Tərtibçilər qrupunun elmi rəhbəri: I e. d., prof. Zahid fərrux məMMƏdov



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix31.08.2018
ölçüsü0,53 Mb.
#65818
1   2   3   4   5   6   7   8   9   ...   26

 
17 
Nağdsız  hesablaşma    formaları:  ödəniş  tapşırıqları  ilə 
hesablaşmalar;  inkasso  sərəncamları  ilə  hesablaşmalar;    inkasso 
üzrə  hesablaşmalar;  akkreditiv  üzrə  hesablaşmalar.  Nağdsız 
hesablaşmalar həyata keçirilərkən istifadə edilən ödəniş sənədləri: 
ödəniş  tapşırıqları;  inkasso  sərəncamları;  inkasso  tapşırıqları; 
akkreditivlər.  
 
 
IV MÖVZU.  BANKLARDA KORPORATİV 
İ
DARƏETMƏ SİSTEMİ  
 
Bank  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  lisenziya  və 
icazələrin verilməsi  prinsipi. Banklarin İnzibatçılara dair tələblər. 
Yerli  bankların  filiallarının,  şöbələrinin  və  nümayəndəliklərinin 
açılmasına  icazələrin  alınması  qaydası.  Bank  lisenziyasının  və  ya 
icazənin  verilməsi  şərtləri.  Bank  lisenziyasının  və  ya  icazənin 
ləğvi.  Bankların  təşkili.  Bankın  nizamnaməsi  və  reqlamenti. 
Azərbaycan  Respublikasında  Azərbaycan  Respublikasında  xarici 
bankların  yerli  filiallarının  lisenziyalaşdırılması    qaydası. 
Bankların və xarici bankların yerli filiallarının kapitalına tələblər. 
 Bankların  idarəetmə  strukturu:  Səhmdarların  ümumi 
yığıncağı,  Müşahidə  Şurası,  İdarə  Heyəti,    Audit  Komitəsi  və 
daxili audit.  
Kommersiya maraqlarının açıqlanması.  
Bankların  fəaliyyətinə  dair  tələblər.  Bankların  fəaliyyət 
növləri  və  banklar  tərəfindən  həyata  keçirilməyən  fəaliyyət 
növləri.  Prudensial  normativlər  və  tələblər.  Banklar  fəaliyyətləri 
dövründə  öz  aktivləri,  balansarxası  öhdəlikləri  və  kapitalının 
miqdarı  ilə  bağlı  Mərkəzi  Bankın  müəyyən  etdiyi  prudensial 
normativlər  və  tələblər.    Bank  fəaliyyətinin  həyata  keçirilməsi 
üçün  lisenziya  və  icazələrin  verilməsi.  Bankın  nizamnaməsi  və 
reqlamenti.  Banklarin  fəaliyyətinə  dair  tələblər.  Banklarla  onların 


 
18
müştəriləri  arasında  münasibətlər.  Bank  sirri.    Banklarda 
mühasibat uçotu və hesabat. Banklar arasında münasibətlər. 
Bankların  fəaliyyətinə  nəzarət.  Banklara  təsir  tədbirləri  və 
sanksiyalar.  Banklarin  maliyyə  sağlamlaşdirilmasi.  Bankların 
ləğvi: könüllü ləğv və  məcburi ləğv. Bankların iflası.  
Fidusiar vəzifələr - bankın maliyyə göstəricilərinə nəzarət və 
onların qiymətləndirilməsi. Strateji planlaşdırma prosesinin təşkili. 
Strateji  Planda  (Biznes  Planda)  bankın  Strateji  baxışı:  missiya 
hesabatı,  həyata  keçiriləcək  fəaliyyət  növləri,  təşkilati  struktura 
dair tələblər, daxili nəzarət sistemləri, maliyyə proqnozları (balans, 
mənfəət və zərər haqqında hesabat və s.) və sair.  
Bankın  idarə  edilməsi,  təşkilati  strukturu  və  reqlamenti. 
Müşahidə  Şurası  və  onun  iclasları.  Müşahidə  Şurasına  verilən 
məlumat  və  hesabatlar.  Müşahidə  Şurasının  digər  inzibatçılarla 
münasibətdə fidusiar vəzifələri.  
 İdarə  Heyəti.  Audit  Komitəsi  və  daxili  audit.  Bank 
fəaliyyətində  daxili  komitələr  :  kredit  risklərinin  səmərəli  idarə 
edilməsi  məqsədi  ilə  Kredit  komitəsi,  likvidliyin  və  vəsaitlərin 
səmərəli  idarə  edilməsi  üçün  Aktiv  və  passivləri  idarəetmə 
komitəsi, bankın informasiya texnologiyaları sistemlərinin səmərə-
li və təhlükəsiz işini təmin etmək məqsədi ilə  İnformasiya texno-
logiyaları  komitəsi. Riskləri idarəetmə komitəsi. Kredit komitəsi. 
Aktiv və passivləri idarəetmə komitəsi. İnformasiya texnologiyala-
rı  komitəsi. Büdcənin hazırlanması.  Maliyyə idarəetməsi və hesa-
batlıq.  Banklarda  insan  resursları.  Korporativ  idarəetmə  sistemi  
üzrə maliyyə idarəetməsi və hesabatlari standartı. MHBS-yə uyğun 
hazırlanmış  maliyyə  hesabatlarında  tövsiyə  məlumatlar:  maliyyə 
və  əməliyyat  nəticələri;  bankın  məqsədləri;  mühüm  iştirak  payı 
olan  səhmdarlar  və  onların  səs  vermə  hüquqları;  idarə  Heyətinin 
üzvləri və əsas rəhbər işçilər barədə məlumat, onların mükafatlan-
dırılması;  proqnozlaşdırılan  əhəmiyyətli  risk  amilləri;  işçilərlə  və 
digər maraqlı tərəflərlə əlaqədar əhəmiyyətli məsələlər; idarəetmə 
strukturu və qaydaları. 


 
19 
V  MÖVZU.  BANKÇILIQ  FƏALİYYƏTİNDƏ 
RİSKLƏR 
 
Bank  risklərinin  mahiyyəti.  Bank  risklərinin  çeşidləri. 
Banklarda standart metod çərçivəsində bazar riskinin növləri: faiz 
dərəcəsi riski, xarici valyuta riski, kapital riski,  əməliyyat riski.  
Ə
məliyyat  riskinin    alt  kateqoriyaları:  insan  resursu  riski; 
texnoloji risk;  proses riski;  təşkilati risk;  kənar risklər. 
 Banklarda  reputasiya  riski.    Banklarda  strateji  risk.  
Banklarda  likvidlik  riski.Banklarda  kredit  riski.  Kredit  riskinin 
ölçülməsi.  Beynəlxalq  risk  idarə  standartları  və    Bazel  I,  II 
tövsiyələri:minimum  kapital  gərəkliyi,  nəzarət  sistemi  və  bazar 
intizamı qaydaları.  
Bazar risklərinin ölçülməsi. Risklərin idarə edilməsi sistemi. 
Banklarda  risklərin  idarə  edilməsi  funksiyasını  həyata  keçirən 
təşkilati struktur. Risklərin idarə edilməsi siyasəti.
  Risklərin  idarə 
edilməsi  qaydaları.  Risklərin  müəyyənləşdirilməsi.  Risklərin 
ölçülməsi  və  qiymətləndirilməsi.  Müxtəlif  risk  kateqoriyalarının 
ölçülməsi  üçün  istifadə  olunan    metodlar:  riskə  məruz  dəyər 
modelləri, stress test, 
 risk xəritəsi.  Risklərin monitorinqi. Risklərə 
dair  hesabatlıq.  Bankın  müxtəlif  risk  növləri  üzrə  məlumatın 
istifadəçilərə təqdim edilməsi. 
 
 
VI  MÖVZU.  BANK KAPİTALI VƏ 
ÖHDƏLİKLƏR  
 
Bankların  passiv  əməliyyatlarının  strukturu  və  ümumi 
xarakteristikası.  Bankların  resurs  bazası.  Bank  kapitalının  forma-
laşma  qaydası.  Bankların  xüsüsi  kapitalının  funksiyası:  müdafiə, 
operativ,  tənzimləmə  funksiyaları.  Bank  kapitalinin  və  onun 
adekvatliğinin hesablanmasi qaydaları.   


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə