Tərtibçidən



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə4/15
tarix07.08.2018
ölçüsü0,71 Mb.
#60951
1   2   3   4   5   6   7   8   9   ...   15

 

Qeyd  edim  ki,  Məhsətinin  həyatı,  şəxsiyyəti  barədə  mənbələrdə  dəqiq 



məlumat  yoxdur.  Şairə  haqqında  ancaq  əsərlərindən  gətirilən  nümunələr  əsasında 

fikir söyləmək olar. Bu da ondan irəli gəlir ki, orta əsrlərdə qadının şeir yazmağı 

qəbahət  sayılmışdır.  Məhsəti  şairənin  təxəllüsüdür.  Məh  sözü  ay  və  böyük 

mənasındadır.  Siti  burada  xanım  mənasında  işlədilmişdir.  O,  ilk  məşhur 

Azərbaycan  şairəsi,  ilk  şahmatçı  qadın,  ilk  görkəmli  qadın  musiqiçimiz  və  çox 

ehtimal  ki,  ilk  qadın  bəstəkarımızdır.  Onun  tərcümeyi-halı  rəvayətlər  və 

müəmmalar  haləsinə  bürünüb.  Şairənin  həyatı  barədə  məlum  olan  faktlarsa  hər 

halda həmin dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq qeyri-adiliyi 

ilə fərqlənir.  

Məhsəti Gəncəvi – XII əsrdə yaşamış mənşəcə Azərbaycan türklərindən olan 

şairə, sufi Əxi təriqətinin üzvü olmuşdur. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabat 

məhəlləsində  yaşamış,  vaxtını  qonaqlıqlarda,  musiqi  və  rəqs  məclislərində 

keçirmişdir.  Onun  şerlərində  şərab  və  eşq  duyğusu  tərənnüm  olunur.  Şairənin 

əsərləri  içərisində  Gəncənin  Xərabat  məhəlləsində  yaşayan  gənc  sənətkarlara, 

dərzilərə, əyiricilərə, qızılaxtaranlara və başqalarına həsr etdiyi şerlər silsiləsi daha 

çox məşhurdur.  Məhsəti xanımın tərcümeyi-halında qəti müəyyənləşmiş səhifələr 

olduqca azdır. Şairənin yaradıcılığı və həyatı ilə bağlı faktlar Rafael Hüseynovun 

şairəyə böyük məhəbbətlə və yüksək peşəkar ustalıqla qələmə aldığı “Məhsəti necə 

varsa”  kitabında  toplanmışdır.  Şairə  təqribən  1089-cu  ildə  Gəncə  şəhərində 

doğulmuş və ömrünün sonuna qədər burada yaşamışdır. Onun əsl adı Mənicə idi, 

Məhsəti  adını  isə  özünə  ədəbi  təxəllüs  kimi  götürmüşdü.  Həmin  təxəllüsün 

mənşəyi  barədə  bir neçə  rəvayət  vardır. Bunlardan birində  deyilir ki, guya  Sultan 

Səncərlə söhbətlərindən birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz 

olduğunu söyləyir. Sultan isə onunla razılaşmayıb deyir ki, “to, meh-həsti” (yəni, 

“sən  hamıdan  böyüksən”).  Və  guya  “meh-həsti”-“məhsəti”yə  çevrilib,  onun 

təxəllüsü  olur.  Abbasqulu  ağa  Bakıxanovun  “Gülistani-İrəm”  əsərinin  “Nəticə” 

adlanan  hissəsində  irəli  sürülmüş  fərziyyəyə  görə,  “Məhsəti”  “mah”  və  “səti” 

olmaqla iki sözdən ibərətdir və “böyük xanım” anlamına gəlir. Nəhayət, başqa bir 

ehtimala əsasən, bu ad “Mah” və “səti” (“Ay xanım”) sözlərindən düzəlib. (Nizami 

Gəncəvinin  Məhin  Banusu  Xosrov  və  Şirin  də  bunun  analoqudur). 

Məhsəti yaxşı təhsil almış və əsərlərindən də göründüyü kimi, aşağıdakı şəhər və 

vilayətlərdə  olmuşdur:  Rum,  Mərv,  Bəlx,  Nişapur,  Herat,  Gəncə,  Xorasan,  İraq, 

Zuzən, Arran və s. Bir müddət o, böyük Sultan Səncərin sarayında yaşamış, onun 

qəbullarında  və  burada  keçirilən  ədəbi  məclislərdə  iştirak  etmişdir.  Deyilənlərə 

görə, Sultan Səncərin diqqətini onun gözlənilmədən yağan qar haqqında bədahətən 

söylədiyi bir rübai çəkmişdir:  

     

“Göylər sənə gümüşü xalça göndərib ki, atının nalı bulanmasın.” Sultan bu 



rübaini eşitdikdən sonra şairəni “Mə-histi” (“Ən böyük”) adı ilə mükafatlandırmış 

və onu öz yaxın əhatəsinə qəbul etmişdi. Məhsəti ömrünün çox hissəsini Gəncədə 

keçirmiş,  Sultan  Məhəmmədin  və  onun  oğlu  Sultan  Mahmudun  saray  həyatında 

yaxından iştirak etmişdi. Böyük şairənin həyatı barədə məlumatlar əsasən əlyazma 

nüsxələri  Azərbaycan  Əlyazmalar  institutunda,  İstanbulda  və  Londonda  saxlanan 

XIII əsrə aid edilən “Məhsəti və Əmir Əhməd” dastanından götürülür. Azərbaycan 




10 

 

ədəbiyyatşünaslarının  son  tədqiqatları  göstərir  ki,  “Dastan”ın  müəllifi  XIII  əsrdə 



yaşamış Azərbaycan şairi və alimi Abdulla Cövhəri Zərgər Təbrizidir və buradakı 

qəhrəmanlar, o cümlədən şair Əmir Əhməd, Gəncə şahı (Sultan Məhəmməd) və II 

Gəncə şahı (Sultan Mahmud) real şəxsiyyətlərdir. 

Dastanda  Əmir  Əhmədə  bəslənən  sevgi  əbədi  eşqin  ən  yüksək  pilləsidir.  Şairəyə 

görə, bu eşq əbədi məhəbbətin meyarıdır. Ancaq onun nəzərində bundan da ülvi bir 

sevgi  mövcuddur.  Bəzən  isə  şairə  özünün  sufizmə  aidliyi  barədə  az  qala  açıq 

işarələr vurur. Məhsəti Gəncəvinin xalq şeri tərzinə yaxın formalı rübailəri və öz 

fəlsəfi  mahiyyəti  etibarilə  dərin  məzmunlu  şerləri  Azərbaycan  və  ümumən  Şərq 

poeziyası  tarixində  mühüm  rol  oynamışdır.  Bir  çox  tədqiqatçılar  Məhsətinin 

rübailərini  Ömər  Xəyyam  məktəbinə  aid  edirlər.  Məhsəti  Xəyyam  məktəbini 

davam  etdirmişdir,  onu  məna  və  məzmun  baxımından  zənginləşdirmiş,  ona  türk 

ruhu  və  intonasiyası  gətirmiş,  yeni  lirik  obrazlar,  poetik  təsvirlər,  ürəkaçan 

deyimlərlə  zənginləşdirmişdir.  Məhsəti  Xəyyam  məktəbi  ilə  yanaşı  öz  rübai 

məktəbini yaratmış, dünya lirik şeir dəftərinə öz imzasını qoymuşdur.  

Bəzi  çağdaş  ədəbiyyatşünasların  əksəriyyətinin  fikrincə  isə  şairə  əsası  Qətran 

Təbrizi  və  İzəddin  Şirvani  tərəfindən  qoyulmuş  Azərbaycan  şer  məktəbinin 

ənənələrindən bəhrələnmişdir. Məhsəti ilə Qətran təfəkkürünün əsas oxşar cəhətləri 

dünyəviliyə  sadiq  qalmaq,  öz  yaradıcılığında  insanpərvərliyi,  insan  gözəlliyini, 

insan məhəbbətini tərənnüm etməklə yanaşı, təbiətin də gözəlliklərini vəsf və təsvir 

etməkdədir. Məhsəti təbiət lövhələrini təsvir edərkən elə canlı, təbii, gözəl lövhələr 

yaradır  ki,  oxucunu,  dinləyicini  heyran  edir.  Məhsəti  təkcə  mədhiyyəçilik 

çərçivəsində  donub  qalmamış,  öz  poeziyasına,  öz  yaradıcılığına  dərin,  vüsətli 

humanist  məzmun  vermişdir.  O,  rübailərində  təkcə  şahları,  dövlət  xadimləri  və 

sərkərdələri  deyil,  elm  və  sənət  xadimləri  ilə  yanaşı,  sadə  zəhmət  adamlarını  da 

tərənnüm  etmişdir.  Sözsüz  ki,  əldə  olan  rübailərindən  başqa  onun  zəngin  ədəbi 

mirası olmuşdur. Təəssüf ki, elm aləminə hələlik 200-ə yaxın rübaisi, bir neçə qitə 

və qəzəli bəllidir. Məhsəti Gəncəvinin ədəbi irsi də bütövlükdə zəmanəmizə gəlib 

çatmamışdır. Onun ədəbi irsindən ancaq müxtəlif təzkirə, cüng, məcmuə və digər 

mənbələrə səpələnmiş az bir hissə qorunub saxlanılmaqdadır. 

Klassik Azərbaycan ədəbiyyatının  ən qüdrətli nümayəndələrindən biri olan, 

bütün Yaxın və Orta Şərqdə rübai ustadı kimi tanınan Məhsəti Gəncəvinin  ədəbi 

irsi  ayrıca  əlyazma  kitabı  şəklində  günümüzə  gəlib  çatmamışdır.  Bununla  belə, 

ayrı-ayrı  qaynaqlarda  Məhsətinin  ayrıca  əlyazma  divanının  olması  haqqında 

qeydlərə  rast  gəlirik.  XIX  əsrin  tanınmış  Azərbaycan  tarxçi  alimi  Marağalı 

Məhəmmədhəsən  xan  Etimadüssəltənin  yazdığına  görə,  Məhsətinin  ayrıca  lirik 

şeirlər  divanı  olmuş,  lakin  bu  əlyazma  kitabı  Übeydulla  xan  Özbəyin    Herata 

hücumu zamanı məhv edilmişdir. 

Məhsətinin  günümüzə  qədər  gəlib  çatan  rübailəri  həm  ayrı-ayrı  ədəbi 

təzkirələrdə,  həm  də  çoxsaylı  əlyazma  toplularında  özünə  yer  almışdır.  Şairənin 

ədəbi  irsinin  ən  qədim  qaynaqları  XIII-XIV  yüzilliklərin  yadigarlarıdır.  Məhsəti 

Gəncəvinin  Azərbaycan  poetik  fikrindəki  bənzərsiz  yerindən,  ədəbiyyatımızın 

inkişafındakı  xidmətlərindən,  zəngin  yaradıcılıq  axtarışlarından  söhbət  açarkən 

onun nə qədər istedadlı şəxsiyyət olduğunu görürük. Təsadüfi deyildir ki, doqquz 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə