Tərtibçidən



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix07.08.2018
ölçüsü0,71 Mb.
#60951
1   2   3   4   5   6   7   8   9   ...   15

11 

 

yüz ilə yaxın bir müddət ərzində Məhsətinin əsərləri müxtəlif qaynaqlarda qoruna- 



qoruna  bizə  gəlib  çatmışdır.  Yüksək  sənətkarlıq  örnəyi  olan  bu  poetik  dördlüklər 

ilk  dəfə  Almaniyada  ədəbiyyatşünasların  diqqətini  cəlb  etmişdir.  Görkəmli 

şərqşünas  Helmut  Ritterin  ardınca  Frits  Meyer  Məhsəti  irsini  toplayaraq  alman 

dilinə tərcüməsi ilə birgə çap etdirmişdir. Lakin keçən əsrin 60-cı illərindən sonra 

Azərbaycanda  Məhsəti  irsinin  çağdaş  elmi  səviyyədə  öyrənilməsi,  tərcüməsi  və 

nəşri  böyük  vüsət  almışdır.  Məhsətinin  birbaşa  varisi,  Gəncə  ədəbi  mühitinin 

yetirməsi,  xalq  şairi  Nigar  Rəfibəylinin  tərcümələri  ilə  Məhsəti  rübailəri 

Azərbaycanda  daha  da  populyarlaşmış,  bu  böyük  sənətkar  haqqında  bir  sıra  elmi 

və bədii əsərlər yazılmışdır. Məhsəti Gəncəvinin 900 illik yubileyinin YUNESKO 

xətti ilə beynəlxalq səviyyədə qeyd edilməsi Azərbaycanda ədəbi-mədəni irsimizə 

nə  qədər  yüksək  qayğı  və  diqqət  göstərilməsinin  birbaşa  sübutudur.  Məhsəti 

Gəncəvi  XII  əsr  Azərbaycan  şeirinin  tarixində  şərəfli  bir  yer  tutmuşdur.  Məhsəti 

Azərbaycan və Şərq ədəbiyyatının intibah dövründə yaşayıb. Həmin dövrdə Şərqin 

ədəbi səmasında Nizami Gəncəvi, Əfzələddin Xaqani kimi dahi sənətkarlar şəfəq 

saçıb,  Əbülüla  Gəncəvi,  Fələki  Şirvani  və  Mucirəddin  Beyləqani  kimi  görkəmli 

şairlər  yaşayıb-yaradıb.  Bu  bir  həqiqətdir  ki,orta  əsrlərdə  qadın  hüquqlarının 

məhdudlaşdığı  bir  dövrdə  Məhsəti  Gəncəvi  kimi  istedadlı  şairənin  yetişməsi 

özlüyündə  əhəmiyyətli  hadisə  idi.  Rəfael  Hüseynov  Məhsəti  Gəncəvi  Haqqında 

“Məhsəti necə varsa” kitabında yazır: 

Parlaq  şəxsiyyətləri  ulduzlara  bənzədənlər  çox  haqlıdırlar.  Sönmüş 

ulduzların  işığı  yüzillər,  minillər  boyu  insanlara  çatmaqda  davam  edir.  Məhsəti 

kimi  ulduzların  da  işığının  bizlərə  gələn  yolu  alışdığımız  təqvimlərlə,  saatlarla 

deyil, işıq illəri ilə ölçülə bilər.  

Bəli,  Məhsəti  Gəncəvinin  yaradıcılığı  ilə  yaxından  tanış  olarkən  bu  fikrin 

reallığının şahidi oluruq. 

    Məhsətinin  rübailəri  içərisində  ayrı-ayrı  peşə  sahiblərinin  tərənnümünə 

həsr olunmuş bir sıra şeirlər vardır.Qeyd etmək lazımdır ki, bu şeirlər Yaxın Şərq 

ədəbiyyatında Məhsətidən əvvəl də məlum idi. Ayrı-ayrı sənət və peşə sahiblərinin 

ədəbiyyata gətirilməsi, onların əməyinin hər hansı şəkildə olursa-olsun, tərənnüm 

olunması,  şübhəsiz,  humanizmin,  eləcə  də  intibahın  təzahür  formalarından  biri 

sayılmalıdır.  Düzdür  Məhsəti  rübailərində,  məsələn,  Nizami  əsərlərində  olduğu 

kimi sadə zəhmət adamlarının əməyi öz geniş əksini tapa bilmir. O, rübai kimi son 

dərəcə  kiçik  həcmli  şeirlərdə  belə  bir  vəzifənin  öhdəsindən  gələ  bilməzdi.  Lakin 

bununla belə Məhsətinin rübailərindən bəzilərində əmək adamlarından danışılması, 

onlara  məhəbbət  izhar  olunması  heç  də  təsadüfi  deyildir.  Məhsəti  rübailəri  ilə  və 

eləcə də bütünlükdə öz poeziyası ilə göstərir ki, o, hər hansı konkret bir papaqçıya, 

torpaqələyənə  və  s.    deyil,  ümumiyyətlə,  sadə  zəhmət  adamlarına  aşiqdir,  onlara 

məhəbbət bəsləyir.

 

Ey sarvan, səfərə vermisən qərar, 



Məni qoyub getmə, üzgün canım var 

Sənin dəvələrin adi yük çəkir, 

Qəm yükü çəkirəm, məni də apar. 



12 

 

     



Şairənin  bir  qisim  rübailərində  aşiqin  vüsal  dəmlərində  keçirdiyi  sevinc 

hissiləri  əks  olunur.  Şeirlərində  insan  gözəlliyinin  geniş  təsviri  onun  həyata 

bağlılığını  və  humanizmini  göstərən  cəhətlər  hesab  olunur.  Səmimi  duyğuların 

ifadəsi olan bu rübailərdə incə həyat məqamları gülümsəyir. 

     

Şərq intibahının bir çox nümayəndəsi kimi Məhsəti də öz əsərlərində insanı, 



onun duyğularını müdafiə edib. Təmiz insani münasibətləri quru ehkamlara, tərki 

-dünyalığa və riyakarlığa qarşı qoyub. Əsrarəngiz məhəbbət nəğmələri yaradıb. 

       Məlumdur  ki,  insanın  nəcib  istək  və  arzularının  qarşısına  hasar  çəkmək 

mümkün deyil. O, gec-tez hər cür sədləri aşaraq qurtulacaq.  Bəli, Azərbaycanda 

yaşı 900-ə çatan və canlı olan bircə qadın var. Sözü XII yüzildəki kimi bu gün də 

təravətli olan Məhsəti Gəncəvi. XXI əsrin yüksəkliyindən görünən böyük həqiqət 

odur  ki,  bu  gün  dünyaya  meydan  oxuyan  heç  bir  xalqın  o  əsrdə  Məhsəti 

böyüklükdə  şairəsi  olmayıb.  Millətinə  bağışladığı  bu  əbədi  birincilik  və  o 

birinciliyin gətirdiyi milli iftixar duyğusu Gəncəli Məhsətini həmişə gənc edəcək! 

    


Doqquz  əsrdir Məhsətinin hər biri çiçək kimi sevimli, həyat şövqü ilə dolu 

rübailəri  nəsil-nəsil  insanlarımızın  zövqünü  oxşayır,  ruhunu  təzələyir.  Onun  o 

çağkı yolu Gəncədən İrana, Orta Asiyaya qədər uzanırdı. Yazdığı, danışdığı dillər 

də  türkcəydi,  farscaydı,  ərəbcəydi.  Bu  gün  Məhsətinin  izi  dünyanın  hər 

qitəsindədir, rübailəri ingiliscə, almanca, fransızca, italyanca ... danışır və hələ çox 

dillərdə  də  danışacaq.  Bəli,  Məhsəti  real  tarixi  şəxsiyyət  ,  yüksək  poetik  istedad 

sahibi  olmuşdur.  Məhsəti  Gəncəvi  sənət  qüdrətinin  böyüklüyü  ilə  Avropanın 

yaradıcı qadınlarından çox-çox yuxarıda dayanır. Onun qadın azadlığı haqqındakı 

fikirləri, qaldırdığı sosial problemlər onu ədəbiyyat tariximizdə azadfikirliyin əzəl 

carçılarından olduğunun sübutudur. 

     

Məhsəti  Gəncəvi  Azərbaycan  şeirində  ilk  dəfə  şəhraşüb  janrına  müraciət 



etmiş,  bütün  Şərq  şeirində  rübai  –  şəhraşüblar  silsiləsinin  ən  mükəmməl 

örnəklərindən  birini  qələmə  almışdır.  Şəxsiyyəti  və  yaradıcılığının  mahiyyəti 

etibarı ilə Məhsəti Azərbaycan intibahının ən qabaqcıl elçilərindən olmuşdur. 

    


Bu  gün  dünyada  bizi  –  Azərbaycanı  həm  də  Məhsətiyə  görə  tanıyırlar. 

Məhsəti  Gəncəvi  ölməz  sənəti  ilə  bütöv  Azərbaycanda  özünə  abidə  ucaldıb. 

Təsəvvürümüzə  sığmayacaq  qədər  nəhəng  zamanlar  boyu  Məhsətinin  adı  və 

şeirləri illərimizi aydınladacaq, köhnəlməyən gerçəkləriylə köhnə dünyaya hayan 

olacaq. Ötkəm şəxsiyyəti, üstün ağlı, sərhədsiz duyğular dünyasıyla vəhdətdə olan 

qələminin  bəhrələrini  xalqına  əbədi  miras  edən  Məhsətinin  millətinə  və 

məmləkətinə  xidmətlərindən  biri  də  adının  yanında  Gəncə  sözünün  olmasıdır. 

Məhsəti  uca  varlığıyla,  yaşarı  irsiylə  adının  yanındakı  vətəni  hər  zaman  qorudu. 

Məhsəti rübaiçilər rübaiçisidir.  

      “Məhsəti və Əmir Əhməd” dastanında  onun  Nizami  Gəncəvinin  yanında 

basdırıldığı  göstərilir.  Doğrudan  da  1923-cü  ildə  Nizaminin  məzarı  Şah  Abbas 

məscidində  basdırılmaqdan  ötrü  çıxarılarkən  onun  yanında  bir  qadın  cəsədi  də 

tapılmışdır.  Akademik  Həmid  Araslının  dediklərinə  görə  bu  iki  dahi  şəxsin 

yaşadıqı  tarixləri  uzlaşdırmaq  qeyri-mümkün  olsa  belə,  onların  tanışlığını  istisna 

etmir.  O,  hətta  Nizaminin  bir  şerini  də  misal  gətirərək,  bu  misraların  Məhsətiyə 

ithaf olunduğunu ehtimal edir: 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə