Terror doc



Yüklə 116,33 Kb.

tarix14.04.2018
ölçüsü116,33 Kb.


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 





 YAQUB  YAQUBOV 

deputychairman@qesam.org

 

 

TERRORİZM: YARANMA SƏBƏBLƏRİ VƏ ŞƏRAİTİ 

 

Terrorizmin  mahiyyəti, onun siyasi anlamı haqqında anlayış yaratmaq  və onun erməni 



terrorizmi ilə əlaqələndirilməsi, erməni terrorizminin terrorizm anlayışının hansı kateqoriya-

larına uyğun  gəlməsini araşdırıb, müəyyən nəticələrə gəlmək  və fikirlərimizi dəqiq faktlarla 

əsaslandırmaq üçün terrorizmin yaranma səbəblərini və şəraitini araşdırmaq lazımdır. 

“Terror” latın sözü olub, qorxu, dəhşət və vahimə deməkdir. Bu anlayışa əsasən, terro-

rizm ictimai quruluşu və siyasi rejimi zorən dəyişmək üçün qeyri-qanuni hərəkətlərin vəhdə-

tidir. Digər bir anlayışa görə, terrorizm müəyyən bir siyasi və sosial məqsədlərə çatmaq üçün 

qrupların əhalini bütünlüklə və ya qismən məhv etmək, sındırmaq da daxil olmaqla hər növ 

zorakı hərəkətlərin vəhdətidir. Başqa bir anlayışa görə isə terrorizm öncədən müəyyənləşdi-

rilmiş məqsədlərinə çatmaq üçün mütəşəkkiil bir qrup və partiyanın ardıcıl surətdə zorakılıq-

dan  istifadə  etməsidir.  Beləliklə,  ümumiləşdirilmiş  şəkildə  demək  olar  ki,  terrorizm  ictimai 

quruluşu və ya mövcud iqtidarı yıxmaq və başqa siyasi məqsədlər üçün bir qrupun qorxutma, 

öldürmə,  digər  müxtəlif  qeyri-qanuni  vasitələrdən  istifadə  etməsinə  deyilir.  Terrorizmin 

müxtəlif tipləri olur: yuxarıdan terror, siyasi və ideoloji terrorizm, dini terrorizm, intellektual 

terrorizm.

1

  

Terror mövzusu günümüzün ən aktual mövzularından biri olmaqla yanaşı, həm də müa-



sir dünyanın ən ağrılı bəlasıdır. Bəzi dövlətlər uzun illərdir ki, öz daxilində terrorizmlə müba-

rizə aparır. Əksər hallarda terror hadisələri ayrı-ayrı ölkələrin daxilində cərəyan etdiyi üçün 

bu mövzu beynəlxalq aləmi bir o qədər ciddi narahat etmirdi. Lakin son bir neçə ildə terro-

rizm ölkə sərhədlərini aşaraq beynəlxalq aləmi ciddi narahat etməyə başlamışdır. Beynəlxalq 

terrorizmin seçdiyi hədəflər sivilizasiyanın təməlləri olan demokratiya, insan hüquqları və el-

                                                        

1

 Hacıyev S. Yaxın və Orta Şərqdə separatçı terrorizm. Hədəf Türkiyə və Azərbaycan. “Dirçəliş-XXI əsr”, 2004, yanvar, 



N 71. 


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



mi-texniki tərəqqidir. Əvvəllər dünya dövlətləri qlobal ölçüdə belə bir təhlükə ilə qarşı-qarşı-

ya qalmadıqları üçün gözləmək olar ki, yeni dövrdə beynəlxalq terrorizmlə mübarizə zəruriy-

yəti ölkələr arasında yeni münasibətlər formasını ortaya çıxaracaq və beynəlxalq sistemin ye-

nidən formalaşmasına yol açacaq.

2

 



1976-cı  ildə  BMT  Baş  Məclisinin  Altıncı  Komitəsində  terrorçuluqla  bağlı  problemin 

müzakirəsi zamanı bir çox üzvlər “terrorçuluğa” müəyyən anlayışın verilməsinə cəhdlər gös-

tərmişlər. Məsələn, tanınmış hüquqşünas alim Eduard Ximenes de Aperara terrorçuluq aktla-

rını—“törədilərkən  iğtişaşlar  və  panika  yaratmağa,  səbəb  olan  təşkilatı  cəmiyyəti  terror  et-

mək,  cəmiyyətin  əzab  və  zülm  çəkməsini  intensivləşdirmək  məqsədi  doğuran,  qabaqcadan 

düşünülmüş” ümumcinayətlərin ənənəvi formalarından biri kimi müəyyən edir. 

Hindistanlı hüquqşünas prof. S.Aqravalanın fikrincə, beynəlxalq terrorizmin zəruri ele-

mentləri aşağıdakılardır: 

—günahsız insanlar və ya bütövlükdə əhali üçün təhlükəli şərait yaradan zorakılıq təh-

lükəsi və ya zorakılıq tətbiq etmək; 

—cinayətin beynəlxalq xarakterli olması. 

Terror  fəaliyyəti  müxtəlif  səbəblərdən  yaranır  və  onun  qarşısında  müəyyən  məqsədlər 

durur: 

—dövlət quruluşunu dağıtmaq—Yuqoslaviya və Salvadorda bu özünün bariz nümunə-



sini göstərdi; 

—milli və ya qruplar arasında ədalətsizliyi bərpa etmək—fələstinlilər; 

—beynəlxalq hüquq qaydasını dağıtmaq—yaponların Qırmızı Ordusu. 

Terrorizm sosial-siyasi məfhum olub, özündə ekstremizmə xas olan əsasları birləşdirir:

3

 

a) adamların həyatına, sağlamlığına, fiziki və ya psixi durumuna qarşı zorakılıq, o cüm-



lədən  qəsdən  adamöldürmə,  habelə  qəddar  rəftar,  məsələn,  işgəncə,  ləyaqəti  alçaltma  və  ya 

bədən cəzasının istənilən forması; 

b) kollektiv cəzalar; 

c) girovgötürmə; 

ç) terrorizm aktları; 

                                                        

2

 Kazımlı E. Bəşəriyyətin yeni bəlası—beynəlxalq terrorizm.//“Dirçəliş-XXI əsr”, N 50, aprel, 2002, səh.125. 



3

 Lipman M. The 1948 Convertion on tщe Prevention and Punisщment of the Crime of Genoside: Forty-five years 

later//Temр. inter. and Comр Law Journal 1994, vol.8, р.82. 

 



Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



d) zorlama, zorakı fahişəlik və əxlaqsız hücumun istənilən forması. 

u) hərbi soyğunçuluq; 

ə) qanunauyğun təsis olunmuş məhkəmə tərəfindən elan edilmiş əvvəlki qərar olmadan 

hökm çıxarılması və hökmün icra edilməsi;  

f) bu aktlardan birinin törədilməsi təhlükəsi. 

S.N.Yenikolopov terroristik fəaliyyətin üç əsas istiqamətini müəyyən edib: 

a) öz ölkəsinin hökumətinə qarşı mübarizə; 

b) milli özünütəsdiq üçün mübarizə; 

c) dini terrorçuluq.

4

 

Terror və terrorizm kəlmələri dövri mətbuatda eyni mənanı ifadə edən kəlmələr olaraq 



işlədilir. Ancaq bu iki kəlmə arasında cinayətin xarakterini təyinetmə baxımından fərqlər var. 

Terrorizm,  siyasi  məqsədlər  üçün  həyata  keçirilən  təşkilatlanmış,  sistemli  və  daimi  olaraq 

terroru vasitə olaraq mənimsəyən strateji mübarizə metodudur. Buna görə də bir-biri ilə rabi-

təsi  olmayan  ayrı-ayrı  terror  aktları  hələ  terrorizm  demək  deyil.  Terrorun  terrorizmə  çevril-

məsi üçün bu şərtlərin mövcudluğu zəruridir. Həmin şərtlər arasında yer alan siyasi ünsürün 

hər hansı bir şəkildə terrorla əlaqəli olması vacib deyil. Terrorçuların arxasına sığındığı, am-

ma əslində terror kimi çirkin cinayətləri tamamən pisləyən və bu kimi halları qəbul etməyən 

bəzi  ideologiyalar  da  var.

5

  Xüsusən,  son  günlərdə  islama  istinadən  törədilən  bir  sıra  terror 



aktları bu qəbildəndir.  

 

 



 

a) Terrorizmin beynəlxalq-hüquqi izahı 

Beynəlxalq terrorizm—ayrı-ayrı dövlətlərin hüquq  və qanuni mənafelərini, beynəlxalq 

səviyyədə tanınmış insan hüquqlarını kobud və ya kütləvi şəkildə pozan, hüquqi tərkibi bey-

nəlxalq hüquq normalarında müəyyən olunmuş, beynəlxalq hüquqa zidd olan əməllərə deyi-

lir. Beynəlxalq hüquq elmində “beynəlxalq terrorizm” və “beynəlxalq xarakterli cinayət” ka-

teqoriyaları  fərqdəndirilir.  Soyqırım  cinayəti  beynəlxalq  cinayət  kateqoriyasına  aiddir.  Hə-

                                                        

4

 Салимов К.Н. К вопросу о причинах внутригосударственного и международного терроризма.//Вестник Ба-



кинского Университета, Б., 1997, N 1, стр.41. 

5

 Малышева Д. После “черного вторника”. Ислам и терроризм в России и СНГ.//МЭМО, N 3, 2002, стр.29. 




Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



min cinayətlərin əsas tərkibləri  II Dünya müharibəsindən sonra yaradılmış  beynəlxalq hərbi 

tribunalların (Nümberq və Tokio) Nizamnaməsində ifadə olunmuşdur. Sonradan həmin cina-

yət tərkibləri Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnaməsində və 

Beynəlxalq Cinayət Məhkəməsinin Statusunda təkmilləşdirilməklə bir daha təsdiqini tapmış-

dır. Nürnberq tribunalı Nizamnaməsində beynəlxalq cinayətlər üç qrupa ayrılmışdır:  

—sülh əleyhinə terror aktları; 

—müharibə cinayətləri; 

—insanlıq əleyhinə terror aktları. 

Adi cinayətlər törədilərkən, cinayətkarlar bu cinayətlərin gizli qalmasına çalışırlar. Ter-

ror aktlarında isə bunun təsirini müşahidə etmək mümkündür. Terrorçular cinayətin mümkün 

olduğu qədər geniş kütlələrə yayılmasını istəyirlər.

6

 Bunun başlıca səbəbi, törədilən aktın əsl 



məqsəd deyil, məqsədə xidmət edən simvolik vasitə olmasıdır. Belə ki, əksər hallarda hadisə 

zamanı zərər çəkənlərin terrorçularla heç bir münasibəti olmur. Onlar sadəcə olaraq, terrorçu-

ların  müəyyən  məqamlara  təsir  etmələrini  təmin  etmək  üçün  seçilmiş  təsadüfi  qurbanlardır. 

Terror aktının simvolik xarakter daşıması, onu müharibə və partizan müharibəsindən fərqlən-

dirən başlıca cəhətdir. İlk baxışda hər üç metodun silahlı yolla müəyyən məqsədə nail olma-

ğa çalışması ortaq tərəf olaraq götürülə bilər. Fəqət partizan müharibəsi və müharibə metod-

larında hədəf və zərərçəkən eyni obyekt olduğu halda, terror aktının qurbanları ilə hadisənin 

hədəfi fərqli obyektlər olur.  

Müxtəlif  vasitələrlə  insanlara  təsir  edə  bilmək  üçün  şiddət  yolunun  seçilməsi  terrorun 

ən qabarıq xüsusiyyətidir. Şiddətin forması tətbiq olunan terror növünə bağlı olaraq dəyişir. 

Şiddətə, zora, təcavüzə söykənən terror əməllərinin meydana gətirdiyi fiziki və psixoloji təz-

yiq fərdlərin iradə sərbəstliyini məhdudlaşdırır. Buna  görə də şiddət terrorun əsas əlamətlə-

rindəndir. Şiddətin tətbiq edilməsi nəticəsində dəyən zərər insanlarla yanaşı, onların əmlakla-

rını  da  əhatə  edə  bilər.  Tətbiq  olunan  şiddətin  başlıca  məqsədi  insanların  iradəsini  qırmaq, 

onlarda bezginlik, pərakəndəlilik və fikir bulanıqlığının formalaşmasına nail olmaqdır. 

Terrorun xarakterik xüsusiyyətlərinə gəldikdə, bunları aşağıdakı kimi ümumiləşdirmək 

olar: şiddətə yönəlmə, terror qurbanlarının təsadüfi, kütləvi seçilmiş olması, amansız və dağı-

dıcı olması, törədilən aktın simvolik olması. 

                                                        

6

 Салимов К.Н. Опыт законодательства США по борьбе с терроризмом.//Методические указания. Б., 1998, стр.36. 




Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



Terror kəlməsini izah etmək üçün onun hərfi mənasına nəzər yetirmək ilk addım ola bi-

lər. Terror  kəlməsi latınca  “terrere” sözündən  götürülmüş, qorxudan titrəmə  mənasını  verir. 

Günümüzdə ifadə etdiyi mənalara gəldikdə isə bunları dörd qrupa bölmək olar: psixoloji ter-

ror,  adi  cinayətkarların  törətdiyi  terror,  müharibə  terroru  və  siyasi  terror.  Psixoloji  terror—

mənəvi duyğulara xitab edən, maddi, əsası olmayan sehri, dini alət edən və yaxud başqa irra-

sional təməlli qorxulara söykənən terror növüdür. Adi cinayətkarların işə saldığı terror—adi 

cinayətlər  törədən  şəxs  və  yaxud  qrupun  öz  maddi  maraqları  naminə  törətdikləri  terrordur. 

Müharibə  terroru—müharibə  əsnasında  düşmənə  zərbə  vurmaq  üçün  ona  yönəldilən  terror 

fəaliyyətidir. Siyasi terror—insanları müxtəlif yollarla təhdid etməklə, onlara müəyyən ideya 

və davranışları qəbul etdirmək üçün seçilən terror fəaliyyətidir. Bu qrupa daxil olan terrorçu-

luq  fəaliyyətinə  ideologiya  terrorizmini,  etnik  millətçi  terrorizmi  və  dini  terrorizmi  nümunə 

göstərmək olar.

7

 



Terror aktının hüquqi məzmunu hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya 

qismən məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlər təşkil edir: 

—bu cür qrup üzvlərinin öldürülməsi; 

—belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi. 

—hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan hə-

yat şəraiti yaradılması; 

—bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi; 

—uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi. 

Beynəlxalq  terrorizmlə  mübarizədə  qarşıya  çıxan  ən  böyük  problemlərdən  biri  terror 

kəlməsinin hüquqi izahıdır. Beynəlxalq miqyaslı hər hansı bir hadisənin səbəbkarı olan şəxs 

və  ya  şəxslərin  bir  dövlətdə  qəhrəman,  digər  dövlətdə  isə  terrorçu  kimi  qələmə  verilməsi 

mümkündür. Bu da öz növbəsində terrorizmlə bağlı beynəlxalq hüquq normativlərinin yaran-

masına  əngəl  törədir.

8

  Terrorizmin  bütün  dünya  dövlətləri  tərəfindən  və  yaxud  böyük  əksə-



riyyəti tərəfindən qəbul edilən müştərək izahı yoxdur. Dövlətlərin terrorizmlə bağlı mövqelə-

rindəki fərqliliyi göstərmək üçün 1936-1981-ci illər arasında 109 fərqli izahın olduğunu bil-

mək  kifayətdir.  Hətta  eyni  dövlətlərin  müxtəlif  vaxtlarda  fərqli  izahlarına  da  rast  gəlmək 

mümkündür. ABŞ-ın rəsmi sənədlərində bu mövzuda altıdan çox fərqli yanaşma mövcuddur. 

Meqa-terrorizm, super-terrorizm, kütləvi qırğın silahlı terrorizm (terrorizm of WMD) və son 

                                                        

7

 Николаев Д. Антитеррористическая операция расширения.//НВО, N 16, 2002, стр.74. 



8

 Тейлор Ф.К. Терроризм: полемика и контрмеры США//www.usinfo.state.gov (journals). 




Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



günlərdə tez-tez işlədilən dağıdıcı terrorizm (Catastrorhic terrorizm) bunlara misal ola bilər. 

Belə hallar BMT-nin sənədlərində də öz əksini tapıb. Avropa Şurasında terrorizm mövzusun-

da  bir  sıra  görüşlər  olmuş  və  qərarlar  alınmışsa  da,  terrorizmin  izahı  ilə  bağlı  qeydlərə  rast 

gəlmək mümkün deyil. Beynəlxalq terrorizmin izahı problemini ortadan qaldırmaq üçün dün-

yanın  müxtəlif  elmi  mərkəzlərində  araşdırmalar  aparılır  və  təkliflər  ortaya  atılır.  Məsələn, 

Brian Oenkins yazdığı “International Terrorizm and New Mode of Conflict International ter-

rorizm and World Security” adlı kitabında təklif olunan izah belədir: “Beynəlxalq terror, qə-

bul edilmiş və qüvvədə olan beynəlxalq normativlər, diplomatik qaydalar və  müharibə qay-

dalarını pozaraq həyata keçirilən mövcud sistemə qarşı yönəldilmiş və şiddətə, zora əsaslanın 

davranışlardır”.  Dövlət  beynəlxalq  terrorizmin  izahı  mövzusunda  ümumi  mövqeyə  gələrsə, 

bu problemin həllində çox mühüm irəliləyişlər olar. 

Terrorizmin  izahında  yaranan  problemlərə  baxmayaraq,  dünyanın  hər  yerində  beynəl-

xalq terrorizm fəaliyyəti zamanı terroristlər tərəfindən izlənilən taktiki addımlar təxminən ey-

nidir:

9

 



—hədəf alınan  milləti psixoloji olaraq sarsıtmaq  və onun birliyini təmin edən amilləri 

ortadan qaldırmaq;  

—iqtidarı təmsil edən şəxsləri və yaxud qrupu xalqın gözündən salmaq; 

—sarsılmış  xalq  kütləsi  içində  təkrar  dirçəlmə  cəhdlərinin  qarşısını  almaq  üçün  xalqı 

təsirsiz hala gətirmək; 

—xalqın içində formalaşmış ayrı-ayrı qrupların arasında nifaq salmaq və onlar arasında 

qarşıdurmaya nail olmaq. 

Terrorizm mürəkkəb fenomen olmaqla çoxsaylı formaları ilə təzahür edir. Rusiyalı mü-

təxəssis  professor  Q.İ.Mirskiy  siyasi  (“sinfi”),  etnik  və  beynəlxalq  terrorizm  formalarını  ön 

plana çəkir. Onun fikrincə “köhnə” terrorizm sinfi xarakter daşıyırdı və dar siyasi məzmuna 

malik idi.

10

 



Etnik terrorizm hər şeydən əvvəl partizan müharibəsindən ayrılmazdır, onun bir hissəsi-

ni təşkil edir. Nümunə olaraq Şri-Lankada (tamillərin sinqallara qarşı mübarizəsini), Hindis-

tan və Pakistan arasındakı konflikti (Kəşmir problemi) və s. göstərmək olar. Bu nümunələrin 

hər  birində  böyük  və  lokal  hərbi  əməliyyatlarla  yanaşı,  tipik  terrorçu  mübarizə  metodlarına 

                                                        

9

 Марк С.Стейнц. “Мятежники, террористы и торговля наркотиками”. Вашингтон квартерли, т.8, N 8, 1985, 



стр.41-42. 

10

 Nəsirov E.X. ABŞ və dünya 11 sentyabrdan sonra. B., 2003, səh.39-40. 




Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



da geniş müraciət olunur (düşmən arxasında həm hərbi, həm də mülki şəxslərin öldürülməsi, 

girovların saxlanılması və s.). Etnik terrorizmlə müqayisədə sinfi mübarizə bayrağı qaldıran 

təşkilatların fəaliyyəti bu gün son dərəcədə zəifləyib. İtaliyada “Qırmızı briqadalar”, Almani-

yada “Qırmızı ordu Fraksiyası” artıq siyasi terror müstəvisindən sıxışdırılıb çıxarılmışlar.

11

 



Terrorizm gizli, zorakı, məqsədyönlü, idarə olunan və ideologiyalaşdırılmış şəkildə mü-

barizə forması kimi həyata keçirilir. Terrorizmin qurbanları artıq qeyd olunduğu kimi təsadü-

fi və seçimli ola bilər. Siyasi, sosial, ərazi, milli, ideoloji xarakterli konfliktlər terrorçuluq fə-

aliyyətini şərtləndirir. 

Müasir dövrdə istər siyasi, istər etnik, istərsə  də beynəlxalq terrorçuluq (sonuncu haq-

qında  sonrakı  fəsildə  ətraflı  bəhs  edəcəyik)  fəaliyyəti  faktiki  innovasiyaları  baxımından  da 

sələflərindən fərqlənir. Məsələn, rus terrorçuları çar ailəsi üzvlərinə, nazirlərə, qubernatorla-

ra, generallara və b. qarşı sui-qəsdlər təşkil etməklə hökuməi qorxutmaq və ondan radikal gü-

zəştlər əldə etməyə cəhd göstərirdilərsə, keçən əsrin 2-ci yarısından başlayaraq Qərbi Avropa 

“radikalları” illüziyalarla yaşamayaraq terrorizm yolunu tutmuşdular.

12

 

2001-ci il fevralın 19-da qüvvəyə minən Böyük Britaniyanın yeni antiterror qanunveri-



ciliyi  terrorizmə  aşağıdakı  xarakteristikanı  vermişdir:  “Şəxsiyyətə  qarşı  zorakılıq,  əhalinin 

təhlükəsizliyi və sağlamlığına qarşı risk, əmlaka ciddi ziyan, elektron sistemlərinin işinin po-

zulması və s. ilə əlaqədar olan, siyasi, dini və ideoloji motivlərlə həyata keçirilən hədə və zo-

rakılıq aksiyası terrorizmdir”.

13

 Başqa sözlə desək, terrorizm fenomeni bəşəriyyətin tarixində 



zorakılıq  problemi  ilə  bağlıdır.  Bu  nöqteyi-nəzərdən  qeyd  etmək  lazımdır  ki,  terrorizm  çox 

zaman milli, dini, sosial və siyasi sıxışdırmalardan qaynaqlanıb daha dəhşətli və amansız ca-

vab reaksiyası şəklində təzahür edir. Təşkilatçılar və icraçılar mövcud vəziyyətdən öz məna-

feləri baxımından bəhrələnirlər.

14

 Terrorçuların əldə bayraq etdikləri motivlər çox zaman əsl 



xislətlərini gizlətmək üçün bir vasitə funksiyasını yerinə yetirir. Məsələn, eramızın 66-73-cü 

illərində dünyada ilk terrorçu təşkilatlardan biri sayılan sikarilər sektasının üzvləri qədim İu-

deyin Roma imperiyasından “azad olunması uğrunda mübarizə” şuarı altında fəaliyyət göstə-

rirdilər. Sonralar onların mübarizə üsulları ASALA və İrlandiya Ordusu (İRO) kimi terrorçu 

təşkilatlar eynilə həyata keçirməyə başladılar. Sikarilər Roma məmurlarını öldürür, metropo-

                                                        

11

 Борьба с терроризмом—общая самооборона.//Азия и Африка, N 3, 2002, с.39. 



12

 Салимов К.Н. Современные проблемы терроризма. М., 1999, стр.47. 

13

 Рыбаков В.К. К вопросу о терроризме, или две стороны одной медали//МЭМО, N 3, 2002, стр.50. 



14

 Малышева Д. После “черного вторника”. Ислам и терроризм в России и СНГ.//МЭМО, N 3, 2002, стр.64. 




Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



liyanın siyasətini həyata keçirir, yəhudilərə divan tuturdular. Bundan savayı, şəhər xırmanla-

rını yandırır, Yerusəlimdə su təchizatını sıradan çıxarırdılar.

15

 



Müasir dövrdə praktiki olaraq Ermənistanın, Rusiyanın, Latın Amerikasının, Avropanın 

və Yaponiyanın əksər sol radikal istiqamətli ekstremist qruplaşmaları sosial və siyasi təzyiq-

lərdən azad olma pərdəsi altında fəaliyyət göstərirlər. 

 

b) Terrorizmi doğuran siyasi-iqtisadi və hərbi şəraitinin təsnifi 

Çox zaman terrorizmə aparan yol “böyük ideyalardan” deyil, “yaxın əhatənin” təsirin-

dən başlayır. Başqa sözlə desək, gələcək terrorçunun məlum seçimində fərdi siyasi əxlaqın-

dan daha böyük rolu onu əhatə edən lokal siyasi mühit oynayır. Məsələn, cavan adam (tutaq 

ki,  Belfosdan  və  ya  Beyrutdan)  görür  ki,  onunla  eyni  etnik  qrupdan  olan  dostları  və  ya  qo-

humları hərbi əməliyyatlarda iştirak edirlər. Bu halda onun kənarda qalması bir daxili gərgin-

lik yaradır. Onu hətta qorxaqlıqdan tutmuş xəyanətkarlığa qədər məsələlərdə ittiham edə bi-

lərlər.

16

 Deməli, terrorizm dinamikasında qrup daha mühüm komponentdir, nəinki fərd. Çox-



ları  ona  görə  terrorist  təşkilatlarına  qoşulurlar  ki,  həmfikirləri  cəmiyyətinə  bir  zərurət  hiss 

edirlər. Qrup bu şəraitdə fərd üzərində intəhasız hakimiyyət əldə edir. Təşkilatın üzvləri real 

təhlükələrlə  üzləşirlər,  cəmiyyətdən  izolə  edilmiş  vəziyyətdə  yaşayırlar.  Mövcudluqlarını 

saxlamaq üçün onların bir-birindən və öz qruplarından asılı olmaları zəruridir.

17

 

Müasir beynəlxalq terrorçuları fəal terrorçuluq fəaliyyətinə sövq edən motivləri üç isti-



qamətdə nəzərdən keçirmək olar:  

1. Antiqərb yönüm.—bu yönüm antimüstəmləkə ruhunun birbaşa nəticəsi və yeni for-

mada onun saxlanılması kimi qavranılmalıdır.  

2.  Antiamerika  yönümü.—müsəlman  radikalları  və  ekstremistləri  üçün  Qərbə  nifrətin 

canlı nümunəsi məhz  ABŞ-dır.  İranın ruhani lideri Xomeyni vaxtilə  ABŞ-ı  “Böyük şeytan” 

adlandırmaqdan  belə  çəkinməmişdir.  Bu  anlamda  dəhşətli  11  sentyabr  terror  aktının  həyata 

keçirilməsi üçün hədəf qismində məhz ABŞ-ın seçilməsi islam təməlçilərinin yuxarıda danış-

dığımız antiqərb dünyagörüşünün təzahürüdür.  

                                                        

15

 Рыбаков В.К. Göstərilən əsəri, s.50-51. 



 

16

 Cordes B. Armenian теrrorısм in America. Sympozium on international теrrorısм. Ankara, Turkey (Ankara Universitu 



Press), 1984, р.142. 

17

 Тейлор Ф.К. Терроризм: полемика и контрмеры США//www.usinfo.state.gov (journals). р.121. 




Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



3.  Antiisrail  yönümü.—Bu  istiqamət  özündən  əvvəlki  yönümdən  qaynaqlanır  və  onun 

davamı kimi qavranılır. Dar mənada Fələstin ərəblərinin faciəsi ön plana çəkilir. İsrail dövlə-

tinin yaranması fəlakət kimi qiymətləndirilir və bu dövlətlə aparılan çoxsaylı müharibələr və 

elə o qədər də məğlubiyyətlər fonunda fələstinlilərdə “natamamlıq kompleksinin” yaranması 

üçün münbit şərait formalaşır.

18

  

Etnik terrorizmdə milli-şovinist hisslərin hər hansı bir sosial qrup və ya siyasi partiyaya 



mənsubluğundan daha güclü olması xasdır.

19

 Öz millətinə və ya etnik birliyinə xəyanət psi-



xoloji baxımdan olduqca ağırdır, nəinki siyasi, sağ və ya sol ekstremist baxışlarından imtina 

etmək. Bu hal sivilizasiya amili ilə bağlı olub, etnokonfessional ekstremizm adlandırılan bir 

fenomen üçün xarakterikdir. Bu yerdə söhbət beynəlxalq terrorizmdən gedir.  

Məhz terrorizmin bu növü XXI əsrdə bəşəriyyət üçün ən qorxulu təhlükə hesab edilir. 

Terrorçuluq fəaliyyətinin bu növünü bəzən səhv olaraq “islam terrorizmi” kimi də qiymətlən-

dirməyə cəhdlər  göstərilir. Məsələyə belə yanaşıldıqda, XXI əsrdə  Afrikanın müstəmləkəyə 

çevrilməsi,  müstəmləkəçi  dövlətlərin  dini  mənsubiyyətinə  görə  “xristian  müstəmləkəçiliyi” 

adlandırılmalıdır.  Belə  son  dərəcə  həssas  məsələlərdə  ifadələr  dəqiq  ölçülüb-biçilib  işlədil-

məlidir.

20

 



ABŞ hökuməti “islam terrorizmi” adlı bir məfhumu tanımır. “Əl-Qaidə”nin üzvləri sa-

dəcə terrorçu cinayətkarlardır. Sivilizasiya və insanlığın özünün dəyərlərinə hücumdan başqa 

bir şey olmayan, özlərinin ölüm dolu əməllərini ört-basdır etmək üçün onlar çəkinmədən is-

lam dininin adından sui-istifadə edirlər. Dünyanın hər yerində müsəlman liderlər və dini xa-

dimlər  sözügedən  terrorçu  hücumları  pisləmiş,  onu  islam  dininin  təhrif  edilməsi  və  islama 

qarşı naxələflik kimi qiymətləndirilmişdir.

21

 Misal üçün, müstəqil müsəlman alimlərindən bir 



qrupu,  o  cümlədən,  Qatarda  yaşayan  ruhani  Şeyx  Yusif  əl-Qaradavi  sözügedən  hücumları 

pisləmiş  və  demişdi  ki,  cinayətkarları  ədalət  mühakiməsinə  təhvil  vermək  müsəlmanların 

müqəddəs borcu, vəzifəsidir.  

Amerikalılar  guya  ABŞ-ın  islama  qarşı  müharibə  apardığı  barədə  irəli  sürülən  əsassız 

ittihamları çox təhqiredici hesab edir. Heç bir fakta əsaslanmayan bu güman dəfələrlə təkrar-

lanmasına baxmayaraq, ABŞ-ın xarici siyasətinin obyektiv tənqidi deyil, dəqiq hesablanmış 

                                                        

18

 Юрин А.Б. США наступил год “слона”//Международная жизнь, N 12, 2002, стр.13-14. 



19

 httr://www/teror.gen.tr./türkce/yurtdışı/diger/ ermeni—PKK/işbirligi:html. 

20

 Nəsirov E.X. Göstərilən əsəri. bax: səh.45. 



21

 Terrorizm şəbəkəsi ABŞ və beynəlxalq koalisiya qlobal terrorizmə qarşı.//ABŞ Dövlət Departamenti. 2001-ci il. 

səh.18. httr://usinfo.state.gov. 



Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



10 

ağ  yalandır.  Milyonlarla  amerikalılar  müsəlmandır:  söz  və  din  azadlığı  Amerikanı  səciyyə-

ləndirən amillərin əsasını təşkil edir. Başqalarının dini etiqadına ABŞ-ın hücum edəcəyi ba-

rədə  fikir  söyləmək  ağlasığmaz  dərəcədə  gülüncdür.  Bu  antiterror  kampaniyasında  ABŞ  və 

onun tərəfdarları dözümlülük, müxtəliflik və dini etiqad azadlığı dəyərlərini müdafiə edir və 

bu dəyərləri məhv etmək istəyən təşkilatların fanatizmə və nifrətçilik hisslərinə qarşı mübari-

zə  aparır.  Öz  növbəsində  ABŞ  israillilər  və  fələstinlilər  arasında  təhlükəsiz  və  ədalətli  sülh 

axtarıb tapmaq yolunda uzunmüddətli və yorulmadan göstərdiyi səylərin tarixini misal gətirə 

bilər. İran körfəzində yerləşən Küveyt və Səudiyyə Ərəbistanından tutmuş, Balkanlarda yer-

ləşən  Bosniya  və  Kosovaya  qədərki  ərazidə  müsəlman  xalqları  xarici  müdaxilə  və  etnik  tə-

mizləmədən  qorunmaqda  göstərdiyi  səylərin  mübarizə  olunmaz  tarixini  də  ABŞ  sitat  gətirə 

bilər.


22

  

Səudiyyə Ərəbistanındakı Məkkə şəhərində Möhtəşəm Məscidin şeyxi Əbdül-Rəhman 



əl Sudais deyirdi: “Əgər bu fenomenin (terrorizmin) davamçıları dindən örtük  kimi istifadə 

etsələr, onda çox dəhşətli bir bəla baş verə bilər, çünki əsl islamın bütün bunlarla heç bir əla-

qəsi yoxdur. Onun təlimləri zorakılığa düzgün əməllər kursu kimi, sabotaja bir üsul kimi və 

qantökməyə bir reforma yolu kimi baxan insanlardan çox-çox yüksəklərdədir”.

23

 

“Müsəlmanlar Nyu-York göydələnlərini dağıtdılar” kimi ifadələrin işlədilməsi yolveril-



məzdir.  Çünki  məsələnin  belə  qoyuluşu  bütün  müsəlman  dünyasını  terrorizmdə  ittiham  et-

mək deməkdir. Çox qəribədir ki, heç kim “induslar Mahatma Qandini öldürdülər” və ya “yə-

hudilər İshaq Rabini öldürdülər” kimi fikirlər söyləmirlər. Baxmayaraq ki, hər iki halda dəh-

şətli terror aktları xəbəri yoxdur. Bu vəziyyətdə belə bir mif yayılmaqdadır ki, guya islam di-

ni  müharibə  əhval-ruhiyyəsi  aşılayır,  öz  daşıyıcılarından  qeyri-müsəlmanlara  qarşı  amansız 

mübarizənin aparılmasını tələb edir. Bu yerdə “psevrdoislamşünasların” ən çox müraciət et-

diyi məsələ “cihad” termini ilə bağlıdır. Onlar səhvən  və ya bilərəkdən “cihad”ı “qeyri-mü-

səlmanlara qarşı müqəddəs müharibə” kimi yozmaqda davam edirlər.

24

 Bu isə, guya ki, mü-



səlmanları qeyri-müsəlman dünyasına qarşı mübarizəyə və bu mübarizədə bütün üsullardan, 

hətta terrordan da belə bəhrələnməyə sövq edir. Başqa sözlə, guya  ki,  “cihad” konsepsiyası 

terrorizmə haqq qazandırır. Əslində, “cihad” hərfi mənasına görə “ən yüksək səy” deməkdir. 

                                                        

22

 Малышева Д. После “черного вторника”. Ислам и терроризм в России и СНГ.//МЭМО, N 3, 2002, стр.44. 



23

 Terrorizm şəbəkəsi ABŞ və beynəlxalq koalisiya qlobal terrorizmə qarşı.//ABŞ Dövlət Departamenti. 2001-ci il. 

səh.18. httr://usinfo.state.gov. 

24

 Nəsirov E.X. Göstərilən əsəri, səh.45. 




Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



11 

İslam ideologiyasının təqdimatına görə cihad “İslamın yayılması və müdafiəsi uğrunda mü-

barizə” deməkdir. Amerikalı alim Tomas Lippmanın fikrincə, “cihad” sözü Məhəmməd pey-

ğəmbərin  öz  ardıcılları  üzərinə  qoyduğu  öhdəliyi—“dinin  qorunmasını”  özündə  əks  etdirir. 

Həqiqətən də Quranın 2-ci surəsində (“Baqara”—yəni “İnək” surəsi) deyilir: “Allah qoyduğu 

yol  naminə  sizi  öldürənləri  öldürün,  lakin  ölçülərdən  kənara  çıxmayın,  çünki  Allah  həddini 

aşanları  sevmir”.  Nəhayət,  islamı  həddindən  artıq  döyüşkənlikdə  və  hərbə  çağırışda  ittiham 

edənlər  ədalət  naminə,  İisus  Xristosun  məhşur  fikrini  unutmamalıdırlar:  “Düşünməyin  ki, 

mən  yer  üzünə  sülh  gətirmək  üçün  gəlmişəm.  Mən  sülh  yox,  qılınc  gətirdim”.İslam  funda-

mentarizminin nümayəndələri də (ərəbcə “əs-səlafayi”—“ulular”) öz dinlərinin köklərinə qa-

yıdışa çağırırlar və bu heç də qeyri-müsəlmanlara qarşı zorakılığa çağırış kimi yozulmamalı-

dır.


25

 

Din sevgini, mərhəməti, sülhü əmr edir. Terrorizm isə dinin əksinədir, yəni mərhəmət-



sizdir, qan tökmək, öldürmək, acı çəkdirmək, faciələr yaratmaq istəyir. Buna görə də bir ter-

ror aktının səbəbini tapmaq istəyərkən onun qaynağını dində və dindarlıqda deyil, dinsizlikdə 

axtarmaq  lazımdır.  Terrorçuların  hansı  adı  daşıması,  şəxsiyyət  vəsiqələrində  nə  yazılması 

önəmli deyil. Bir adam günahsız insanları gözünü qırpmadan da öldürsə, deməli, o adam əl-

bəttə  ki,  dindar  deyil  və  mütləq  dinsizdir.  Beləsi  Allahdan  qorxmayan,  məqsədi  yalnız  qan 

tökmək  və  əzab  vermək  olan  bir  canidir.  Bu  səbəblə  də  “islam  terroru”,  “yəhudi  terroru”, 

“xristian terroru” kimi ifadələr son dərəcə xətalı və kökündən yanlış anlayışlardır. Çünki is-

lam dinində də, digər iki ilahi dində də terrora, vəhşiliyə, qəddarlığa, amansızlığa heç bir şə-

kildə yer yoxdur. Əksinə, “terror” adlandırdığımız əməllər (yəni günahsız insanlara qarşı iş-

lənən cinayətlər) islama  görə, böyük bir günahdır. İslama görə, müsəlmanlar terrorizm  kimi 

vəhşi  və  qeyri-insani  əməllərin  qarşısını  almaq,  yer  üzünə  sülh,  rahatlıq  və  ədalət  gətirmək 

missiyasını daşıyırlar.

26

  

Ümumdünya  ictimaiyyəti  qlobal  terrorizmin  yaratdığı  təhlükəni  imkanları  daxilində 



olan  milli  və  beynəlxalq  gücün  bütün  vasitələrindən  istifadə  edərək,  misli  görünməmiş  bir 

koalisiya  ilə  qarşılaşmışdır.  Sözügedən  vasitələrə  aşağıdakılar  daxildir:  diplomatiya,  hüquq 

mühafizə, kəşfiyyat, maliyyə tədqiqatları, hərbi əməliyyatlar və humanitar yardım. 

                                                        

25

 Малышева Д. Göstərilən əsəri, s.39-40. 



26

 İslam terroru lənətləyir. Harun Yəhya. B., 2003, səh.13. 




Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



12 

Terrorizmin  özü  qeyri-adi,  ələkeçməz  bir  düşmən  olduğu  kimi,  yeni  antiterror  alyansı 

da  yeni  və  çevik  formalar  almışdır  ki,  orada  ayrı-ayrı  ölkələr  müxtəlif  səviyyələrdə  addım 

atır və öz üzərlərinə məsuliyyət götürür. 

Elə indinin özündə, qlobal terrorizmə qarşı mübarizə mühüm müvəffəqiyyətlər qazanıb. 

Diplomatik cəbhədə, misal üçün BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul olunmuş bir 

qətnaməsi bütün 189 üzv qarşısında vəzifə qoyur ki, terrorçulara qarşı hamı mübarizəyə qal-

xaraq, terrorçuları ədalət mühakiməsi qarşısına gətirsinlər. “Biz bu mühüm qətnamənin əhə-

miyyətini həddən artıq yüksək qiymətləndirə bilirik”,—deyə ABŞ-ın dövlət katibi Kolin Pau-

ell söyləmişdi: “Heç bir vəsaitin və sığınacağın olmaması, son nəticədə heç bir qurtuluşun ol-

mamasına bərabərdir”.

27

 



İnsanları qətlə yetirməyə və onlara nifrət etməyə pul vəsaitləri tələb olunur. Terror təh-

lükəsinə  son  qoymaq  üçün  terrorun  maliyyə  mənbələrini  bağlamaq  gərəkdir.  112-dən  çox 

dövlət  terrorizmi  maliyyələşdirmək  üçün  istifadə  olunan  vəsaitlərin  qarşısının  alınması  və 

dondurulması  üçün  sərəncamlar  vermişdir.  Bu  cür  vəsaitlər  ABŞ-dakı  bank  hesabından  tut-

muş, Avropadakı yardım təşkilatlarına və Yaxın Şərqdəki təbii bal satan dükanlar şəbəkəsinə 

qədər olan yerlərdə aşkar edilmişdir. Maliyyə vəsaitlərinin terrorçu təşkilatlara axınının mü-

əyyənləşdirilməsi və qarşısının alınmasında 29 dövlətdən ibarət Maliyyə Addımı işçi qrupu 

xüsusilə fəal rol oynamışdır.

28

 

Azərbaycan Respublikası hər zaman sülhün, əmin-amanlığın, dinc və rahat münasibət-



lər sistemində yaşamağın tam tərəfdarıdır. Bu siyasi prinsiplər əsasında özünün daxili və xa-

rici  siyasətini  müəyyənləşdirən  dövlətimiz  terrorizmə  qarşı  müharibənin  fəal  iştirakçıların-

dandır. Bu sadəcə dillə deyilmir, əməllə də həyata keçirilir. Belə ki, 2001-ci il sentyabrın 11-

də  ABŞ-ın  Vaşinqton  və  Nyu-York  şəhərlərində  baş  verən  terror  aktlarından  dərhal  sonra 

Azərbaycan  tərəfi  antiterror  koalisiyasının  üzvü  oldu  və  prosesdə  fəal  iştirak  etməkdədir. 

Hətta 2002-ci il may ayının 17-də Azərbaycan Respublikasının Milli Məclisi antiterror əmə-

liyyatlarının tələblərindən irəli gələn bir addım atmışdır. Qəbul olunmuş qanunvericilik sənə-

di ölkədə telefon danışıqlarına qulaq asmaq, habelə elektron rabitə vasitələri ilə aparılan ya-

zışmaları nəzarətdə saxlamaq imkanı verir.

29

 



                                                        

27

 Юрин А.Б. США наступит год “слона”//Международная жизнь, N 12, 2002, стр.43. 



28

 “Terrorizm bəşəri bəladır”.//“Azərbaycan” qəzeti, 21 aprel 2004-cü il.) 

29

 “Xalq qəzati”, 18 may 2002-ci il. 



 


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



13 

Müasir  dövrümüzdə  beynəlxalq  ictimai  rəyin  antiterror  koalisiyasının  fəal  üzvü  olan 

respublikamızın  xeyrinə  dəyişməsində  Azərbaycan  parlamentinin  üzvlərinin  Avropa  Şurası 

Parlament  Assambleyasının  sessiyalarındakı  ciddi  və  səmərəli  fəaliyyəti  mühüm  rol  oyna-

mışdır.  Onu  da  qeyd  etmək  yerinə  düşərdi  ki,  Ermənistan  tərəfinin  dövrümüz  üçün  ən  ağır 

bəlası sayılan terrorizm əleyhinə mövqeyinin Azərbaycan tərəfindəki qədər sərt və fəal deyil. 

Çünki Ermənistan Respublikası terrorizmi dəstəkləyən dövlətlərin başında gedir.  

AŞPA-nın 2001-ci il payız sessiyasında keçirilmiş iclasında beynəlxalq terrorizm prob-

lemi  müzakirə  edilərkən  Azərbaycan  nümayəndə  heyətinin  başçısı  İlham  Əliyev  tutarlı 

faktlarla çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığı vaxtdan bəri 32 ter-

ror  aktları  törətdiyini  və  bunun  nəticəsində  2  min  Azərbaycan  vətəndaşının  həlak  olduğunu 

və  1  milyondan  çox  vətəndaşımızın  ev-eşiyindən  didərgin  düşdüyünü  bildirmiş,  həmçinin 

“ASALA” erməni terror təşkilatının Ermənistan hökuməti ilə sıx əlaqədə işlədiyini bəyan et-

mişdir.  2002-ci  ilin  sentyabr  ayında  AŞPA-nın  növbəti  sessiyasının  müzakirələrində  həm 

Azərbaycanın, həm də Ermənistanın Avropa Şurası qarşısında götürdükləri öhdəliklərin yeri-

nə yetirilməsi məsələsi ilə bağlı çıxış edən İlham Əliyevin prinsipial mövqeyi və diplomatik 

səriştəsi  nəticəsində  məruzələrində  Azərbaycan  üçün  çox  əhəmiyyətli  düzəlişlər  edilmiş,  ən 

başlıcası isə Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı faktı bu mötəbər 



təşkilatın sənədində əksini tapmışdır.  

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə