Terroizmə qarşı ideoloji mübarizə yolları Görən, dad bilən, toxunan və



Yüklə 439,98 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix14.04.2018
ölçüsü439,98 Kb.
#38182
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

32

həqiqət Quranda 

belə bildirilir:

Sənin Rəbbin mələk-

lərə: “Mən yer üzündə 

bir xəlifə yaradacağam”, 

- dedikdə (mələklər): “Biz 

Sənə şükür etdiyimiz, şəninə 

təriflər dediyimiz və Səni müqəddəs 

tutduğumuz halda, Sən orada fəsad 

törədəcək və qan tökəcək bir kəsmi 

yaratmaq istəyirsən?”- söylədilər. (Allah 

onlara:) “Mən bildiyim şeyi siz bilmirsiniz!” 

– buyurdu. Adəmə bütün şeylərin adlarını  

öyrətdi. Sonra onları  mələklərə göstərərək: 

“Doğrusunuzsa, bunların adlarını Mənə bildirin!”- 

dedi. Onlar: “Sən paksan, müqəddəssən! Sənin 

bizə öyrətdiklərindən başqa biz heç bir şey 

bilmirik. Bilən Sən, hikmət sahibi Sənsən”, - 

dedilər. O: “Ey Adəm, bunların adlarını onlara 

bildir!”- dedi. (Adəm) onlara bunların adlarını 

xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və 

yerin gözə görünməyən sirlərini və sizin gizlində 

- aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?” 

– buyurdu. (Bəqərə surəsi, 30-33)

İnsanın bütün digər canlılardan fərqli olaraq 

adları bilməsinin səbəbi Allah`ın bu qabiliyyəti ilk 

insan olan hz. Adəmə (əs) bəxş etməsidir. Allah 

insanı yaratmış və ona başqa heç bir canlıda 

olmayan, məfhumlarla düşünmə və nitq qabiliyyətini 

bəxş etmişdir. İnsanlar üçün yolgöstərici olan 

Quranda Rəbbimiz bizə məfhumların qarşılığı olan 

isimlərlə danışmağı  öyrətdiyini açıq-aydın bildirir:

Unutmaq olmaz ki, insanın bildiklərini ona 

öyrədən Allah`dır. “Ələq” surəsinin ilk ayələrində 

belə buyurulur:



Yaradan Rəbbinin adı ilə oxu! O, insanı 

laxtalanmış qandan yaratdı. Oxu! Sənin 

Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin 

ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) 

insana bilmədiklərini öyrətdi. (Ələq surəsi, 1-5)

İstədiyimiz sözlərin ağzımızdan çıxması üçün 

səs tellərinin nə qədər aralı olmasını, nə qədər 

titrəməsini, ağzımızdakı, dilimizdəki, boğazımızdakı 

yüzlərlə əzələdən hansının hansı ardıcıllıqda neçə 

dəfə gərilib-boşalmasını, ciyərlərimizə neçə kub 

santimetr hava alıb bu havanı hansı sürətlə və 

intervalla boşaltmağı hesablamırıq. İstəsək də, 

bunu 

e d ə 


bilmərik! 

Çünki ağzımız-

dan çıxan bircə söz-

ün əmələ gəlməsi insanın 

tənəffüs sistemindən sinir 

sisteminə, əzələlərdən sümüklərinə 

qədər bir çox sistemin uyğun işləməsinin 

nəticəsidir.

Dil qanunlarının sayını cümlələrin sonsuz sayı 

ilə müqayisə edən məşhur dilçi Liberman dilçilik 

qanunlarının tam aşkar edilmədiyini bildirir. Halbuki 

3 yaşında bir uşaq dilçilərin açıqlaya bilmədiyi 

qanunlardan istifadə edərək danışır.

Nitq qabiliyyəti beynimizə 

yerləşdirilmişdir

Dilin kompleks quruluşu ilə bağlı dilçilərin 

əksəriyyəti bir fikir ətrafında toplanıblar. Noam 

Xomskinin öndərlik etdiyi bu fikrə əsasən, uşağın 

danışması üçün beynində əvvəlcədən yerləşdirilmiş 

dilə aid xüsusiyyətlər olmalıdır. Xomski nitqin 

digər bildiklərimizdən fərqli olaraq öyrənilmədən 

qazanıldığını belə ifadə edir:

Qrammatika və idrak hər kəs tərəfindən, səy 

göstərilmədən, tez, nizamlı şəkildə sadəcə bir 

icmanın içində ən az ünsiyyətlə, münasibət və 

qarşılaşma ilə və yaşamaqla əldə edilir. Xüsusi 

təlimə və təhsilə ehtiyac yoxdur, əgər bu olacaqsa 

da, son nəticəyə yardımı məhdud olar… Halbuki, 

məsələn, fizika biliyi əziyyətli şəkildə nəsillər boyu 

ciddi çalışaraq, dəqiq təcrübələrlə qazanılır. (Noam 

Düşünən İnsan, Dekabr 2014

32

www.elmxeberleri.com




33

Chomsky, On Language: Chomskys classic works: 

Language and responsibility and reflections on 

language in one volume, New Press, 1998, səh.144)

Xomski bu sözləri ilə nitqin öyrənilmədiyini, dilin 

əsas quruluş vahidlərinin anadangəlmə zehində 

mövcud olduğunu irəli sürür. Həqiqətən də dil o 

qədər kompleks quruluşa malikdir ki, əgər bizi 

buna hazırlayan daxili sistem olmasa, öyrənmək 

və öyrətmək qeyri-mümkündür.

Danışmaq üçün bədənimizdə hansı 

proseslər baş verir?

Bir şey demək istədiyiniz anda beyninizdən 

gələn bir sıra əmr səs tellərinizə, dilinizə və 

oradan da çənə əzələlərinizə gedir. Beyinin nitq 

mərkəzlərinin yerləşdiyi bölgə nitq fəaliyyətinizdə 

rol oynayan bütün əzələlərinizə lazımi əmrləri 

göndərir.

Əvvəlcə ağciyərlər isti hava verir. İsti hava 

nitqin xammalıdır. Hava burundan içəri daxil 

olur, burun boşluğu, boğaz, nəfəs borusundan 

sonra bronxlara, oradan 

da ağciyərlərə keçir. Havadakı 

oksigen ağciyərlərdə qana qarışır. Bu 

zaman karbon qazı da xaric edilir.

Ağciyərlərdən geri qayıdan hava boğazdan 

keçərkən səs telləri adlanan iki toxuma arasından 

keçir. Bu tellər bir növ pərdəyə bənzəyir və 

birləşdikləri kiçik qığırdaqların təsiri ilə hərəkət 

edirlər. Danışmazdan əvvəl səs telləriniz açıq 

vəziyyətdə olur. Danışdıqda tellər birləşir və nəfəs 

verdikdə çıxan hava titrədilir.

Ağız və burun quruluşu insanın səsinin 

özünəməxsus olmasını təmin edir. İnsanlar 

sözləri ard-arda düzüb danışarkən dil damağa 

müəyyən miqdarda yaxınlaşıb uzaqlaşır, 

dodaqlar büzülüb-açılır. Bu proseslərdə 

bir çox əzələ böyük sürətlə hərəkət edir.

Danışmaq üçün bu proseslərdən hər 

biri tam baş verməlidir. Bu kompleks 

proseslər böyük sürətlə və qüsursuz 

baş verərkən insanın bunlardan 

xəbəri belə olmur.

Düşünən İnsan, Dekabr 2014

Düşünən İnsan, Dekabr 2014

33



Yüklə 439,98 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə