Bu kitab "Qarabağnamələr. II kitab" (Bakı, Yazıçı, 1991) nəşri əsasında
təkrar nəşrə hazırlanmışdır
Tərtib edəni:
Nazim Axundov
Elmi redaktoru:
Akif Fərzəliyev
947.54-dc22
AZE
Qarabağnamələr. II kitab. Bakı, "Şərq-Qərb", 2006, 288 səh.
"Qarabağnamələr"in ikinci kitabında Azərbaycanın XIX əsr salnaməçi-
ləri Mirzə Yusif Qarabağinin, Mir Mehdi Xəzaninin və Rzaqulu bəy
Mirzə Camal oğlunun Qarabağ haqqında tarixi, ədəbi-bədii,
publisistik
oçerkləri toplanmışdır.
ISBN10 9952-34-069-9
ISBN13 978-9952-34-069-3
© “ŞƏRQ-QƏRB”, 2006
6
TƏRTİBÇİDƏN
“Qarabağnamələr”in ikinci kitabına XIX əsrin 60-70-ci illərində
Qarabağ tarixi haqqında yazılmış aşağıdakı salnamə və materiallar daxil
edilmişdir:
Mirzə Yusif Qarabağinin “Tarixi-Safi”, Mir Mehdi Xəzaninin “Kitabi-
tarixi-Qarabağ”, Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və
İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri”
əsərləri.
Müəlliflərdən Mirzə Yusif Qarabaği “Tarixi-Safi”ni və Rzaqulu bəy
Mirzə Camal oğlu “Pənah xan və İbrahim xanım Qarabağda
hakimiyyətləri və o zamanın hadisələri”ni fars dilində, Mir Mehdi Xəzani
isə “Kitabi-tarixi-Qarabağ”i Azərbaycan dilində yazmışdır.
Ana dilində
yazılan “Qarabağnamə”lər tarixi, coğrafi, etnoqrafik, onomastik
məlumatlarla yanaşı, XIX əsrin 40-cı illərindən başlayaraq dövrümüzə
qədər zəngin dil materialı verən abidələrdir.
“Qarabağnamələr”in ikinci kitabına daxil edilən əsərlərin əlyaz-maları
aşağıdakı arxiv və fondlardan toplanılmışdır.
Mirzə Yusif Qarabağinin “Tarixi-Safi” əsərinin farsca yazılmış yeganə
nüsxəsi Gürcüstan SSR Elmlər Akademiyasının yanında akademik
S.N.Canaşia adına Dövlət Muzeyi Əlyazmaları Fondunda 195 nömrəli
şifrlə saxlanılır.
Mir Mehdi Xəzaninin Azərbaycan dilində yazılmış “Kitabi-tarixi-
Qarabağ” əsərinin Azərbaycan Milli Elmlər Akademiyasının
Məhəmməd
Füzuli adına Əlyazmaları İnstitutunda saxlanılan beş əlyazmasından B-
518 nömrəli nüsxə keyfiyyət etibarilə digər nüsxələrdən yaxşı olduğuna
görə əsas götürülmüş, naqis olan iki vərəq başqa əlyazmadan alınmışdır.
7
Rza qulu bəy Mirzə Camal oğlunun “Pənah xan və İbrahim xanın
Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” əsərinin Qarabağ
tarixi barədə farsca yazılmış 162 səhifəlik əlyazması Azərbaycan Milli
Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmaları
İnstitutunda B-470 şifrlə mühafizə olunur. Müəllifin etiraf etdiyi kimi o,
atası Mirzə Camalın “Qarabağ tarixi”ni xülasə etmişdir. Rzaqulu bəy
atasının yazdığı tarixə bir neçə dəyərli əlavələr
etdiyindən burada çap
olunmasını məqsədəuyğun bildik.
Bir küll halında “Qarabağnamələr” yalnız adi tarixi salnamələr
deyildir. Bu əsərlərdə etnoqrafik materiallara, tarixi-memarlıq
abidələrinin təsvirinə, Qarabağın bir çox maraqlı şəxsiyyətlərinə, adət-
ənənələrinə dair zəngin faktlarla, vəqf mülkiyyətinin Qarabağda geniş
vüsət tapmasına dair tutarlı sübutlarla rastlaşırıq.
8
MİRZƏ YUSİF QARABAĞİ VƏ ONUN
“TARİXİ-SAFİ” ƏSƏRİ
*
XIX esrin salnaməçilərindən olan Mirze Yusif Qarabağinin (1798-1864)
Rusiya-İran münasibətlərinin (1800-1828) və Azərbaycan
tarixinin müəyyən
səhifələrini öyrənmək nöqteyi-nəzərindən qiymətli mənbələrdən birini təşkil
eden “Tarixi-Safi” əsəri fars dilində yazılmışdır və heləlik bizə onun yeganə bir
nüsxəsi məlumdur
1
. Mirzə Yusif Nersesov ədəbiyyatımızda hələ XX əsrin birinci
rübündən bəlli olsa da
2
, onun “Tarixi-Safi” əsəri əsrimizin otuzuncu illərində
belə tarixçilərimizə bəlli
deyildi
3
. Bu əser haqqında bizə ilk məlumat verən
Mirzə Yusif Qarabağinin tərcümeyi-halını tedqiq edən Əli Əjdər Səidzadədir. O
zaman bu əsəri şəxsən görməmiş olan Ə.Ə.Səidzadə “Tarixi-Safi”nin bizə gəlib
çatmadığı ehtimalında idi
4
. “SSRİ-də tarix elminin tarixinə dair oçerkləri”ə daxil
olan Azərbaycan tarixşünashğına həsr olunmuş məqalədə isə bu əsərin ancaq adı
çəkilir, yanlış olaraq, əsərin yazıhş tarixi XIX esrin birinci yarısına aid edilir
5
.
“Tarixi-Safi”nin mündəricəsi haqqında çox müxtəsər də olsa,
ilk məlumata
biz “XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı” adlı məqaledə və
həmin məqale müəlliflərinin iştirakı ilə yazılmış “XIX əsrdə və XX əsrin
əvvəllərində Azərbaycanda tarix elminin inkişafı” adlı əsərdə rast gəlirik
6
.
Yuxarıda adları çəkilən her iki əsərdə müəlliflər Mirzə Yusifin müxtəsər
tərcümeyi-halını verdikdən sonra “Tarixi-Safi”nin qısa məzmunundan danışırlar.
“Tarixi-Safi” müəllifi Mirzə Yusif 1798-ci ildə Qarabağ mahalının Hadrut
kəndində anadan olmuşdur. Onun atası Nerses Cənubi Azerbaycanın Əhər
şəhərindən idi. O, İran hökmdarlarının ermənilərə münasibətindən narazı qaldığı
üçün Qarabağa köç-müşdü
7
. Mirzə Yusif öz əsərinin müqəddiməsində hələ uşaq
ikən Qarabağdan “Qızıl-
* Məqalə Əli Hüseynzadənin “XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı” (Bakı,
1967) əsərindən götürülmüşdür (seh.88-102).
1
Gürcüstan SSR EA yanında akademik S.N.Canaşia adına Dövlət Muzeyi Əlyazmaları Fondu,
inv.195; bu əlyazmanın fotosurəti Azərbaycan SSR EA TİEA, inv.2251.
2
S.Mümtaz. Azərbaycan ədəbiyyatı, sayı 2, Molla Pənah Vaqif, Bakı, 1925.
3
Q.İmanov. Вопросы историографии Азербайджана. Наука в АССР за 15 лет, Баку, 1936,
səh. 163.
4
А.А.Сеидзаде. Мирза Юсиф Нерсесов (Шушинский). “Известия Азербайджанского
Филиала Академии Наук СССР”, 1942, №9, səh. 10-11.
5
Очерки истории исторической науки в СССР, I cild, Мoskva, 1955, səh.643.
6
А.Н.Гулиев, И.М.Гасанов. Историческая наука в Азербайджане во второй половине
XIX в., Аzərbaycan SSR ЕА Tarix İnstitunun əsərləri,
XIII cild, Ваkı, 1958, səh.236; Ə.N.Quliyev,
İ.М.Нəsənov, 1.V.Striqunov. XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda
Tarix elminin inkişafı, Bakı, 1960.
7
А.А.Сеид-заде. Мирза Юсиф Нерсесов (Шушинский). “Известия Азербайджанского
Филиала Академии Наук СССР”, 1942, №9, səh.12.
10