Tərtibçidən



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə14/15
tarix07.08.2018
ölçüsü0,71 Mb.
#60951
1   ...   7   8   9   10   11   12   13   14   15

30 

 

Həzin musiqi sədaları altında Əmir Əhməd daxil olur. O, qocalmış Məhsətini 



görüb təəcüblə yerində donub qalır. İlyas sözə başlayır. 

II oxucu (İlyas):          

Bu ağ saçlarama heyrət edirsən, 

            

 

 

Məgər bilmirsənmi dağa qar düşər? 



            

 

 



Qürbət küləkləri toxunan üzə 

            

 

 

Namərd, bilmirsənmi qırışlar düşər? 



            

 

 



Vətən yollarına baxan gözlərə 

            

 

 

Qəm də pərdə çəkər, intizar düşər. 



            

 

 



O sənin yolunda tufana düşdü, 

            

 

 

Ömrün gülşəninə bəzən sap düşər, 



            

 

 



Baxma sənətkarın xəzan halına 

            

 

 

Gün gələr o qəlbə novbahar düşər. 



                        

 

Aldın əllərimdən həyatımı, yar, 



                        

 

Qəlbimi yaşadan dildar sən idin. 



                       

 

Ömrüm xəzan vurmuş yarpağa döndü, 



                       

 

Ona həyat verən bahar sən idin. 



Əmir Əhməd bu sözləri deyib, qəmli halda səhnəni tərk edir. 

I oxucu (Məhsəti):         Sən gəl məni evimə apar, 

Bu olar səninçün bir səvab kimi. 

O evdə eşqimin xatirəsi var

Durur oxunmamış bir kitab kimi. 

Orda məhəbbətin nakam səsi var, 

İnləyir qırılmış bir rübab kimi. 

Mən onu dinləyib ölmək istərəm. 

Gedək, İlyas, məni evimə apar. 

II oxucu (İlyas):          

Mən ona nə deyim, ey zalım ruzgar... 

Ustad, viran qalsın belə dünyanı, 

Zalimlər dağıtdı o xanimanı. 

Sabahın vəslinə ümidvarlara, 

Nə qəsr gərəkdir, nə sığınacaq. 

Qəlbin sığa bilməz daş divarlara

Şairin məskəni dünyadır ancaq. 

I oxucu (Məhsəti):         Deyirdim ölsəm də nə qəm, ellərə 

Mən ki, bir xəzinə qoyub gedirəm. 

Xanəmlə dağıldı yazdıqlarım da, 

Hanı, dünyada nə qoyub gedirəm? 

Cəngi mənə verin, dinləyim barı 

Onun telindəki hıçqırıqları. 

(Məhsəti əlinə çəngi götürüb çalır) 

Mənə nə bilirdin, zaman eylədin 

Gücün çatan qədər divan eylədin. 

Çırpdın daşdan – daşa, ruzigar, məni. 

Bəs yara neylədim, atdı yar məni, 

Deyirdim o çətin unudar məni. 




31 

 

Eşqim məhbus oldu dərdli sinədə, 



Döndərdi xəzana o bahar məni. 

II oxucu (İlyas):          

Yox, Məhsəti xanım, bahar sizsiniz, 

Siz gözəl Gəncədə əvəzsizsiniz. 

Ömrünü  bitirib ötdükcə illər, 

Sizi sinəsinə yazacaq ellər. 

I oxucu (Məhsəti):         Mən haqqın yolunda sönən bir şamam, 

Tufanlı səhərdim, indi axşamam. 

Lütf edib dinləyin, ey növcavanlar, 

Ölüm ayağında sizə sözüm var. 

Gözünüz önündə qoyub həyatı. 

Dinləməyin əsla puç xurafatı. 

Elin çağrılmamış qonağıdır o, 

İnanmayın, böhtan çanağıdır o, 

İlyas, bir yaxın gəl, gəl dinlə məni, 

Sənə tapşırıram dərdli vətəni, 

Yaz, qoy yazdıqların bir aləm olsun

Yaralı vətənə o məlhəm olsun. 



Məhsəti bu sözləri deyib, gözlərini həyata əbədilik yumur. 

II oxucu (İlyas):            Sən bir ülkər idin, işıq saçardın, 

Bu işıq gözü kor dövrana düşdü. 

Şadlığı çox sevən o böyük qəlbin 

Əfsus! Gülzara yox, tufana düşdü. 

Yox, yox, o ölməmiş, inanmıram mən, 

                      

 

Fəqət üz çevirmiş zəmanəsindən. 



                      

 

O öz atəşiylə nura büründü, 



                      

 

Əsrin göylərində parladı, söndü. 



                      

 

Fəqət inanıram, gələcək zaman. 



                      

 

Onun göylərinin aydınlığından. 



                      

 

Can alıb yuxudan o oyanacaq, 



                      

 

O ulduz parlayıb yenə yanacaq. 



 

Tamaşanın sonunda iştirakçılar baş əyib, səhnədən ayrılırlar. 

 

II Aparıcı:            Təxminən XIV əsrdə yarandığı ehtimal edilən bu kitabın özündə 



də Məhsətiyə rəğbət hissi duyulur, onun yüksək istedadı, 

mərdliyi, xoş təbiəti göstərilir. Məhsəti Gəncəvi yaradıcılığına 

rəvayətlərə əsasən yanaşmaq, əlbəttə, böyük səhv olardı. 

Məhsəti şairənin təxəllüsüdür. Necə ki, Xaqani, Nizami, Xətai 

də olduğu kimi.Əsrlər keçməsinə baxmayaraq dərin insani 

duyğuların tərcümanı olan şeirlərin müəllifi Məhsəti 

unudulmamış, həmişə sevilmişdir. Məhsəti Gəncəvi bəzən 

Dəbir deyə xatırlanmışdır. XII –XIII əsrlərdə yaşamış görkəmli 

İran şairi Fəridəddin Əttar “İlahinamə” poemasında Məhsətini 



32 

 

Dəbir adlandırmışdır. Məhsəti dövrünə yaxın olan Əttar şairəni 



təmiz gövhərli Dəbir adlandırır. Dəbir katib, yazan, yazı işlərini 

aparan mənasını daşıyır. Dəbir yüksək savada, gözəl xəttə malik 

olmalı, hazırcavablığı, incə zövqü, diplomatik keyfiyyətləri ilə 

seçillməli idi. Məhsəti Gəncəvidə bu xüsusiyyətlərin hər biri var 

idi.Şairənin bədahətən şeirlər deyə bilməsi də bu işdə köməyinə 

gəlirmiş. Bizə görə, Məhsətinin Dəbir deyə xatırlanması onun 

yüksək savada malik bir ziyalı olduğunu, Sultan Səncər 

sarayında aparılan yazışmalarda yaxından iştirak etdiyini 

göstərir. 

I Aparıcı:              Təzkirə və tarix müəllifləri də Məhsətidən gəncəli şairi kimi 

bəhs etmiş, əsərlərindən nümunələr vermişlər. Məhsəti 

haqqındakı

 

məlumatlar  göstərir  ki,  o,  XII  əsr  Azərbaycan 



şeirinin istedadlı

 

nümayəndələrindən biri olmuşdur. Məhsətinin 



ədəbi  irsi  zamanı

 

keşməkeşləri  nəticəsində  pərakəndə  düşmüş, 



bütöv bir məcmuə,

 

ya divan şəklində gəlib bizə çatmışdır. Lakin 



xoşbəxtlikdən  bu

 

gözəl  qadın  şairənin  irsi  tamamilə  itib 



batmamışdır.  Şeir  və

 

sənət  həvəskarları  onun  şeirlərini 



əzbərləmiş, haqqında

 

rəvayətlər düzəltmiş, şeirlərindən əldə edə 



bildiklərini

 

dəftərlərinə  köçürmüşlər.  Məhsəti  öz  dövründə, 



eləcə  də  sonrakı

 

əsrlərdə  ən  qüdrətli  rübai  ustadı  kimi 



tanınmışdır.  Məhsətinin

 

bizə  qədər  gəlib  çatan  rübai,  qəzəl  və 



qitələrinin  nəzərdən

 

keçirilməsi  göstərir  ki,  Məhsəti  dövrünün 



humanist poeziyası ilə

 

yaxından bağlı olmuş, dini ideologiyanın 



hakim  olduğu  bir

 

şəraitdə  dünyəvi  hissilər  tərənnüm  edən 



əsərlər  yaratmış,  insanı,

 

onun  gözəlliyini,  arzu  və  istəklərini 



ifadə  etmiş,  onun  həyat

 

eşqinə,  rəngarəng  duyğularına  bəraət 



qazandırmışdır.  Şairənin

 

əsərlərinin  üstün  cəhəti  odur  ki, 



onlarda  insan  məhəbbəti  əsas

 

yer  tutur.    Məhsəti  sevən  qəlbin 



sevincini,  kədərini  rəngarəng

 

boyalarla  qələmə  alır.  Məhsəti 



Gəncəvi  klassik  Şərq

 

poetikasının  bədiilik  üsullarından 



məharətlə  istifadə  etmişdir.

 

Şairə  ənənəvi  üsul,  obraz  və 



təşbehlərlə səmimi insan

 

duyğularının inikasına nail olmuşdur. 



Çox  vaxt  müəyyən  bir

 

fikir  və  ya  hissiləri  ifadə  etməklə 



bərabər,  gözəl  bədii  lövhələr

 

yaratmışdır.  Məhsəti  böyük 



heyranlıqla  insan  gözəlliyini,  daha

 

çox  gözəlliyin  təsirindən 



doğan hisləri öz rübailərində çox gözəl

 

şəkildə əks etdirmişdir. 



Şairə  rübailərini  elə  zövqlə,  elə

 

məharətlə  işləmişdir  ki,  gözəl 



poetik  bir  lövhə  yaranmışdır.

 

Ədəbi  hadisə  olan  Məhsəti 



Gəncəvi  tək  milli  şeirimizin,  tək

 

Şərqin  deyil,  bütün  dünya 



ədəbiyyatının bəzəyi olmağa layiqdir.

 

XII yüzildə dünyanın heç 



bir  xalqının  ədəbiyyatında  Məhsəti

 

qüdrətli,  Məhsəti  səviyyəli 



və Məhsəti istedadlı bir qadın şair

 

yoxdur. 



II Aparıcı:              Məhsəti Gəncəvinin şeirlərində insana, onun duyğularına 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə