Tərtibçidən



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə9/15
tarix07.08.2018
ölçüsü0,71 Mb.
#60951
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

19 

 

Dastan  haqqında  məlumat  verildikdən  sonra  kitabxanaçı  tədbirdə  iştirak 



edən  oxuculara  “Məhsəti  və  Əmir  Əhməd”dastanından  bəhs  edən  suallar  verir, 

onlarla diskusiya aparır. Ən fəal oxucu kitabxana tərəfindən mükafatlandırılır. 

    

Kitabxanalarda 



oxucular  tərəfindən  sevilən  tədbirlərdən  biri  də 

müsabiqələrdir.  Bildiyimiz  kimi  Məhsəti  Gəncəvi  bir-birindən  maraqlı  rübailərin 

müəllifidir.  Həmin  rübailər  kitabxananın  fəal  oxucuları  tərəfindən  ifa  olunur. 

Rübaini  ən  gözəl  söyləyən  oxucu  mükafatlandırılır.  Müsabiqə  zamanı  həmin 

rübailərə,  “Məhsəti  və  Əmir  Əhməd”  dastanına  uşaqlar  tərəfindən  illüstrasiyalar 

çəkilməsi tapşırılır. Şəkilərin hazırlanması üçün uşaqlara iki həftə vaxt verilir. Bu 

vaxt  ərzində  oxucular  həm  Məhsəti  Gəncəvidən  bəhs  edən  dastanı,  Məhsətinin 

rübailərini oxuyur, ən çox bəyəndikləri rübailərə illüstrasiyalar çəkirlər. Ən gözəl 

məna  kəsb  edən  rəsm  işləri  mükafatlandırılır.  Həmçinin  rəsm  müsabiqələri  üçün 

məktəblərarası yarışmalar da təşkil etmək olar. 

      

Rəsm  müsabiqələri  ilə  yanaşı  başqa  müsabiqələrin  də  təşkili  mümkündür. 



Məsələn, uşaqların ifasında Məhsəti Gəncəvidən bəhs edən dastan, poema, pyeslər 

səhnələşdirilərək  münsiflərə  təqdim  olunur

.

  Münsiflər  heyəti  kitabxana 



müdirindən,  teatrımızın  görkəmli  nümayəndələrindən  təşkil  edilir.  Yaxşı  olar  ki, 

tədbirə  Məhsəti  yaradıcılığı  ilə  yaxından  maraqlanan  şair  və  yazıçılar  dəvət 

olunsun. (Rəfael Hüseynov, Kəmalə Ağayeva və s.) Əsəri ən gözəl səhnələşdirilən 

uşaqlardan  ibarət  komanda  mükafatlandırılır.  Həmçinin  məktəblilərin  Kəmalə 

Ağayevanın “Məhsəti” dramını səhnələşdirməsi və məktəblərdə nümayiş etdirməsi 

və  müzakirəsi  çox  səmərəli  olar.  Nümunə  üçün  xalq  şairi  Mirvari  Dilbazinin 

“Məhsəti”  pyesindən  hazırlanmış  səhnəciyi  sizə  təqdim  edirik.  Səhnə 

dekorasiyalarla  bəzədilir.  İştirakçılar  əsərə  uyğun  geyimlərdə  səhnəyə  çıxırlar. 

Səhnəcikdə Məhsəti, Cahan qarı, Qoca iştirak edirlər.Cahan qarı Məhsətiyə üzünü 

tutub söyləyir. 

I Oxucu (Cahan qarı):    Qapına gəlibdir bir qoca kişi. 

II Oxucu (Məhsəti):        Xoş xəbərlə olsun onun gəlişi. 

I Oxucu (Cahan qarı):    Üzündən, gözündən qüssə - qəm yağır. 

II Oxucu (Məhsəti):        Gəlmək istəyirsə içəri çağır. 

 

İçəri yoxsul geyimli nurani bir qoca girir, salam verib susur. 

 

II Oxucu (Məhsəti):       Atacan, sən kimsən, de adın nədir? 

                                 

Buraya gəlməkdən muradın nədir? 

III Oxucu (Qoca):    

Goranlı Nəsibdir adım, ay bala, 

                                 

Adını eşidib çıxmışam yola. 

                                 

O şairə sənsən, ay qızım, deyən, 

                                

Altı igid oğul atasıyam mən. 

                                

Onlar döyüşlərdə qurban gedəli, 

                                

Boğur külfətimi qıtlığın əli. 

                                

Kəndliyəm, nə odum, nə ocağım var, 

                                

Nə əkib – biçməyə öz torpağım var. 

                                

Altı oğul verdim, vətənə qurban, 




20 

 

                                



Onların atası ölüb acından, 

                                

Körpə balaları daxmada acdır, 

                                

Sənin köməyinə onlar möhtacdır. 

                                

Kəklik əti yeyir şah tulaları, 

                               

Ölür   əsgərlərin ac balaları. 

                               

Əlim işləməkdən qabar – qabardır, 

                               

Ancaq bunun bizə nə xeyri vardır, 

                               

İşləyib, ac ölmüş nəsillərimiz

                               

Şahların, xanların qullarıyıq biz. 

 

Sözləri deyib, kişi doluxsunur.Məhsəti üzünü qocaya tutub, söyləyir. 



 

II Oxucu (Məhsəti):   

Baba, gəlişindən könlüm oldu şad, 

                                   

Mənə o körpələr qoy olsun övlad. 

                                   

Sizin göz yaşınız şahlara çatmaz 

                                   

Yatmış vicdanları bu səs oyatmaz 

                                   

Min əsgər uşağı ölsün acından, 

                                   

Şahların bir tükü tərpənməz, baba! 

                                   

Bir gövhər əskilsə onun tacından 

                                   

Müqəssir sayılar bu el, bu oba. 

                                   

Özün ki, arifsən, nə deyim sənə, 

                                   

Babacan, mehrimin ucundan mənə 

                                  

Vermiş Xətib oğlu xeyli bağ – bağat. 

                                  

Daha o sənindir, halal malındır. 

 

Qoca təəcüblə Məhsətiyə baxıb, deyir: 



 

  III Oxucu (Qoca):    

Qızım, sən qadınsan, ərsə zalımdır 

  II Oxucu (Məhsəti):  

Sən Xətib oğlunu sanma zalım ər, 

                                   

Onun şair qəlbi dünyaya dəyər. 

 

Məhsəti qocaya kisə ilə dolu pul verir və deyir: 



 

                                   

Al, kim əsirgəyər səndən varını, 

                                   

Altı cəngavərin yadigarını 

                                   

Bu hala salanlar utansın gərək. 

Qoca çox kövrəlir və söyləyir: 

III Oxucu (Qoca):   

Qızım, nə incədir səndəki ürək 

                                

Şairdir elin də şahı – sultanı. 

                                

Qılınc poza bilməz qələm yazanı. 

Qoca gedir, Məhsəti dalğın- dalğın qocanın dalınca baxıb, deyir: 

II Oxucu (Məhsəti): 

Şahların daş – qaşla dolanda tacı, 

                                    

Çoxalır millətin yoxsulu, acı. 

Tamaşanın sonunda iştirakçılar müdiriyyət tərəfindən mükafatlandırılır. 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə