Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi
www.qesam.org
1
YAQUB YAQUBOV
deputychairman@qesam.org
TERRORİZM VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR
(ERMƏNİ TERRORUNUN FAKTLARI ƏSASINDA)
“Terror” məfhumunun dildə hər gün istifadə edilən mənasından daha geniş bir anlamı var. Gü-
nümüzdə “terror” məfhumu adətən radikal ideoloji qruplar tərəfindən aparılan silahlı mübarizəni ifadə
edir. “Terror” sözünün tərcüməsi “qorxutma” mənasına gəlir. Ancaq bu qorxutma olduqca böyük
həcmlidir və insanların bütün həyatını əhatə edəcək qədər bir qorxu vəziyyətini və təzyiq göstərməyi
ifadə edir. Terror insanları ruh düşkünlüyünə salmaq yolu ilə onlara müəyyən düşüncə və davranışları
mənimsəmək üçün ağır və sistemli bir qorxunu və bu qorxuya səbəb ola biləcək hər cür təcavüzkar
metodu əhatə edir. Ancaq bu vəziyyətdə terrorun istiqamətləndiyi hədəf dolayı yolla və ya birbaşa
xalqın özüdür. Bir terror təşkilatı xalqı öz yanına çəkə bilmək üçün güc tətbiq edir. Əldə edəcəyi qor-
xunun ona güc verəcəyini, bu güc sayəsində də xalqın, ya da çox vaxt xalqın bir hissəsinin ona kömək
edəcəyini düşünür. Sözügedən bu terror növü “terror” deyiləndə ilk başa düşülən şeydir və “sol ter-
ror” olaraq tanınır.
1
Ancaq bir də üçüncü dünya ölkələrində rastlanan və diktator rejimlər tərəfindən
tətbiq edilən terror var. Əslində buradakı məntiq sollar tərəfindən tətbiq olunan terrorun məntiqinin
daha böyük şəkildən başqa bir şey deyildir. İqtidara sahib olan hakimiyyət və ya diktator təzyiq edən
və başçıdır, o, öz iqtidarından sadəcə olaraq şəxsi mənfəəti üçün istifadə etməkdədir. Buna görə də
onlar müxtəlif ictimai müxalifətlərlə qarşı-qarşıyadır. Terror təşkilatları müdafiə etdikləri ideologiyaya
bağlı olaraq, haqsızlıq və zülm etdiklərini düşündükləri idarəçiləri aradan qaldırmaqla daha xoşbəxt və
ədalətli bir həyat tərzinə çatmaq istədiklərini irəli sürməkdədir. Terror mövzusu günümüzün ən aktual
mövzularından biri olmaqla yanaşı, həm də müasir dünyanın ən ağrılı bəlasıdır. Bəzi dövlətlər uzun il-
lərdir ki, öz daxilində terrorizmlə mübarizə aparır. Əksər hallarda terror hadisələri ayrı-ayrı ölkələrin
daxilində cərəyan etdiyi üçün bu mövzu beynəlxalq aləmi bir o qədər ciddi narahat etmirdi. Lakin son
bir neçə ildə terrorizm ölkə sərhədlərini aşaraq beynəlxalq aləmi ciddi narahat etməyə başlamışdır.
Beynəlxalq terrorizmin seçdiyi hədəflər sivilizasiyanın təməlləri olan demokratiya, insan hüquqları və
elmi-texniki tərəqqidir. Əvvəllər dünya dövlətləri qlobal ölçüdə belə bir təhlükə ilə qarşı-qarşıya qal-
madıqları üçün gözləmək olar ki, yeni dövrdə beynəlxalq terrorizmlə mübarizə zəruriyyəti ölkələr ara-
sında yeni münasibətlər formasını ortaya çıxaracaq və beynəlxalq sistemin yenidən formalaşmasına
yol açacaq.
2
Terror və terrorizm kəlmələri dövri mətbuatda eyni mənanı ifadə edən kəlmələr olaraq işlədilir.
Ancaq bu iki kəlmə arasında cinayətin xarakterini təyinetmə baxımından fərqlər var. Terrorizm, siyasi
məqsədlər üçün həyata keçirilən təşkilatlanmış, sistemli və daimi olaraq terroru vasitə olaraq mənim-
səyən strateji mübarizə metodudur. Buna görə də bir-biri ilə rabitəsi olmayan ayrı-ayrı terror aktları
hələ terrorizm demək deyil. Terrorun terrorizmə çevrilməsi üçün bu şərtlərin mövcudluğu zəruridir.
Həmin şərtlər arasında yer alan siyasi ünsürün hər hansı bir şəkildə terrorla əlaqəli olması vacib deyil.
Terrorçuların arxasına sığındığı, amma əslində terror kimi çirkin cinayətləri tamamən pisləyən və bu
1
Harun Yəhya. İslam terroru lənətləyir. B., 2003, səh.69.
2
Kazımlı E. Bəşəriyyətin yeni bəlası—beynəlxalq terrorizm.//“Dirçəliş-XXI əsr”, N 50, aprel, 2002, səh.125.
Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi
www.qesam.org
2
kimi halları qəbul etməyən bəzi ideologiyalar da var.
1
Xüsusən, son günlərdə islama istinadən törədi-
lən bir sıra terror aktları bu qəbildəndir.
Terrorizmin beynəlxalq səviyyədə əks-səda doğurması, əsasən 60-cı illərin ikinci yarısından eti-
barən Avropa və Uzaq Şərqdəki qeyri-leqal kommunist təşkilatların bombalama və təyyarəqaçırma
hadisələri ilə birlikdə başlanmışdır.
Beynəlxalq terrorizmi icraçıları baxımından da təsnif etmək mümkündür: dövlət tərəfindən dəs-
təklənən terrorizm, dövlət terrorizmi və müstəqil terrorizm. Dövlət terrorizmi bir və ya bir neçə döv-
lətin başqa bir dövlətə qarşı istiqamətləndirilmiş terrorçuluq fəaliyyətidir. Dövlət tərəfindən
dəstəklənən terrorizm isə bir və ya neçə dövlətin başqa bir dövlətə qarşı terror tətbiq edən qrupu
dəstəkləməsidir. ABŞ-ın əlaqədar rəsmi qurumları Dünya Ticarət Mərkəzində törədilən terror aktını
dövlət tərəfindən dəstəklənən terror aktı kimi izah edirlər. Əfqanıstandakı Taliban rejimi terror aktını
törətməkdə ittiham olunan Əl-Qaidə təşkilatına dəstək verməkdə günahlandırılmışdır. ABŞ Taliban
rejimindən müqəssirləri təhvil verməsini və terrorçuları himayə etməməsini istəmişdir. Nəzərdə tutu-
lan müddət ərzində Taliban rejimi lazımi tədbirləri görmədiyi üçün ABŞ və müttəfiqləri silahlı qüvvə-
lərdən istifadə edərək Əfqanıstana müdaxilə etmişdir. ABŞ-ın ölkə təhlükəsizliyi baxımından qarşılaş-
dığı təhlükə ilə Azərbaycanın Qarabağda üzləşdiyi problem arasında analoji bənzərlik görmək müm-
kündür. Ancaq Azərbaycan ABŞ-dan fərqli olaraq, sadəcə dövlət tərəfindən dəstəklənən terrorizmlə
deyil, eyni zamanda dövlət terroru ilə də qarşı-qarşıyadır.
2
Beynəlxalq terrorizmlə mübarizədə qarşıya
çıxan ən böyük problemlərdən biri terror kəlməsinin hüquqi izahıdır. Beynəlxalq miqyaslı hər hansı bir
hadisənin səbəbkarı olan şəxs və ya şəxslərin bir dövlətdə qəhrəman, digər dövlətdə isə terrorçu kimi
qələmə verilməsi mümkündür. Bu da öz növbəsində terrorizmlə bağlı beynəlxalq hüquq normativləri-
nin yaranmasına əngəl törədir.
3
Terrorizmin bütün dünya dövlətləri tərəfindən və yaxud böyük əksə-
riyyəti tərəfindən qəbul edilən müştərək izahı yoxdur. Dövlətlərin terrorizmlə bağlı mövqelərindəki
fərqliliyi göstərmək üçün 1936-1981-ci illər arasında 109 fərqli izahın olduğunu bilmək kifayətdir.
Hətta eyni dövlətlərin müxtəlif vaxtlarda fərqli izahlarına da rast gəlmək mümkündür. ABŞ-ın rəsmi
sənədlərində bu mövzuda altıdan çox fərqli yanaşma mövcuddur. Meqa-terrorizm, super-terrorizm,
kütləvi qırğın silahlı terrorizm (terrorizm of WMD) və son günlərdə tez-tez işlədilən dağıdıcı terro-
rizm (Catastrorhic terrorizm) bunlara misal ola bilər. Belə hallar BMT-nin sənədlərində də öz əksini
tapıb. Avropa Şurasında terrorizm mövzusunda bir sıra görüşlər olmuş və qərarlar alınmışsa da, ter-
rorizmin izahı ilə bağlı qeydlərə rast gəlmək mümkün deyil. Beynəlxalq terrorizmin izahı problemini
ortadan qaldırmaq üçün dünyanın müxtəlif elmi mərkəzlərində araşdırmalar aparılır və təkliflər ortaya
atılır. Məsələn, Brian Oenkins yazdığı “International Terrorizm and New Mode of Conflict
International terrorizm and World Security” adlı kitabında təklif olunan izah belədir: “Beynəlxalq ter-
ror, qəbul edilmiş və qüvvədə olan beynəlxalq normativlər, diplomatik qaydalar və müharibə qaydala-
rını pozaraq həyata keçirilən mövcud sistemə qarşı yönəldilmiş və şiddətə, zora əsaslanın davranışlar-
dır”. Dövlət beynəlxalq terrorizmin izahı mövzusunda ümumi mövqeyə gələrsə, bu problemin həllində
çox mühüm irəliləyişlər olar.
Çox zaman terrorizmə aparan yol “böyük ideyalardan” deyil, “yaxın əhatənin” təsirindən başla-
yır. Başqa sözlə desək, gələcək terrorçunun məlum seçimində fərdi siyasi əxlaqından daha böyük rolu
onu əhatə edən lokal siyasi mühit oynayır. Məsələn, cavan adam (tutaq ki, Belfosdan və ya Beyrut-
dan) görür ki, onunla eyni etnik qrupdan olan dostları və ya qohumları hərbi əməliyyatlarda iştirak
edirlər. Bu halda onun kənarda qalması bir daxili gərginlik yaradır. Onu hətta qorxaqlıqdan tutmuş
xəyanətkarlığa qədər məsələlərdə ittiham edə bilərlər.
4
Deməli, terrorizm dinamikasında qrup daha
mühüm komponentdir, nəinki fərd. Çoxları ona görə terrorist təşkilatlarına qoşulurlar ki, həmfikirləri
cəmiyyətinə bir zərurət hiss edirlər. Qrup bu şəraitdə fərd üzərində intəhasız hakimiyyət əldə edir.
1
Малышева Д. После “черного вторника”. Ислам и терроризм в России и СНГ.//МЭМО, N 3, 2002, стр.29.
2
Юрин А.Б. США наступит год “слона”//Международная жизнь, N 12, 2002, стр.37.
3
Тейлор Ф.К. Терроризм: полемика и контрмеры США//www.usinfo.state.gov (journals).
4
Cordes B. Armenian теrrоrisм in America. Sympozium on international теrrоrisм. Ankara, Turkey (Ankara
Universitu Press), 1984, р.142.