tərəfindən qeyd edilib. Bundan əlavə, körpələrə 

ingilis və ispan dillərində səslər də dinlədilib. 

Tədqiqatçılar bu zaman beyinin eşitmə bölgəsində, 

broka mərkəzində və beyincikdə aktivlik müşahidə 

ediblər.

Motor hərəkətlərini planlaşdıran beyin qabığı 

körpələrin nitq qurmasında mühüm rol oynayır.

Düşünən İnsan, Dekabr 2014

30

www.elmxeberleri.com




31

Yeddi aylıq körpələrin ana dili olan ingilis 

dilindən başqa xarici dil olan ispan dilini eşitdikdə 

də beyində aktivlik meydana gəlmişdir. Bu tədqiqat 

körpələrin erkən yaşlarda daha əvvəl eşitdiyi və 

ya eşitmədiyi hər səsə reaksiya verdiyini göstərir.

Tədqiqatçılar “Salam” və “necəsən?” ifadə-

lərindən, yavaş və ibarəli sözlərdən istifadə ediblər, 

körpələr bu ifadələri və sözləri sintezləməyə 

çalışıblar. Eşitdiklərini müxtəlif səslər çıxardaraq 

təqlid ediblər.

Körpələr deyilənlərə cavab qaytarmasalar da, 

tədqiqatlar onlarla danışmağın nə qədər vacib 

olduğunu göstərmişdir. Körpələr hələ bir kəlmə 

belə danışmazdan əvvəl beyinləri onları gündəlik 

həyatdakı nitqə hazırlayır.

Körpələr hələ danışa bilmədən beyinlərinə 

söz əmələ gətirmək üçün lazımi əmri Allah verir. 

Elm adamlarını düşündürən digər maraqlı cəhət 

isə körpələrin beyninin həmin yaşlarda hər dildə 

danışılan səsə reaksiya verməsidir. Həqiqətən, bu, 

böyük möcüzədir. Allah bir ayədə bu qüsursuz 

sistemi belə bildirir:

Açıqdır ki, nitq öyrən-

məklə qazanılmır. Bizə bildiyimiz 

minlərlə sözü, sözlərin əmələ gətirdiyi 

mürəkkəb cümlə quruluşunu kimsə öyrədə 

bilməz. Məsələn, danışarkən düzgün cümlələr 

qururuq. Halbuki dilçilik qanunlarını bilmədən, 

hətta bəlkə də bir çox cümləni həyatınızda ilk dəfə 

qurduğunuza baxmayaraq, heç çətinlik çəkmirsiniz. 

Bu mürəkkəb dilçilik qanunlarını bütün həyatlarını 

dilləri tədqiq etməyə həsr etmiş dilçilər belə tərif 

edə bilmirlər.

Allah`ın öyrətdiyi sözlər

Dilin mənşəyi ilə bağlı bütün elmi kəşflər 

əsrlər əvvəl Quranda açıqlanmış bir həqiqətə 

diqqət çəkir: ilk insan olan hz. Adəmə (əs) 

yer üzündəki bütün canlılardan fərqli 

olaraq adlar və məfhumlarla düşünmə, 

bu ad və məfhumları simvollara 

çevirərək dil vasitəsilə xəbərləşmə 

qabiliyyətini Allah vermişdir. Bu 

Düşünən İnsan, Dekabr 2014

Düşünən İnsan, Dekabr 2014

31



Yüklə 439,98 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə