Tərtibçidən



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə7/15
tarix07.08.2018
ölçüsü0,71 Mb.
#60951
1   2   3   4   5   6   7   8   9   10   ...   15

15 

 

                Sərgi təşkili zamanı aşağıdakı sitatlardan istifadə etmək olar.  



 

1.

 



Məhsəti Gəncəvinin yaratdığı söz sənəti nümunələri insanı ucaldan yüksək 

bəşəri duyğular, nikbin ruh və dərin lirizmlə səciyyələnərək geniş şöhrət tapmış, 

sonrakı dövrlərdə bədii zövqün formalaşmasına mühüm təsir göstərmişdir. 

                                    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

2.

 

Məhsəti Gəncəvi Ömər Xəyyam ilə yanaşı öz rübai məktəbini yaratmış, dünya 



lirik şeir dəftərinə öz imzasını qoymuşdur. 

                                                                            Xalq yazıçısı M. S.Ordubadi 

3.

 

Heç  bir  xalqın  Məhsəti  böyüklükdə  şairəsi  olmayıb.  Millətinə  bağışladığı  bu 



əbədi  birincilik  və  o  birinciliyin  gətirdiyi  milli  iftixar  duyğusu  Məhsəti 

Gəncəvini həmişə gənc edəcək. 

                                                                              Xalq şairi Nigar Rəfibəyli 

4.

 



Dünya  şöhrətli  rübailər  yaradan  Məhsəti  həm  mahir  musiqiçi,  həm  də    usta 

şahmatçı  idi.  Musiqi  zərifliyi  Məhsətinin  rübailərinə  çökübsə,  şahmat 

mürəkkəbliyi onun taleyindən keçib. Vaxtın sərt küləkləri Məhsətinin şeirlərini 

və ömür yolu haqqında bilgiləri ən müxtəlif  əlyazmalarının səhifələrində ölkə - 

ölkə, şəhər – şəhər yayıb. 

                                                                             Xalq şairi Mirvari Dilbazi 

5.

 

 Məhsəti Gəncəvinin irsi yığma, qurama rübailər toplusu deyil, bir düşüncədən, 



vahid poetik üslubdan doğan ədəbi hadisədir 

                                                                    Akademik Ziya Bünyadov 

6.

 

Məhsəti    Gəncəvi  Şərq  poetikasının  üsullarından  məharətlə  istifadə  edərək 



sevən qəlbin hislərini, sevincini, kədərini rəngarəng boyalarla qələmə almışdır. 

Məhsəti Gəncəvi Azərbaycan ədəbiyyatında öz yeri olan və gözə çarpan parlaq 

ulduzlardan biridir. 

                                                           Akademik, professor Həmid Araslı 

7.

 

Məhsəti  Gəncəvi  uca  varlığıyla,  yaşarı  irsiylə  adının  yanındakı  Vətəni  hər 



zaman  qorudu.  Bu  gün  şairə  nə  tək  Gəncənin,  nə  tək  Azərbaycanındır.  O, 

Bəşəriyyətin Şairləri sırasında, Dünya vətəndaşları cərgəsindədir. 

                                                   Professor, yazıçı Rafael Hüseynov 

 

8.



 

Məhsəti  Gəncəvi  dahi  söz  ustaları  Xaqani  və  Nizaminin  sələfi,  böyük  Qətran 

Təbrizinin ləyaqətli xələfi olmuşdur. 

                                       Filologiya elmləri doktoru Qulamhüseyn Beqdeli 

9.

 

Məhsəti  Gəncəvi  ədəbiyyata  yeni  bir  ruh,  ab-hava  gətirmişdir.  Dini  



ideologiyanın  hakim  olduğu  bir  dövrdə  şairə  şeirlərində  dünyəvi  məhəbbəti 

tərənnüm etmiş, insanın istək və arzularına bəraət qazandırmışdır. 

                                 Əməkdar mədəniyyət xadimi, şairə Kəmalə Ağayeva 

10.


 

Məhsəti  Gəncəvi  Azərbaycan  intibahının  parlaq  nümayəndəsi  və  həqiqətidir.   

O,Şərq  poetikasının  üsullarından  məharətlə  istifadə  edərək  sevən  qəlbin    

hislərini, sevincini, kədərini rəngarəng boyalarla qələmə almışdır. 

      Ədəbiyyatşünas, folklorşünas, dramaturq Məmmədhüseyn Təhmasib 

 



16 

 

11.



 

Məhsəti Gəncəvi keçmişin, indinin və gələcəyin şairi olub,sözün əsil mənasında 

xanım, mübariz, haqq, ədalət, sevda yolçusudur. 

        “Məhsəti” Şairlər Məclisi ictimai birliyinin sədri Fəridə Ləman 

Orta yaş qrup oxucular arasında  Məhsəti Gəncəvinin  yubileyi münasibətilə 

sual-cavab  gecələri,  testlər  və  ya  ədəbi  viktorinalar  təşkil  oluna  bilər.  Sual-cavab 

gecəsi kitabxanaçı tərəfindən təşkil olunur və oxuculara suallar təqdim olunur. 

Suallar: 

1.

 

Məhsəti Gəncəvi neçənci əsrdə yaşayıb,  yazıb-yaratmışdır? 



Məhsəti  Gəncəvi  təqribən  1095-ci  ildə  doğulmuş,  XII  əsrin  əvvəllərində 

yazıb-  yaratmışdır. 

2.

 

Məhsəti Gəncəvi kimdir? 



Məhsəti  Gəncəvi  gözəl  şairə,  rübai  ustası,  tarixi  şəxsiyyətdir.  Onun  tarixi 

şəxsiyyət olmasını Fəridəddin Əttar, Şəmsəddin Məhəmməd Ben Qeys Razi, 

Həmdullah  Qəzvini,  Dövlətşoah  Səmərqəndi,  Əmin  Əhməd  Razi, 

Qiyasəddin Xondəmir və başqa şairlər təsdiq edirlər.  

3.

 

Məhsəti Gəncəviyə həsr olunmuş  əsərlər haqqında  nə məlumatınız var? 



Gövhəri  Zərgərin  “Əmir  Əhməd  və  Məhsəti”  dastanı,  Mirvari  Dilbazinin 

“Məhsəti”  pyesi,  Nigar  Rəfibəylinin  “Məhsəti”  poeması,  Kəmalə 

Ağayevanın “Məhsəti” pyesi, Fəridə Ləmanın “Məhsəti” şeiri və  s. 

4.

 



Məhsəti Gəncəvi haqqında yazılmış kitablar haqqında nə məlumatınız var? 

Rəfael  Hüseynovun  “Məhsəti  necə  varsa”,”Məhsəti  Gəncəvinin  özü,  sözü, 

izi”, Frits Meyerin “Gözəl Məhsəti” kitabları və s. 

5.

 



Məhsəti adı nə məna kəsb edir? 

Məh sözü ay və böyük mənasını, siti isə xanım mənasında işlənmişdir. 

6.

 

Hansı şairlər Məhsəti Gəncəvi ilə eyni dövrdə yazıb, yaratmışlar? 



Nizami, Xaqani, Əbül – Üla, Mucirəddin və s. 

7.

 



Hansı şairlərin, yazıçıların əsərlərində Məhsətinin adına rast gəlmisiniz? 

Məhsəti  Gəncəvi  haqqında  ilk  qeyd  Nizami  Gəncəvinin  “Xosrov  və  Şirin” 

əsərində  verilmişdir.  Bundan  başqa    M.S.Fəridəddin  Əttarın  “İlahinamə” 

əsərində, M.S.Ordubadinin “Qılınc və qələm” romanında da tarixi şəxsiyyət 

kimi Məhsətinin adı keçir. 

8.

 



Məhsəti Gəncəvi şairlikdən başqa,  hansı qabiliyyətlərə malik idi? 

Gəncənin  intibah  havalı  münbit  ədəbi  mühitində  solmaz  rübailər  yaradan 

Məhsəti həm də mahir musiqiçi və usta şahmatçı idi. 

9.

 



“Əmir Əhməd və Məhsəti” dastanındakı Əmir Əhməd kimdir? 

Əmir  Əhməd  tarixi  şəxsiyyət  olub,  Gəncə  xətibinin  oğludur.Tarixdə  Əmir 

Əhmədin  də  çox  gözəl,  bədahətən  rübailər  deməsi  haqqında  məlumatlar 

vardır.  

10.

 

 Məhsəti  Gəncəvi  ömrünün  müəyyən  hissəsini    hansı  Sultanın  sarayında 



keçirmişdir? 

Məhsəti  Gəncəvi  ömrünün  müəyyən  hissəsini  Sultan  Mahmud  Səlcuqi  və 

Sultan Səncər sarayında keçirmişdir. 

11.


 

 Məhsəti Gəncəvinin rübailəri hansı dillərə tərcümə edilmişdir? 

İngilis, italyan, alman, fransız və s. dillərə tərcümə olunmuşdur. 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə