Tərtibçidən



Yüklə 409,08 Kb.

səhifə1/15
tarix07.08.2018
ölçüsü409,08 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   15


 

    



AZƏRBAYCAN  RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM 

                                         NAZİRLİYİ 

F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 

ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 

 

 

 

 

 

 

 

 

 



 

Məhsəti Gəncəvinin 900 illik yubileyi 

münasibəti ilə  

 

 



 

 

Dünya şöhrətli rübailər ustası Məhsəti Gəncəvi 

metodiki vəsait 



 

 

 



 

                                

 

 

 

 

 

                                          

B A K  I – 2 0 1 3 

 


 

 



 

 

 

 

Tərtib edəni: 

Ruhiyyə  Məmmədli  –  F.Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanası elmi-metodika şöbəsinin baş kitabxanaçısı 

 

Redaktor: 



Fizurə  Quliyeva  –  F.Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanasının direktoru 

 

                                                

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

Tərtibçidən 



 

          Azərbaycan  poeziyasının  tanınmış  nümayəndəsi  Məhsəti  Gəncəvinin 

ədəbiyyatımız  tarixində  özünəməxsus  yeri  vardır.  Şairənin  ədəbi  şəxsiyyəti  Şərq 

qadınının fikir və mənəvi azadlığının parlaq təcəssümü kimi Qərb şərqşünaslarının 

əsərlərində  çox  yüksək  dəyərləndirilmişdir.  Məhsəti  Gəncəvinin  yaradıcılığının 

900  illik  yubileyi  YUNESKO-nun  görkəmli  şəxsiyyətlərin  və  əlamətdar 

hadisələrin qeyd olunması proqramına daxil edilmişdir. 9 əsrdir Məhsətinin hər biri 

çiçək  kimi  sevimli,  həyat  şövqü  ilə  dolu  rübailəri  nəsil-nəsil  insanlarımızın 

zövqünü oxşayır, ruhunu təzələyir. O, şeirləri, xüsusilə fəlsəfi dərinliyi ilə seçilən 

rübailəri  ilə  oxucularda  həyata  məhəbbət  oyadır,  onları  nikbinliyə,  dünyanın 

gözəlliklərindən ilham almağa çağırır. Azərbaycan poeziyasının inkişafına töhfələr 

vermiş  şairə  Məhsəti  Gəncəvinin  yaradıcılığının  900  illik  yubileyi  Azərbaycan 

Respublikasının  Prezidenti  İlham  Əliyevin  sərəncamına  əsasən  kitabxanalarda  və 

məktəblərdə bu münasibətlə tədbirlər keçirilir, metodik vəsaitlər hazırlanır. 

    

Bu  vəsaiti  Məhsəti  Gəncəvinin  900  illiyi  münasibətilə  sizə  təqdim  edirik. 



Vəsaiti  sizə  təqdim  etməkdə  əsas  məqsədimiz    oxucuların  Məhsəti  Gəncəvi 

haqqında  olan    məlumatlarını  daha  da  artırmaqdır.  “Dünya  şöhrətli  rübailər 



ustası  Məhsəti  Gəncəvi”  adlanan  metodik  vəsait  “Giriş”  və  “Keçiriləcək 

tədbirlər”  hissəsindən  ibarətdir.  Vəsaitin  “Giriş”  hissəsində  Məhsəti  Gəncəvinin 

həyat  və  yaradıcılığından  söhbət  açılır.  Vəsaitin  ikinci  hissəsində  kitabxanalarda 

keçiriləcək tədbirlərdən bəhs olunur.        

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında 



                      Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

Zəngin  ənənələrə  malik  çoxəsrlik  Azərbaycan  poeziyasının  tanınmış 

nümayəndəsi  Məhsəti  Gəncəvinin  ədəbiyyatımız  tarixində  özünəməxsus  yeri 

vardır.  Onun  yaratdığı  söz  sənəti  nümunələri  insanı  ucaldan  yüksək  bəşəri 

duyğular, nikbin ruh və dərin lirizmlə səciyyələnərək geniş şöhrət tapmış, sonrakı 

dövrlərdə bədii zövqün formalaşmasına mühüm təsir göstərmişdir. Şairənin ədəbi 

şəxsiyyəti  yaradıcı  Şərq  qadınının  fikir  və  mənəvi  azadlığının  parlaq  təcəssümü 

kimi  Qərb  şərqşünaslarının  əsərlərində  çox  yüksək  dəyərləndirilmişdir.  Məhsəti 

Gəncəvinin  yaradıcılığının  900  illik  yubileyi  YUNESKO-nun  görkəmli 

şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramına daxil edilmişdir. 

    

Azərbaycan  poeziyasının  inkişafına  töhfələr  vermiş  şairə  Məhsəti 



Gəncəvinin  yaradıcılığının  900  illik  yubileyinin  qeyd  olunmasını  təmin  etmək 

məqsədi  ilə,  Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci 

bəndini rəhbər tutaraq qərara alıram: 

1.

 



Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm  Nazirliyi,  Azərbaycan 

Respublikasının  Təhsil  Nazirliyi  və  Azərbaycan  Milli  Elmlər  Akademiyası 

Gəncə  Şəhər  İcra  Hakimiyyəti  ilə  birlikdə, Azərbaycan  Yazıçılar  Birliyinin 

təkliflərini  nəzərə  almaqla,  Məhsəti  Gəncəvinin  yaradıcılığının  900  illik 

yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 

2.

 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu    sərəncamdan  irəli  gələn 

məsələləri həll etsin. 

 

 



                                                                    İlham Əliyev 

                                                   Azərbaycan Respublikasının Prezidenti 

                                                       Bakı şəhəri, 16 yanvar 2013 – cü il 

                                          

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                           




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə