Tərtibçilər qrupunun elmi rəhbəri: I e. d., prof. Zahid fərrux məMMƏdov



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix31.08.2018
ölçüsü0,53 Mb.
#65818
1   2   3   4   5   6   7   8   9   ...   26

 
8
fərqinin qəfil genişlənməsinə, qiymət diskontunun dərinləşməsinə, 
iflasa, muflisləşməyə və defolta qarşı muhafizəni təmin edə bilir. 
Yerli sözü banka, filiala və ya nümayəndəliyə aid edildikdə 
ə
sas fəaliyyət yeri Azərbaycan Respublikasında olan bank, filial və 
ya nümayəndəlik başa düşülür.  
Xarici sözü banka, filiala və ya nümayəndəliyə aid edildikdə 
ə
sas  fəaliyyət  yeri  Azərbaycan  Respublikasından  kənarda  olan 
bank, filial və ya nümayəndəlik başa düşülür.  
Prudensial - bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsi-
nə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlə-
rə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsuludur.  
Bankın məcmu kapitalı (öz vəsaiti) - prudensial hesabatlıq 
məqsədləri  üçün  istifadə  olunan  kapital  olmaqla,  Milli  Bankın 
normativ xarakterli aktları ilə müəyyən etdiyi I dərəcəli (əsas) və II 
dərəcəli (əlavə) kapitala  daxil olan komponentlərin (elementlərin) 
cəmi və onlardan tutulmaların fərqidir. 
Fidusiar  vəzifələr  –  bankın  maliyyə  göstərijilərinə  nəzarət 
və  onların  qiymətləndirilməsi,  qanunlara,  digər  normativ  hüquqi 
aktlara riayət etməsinin təmin edilməsi, habelə Müşahidə Şurası və 
İ
darə  Heyəti  tərəfindən  bankın  cari  və  gələcək  maraqlarının 
toqquşması hallarının qarşısını ala bilən vəzifələrdir. 
Risklərin  idarə  edilməsi    -  bankın  fəaliyyətinə  xas  olan 
risklərin  müəyyən  edilməsi,  qiymətləndirilməsi,  onlar  barədə 
hesabatların  hazırlanması,  məqbul  risk  limitlərinin  müəyyən 
edilməsi  vasitəsi  ilə  onlara  nəzarət  edilməsi  və  risklərin 
azaldılmasıdır. 
Bank olmayan kredit təşkilatları- xüsusi razılıq (lisenziya) 
ə
sasında  kreditlərin  verilməsi  və  BOKT    haqqında  Qanunda 
nəzərdə  tutulmuş  digər  fəaliyyətnövlərini  həyata  keçirən 
ixtisaslaşmış kredit təşkilatı. 
 Poçt rabitəsinin milli operatoru — müvafiq icra hakimiy-
yəti orqanı tərəfindən universal poçt rabitəsi və poçt-maliyyə xid-
mətləri göstərilməsi üçün təyin olunmuş poçt operatoru; 


 
9
Prosessinq  fəaliyyəti  –  ödəniş  kartları  vasitəsilə  aparılmış 
ə
məliyyatlar  haqqında  məlumatların  toplanması,  emalı  və 
ötürülməsi,  həmçinin  kart  emissiyasına  və  ekvayrinqinə  texniki 
xidmət göstərilməsi üzrə fəaliyyətdir; 
Ödəniş  kartı  –  malların,  iş  və  xidmətlərin  ödənilməsi,  öz 
hesabından  digər  şəxsin  hesabına  pul  köçürülməsi,  habelə  nağd 
vəsaitin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. 
Banklarda mühasibat uçotu - bankın aktivləri, öhdəlikləri, 
kapitalı,  gəlirləri  və  xərcləri  haqqında  məlumatların  mühasibat 
hesablarında  ikili  yazılış  üsulu  ilə  toplanması,  qeydiyyatı  və 
ümumiləşdirilməsi sistemidir.  
Bank  əməliyyatları  –  kredit  təşkilatlarının  əmlakını, 
öhdəliklərini,  kapitalını,  onların  hərəkətini  və  ümumiyyətlə 
maliyyə vəziyyətini ayrı-ayrılıqda özündə əks etdirən faktlardır. 
Mühasibatlıq  -  əməliyyatların  aparılması  barədə  məlumat-
ların MHBS-yə uyğun olaraq mühasibat uçotunda əks olunmasına 
nəzarəti həyata keçirən bank bölməsidir.  
Bankomatlar  -  plastik  kartlarla  əməliyyatlar  zamanı  nağd 
pulların verilməsi, mal, iş və ya xidmətlərə görə nağdsız ödənişin 
həyata  keçirilməsi  və  inkassasiya  üçün  nəzərdə  tutulmuş  bank 
avtomatlarıdır.  Bundan  başqa,  bankomat  kart  sahibinə  onun 
hesabının  cari  vəziyyəti  haqqında  məlumat  (o  cümlədən  kağız 
üzərində çıxarış) almağa imkan verir.  
Debet  kartları  -  kart  sahibinə  bank  hesabında  olan  məbləğ 
həddində  vəsaitin  birbaşa  silinməsi  yolu  ilə  mal,  iş  və  xidmətlərə 
görə  hesablaşmaların  həyata  keçirilməsi  və  nağd  pul  şəklində 
vəsaitlərin  alınmasını  təmin  edən  plastik  kartlardır.  Debet 
kartlarının  sahibləri  qabaqcadan  emitent  bankdakı  hesabına 
müəyyən məbləğdə vəsait daxil etməlidir. Kartdan istifadə etməklə 
hesablaşmaların  həyata  keçirilməsi  zamanı  hesabda  olan  vəsait 
aparılan əməliyyata müvafiq olaraq azalır.  
Kredit kartları - kart sahibinə bank krediti hesabına mal, iş 
və xidmətlərə görə hesablaşmaların həyata keçirilməsi və nağd pul 
şə
klində vəsaitlərin alınmasını təmin edən plastik kartlardır. Kredit 


 
10
kartları  üçün  müəyyən  limitlər  müəyyənləşdirilir.  Açılmış  hesab 
üzrə  vəsaitin  limiti  kart  sahibinin  vəsait  xərcləməsi  üçün  ona 
açılmış  kredit  xəttinin  həcmi  ilə  əlaqədar  olur.  Kredit  birdəfəlik, 
həmçinin  bərpa  olunan  ola  bilər.  Bank  və  kart  sahibi  arasındakı 
müqavilədən  asılı  olaraq  kredit  xəttinin  bütün  məbləği  və  ya  bir 
hissəsi ödənildikdən sonra bərpa edilir.  
Valyuta  siyasəti  (curency  policy)  –  dövlət  tərəfindən 
valyuta  məzənnəsinin  tənzimlənməsi  məqsədilə  həyata  keçirilən 
hüquqi, iqtisadi, inzibati tədbirlərin kompleksi. Valyuta siyasətinin 
həyata keçirilmə formaları: 
1.
  diskont  siyasəti  –  mərkəzi  bankın  uçot  dərəcəsinin 
dəyişdirilməsi yolu ilə valyuta məzənnəsinin tənzimlənməsi; 
2.
  valyuta  müdaxiləsi  –  valyuta  bazarlarında  tələb  və 
təklifin  tarazlaşdırılması  məqsədilə  mərkəzi  bankın  valyutaların 
alqı-satqısı əməliyyatlarında müntəzəm iştirakı; 
3.
  devalvasiya  (milli  valyutanın  xarici  valyutalara  nisbətən 
məzənnəsinin  məsədyönlü  uçotlaşdırılması)  və  revalvasiya  (milli 
valyutanın xarici valyutalara nisbətən məzənnəsinin qaldırılması). 
4.
  valyuta  məhdudiyyətləri  –  valyuta  əməliyyatlarının 
inzibati  tədbirlər  və  qanunverici  aktlarla  qadağan  olunması  və  ya 
limitləşdirilməsi nəzərdə tutulur. 
Maliyyə  vasitəciliyi 
-  Biznes  və  dov  lət  təşkilatları  kimi 
kapital  isti  fa  dəcilərini  və  pensiya  fondları  və  şəxsi  investorlar 
kimi  kapital  tə  da  rukculərini  əlaqələndirən  vasitəcilik  fəaliyyəti. 
Bu  ter  min,  adətən,  kommersiya  və  inves  ti  siya  banklarının 
fəaliyyətlərini təs vir etmək ucun istifadə olunur. 
Maliyyə  ohdəliyi  -  Maliyyə  ohdəciliyinə  əsasən  (i) 
debitorun  kreditor  ilə  bağlanılan  muqavilədə  muəyyən  olunan 
şə
rtlər  əsasında  ona  odəniş  və  ya  odənişlər  etməsini  tələb  edir  və 
ya  (ii)  iki  tərəf  arasında  maliyyə  xarakterinə  malik  muəyyən 
huquqları və ya ohdəlikləri muəyyən edir. 
 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə