Tərtibçidən



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə2/15
tarix07.08.2018
ölçüsü0,71 Mb.
#60951
1   2   3   4   5   6   7   8   9   ...   15

 

Giriş 

  

      


Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Məhsəti 

Gəncəvidir.  Onun  yazıb-yaratdığı  dövrdən  900  il  keçməsinə  baxmayaraq  şeirləri 

bu  gün  də  sevilə-sevilə  oxucularına  zövq  verir,  dünyanın  gözəlliklərindən  ilham 

almağa  çağırır.  Məhsəti xanım  Azərbaycan  ədəbiyyatının  çiçəkləndiyi  bir dövrdə 

yaşamışdır. Bu dövrdə Nizami, Xaqani kimi dahi sənətkarlar yetişmiş, Əbül-Üla, 

Mücrəddin kimi şairlər yazıb-yaratmışlar. 

Təqribən 1113-cü ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan 

Gəncə  şəhərində  dünyaya  göz  açmış  Məhsəti,  uzun  və  səmərəli  ömür  sürmüş, 

müasiri dahi Nizami kimi mükəmməl təhsil almış, poeziya, fəlsəfə, musiqi, şahmat 

və başqa sahələrdə dövrünün kişi sənətkarlarından heç də geri qalmamışdır. Onun 

müxtəlif  qaynaqlardan  toplanmış  200-dən  artıq  rübaisi  Orta  əsrlər  Azərbaycan 

renessansının  klassik  örnəkləri  cərgəsində  özünə  əbədi  yer  tutmuşdur.  XII  əsr 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şeir məktəbinin yaradıcılarından 

biri  olan  Məhsəti  Gəncəvi  ədəbiyyatımızın  inkişafında  mühüm  rolu  olan 

sənətkarlardandır. Bəli, şeirimizin Məhsəti adlı bir gözəl xanımı, bir şux gəlini var 

ki,  o,  ən  aydın  həqiqət,  ən  sevimli,  ən  əbədi  varlıqdır.  O,  ulu  nənəmiz    və 

müasirimiz,  böyük  Nizaminin  çağdaşı  və  qız  qardaşı  Məhsətidir.  Məlumdur  ki, 

Azərbaycan klassik ədəbiyyatı yüksək bəşəri ideallar, təmiz, müqəddəs və xeyirxah 

hissilər xəzinəsidir.   

Bu  il  anadan  olmasının  900  illiyi  ölkəmizdə,  eləcədə  YUNESCO 

səviyyəsində  geniş  qeyd  olunacaq  mütəfəkkir  şairənin  əsərləri  əsrlər  sonra  da 

aktualdır,  sevilə-  sevilə  oxunur.  O,  şeirləri,  xüsusilə  fəlsəfi  dərinliyi  ilə  seçilən 

rübailəri  ilə  oxucularda  həyata  məhəbbət  oyadır,  onları  nikbinliyə,  dünyanın 

gözəlliklərindən ilham almağa çağırır. Məhsəti Gəncəvi xalqını tərki-dünyalıqdan, 

zahidlik  və  vaxtı  keçmiş  adət-ənənələrdən  uzaq  olmağa  səsləyir.  Şairənin  həyatı 

haqqında  mübahisəli  fikirlər  üstünlük  təşkil  edir.  Məhsətinin  tarixi  şəxsiyyət 

olması,  Ömər  Xəyyamdan  əvvəl  və  yaxud  da  sonra  yaşaması  haqqında  bəzi 

məlumatlar  meydana    çıxır.  Məhsəti  dövründən  başlayaraq  onun  haqqında  bəzi 

məlumatlar  verilmişdir.  Böyük  Azərbaycan  şairi  Nizami  Gəncəvinin  “Xosrov  və 

Şirin” poemasının müqəddiməsində, sufi şair olan Fəridəddin Əttarın “İlahinamə” 

əsərində də Məhsətininin adı çəkilmişdir. 

      


İlk  dəfə  Mirabbas  Mirbağırzadə  XX  əsrin  20-30-cu  illərində  Məhsətidən 

söhbət açmış və bildirmişdir ki, şairənin anadan olma tarixi məhz “Əmir Əhməd və 

Məhsəti”  dastanında  verilmişdir.  Məhsətinin  20  yaşı  olduğu  zaman  Sultan 

Mahmud Səlcuqinin (1117-1132) sarayı ilə əlaqəsi olmuşdur.  

     

Mirabbas Mirbağırzadə belə bir nəticəyə gəlmişdir ki, Məhsəti 1097-1098-ci 



ildə  anadan  olmuşdur.  Amma  son  tədqiqatlar  göstərir  ki,  Məhsəti  1089-cu  ildə 

Gəncədə  anadan  olmuş,  mükəmməl  səviyyədə  təhsil  almış,  Şərq  ədəbiyyatı  və 

musiqisinə böyük ehtiram göstərmişdir. Məhsəti lirikasının əsasını məhəbbət təşkil 

edir.  Rübailərində  humanizm,  dünyəvilik,  nikbinlik  öz  əksini  tapır.  Şairə 

məhəbbəti  yüksək,  nəcib  bir  hiss  kimi  ifadə  etmişdir.  Onun  yaradıcılığında  şərq 

qadınının azad və xoşbəxt həyatı haqqında arzuları da əks olunmuşdur. 




 

     



Məhsətinin  ən  böyük  nailiyyəti,  bir  ömür  bahasına  qazandığı  ən  başlıca 

xoşbəxtliyi  budur  ki,  o,  şairə  olaraq  əbədi  dirilik,  ölməzlik  qazandı.  Məhsəti 

hüsnüylə,  təravətli  rübailəriylə,  sətrəncdəki  istedadıyla,  musiqidəki  səriştəsiylə, 

büründüyü  şöhrət  və  diqqət  haləsiylə  tarix  içində,  doğrudan  da,  xanımlar  xanımı 

kimi ucaldı. 

        İlk  dəfə  olaraq  Səhab  Tahiri  tərəfindən  Məhsətinin  müxtəlif  mənbələrdən 

rübai,  qitə  və  qəzəlləri  toplanmış  və  1957-ci  ildə  200-ə  yaxın  şeir  parçasından 

ibarət  divanını  tərtib  etmişdir.  XI  əsrin  sonları  XII  əsrin  əvvəllərində  yaşamış 

Məhsəti Gəncəvi Azərbaycan intibahının parlaq nümayəndəsi və həqiqətidir. 

     

Ecazkar  qadın  qəlbinin  ülvi  duyğularını  əks  etdirən,  duyan,  könüllərdə 

sönməz,  silinməz  izlər  buraxan,  qadın  ürəyinə  xas  olan  kövrəklik,  cəsarət, 

səmimilik,  mehribanlıq  kimi  müsbət  keyfiyyətlər  klassik  Azərbaycan  qadın 

şairlərinin  yaradıcılığının  müqəddəs  idealı  olmuşdur.  Qadın  şairlərimiz  öz 

duyğularını,  hisslərini  şerin  dili  ilə  əbədiləşdirərək,  ürəklərinin  şeirə  dönmüş 

döyüntülərini yadigar qoyub getmişdir. 

     


Məlumdur  ki,  Azərbaycan  klassik  ədəbiyyatı  yüksək  bəşəri  ideallar,  təmiz, 

müqəddəs  və  xeyirxah  hislər  xəzinəsidir.  Cüng  və  təzkirələri  bəzəyərək  dillərdə 

gəzən,  titrək  bir  qəlbin  çırpıntılarını  əks  etdirən  qadın  şairlərimizin  şeirləri,  

rübailəri, qəzəlləri xalqın qəlbinə yol tapmış, dildən-dilə, nəsildən-nəslə keçərək bu 

günə qədər gəlib çatmışdır. “XII yüzildə dünyanın heç bir xalqının ədəbiyyatında 

Məhsəti qüdrətli, Məhsəti səviyyəli və Məhsəti istedadlı bir qadın şair görünmür” – 

deyən monoqrafiya müəllifi Rafael Hüseynov  haqlı olaraq Məhsətini yalnız Şərqin 

deyil, bütün dünya ədəbiyyatının bəzəyi olmağa layiq hesab edir. 

     

Məhsəti tərəqqidə olan, intibah havasıyla nəfəs alan,  əlvan, səs-küylü, get- 



gəli bol, bazarları rəvaclı, mədəni yüksəlişin qanadlarında ucalan Gəncədə yaşadı. 

Bu şəhərdə hörmət-izzət, sevgi də gördü, təntənəli yığıncaqlara dönə-dönə qonaq 

da  çağırıldı,  qonşu  ölkələrin  şəhərlərinə  sayğılı  mehman,  şair  kimi  səfərlərə  də 

çıxdı.  Dostlarla,  pərəstişkarlarla  əhatə  olundu,  həyatın  dadlarından,  zövqlərindən 

bəhrələndi.  Bu  intibah  şəhərində  Məhsətinin  başçılıq  etdiyi  şairlər  məclisi  də 

vardır.  Azərbaycanın  poetik  məclislərindən  danışarkən  bu  şairlər  yığnağının  adı 

ilkin anılmalıdır. Rəziyyə Gəncəvi, Doxtəre – Səti, Doxtəre – Salar, Doxtəre Gavə, 

Doxtəre – Xətib... Gəncədə Məhsətiylə yanaşı qələm çalırdılar və bu, tək ədəbiyyat 

tariximiz  üçün  deyil,  həm  də  ümumən  ictimai  həyatımızın  dünənindəki  işıqlı, 

mədəniyyət baxımından vacib bir hadisənin dərki üçün vacibdir. Məhsəti özü şəhər 

mədəniyyətinin elçisi olan kimi, onun rübailəri də əsil şəhər poeziyası, Azərbaycan 

ədəbiyyatı nümunələri idi.  

    

Ədəbiyyatşünasların  fikrincə  şəhər  həyatının,  şəhər  mədəniyyətinin  əsasını 



təşkil edən əsnaf təbəqəsini – sənət və peşə sahiblərini klassik şeirimizdə Məhsəti 

səmimiyyəti və Məhsəti qüdrəti ilə öyən ikinci sənətkar yoxdur. O, yaradıcılığının 

böyük  bir  hissəsini  məhz  bu  zümrəylə  bağlayaraq  sənətkarlardan  ibarət  zəngin 

obrazlar  yaratmışdır.  Məhsəti  irsinə  bu  prizmadan  baxarkən  onun  əsil  sənətkar 

böyüklüyünü  anlayırıq  və  ədəbi  hünərinin  mahiyyətini  dərk  edirik.  Məhsəti  o 

sənətkarlarımızdandır  ki,  poetik  yadigarlarının  bəxtinə  sərhədlərdən  çıxmaq, 

ölkələr aşmaq və hər yerdə də qonaq kimi deyil, doğma kimi qarşılanmaq düşür. 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə