Tərtibçilər qrupunun elmi rəhbəri: I e. d., prof. Zahid fərrux məMMƏdov



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix31.08.2018
ölçüsü0,53 Mb.
#65818
1   2   3   4   5   6   7   8   9   ...   26

 
11 
G İ R İ Ş 
 
Bank  işi  fənninin  proqramında  yer  alan  mövzular  gündəlik 
həyatda  dövlət,  korporativ  və  ictimaiyyət  tərəfindən  ən  çox 
müzakirə  və  şərh  edilən  mövzulardır.  Əmanətlərə  və  kreditlərə 
tətbiq edilən faiz dərəcəsi, valyuta məzənnəsi, pul aqreqatları və s. 
bu  kimi  makroiqtisadi  göstəricilər  iqtisadi  vahidlərin  maliyyə  və 
investisiya qərarlarına təsir göstərən ən önəmli amilldir.  
«Bank  işi»  fənninin    dərs  proqramında:    maliyyə  xidmətlər   
sektorunun   iqtisadiyyatı; bank sisteminin təşkili və fəaliyyətinin 
hüquqi-  iqtisadi  əsaslari;    Mərkəzi  Bankın    fəaliyyətinin  əsaslari; 
ödəniş sistemi;  bankçılıq   fəaliyyətinin əsaslari; beynəlxalq bank-
çiliq;      banklarin  passiv  və    aktiv  əməliyyatları;  banklarin  pul  və 
kapital  bazarinda  fəaliyyəti;    bank  menedcmenti  və  marketinqi;  
bank  fəliyyətinin    maliyyə  təhlili;  banklarda  korporativ  idarəetmə 
sistemi; bank fəaliyyətində risklər;  bank sistemində böhran  və  ona 
qarşı    tətbiq  olunan  antiböhran  tədbirlər  modeli  kimi  mövzular 
tələbələrə    öyrədiləcək  və  onlar  tərəfindən    mövzuları  daha  da  
dərindən  mənimsəmək  məqsədilə  interaktiv  təlim  metodlarından 
geniş istifadə olunacaqdır.  
Mövzuların  öyrənilməsi  prosesində  tələbələri  dünya  təcru-
bəsi  kontekstində  Azərbaycanda  bank  sisteminin  stabil  və  təhlü-
kəsiz  fəaliyyətinin  təmin  edilməsi  və  tənzimlənməsi  prinsipləri, 
qaydaları və normaları əks etdirən normativ sənədlərləri ilə  tanış 
edəcək və bütövlükdə onlara  bank industriyası haqqında komleks 
bilik və informasiya  veriləcəkdir. 
«Bank işi» fənninin tədrisində  əsas  məqsəd- Azərbaycanda 
bank  sisteminin  hüquqi  bazasının,  iqtisadiyyatda  bank  xidmət-
lərinin rolunu, bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin tə-
min edilməsi məqsədilə Mərkəzi Bankın  rolunu və əhəmiyyətini,  
bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi 
və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını tələbələ-
rə öyrətmək və izah etməkdir. 
«Bank işi» fənninin tədrisində  əsas vəzifələr: 


 
12
1.
 Bank sisteminin fəaliyyətini tənzimlənməsini  əks etdirən 
normativ- hüquqi  sənədlərlərlə yaxından tanış etmək; 
2.
 Bank fəaliyyəti haqqında komleks nəzəri biliklər vermək; 
3.
 Bank  xidmət  və  məhsulları,  bank  marketinqi  və 
menedcmenti,  bank  fəaliyyətində  maliyyə  nəticələrinin  təhlili 
qaydalarını  praktik olaraq  istifadəsini öyrətmək; 
4.
 Tələbələri  müasir  bank  sisteminin  vəziyyəti,inkişafı  və 
problemləri  haqqında  məlumatlandırmaq  və  bank  sistemində  
istifadə olunan əsas anlayışları izahını verməkdir.  
 
 
I MÖVZU. BANK SİSTEMİ 
 
Bank  işininin  fəlsəfi  mahiyyəti.  Bank  sisteminin  təsnifatı. 
Bank sisteminin təşkili və insitutsional  həlqələri. Bank sisteminin 
tarixi  inkişafı.  Azərbaycanda  bank  sisteminin  tarixi  inkişafı. 
Azərbaycanda bank sisteminin fəaliyyətinin hüquqi əsasları.  
Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında 
Azərbaycan  Respublikasının  Qanunu  (17  aprel  2007-ci  il,  9 
oktyabr 2007-ci il, 6 noyabr 2007-ci il, 26 may 2009-cu il, 19 iyun 
2009-cu  il  və  30  iyun  2009-cu  il  tarixli  qanunlarla  qəbul  edilmiş 
dəyişikliklər və əlavələrlə). 
Banklar  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  (4 
mart 2005-ci il, 6 mart 2007-ci il, 17 aprel 2007-ci il, 19 oktyabr 
2007-ci  il,  2  oktyabr  2008-ci  il,  26  may  2009-cu  il  və  30  iyun 
2009-cu  il  tarixli  qanunlarla  qəbul  edilmiş  dəyişikliklər  və 
ə
lavələrlə).  
Bank  olmayan  kredit  təşkilatları  haqqında  Azərbaycan 
Respublikasının Qanunu (25 dekabr 2009-cu il). 
Azərbaycan  Respublikasının  bank  sistemi:Azərbaycan  Res-
publikasının Mərkəzi Bankı  və kredit təşkilatları.  Azərbaycanda 
kredit  təşkilatının  strukturu:  bank,  xarici  bankın  yerli  filialı  və 
bank olmayan kredit təşkilatı.  


 
13 
Poçt haqqında Azərbaycan Respublikasının Qanunu. Poçt ra-
bitəsinin milli operatorunun  maliyyə xidmətləri. Milli operatorun 
maliyyə xidmətləri sahəsində fəaliyyətinə dair ümumi tələblər.   
Bank  sistemində  aktiv  həcminə  görə  bankların  təsnifatı:  ki-
çik,orta və iri banklar. Kapitalın mülkiyyətinə görə bankların təsnifa-
tı: dövlət, özəl, xarici. Azərbaycan Respublikasının bank sistemində 
xarici  kapitalın  iştirakı.    Fəaliyyət  növlərinə  görə    banklar: 
kommersiya,  investisiya,  inkişaf,  islam  bankları.  İxtisaslaşmış  və 
universal  banklar.  Xoldinq  bankçılıq.   Pərakəndə  bankçılıq.Toptan 
bankçılıq.  Beynəlxalq  bankçılıq.  Online  bankinq  xidmətləri. 
Faizsiz bank modeli. İslam bankçılıq sisteminin işləmə mexanizmi. 
Azərbaycanda  müasir  bank  sisteminin  xarakteristikası.  Azər-
baycan  bank  sektorunun  icmalı.  Azərbaycan  bank  sektorunun  kə-
miyyət və keyfiyyət göstəriciləri. Azərbaycan bank sisteminin öh-
dəlikləri. Azərbaycan bank sisteminin aktiv strukturu. Azərbaycan 
bank  sektorunun  kapitalı.  Azərbaycan  bank  sektorunun  fəaliy-
yətinin maliyyə göstəriciləri. 
Bank sistemində böhran anlayışı.  Bank sistemində böhranların 
tarixi  inkişafı.  Sistemli  bank  böhranlarının  səbəb  və  nəticələri. 
Böhranın  bank  sistemində  islahatların  gücləndirilməsinə    təsiri  . 
Qloballaşma  və    Bank  böhranı.  Qlobal  « Yoluxma »  effektinin  
milli    iqtisadiyyata  təsiri.  2007-  2008  –ci  illərdə  qlobal    maliyyə 
böhranının  xronikası  .  Qlobal  bank    böhrana  təsir  edən  amillər.  
Qlobal  2007-  2008  bank  böhranının  bəzi  ölkələrə  şok  təsir 
göstəriciləri. İnkişaf etmiş plkələrdə bank  böhranlarının səbəb və 
nəticələri.  İnkişaf  etməkdə  olan  ölkələrdə  bank    böhranlarının 
səbəb və nəticələri. Rusiyada   bank böhranının özəllikləri(1998 və 
2008 müqayisəli təhlil). Türkiyə  bank böhranının özəllikləri(2001 
və  2008  müqayisəli  təhlil).  Qlobal  böhranın  (2008)  Azərbaycan  
bank sisteminə təsir kanalları.  
Bank  sistemində  tətbiq  olunan  antiböhran  siyasət.  Dövlət 
idarəetmə  sistemində  antiböhran  siyasətin  məqsədi.  Dövlət 
idarəetmə  sistemində  antiböhran  tədbirlər:   Bank  sisteminin  təcili 
xilasetmə  tədbirləri;  Monetar  siyasət  tədbirləri  -    antiinflyasionist 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə