Tərtibçilər qrupunun elmi rəhbəri: I e. d., prof. Zahid fərrux məMMƏdov


Bank  olmayan  kredit  təşkilatı



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix31.08.2018
ölçüsü0,53 Mb.
#65818
1   2   3   4   5   6   7   8   9   ...   26

 
5
Bank  olmayan  kredit  təşkilatı  -öz  vəsaiti  və/və  ya  cəlb 
edilmiş  vəsait  hesabına  (depozitlər  istisna  olmaqla)  yalnız  pul 
formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.  
Bank  lisenziyası  -  Qanunla  müəyyən  edilmiş  qaydada 
verilən,  fiziki  və  hüquqi  şəxslərdən  depozitlər  və  ya  digər 
qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər 
vermək  ilə  bağlı  fəaliyyəti,  habelə  müştərilərin  tapşırığı  ilə 
köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata 
keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır.  
Bank  krediti  -  bağlanmış  müqaviləyə  uyğun  olaraq 
qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) 
və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya 
təminatsız  müəyyən  məbləğdə  borc  verilən  pul  vəsaitidir.  Həmin 
şə
rtlərlə  pul  vəsaitinin  verilməsi  haqqında  götürülmüş  hər  hansı 
öhdəlik,  qarantiya,  zəmanət,  borc  qiymətli  kağızlarının  diskontla 
və  ya  faizlər  alınmaqla  satın  alınması  və  müqaviləyə  əsasən  hər 
hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı 
digər hüquq da kredit anlayışına aiddir.  
Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komis-
yon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanət-
çilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini 
nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və 
ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir. 
Ə
halinin  əmanətləri  –  əhalinin  əmanət  və  kommersiya 
banklarındakı  əmanətlərinin  artımını,  istiqraz  vərəqələrinin  və 
digər qiymətli kağızların alınmasını, habelə əhalidə olan nağd pul 
qalığının  dəyişməsini  (artmasını  və  ya  azalmasını)  özündə  əks 
etdirir. Onlar əhalinin pul gəlirləri ilə pul xərcləri arasındakı fərqlə 
müəyyənləşdirilir.  Buna  görə  də  bu  göstəricinin  mahiyyəti  milli 
hesablar  sisteminin  oxşar  kateqoriyasından  fərqlənir.  Əhalinin 
ə
manətlər  şəklində  banklara  cəlb  edilən  vəsaiti  müəyyən  vaxt 
ə
rzində banklara daxil olmuş vəsaitin məbləğini göstərir. Əhalinin 
banklardakı  əmanətlərinin  qalıqları  isə  müəyyən  tarixə  olan 


 
6
vəziyyətə  görə  əmanət  və  digər  banklarda  əhalinin  əmanətlərinin 
qalıqlarıdır. 
Ə
manət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli 
və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya 
müqaviləyə  əsasən  geri  ödəməli  olduğu  pul  vəsaitləri.  Əmanətçi 
bankda əmanəti olan, habelə qanunvericiliyə və/və ya müqaviləyə 
ə
sasən əmanətə sərəncam vermək hüququ olan şəxsdir.  
Ə
manətlərin Sığortalanması Fondu – əhalinin kommersiya 
banklarına qoyduğu əmanətlərin mümkün risklərdən sığortalanma-
sı üçün formalaşdırılan fondlardır. Azərbaycanda artıq əmanətlərin 
sığortalanması  məqsədləri  üçün  Əmanətlərin  Sığortalanması 
Fondu yaradılıb. Fond hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatı-
dır və öz əmlakının mülkiyyətçisidir.  
Nağdsız  hesablaşma  –  pul  nişanlarından  istifadə  etmədən 
ödəniş sənədləri vasitəsilə həyata keçirilən ödənişdir. 
Ödəniş  sənədi  –  nağdsız  qaydada  pul  vəsaitinin  kredit 
təşkilatı  (bundan  sonra  “bank”  adlanacaq)  vasitəsi  ilə  ödənilməsi 
barədə yazılı şəkildə kağız üzərində (kağız daşıyıcı) və ya elektron 
formada (elektron daşıyıcılarda) rəsmiləşdirilən sərəncamdır. 
Mühüm  iştirak  payı  -  səhmdar  kapitalının  və  ya  səsvermə 
hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə 
ə
sasında  iştirakçısı  olduğu  hüquqi  şəxsin  qərarlarının  qəbul 
edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və 
ya dolayı yolla sahiblikdir.  
İ
nzibatçı  -  bankın  Müşahidə  Şurasının,  Audit  Komitəsinin 
və Idarə Heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat 
xidmətinin  rəhbəri),  daxili  audit  bölməsinin  əməkdaşları,  bank 
filialının,  şöbəsinin  və  nümayəndəliyinin  rəhbərləri  və  baş 
mühasibləri.  
İ
nvestisiya  (investment)  –  gəlir  (mənfəət)  və  ya  sosial 
səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri 
obyektlərinə  qoyulan  maliyyə  vəsaitindən,  habelə  maddi  və 
intellektual  sərvətlərdən  ibarətdir.  Bunlara  pul  vəsaiti,  məqsədli 
bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağız-


 
7
lar  və  s.  aiddir.  İnvestisiya  fəaliyyəti  investorların  investisiya  qo-
yuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin 
məcmusudur.  Maliyyə  aktivlərinə  investisiya  qoyuluşu  qiymətli 
kağızlara  və  digər  maliyyə  aktivlərinə  (ssudalara,  digər  müəs-
sisələrin nizamnamə fondlarına və s.) qoyuluşları əks etdirir. Onlar 
ölkə və xarici maliyyə aktivlərinə investisiyaları birləşdirir. 
Banka aidiyyatı olan şəxslər - bankın inzibatçıları, struktur 
bölmələrinin  rəhbərləri,  qərarların  qəbul  edilməsində  iştirak  edən 
digər  əməkdaşları  və  onlarla  yaxın  qohumluq  münasibətlərində 
olan  şəxslər  (əri/arvadı,  valideyni,  o  cümlədən  ərinin/  arvadının 
valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, 
qardaşı və bacısı); bankda mühüm iştirak payı olan hər hansı şəxs 
və  ya  bankın  mühüm  iştirak  payı  olan  hüquqi  şəxs  və  həmin 
hüquqi şəxsdə mühüm iştirak payı olan hər hansı şəxs, habelə bu 
cür  mühüm  iştirak  payına  malik  olan  hüquqi  şəxslərin  icra 
orqanlarının rəhbərləri.  
Klirinq  -  hesablaşmalar  sisteminin  bir  və  ya  bir  neçə 
iştirakçısının həmin sistemin bir və  ya bir neçə digər iştirakçısına 
verdiyi  və  ya  onlardan  aldığı  ödəniş  məbləğləri  üzrə  yaranan 
tələblərin  və  öhdəliklərin,  onların  fərqi  olan  bir  xalis  tələb  və  ya 
bir xalis öhdəliyə çevrilməsi prosesidir.  
Kredit təşkilatı - bank, xarici bankın yerli filialı və ya bank 
olmayan kredit təşkilatdır.  
Kapitalın  adekvatlıq  əmsalları  -  birinci  dərəcəli  kapitalın 
və məcmu kapitalın ayrılıqda risk də rəcəsi uzrə olculmuş aktivlərə 
olan nisbəti. 
Kredit derivativləri -  bir və ya bir necə kredit mu qaviləsi 
uzrə  kreditlərin  riskdən  mudafiəsi  məqsədilə  istifadə  olunan 
torəmə maliyyə aləti. Bu alət debitorun kredit riskini umumi ba zar 
riskindən  ayırmaq  ucun  yara  dılmışdır.  İstiqrazın  alıcısı  istiqrazın 
debitor defoltu riskini qarşılamaq ucun kredit derivativini alır. Kre 
dit derivativinin satıcısı defolta qarşı effektiv sığorta siyasətini hə 
yata  kecirir.  Kredit  derivativləri  xəzinə  istiqrazının  gəlirlilik 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə