Tərtibçidən



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə3/15
tarix07.08.2018
ölçüsü0,71 Mb.
#60951
1   2   3   4   5   6   7   8   9   ...   15

 

Məhsəti  rübailərinin  benqal  dilinə  tərcümə  edən  Bitoşok  Bhottoçarco  yazırdı: 



“Şeirlər orta əsrlərin müsəlman Şərqi şəraitində, yəni qadınların hələ çadra altında 

gəzdiyi  bir  şəraitdə  yazılsa  da,  bugünkü  həyatla  səsləşir.  Məhsəti  xanım  Gəncəvi 

dərin  lirik  və  fəlsəfi  düşüncələrin  məhsulu  olan  bu  rübailərini  bizim  üçün  qoyub 

getmişdir”  

    

Məhsəti  Gəncəvinin  ən  böyük  nailiyyəti,  bir  ömür  bahasına  qazandığı  ən 



başlıca xoşbəxtliyi budur ki, şair olaraq əbədi dirilik, ölməzlik qazandı. 

     


Bu gün Məhsətinin danışdığı dillərin sayı çoxdur. İndi onun rübailəri farsca 

və  azərbaycanca  nəşr  olunur.  Gəncəli  şairənin  poetik  yadigarlarının  sərhədi 

getdikcə  böyüyür.  Rübailər  almancaya,  fransızcaya,  ingiliscəyə,  italyancaya 

çevrilib. Bir sözlə, Məhsəti şöhrətinin, Məhsəti fəthlərinin fəzaları hüdudsuzdur. 

    

Ədəbiyyat  tariximizin  bu  mübariz,  bənzərsiz  şairəsini  dərindən  öyrənmək, 



onunla  bağlı  mübhəmləri  aydınlığa  çıxarmaq,  bolluca  suallara  cavablar  vermək 

borcumuzdur.  Məhsəti  rübailərinin  əksəriyyəti  məhəbbətə  həsr  olunmuşdur.  Bu 

rübailərdə  sevən  bir  qəlbin  həyəcanlarını,  saf  və  real  bir  eşqin  ifadəsini  görürük. 

Dərin  mənalı  rübailəri  Yaxın  Şərqin  hər  tərəfinə  yayılaraq,  Məhsətinin  həyatı, 

yaradıcılığı və şeirləri əsasında “Məhsəti və Əmir Əhməd” adlı dastan yaranmışdır. 

Məhsəti  ilə  Gəncə  xətibinin  oğlu  Əmir  Əhmədin  müşairəsi  əsasında  yaranan  bu 

dastanın əlyazması nadir nüsxə olmaqla XV əsrdə yazılmışdır.  

    


“Məhsəti və Əmir Əhməd” dastanından çıxış edən  müəllif yazır: “Deyirlər 

ki, Gəncə şəhərində Məhsətidən yaxşı şətrənc oynayan yox idi.” Tarixi qədim olan 

şahmat  oyununa  Şərq  ölkələrində,  xüsusən  qadınların  hələ  orta  əsrlərdə  maraq 

göstərdiklərini  bilirik.  Şərq  qadınları  şahmat  oynamaqda  yüksək  istedad  sahibi 

olmuşlar.  Bu  müdrik  oyunla  maraqlanan  sevimli  şairəmiz  Məhsəti  Gəncəvi 

olmuşdur. Əmir Əhmədlə şahmat taxtası arxasında oyun zamanı Məhsətinin əqil və 

fərasəti,  istedad  və  bacarığı  sayəsində  bədahətən  dediyi  rübailər  onun  şahmat 

oyununun incəliklərinə vararaq, ondan zövq almaq bacarığını göstərir. 

    

Azərbaycan  qızının  yüksək  şahmat  istedadı  alman  alimi,  şərqşünas 



F.Meyerin  də  diqqətini  cəlb  edir.  1963-cü  ildə  Visbadendə  alman  dilində  nəşr 

etdirdiyi “Gözəl Məhsəti” kitabında o, şairənin həyat və yaradıcılığını öyrənmək, 

onun ədəbi irsini toplayıb nəşr etmək sahəsində faydalı addım  ataraq, Məhsətinin 

Gəncədə  doğulduğunu,  onun  şair,  musiqişünas,  xanəndə  olduğunu,  həm  də  çox 

gözəl arfa çaldığını göstərmişdir. 

     


Məhsəti  öz  dövrünün  humanist  poeziyası  ilə  yaxından  bağlı  olduğundan 

insanı,  onun  gözəlliyini,  istək  və  arzularını  ifadə  etmiş,  onun    həyat  eşqinə, 

duyğularına  bəraət  qazandırmışdır.  Rübai  ilə  nəfəs  alan,  onunla  yaşayan  Məhsəti 

“Mənimsə kəbinim bir rübaidir” – deyir. 

     

Məhəbbət  nəğmələri  yaradan  şairə  səmimi,  təmiz  insan  münasibətlərini 



təmsil  edərək,  sevən  qəlbin  çırpıntılarını,  sevincini  rəngarəng  boyalarla  qələmə 

alır.  O,  rübailərində  elm  və  sənət  adamları  ilə  yanaşı,  sadə  zəhmət  adamlarını 

sənətkar, peşəkar və xırda tacir təbəqəsini vəsf edən şəhraşubları ilə də ədəbiyyat 

tariximizdə  birinci  şəhraşubun  söz  ustası  kimi  tanınır.  İnsanın  əməyi,  işi,  gücü, 

fəaliyyəti tərənnüm edilən şəhraşublar Məhsəti qələminin ən uğurlu inciləridir. 



 

     



Rafael  Hüseynov  yazır:  “Məhsətinin  şeirlərini oxuduqca sezirsən  ki, bu səs 

qadın  səsidir...  Mən  qadınam  və  mən  də  duymağa,  sevməyə,  nifrət  etməyə,  öz 

sözümü  deməyə  layiqəm.  Və  həm  də  qadirəm”.  Bu  səsdə,  bu  nəfəsdə  qadın 

şəxsiyyətinin , qadın ləyaqətinin, istedadının ucalığının sönməz alovunu, məşəlini 

görürük.  Şairənin  müəmmalar  zəncirini  xatırladan  həyat  və  yaradıcılığını  izləyən 

Rafael  Hüseynov  onun  xəyal,  mif,  əfsanə  olması  barəsindəki  yanlış  qənaətləri, 

dolaşıqlıqları  elmi  cəhətdən  araşdırıb  Məhsətinin  gerçək  şəxsiyyət  olması 

haqqındakı  həqiqəti  üzə  çıxarmışdır.  Məhsəti  surətinə  müraciət  edən 

rəssamlarımız, heykəltəraşlarımız öz düşündükləri kimi bu obrazı yaratmışlar. 

    


Vüqar  və  əzəmət  ilə  nəzər  diqqəti  cəlb  edən,  Gəncənin  qiymətli  incisi 

sayılan musiqişünas şairə Məhsəti xanımın şeir dünyamızda öz dəsti xətti var. 

Məhsətiyəm oldum gözəllərə tağ, 

               

 

 

Hüsnümü vəsf edir Xorasan, İraq. 



deyən  şairənin  ömür  yoluna  nəzər  saldıqda  görürük  ki,  həqiqətən  də  Məhsəti 

xanımlar xanımıdır. 

   

Təqiqatçılar dastanda adı keçən Əmir Əhmədin də tarixi şəxsiyyət olmasını 



təsdiqləyir:  “Əmir  Əhməd  də  tarixi  vəsiqələrin  danılmaz  təsdiqləməsinə  müvafiq 

olaraq  yaşamış,  yaratmış,  söz  tariximizdə  iz  qoymuş  bir  sənətkardır”.  XII  əsrdə 

yaşayıb  –  yaratmış  Məhsəti  Gəncəvi  və  müasirlərinin  ədəbi  irsi  o  vaxtdan 

indiyədək  yalnız  bədii  sözə  məftun  olan,  onu  oxumaqdan,  dinləməkdən, 

əzbərləməkdən  zövq  alanları  deyil,  şerşünasları,  ədəbiyyat  tarixçiləri  və 

nəzəriyyəçilərini də daim cazibəsində saxlayıb. Məhsəti irsini sevimli edən, bu irsə 

müasirlik  qazandıran  cəhətlər  şairənin  poetik  irsindəki  əsas  istiqamətlərin 

məhəbbət  lirikası,  sosial  motivlər,  fəlsəfi  düşüncələr,  xalq  gülüş  mədəniyyətinin 

inikasının  olmasıdır.  Məhsəti  irsi    rübailər  toplusu  deyil,  bir  düşüncədən,  vahid 

poetik  üslubdan  doğan  ədəbi  hadisədir.  Məhsəti  Gəncəvinin  tərcümeyi-halı 

şeirləridir. Şairə  ən çox sevilən, ən çox mübahisələr doğuran və ən az öyrənilmiş 

söz ustalarındandır. 

    

Məhsəti  Gəncəvi  həqiqi  bir  şairə  oldu,  dünyanı  daha  dərindən  duydu,  hiss 



etdi, insan  ağrılarına biganə qala  bilmədi... Bu  böyük xoşbəxtlik  idi  ki, ona nəsib 

olmuşdu.  

     

Azərbaycan  rübaiçiliyinin  hələ  öyrənilməmiş  sahələri,  açılmamış  sirləri 



çoxdur.  Belə  ki,  monoqrafiyada  Parisdə  Viktoriya  Albert  muzeyində  üzərində 

Məhsəti  xanımın  rübailəri  həkk  olunmuş  bir  sürahi  saxlandığı  haqqında  da 

məlumat verilir. 

  

Məhsətinin surətini düşüncələr aləmində, xəyalında canlandıran, onun həyat 



səhifəsini  vərəqləyən  oxucu  şairəyə  məftun  olur.  Dilimizin  gözəlliyindən, 

incəliyindən məharətlə istifadə edən, xalqın kədər və sevincini, mənəvi aləmlərini 

dərindən  duyan  şairə  təkcə  Şərqin  deyil,  bütün  dünya  ədəbiyyatının  bəzəyi 

olmuşdur. 

        Məhsəti Şərq poeziyasına bir səhər mehi kimi gəldi. Onun şeir nəfəsi təmiz, 

ətirli olub, ürəkdən qopub ürəklərə hopurdu. Şairənin zahirən kiçik görünən poetik 

irsinin  daxili  üfüqləri  hüdudsuzdur.  O,  poeziyamızda  azadfikirliliyin  ilk 

carçılarındandır.       




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə