Tərtibçidən



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə8/15
tarix07.08.2018
ölçüsü0,71 Mb.
#60951
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

17 

 

12.



 

 Məhsətinin dövrümüzə gəlib çatan əsərləri haqda nə məlumatınız var? 

Məhsətinin lirik şeirlər divanı olmuş, lakin bu əlyazma kitabı Übeydulla xan 

Özbəyin  Herata  hücumu  zamanı  məhv  edilmişdir.  Hal-hazırda  Məhsəti 

Gəncəvinin 257 rübaisi, 30 yaxın şeiri dövrümüzə qədər gəlib çıxmışdır. 

Sual-cavab gecəsinin sonunda kitabxanaçı uşaqlara diqqətli olmalarına görə öz 

təşəkkürünü  bildirir,  sualları  düzgün  cavablandıran  oxucunu  mükafatlandırır  və 

Məhsəti  Gəncəvinin  həyat  və  yaradıcılığı  haqqında  daha  dərindən 

maraqlanmalarını tövsiyə edir. 

     


Kitabxanada 

Klassik 


Azərbaycan 

ədəbiyyatının 

ən 

qüdrətli 



nümayəndələrindən  biri  olan,  bütün  Yaxın    və  Orta  Şərqdə  rübai  ustadı  kimi 

tanınan Məhsəti Gəncəvidən bəhs edən ədəbiyyatların icmalını  keçirmək, bu tarixi 

şəxsiyyətin yaradıcılığından bəhs edən diskussiyalar da təşkil etmək olar. İcmal və 

diskussiyaların  məktəblərdə  yuxarı  sinif  şagirdləri  arasında  keçirilməsi 

məsləhətdir.  Diskussiyalar  keçirilərkən,  Məhsəti  haqqında  yazılmış  dastanlardan, 

poemalardan,  pyeslərdən,  dramlarından  söhbət  açılır  və  bu  haqda  oxucuların 

fikirləri öyrənilir. 

Məhsəti  Gəncəvidən  bəhs  edən  “Məhsəti  və  Əmir  Əhməd”  dastanı  üzərində 

diskusiya  apararkən,  əvvəlcə    dastanın  qısa  məzmunu  haqda  tədbir  iştirakçılara  

məlumat  verilir.  Diskussiyada  iştirak  edən  məktəbin  ədəbiyyat  müəlliməsi 

“Məhsəti  və  Əmir  Əhməd”dastanının  qısa  məzmunu  danışır.  Dastanın  qısa 

məzmunu belədir:  

“Bəlx şəhərində yaşayan bir ilahiyyat aliminin qızı olur. O, uşağın taleyinə 

baxdırmaq üçün münəccimlərə müraciət edir. Ulduzlar qızın böyük gələcəyindən, 

xalqın  rəğbət  və  məhəbbətini  qazanacağından  xəbər  verir.  Həmçinin  məlum  olur 

ki, qızın taleyi xərabatla bağlı olacaqdır. Atası qızı tərbiyə olunmaq üçün məktəbə 

verir. On səkkiz yaşına qədər burada oxuyan qız yaxşı təhsil görür. Bundan sonra 

atası  qızını  mütəxəssislərin  yanına  apararaq,  ona  12  muğamı  və  bunların  24 

şöbəsini öyrətmələrini xahiş edir. O, həmçinin xahiş edir ki, musiqiçilər qıza cəng, 

ud  və  bərbəd  alətlərində  çalmağı  öyrətsinlər.  Atasının  vəfatından  sonra  Məhsəti 

Gəncəyə  köçür  və  Xərabat  məhəlləsində  yaşayır.  Dastandan  da  göründüyü  kimi, 

artıq 20 yaşında Məhsəti öz savadı, gözəlliyi, məlahətli səsi və poetik istedadı ilə 

müsəlman dünyasının bir çox ölkələrində nüfuz və rəğbət qazanmışdı. Xərabatda 

Məhsətinin  səsini  dinləmək  üçün  uzaqdan-yaxından  həm  əyanlar,  həm  də  tacirlər 

Gəncəyə gəlirdi. Uzun illərin intizarından sonra nəhayət, Gəncə xətibinin bir oğlu 

olur.  Uşaqın  adını  Əmir  Əhməd  qoyurlar.  Onu  körpəliyindən  tərbiyəçiyə  verir, 

dörd  yaşından  isə  məktəbə  göndərirlər.  Əmir  Əhməd  özünü olduqca bacarıqlı  və 

istedadlı bir uşaq kimi göstərir və doğma şəhərindən bircə addım aralanmasa da, 

onun  kamalının  şöhrəti  uzaqlara  yayılır.  Bir  dəfə  Əmir  Əhməd  yuxusunda  görür 

ki,cənnətə  düşüb  və  bir  huri  şərab  dolu  piyalə  ilə  onu  qarşılayır.  Əmir  Əhməd 

şərabı nuş edir və həmin andan o hurinin gözəlliyi ilə məst olur. Səhər atası görür 

ki,  Əmir  Əhməd  pərişandır.  Onun  qüssəsini  dağıtmaqdan  ötrü  400  atlı  götürüb, 

Gəncəni gəzməsinə icazə verir. Əmir Əhməd məhəllələrin birindən keçəndə musiqi 

sədaları eşidir və öyrənir ki, bura Xərabatdır. Oradakı meyxanələrdən birində dörd 

mütəkkənin  üstündə  oturmuş  bir  qız  görür.  Bu,  Məhsəti  Gəncəvi  idi.  Əmir  onun 



18 

 

yuxuda gördüyü huri olduğunu kəsdirir. Gənclər bir-birinə aşiq olur və rübailərlə 



şerləşirlər.  Həmin  gecə  yatmazdan  əvvəl  oğlunun  Quran  əvəzinə  rübailər 

oxuduğunu görən Xətib bərk təəccüblənir. Xərabatdan qayıtmış oğlunun davranışı 

onu  narahat  edir.  Xətib  hətta  onu  həkimə  də  göstərir,  sonra  isə  evləndirmək 

qərarına gəlir. Lakin heç nəyin xeyri yoxdur. Əmir Əhməd dediyindən dönmür və 

təkbaşına  Xərabata,  Məhsətinin  yanına  gedir.  Məhsətinin  anası  onun  kimin  oğlu 

olduqunu  biləndə  xoşagəlməz  hadisə  baş  verəcəyindən  qorxub,  onu  evlərinə 

göndərməyi xahiş edir. Cavanlarsa onun sözlərinə məhəl qoymurlar. Xətib oğlunu 

geri qaytarmaq istəyir və hətta Gəncə şahına şikayət də edir, lakin oğlan ipə-sapa 

yatmır.  Belə  olduqda  atası  Əmir  Əhmədin  ardınca  öz  adamlarını  göndərir.  Onlar 

onu  tutub,  zindana  atırlar.  Üç  gün-üç  gecə  atasının  əxlaqa  dair  nəsihətlərini 

dinlədikdən sonra Əmir Əhməd onun dediklərinə razı olduğunu bildirir və azadlığa 

çıxır.  Xətib  sevindiyindən  zəngin  bir  ziyafət  düzəldir.  Ziyafət  başa  çatandan  və 

qonaqlar  dağılışandan  sonra  isə  Əmir  Əhməd  baş  götürüb,  yenə  Xərabat  tərəfə 

gedir. Əmir Əhməd Məhsətini burada 40 incəbel qızın əhatəsində görür. Onlar ney, 

çəng, dəf çalır, oxuyur, rəqs edirdilər. Məhsəti musiqi dərsi keçir. Burada o, artıq 

qarşımızda  başqa  görkəmdədir-nəinki  şer  yazır,  oxuyur,  bir  çox  alətlərdə  çalır, 

həmçinin musiqi və rəqs dərsləri də keçə bilir. O dövrün musiqi sənəti və musiqi 

mühiti  ilə  tanışlıq  üçün  dastanda  Gəncə  şahının  Məhsətinin  şərəfinə  verdiyi 

ziyafətin  təsviri  də  maraqlıdır.  Burada  musiqi  bir  qayda  olaraq,  cənkdə,  udda, 

bərbəddə,  əbrişimdə,  neydə  və  tənburda  ifa  olunur.  Daha  sonra  biz  dastandan 

Məhsətinin  Gəncədə  ən  güclü  şahmat  ustası  olduğunu  öyrənirik.  Həmin  qəbulda 

Gəncə  şahı  Məhsəti  ilə  şahmatda  da  gücünü  sınayır.  Başqa  bir  yerdə  şahın  Əmir 

Əhmədlə  mərc  gələrək,  min  dinardan  şahmat  oynaması  göstərilir.  Əmir  Əhməd 

qələbə  çalır  və  şah  borcunu  qızıl  pulla  ödəyir.  Bir  dəfə  Məhsətini  yenə  saraya, 

Gəncə şahının hüzuruna çağırırlar. Nəyə görəsə qəzəblənmiş hökmdar əmr edir ki, 

Məhsətini  öküz  dərisinə  bürüyüb,  zindana  atsınlar.  Ancaq  altı  gündən  sonra  yerli 

əyanların xahişi ilə şairəni zindandan çıxarırlar və o, qəzəblə şahı ifşa edən şerlər 

söyləyir. 

    

Başqa  bir  yerdə  qış  ovu  zamanı  şairənin  Gəncə  şahına  qar  haqqında 



bədahətən şer söylədiyi göstərilir. Bu şerin məzmunu haqda yuxarıda bəhs edilib. 

Şerin gözəlliyindən vəcdə gələn şah şairəyə at bağışlayır. Lakin müstəbid şah tələb 

edir ki, sevgililər ayrılsınlar və Məhsəti köçüb biryolluq sarayda yaşasın. Məhsəti 

Əmir  Əhmədə  təklif  edir  ki,  Bəlx  şəhərinə  qaçsınlar.  Əvvəlcə  şairə  özü  oraya 

gedir.  Onun  gəlişi  şərəfinə  Bəlxin  və  bütün  Xorasanın  şairləri  buraya  yığışır.  Şer 

yarışı başlanır. Məhsəti poetik tapmaca söyləyir. Heç kim onu aça bilmir. Yarışın 

bu yerində heç kimin tanımadığı bir şəxs peyda olur və tapmacanın cavabını gözəl 

bir  şerlə  söyləyir.  Hamı  anlayır  ki,  onların  qarşısındakı  şəxs  Əmir  Əhmədddir. 

Dastanın  sonunda  bildirilir  ki,  sevgililər  doğma  Gəncəyə  qayıdır,  öz  nigahlarını 

rəsmi  şəkildə  bağlayırlar  və  bu  nigahdan  onların  iki  övladı  olur.  Atası  öldükdən 

sonra Əmir Əhməd Gəncənin xətibi olur. Sonra o özü də rəhmətə gedir. Məhsəti 

Əmir Əhmədin ölümünə o qədər göz yaşı tökür ki, axırda gözləri tutulur. Şairə öz 

sevgilisindən sonra cəmisi iki il yaşaya bilir.” 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə