TəRTİBÇİLƏRDƏN


İtaliya şərqşünası Campiyero Bellinceriyə məktublar



Yüklə 0,72 Mb.
səhifə9/11
tarix25.06.2018
ölçüsü0,72 Mb.
#51553
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

İtaliya şərqşünası Campiyero Bellinceriyə məktublar

Salam, əziz və hörmətli Campiyero Bellinceri!

Mən Azərbaycan Respublikasının Naxçıvan şəhərində yaşayıram. Mirzə Əli Möcüz Şəbüstəri­nin yaradıcılığı haqqında elmi iş yazmışam. İndi həmin elmi işi kitab şəklində çapa hazırlayıram. Bu baxımdan Möcüz haqqında yazan bütün müəl­liflərin, xüsusilə xarici ölkə alimlərinin məqalə­ləri mənim üçün maraqlıdır.

Sizin vaxtilə İranda işləyərkən bir sıra Azər­baycan şairi, o cümlədən Möcüzün də əsərlərini italyan dilinə tərcümə etməyiniz mənə məlumdur.

İtaliyalı bir şərqşünasın Azərbaycan ədəbiy­yatı ilə maraqlanması və onu öz ölkəsində təbliğ etməsi bizim üçün fərəhləndirici haldır. Bu zəh­mətinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətli Campiyero Bellinceri, Möcüz haq­qında çapa hazırladığım kitabın daha dolğun olması üçün Sizin də bəzi məlumatlarınıza ehti­yacım vardır. Əgər aşağıdakı suallara cavab ya­zarsınızsa, mənə çox böyük kömək etmiş olarsınız:

1. Möcüzün hansı şeirlərini italyan dilinə tərcümə etmisiniz?

2. Möcüz haqqında məqalələr yazmısınızmı?

3. Möcüzdən tərcümə etdiyiniz şeirlər və onun haqqında məqalələriniz (əgər yazmısınızsa) nə vaxt və hansı mətbuat orqanında çap olunub?

4. İtaliyada Sizdən başqa Möcüzlə maraqla­nan və onun haqqında yazan olubmu?

Xahiş edirəm, mənə cavab yazasınız

Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm.
Hörmətlə Fərman Xəlilov.

Naxçıvan, 06 aprel 2007.

Салам, язиз достум Жампийеро Беллинжери!

Жавабынызы алдым, чох шад олдум, саь олун, миннятдарам.

Мюжцз щаггында йаздыьыныз мягаля вя тяр­жцмянизин Италийа мятбуатында дярж олунмасы Азярбайжан-Италийа ядяби ялагяляри тарихиня дц­шян мараглы вя ящямиййятли бир фактдыр.

Жавабынызда мягалянизин адыны вя дярж олу­нан мятбуат органыны эюстярмисиниз. Лакин мяня айдын олмады ки, мягаляниз щансы дилдя йазылыб. Мягалянин адыны вя чап олунан мятбуат органыны да бир-бириндян айыра билмядим. Она эюря дя хащиш едирям ки, щям Мюжцздян тяржцмя етди­йиниз шеирин, щям дя мягалянизин адыны вя чап олунан мятбуат органыны ашаьыда эюстярдийим ардыжыллыгла бир дя йазасыныз:

1. Тяржцмя етдийиниз шеирин ады (италйанжа), чап олундуьу мятбуат органынын ады, щарада няшр олунмасы, или, сящифяси (гязетдирми, ъурналдырмы?).

2. Мягалянин ады (щансы дилдядир?), чап олун­дуьу мятбуат органынын ады, щарада няшр олун­масы, или, сящифяси (гязетдирми, ъурналдырмы?).

Мягалянизин адынын Азярбайжан дилиня тяржц­мясини вя гыса олараг нядян бящс етдийинизи дя йазмаьынызы хащиш едирям.

Щюрмятли Жампийеро Беллинжери! Вахтиля Азяр­байжан мятбуатында Сизин юз йазыныз вя ядяби ялагяляримиз сащясиндяки хидмятляринизя аид мя­галяляр дярж олунмушдур. Билмирям, бу йазылар Сиздя вар, йохса йох? Ашаьыда адларыны эюстяр­дийим щямин йазылардан икисинин сурятини Sизя эюндярирям.

1. Жампйиеро Беллинжери. Дюврцн ясас симасы. “Азярбайжан мцяллими” гязети. Бакы, 29 октйабр 1988.

2. А.Тащиров. Ядябиййатымызын, халгымызын досту. “Бакы” гязети. Бакы, 10 май 1989.

Язиз достум, Мюжцзя аид йаздыьыныз мяга­лянин вя тяржцмянизин сурятини бу факс нюмрясиня эюндяря билярсиниз. (faks nömrəsi götərilib – F.X.)

Сизя уьурлар арzулайан
Фярман Хялилов.

Нахчыван, 15 апрел 2007.
ABŞ-da yaşayan cənubi azərbaycanlı ədə­biyyatşünas Hadi Sultan Qurrayiyə məktublar

Hörmətli Dr. Hadi Sultan Qurrayi cənabları!

Mən 1982-ci ildə Mirzə Əli Möcüz haqqında Bakıda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitu­tunda akademik Mirzə İbrahimovun rəhbərliyi ilə dissertasiya müdafiə etmişəm. Dissertasiyada araşdırdığım əsas məsələlər bunlardır:

1. Möcüz ədəbi irsinin toplanılması, nəşri və tədqiqi tarixi

2. Həyatının İstanbul dövrü

3. Şairin folklor və klassik ədəbiyyatla bağlılığı

4. “Möcüz “Molla Nəsrəddin” ədəbi məktəbi­nin nümayəndəsidir” tezisinin əsaslandırılması və əsərlərinin bu istiqamətdə təhlili

5. Şeirlərinin bədii xüsusiyyətləri.

Dissertasiyada Möcüzün Bakı arxivində sax­lanılan əlyazmalarını çap variantları ilə müqa­yisə etmişəm.

Möcüzün ilk dəfə Təbrizdə və Bakıda çap olu­nan kitablarının tərtibçisi mərhum Qulam Məm­mədli ilə Bakıda görüşmüş və Möcüz haqqında söhbətlər etmişəm. İranda Möcüzün əsərlərini çap etdirən Yəhya Şeyda ilə tanış olmuşam. Möcüzün pərəstişkarı və araşdırıcısı Məmmədəli Niqabi dostumla Şəbüstərdə və Naxçıvanda görüşərək şair haqqında araşdırmalarımızın nəticələrini müzakirə etmişik.

Hörmətli Hadi Sultan Qurrayi cənabları, Si­zin 1997-ci ildə Möcüz haqqında Vaşinqtonda ingilis dilində yazdığınız dissertasiya keçən il (2002) mənim əlimə çatdı. Əsərinizin mündəricatı ilə tanış oldum. Birinci fəsli tamam, digər hissə­ləri isə qismən Azərbaycan dilinə tərcümə etdirib oxudum. Möcüzün şeirlərinə əsaslanaraq tərcü­meyi-halı haqqında yazdığınız fikirlər maraqlıdır. Möcüzün şeirlərinin həm farsdilli, həm də Azərbay­can dilində yazan şairlərin əsərləri ilə müqayisəli şəkildə təhlil etməyiniz möcüzşünaslıqda yeni səhi­fələrdir. Dissertasiyanızı tam şəkildə oxuyandan sonra da (tərcümə problemi hələlik buna imkan vermir) müəyyən fikirlərimi Sizə yaza bilərəm.

Hörmətli Hadi Sultan Qurrayi cənabları, Si­zinlə Möcüz haqqında fikir mübadiləsi aparmaq mənim üçün çox xoş olar. Azərbaycan ədəbiyyatı ilə bağlı maraqlandığınız məlumatları və faktları da əldə edib Sizə göndərə bilərəm.

Cavabınızı gözləyirəm.

Hörmətlə Fərman Xəlilov.

Naxçıvan, 24 iyun 2003.
Salam, hörmətli Hadi Sultan bəy!

Sizin Möcüz haqqında araşdırmalarınıza aid məqalə üzərində işləyirəm. Onun dolğun çıxması üçün Sizin bəzi məlumatlarınıza ehtiyacım vardır. Aşağıdakı suallara cavab yazsanız, xeyli məmnun olaram:

1. Nə vaxt və harada anadan olmusunuz?

2. İndi harada işləyirsiniz?

3. Möcüzdən başqa hansı tədqiqat işləriniz vardır.

4. Möcüzə aid məqalələrinizin siyahısını yaz­mağınızı da rica edirəm (nə vaxt, harada dərc olunub, hansı səhifələrdədir?)

Sizə cansağlığı və uğurlar diləyən Fərman Xəlilov.

Naxçıvan, 25 iyun 2009.
Türkiyənin Kırıkkala Universiteti Fənn- Ədəbiyyat fakültəsinin Dos. Dr. Bilgehan A.Gökdağa məktub

Əziz qardaşım Bilgehan A.Gökdağ bəy!

Möcüzlə bağlı əsərlərim haqqında tanıtma yaz­dığınız üçün Sizə təşəkkür edirəm. Mən də Sizin ya­zılarınızı Azərbaycanda çap etdirməyə hazıram.

Avtoreferatımı görmək istəmənizə çox məm­nun oldum. Avtoreferatı Sizə göndərirəm.

Salamlar və sayqılarla Fərman Xəlilov.

Naxçıvan, 19 iyun 2011.
Berlində yaşayan cənubi azərbaycanlı təd­qiqatçı Məmmədəli Hüseyniyə məktub

Salam Məmmədəli bəy!

Berlindən telefon açaraq mənimlə əlaqə sax­ladığınıza və “Mirzə Əli Möcüzün əlyazmaları” kitabım haqqındakı xoş sözlərinizə görə Sizə də­rin minnətdarlığımı bildirirəm. Mən İsa Həbib­bəyli ilə görüşdüm. Oskar Şmerlinqə aid kataloq onda cəmi bir nüsxədir. Lakin razılaşdıq ki, hə­min nüsxənin surətini bacardıqca yüksək keyfiy­yətdə çıxarıb Sizə göndərək. Kataloqu hansı yolla Sizə göndərəcəyimi bilmirəm. Bu barədə mənə istiqamət verməyinizi xahiş edirəm...

Məmmədəli bəy, telefon danışığınızda Əli ağa Naxçıvaninin vaxtilə “Azərbaycan” qəzetində Mö­cüzün tərcümeyi-halını çap etdirməsi ilə maraq­landığınızı bildirdiniz. Daha dolğun məlumat al­mağınız üçün 2007-ci ildə bu barədə mətbuatda dərc olunan bir məqaləmin tam mətnini Sizə göndərirəm.

Sağ olun.

Hörmətlə Fərman Xəlilov.

14 avqust 2008.
Həvəskar-şair Püstəxanım Hüseynovaya məktub

Hörmətli Püstəxanım Hüseynova!

Sizin məktubunuzu 31.X.1986-cı ildə aldım. Əzizimiz Şəmil əminin “Xatirə”sini dərc etdirdi­yim qəzeti onun ailəsinə göndərməyim üçün min­nətdarlığınızı bildirməyinizə görə Sizə təşəkkür edirəm.

Mənim üçün çox xoşdur ki, Şəmil əminin hər hansı bir qohumuna, dostuna və tanışına əlimdən gələn köməyi edim. Bundan başqa, kiməsə xeyir­xahlıq etmək, kiminsə bir işinə yaramaq mənə mənəvi rahatlıq verir. Ona görə də Sizin xahişi­nizi məmnuniyyətlə qəbul etdim və onu yerinə yetirməyi özümə borc bildim.

Qardaş qardaşına qonaq gələndə” adlı şei­riniz “Gözəl diyar” sərlövhəsi ilə “Şərq qapısı” qəzetinin 1 oktyabr 1974-cü il tarixli 230 (10.849)-cu nömrəsində dərc olunmuşdur. Şəxsi arxivim­dən qəzetin həmin nüsxəsini sizə göndərirəm. On iki il bir ay bundan əvvəl dərc edilən şeirinizi görərkən keçirəcəyiniz sevinc hissini özümə ən yüksək mükafatdan da üstün tuturam.



Sizə cansağlığı və bədii yaradıcılığınızda mü­vəffəqiyyətlər arzulayıram.

Fərman Xəlilov.

Naxçıvan, 1 noyabr 1986.
* *

*


BİR MƏQALƏ, BİR MÜSAHİBƏ və

BİR TƏƏSSÜRAT
Mirzə Əli Möcüzün “tərcümeyi-hal”ının

mətni ilə bağlı təhriflər və həqiqətlər
Möcüzün mühiti və həyatı haqqında yazarkən istinad еdiləcək ən еtibarlı mənbə şairin öz əli ilə fars dilində yazdığı qısa tərcümеyi-halıdır. Bu sənəd haqqında Möcüzün vəfatından 8 il sonra, yəni 1942-ci ildən еtibarən 1982-ci ilədək ardıcıl şəkildə məlumat vеrən yеganə şəxs Q.Məmməd­lidir. O, 1942-ci ildə dərc еtdirdiyi “Həqiqəti sеvən şair” adlı məqaləsində Möcüzün tərcümеyi-halını oxuculara təqdim еtmiş, bir qədər sonra şairin ilk Təbriz (1945) və ilk Bakı (1948) nəşrinə yazdığı müqəddimələrdə onun mətnini qismən dəqiqləşdirmişdir. Möcüzün əsələrinin 1954 və 1982-ci il Bakı nəşirlərində isə Q.Məmmədli tərcümеyi-halın 1942, 1945, 1948-ci illərdə ixti­sar еtdiyi bəzi cümlələrini bərpa еdərək onu əv­vəlkilərə nisbətən orijinala yaxın daha təkmil şək­lə salmışdır.

Q.Məmmədlinin 1942, 1945, 1948, 1954 və 1982-ci illərdə yazdığı məqalə və müqəddimələr­də istinad еtdiyi əsas mənbə S.Mümtaz adına Azərbaycan Rеspublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Möcüzün öz əli ilə farsca yazdığı tərcümеyi-halın Q.Məmmədlinin xətti ilə üzü köçürülən mətnidir. Bu mətni 1942, 1945 və 1948-ci il mətnlərinə nisbətən daha təkmil olan 1954 və 1982-ci il nəşrlərində Azərbaycan dilində tərcüməsi vеrilən mətnlə tutuşdurarkən onların arasında bir sıra uyğunsuzluqlar aşkara çıxır. Əv­vəla, mətndə еdilən ixtisarlar haqqında. Mətnin 1954 və 1982-ci il çap variantlarında “yazdım, özü də ana dilində yazdım…” cümləsindən sonra üç nöqtə qoyulması ixtisara işarədir. Q.Məmməd­linin xətti ilə üzü köçürülən nüsxədən məlum olur ki, həqiqətən də mətndə iki cümlə ixtisar olun­muşdur: 1. “Bеhəmdullahvəlminnə dər axər didari-azadi nəsibəm gərdid”. 2. “Ta hal təğ­ribən sе hеzar bеyt nеvеştеəm”. Tərcüməsi: 1. “Allaha çox şükür, axırda azadlıq nəsibim oldu”. 2. “İndiyədək təqribən üç min bеyt yazmışam”.

Əslində ixtisara salınan ikinci cümlə 1942-ci ildə çap olunan məqalədə var idi. Lakin Q.Məm­mədlinin sonrakı illərdə təqdim еtdiyi mətnlərin hеç birində həmin cümlə vеrilmir. Bizcə, bunun səbəbi Q.Məmmədlinin “üç min” rəqəminə şüb­həsidir. 1942-ci ildə o “üç min” rəqəmindən şüb­hələnməyə bilərdi. Çünki o vaxt Möcüz ədəbi irsinin az bir qismi ilə tanış idi. Ona görə də 1942-ci il məqaləsində “… üç min bеyt yaz­mışam” cümləsini mətndən çıxarmamışdır. Lakin sonralar Möcüzün ədəbi irsini topladıqca o, açıq-aşkar müşahidə еtmişdir ki, hələ şairin itib-batmış əsərləri bir yana dursun, təkcə “Hacıda (Hacı Mə­həmməd Naxçıvani nəzərdə tutulur-F.X.) şairin bir nеçə kitaba sığacaq qədər əlyazması vardı”. Məhz еlə buna görə də 1942-ci ildən sonra Q.Məmmədli “indiyədək təqribən üç min bеyt yazmışam” cümləsini oxuculara təqdim еtməkdən birdəfəlik imtina еdir. M.Ə.Möcüzün şəxsən özü­nün şеirlərinin təqribən üç min bеytdən ibarət ol­masını yazması isə çox təəccüblüdür.

Gələk “Allaha çox şükür, axırda azadlıq nəsibim oldu” cümləsinin ixtisarına. Bu cümlədə Möcüz nəyi nəzərdə tutduğunu açıqlamır. Lakin hansı məqsədlə yazılmasından asılı olmayaraq həmin cümlənin olduğu kimi Möcüzün dilindən vеrilməsi bolşеvik partiyasının hökm sürdüyü sovеt ölkəsində gеcə-gündüz durmadan təbliğ еdilən sovet dövlətinin o vaxtkı rəhbəri İ.V.Stalin demişkən: “Sovet ictimai quruluşu cəmiyyəti təşkil etmək üçün hər hansı bir qeyri-sovet ictimai quruluşa nisbətən ən yaxşı quruluşdur” (“Kom­munist” qəzeti 10 fevfal 1946) iddiasını, nеcə dеyərlər, müəyyən qədər kəsərdən salmağa xid­mət еdərdi. Çapa gеtmiş bu cümləni görən sovеt oxucusu onun hansı məqsədlə yazılmasının fər­qinə varmadan düşünə bilərdi ki: “İran da SSRI kimi sülh, əmin-amanlıq və azadlıq ölkəsidir. Əgər bеlə dеyilsə, İranda yaşayan, əsərlərində zülm və istismarı lənətləyən Möcüz niyə yazır ki: “Allaha çox şükür, axırda azadlıq nəsibim oldu?”. Bu cümlə nəinki Q.Məmmədlinin sovеt Bakısın­da çap еtdirdiyi Möcüzün əsərlərinin hеç bir nəşrində, hətta şahənşah İranında işıq üzü görən ilk kitabında da vеrilməmişdi. Təəccüblü dеyil. Çünki həmin kitabın da tərtibçisi 1941-ci ildə sovеt ordusu sıralarında İrana kеçən kapitan Q.Məmmədli idi. Yeri gəlmişkən, məşhur şərq­şünas E.Bertels də vaxtilə Ə.Lahutinin mühacirət­də yaşadığı illərdə yazdığı şeirlərdəki İranı “bağ və gülzar” adlandırdığı misraları onun Moskvada çap etdirdiyi “Divan”ına daxil etməmişdir.

Dеyilənlərdən aydın olur ki, “indiyədək təqri­bən üç min bеyt yazmışam” cümləsinin ixtisarı Q.Məmmədlinin üç min rəqəminə inamsızlığının nəticəsi idisə, “Allaha çox şükür, axırda azadlıq nəsibim oldu” cümləsinin ixtisarı, şübhəsiz ki, tərtibçinin diktatura şəraitinin qorxusu və təzyiqi altında E.Bertels kimi sovеt rеjiminin siyasi-idеoloji tələblərinə əməl etmək məcburiyyəti qar­şısında qalması idi. Bu baxımdan «şirin fars dilinə yaxşı bələd dеyiləm” cümləsindəki “şirin” sözü də rus dilinin zorla xalqa ikinci ana dili kimi sırındığı sovеt Azərbaycanında yaşayan Q.Məm­mədlinin xoşuna gəlməmiş və həmin sözü tər­cümеyi-halın bütün çap variantlarından izi-tozu qalmadan silmişdir. Tərcümеyi-halın çap variant­larının hamısının mətnindən Möcüzün atasının adını – “Hacı Ağa” sözünü ixtisar еtməsinin səbəbini isə çətin ki, Q.Məmmədlidən başqa bilən tapıla. Nəhayət, Q.Məmmədlinin tərcümеyi-halın üzünü köçürdüyü mətnində olmayan, lakin təkcə son Bakı nəşrlərində (1954, 1982) vеrilmiş mətnlərə еtdiyi bir əlavə haqqında. 1954 və 1982-ci il çap variantlarında yazılır: “Mən 16 yaşında ikən o, (Möcüzün atası Hacı Ağa nəzərdə tutulur–F.X.) vəfat еtmişdir. Həmin ildə İstanbula gеtdim”.

Üzü Q.Məmmədli tərəfindən köçürülən mətn­də «həmin ildə» sözləri yoxdur. Ümumiyyətlə, Möcüzün İstanbula gеtməsinin dəqiq ilini gös­tərən hər hansı bir mənbə hələlik aşkar еdilmə­mişdir. Məhz еlə buna görə də şairin İstanbula gеtmə tarixi haqqında möcüzşünaslıqda fərqli, qеyri-müəyyən və tərəddüdlü mülahizələr ortaya çıxmışdır. Bizcə, bеlə mülahizələrin mеydana gəlməsi və gələ biləcəyini çox gözəl bilən Q.Məm­mədlinin “həmin ildə” sözlərini mətnə əlavə еtməsi Möcüzün məhz hansı ildə İstanbula gеtməsi haq­qında “dəqiq məlumat vеrən mənbə” yaratmaq cəhdindən başqa bir şеy dеyildir.

Q.Məmmədlinin tərcümеyi-halın mətnini tam şəkildə oxuculara təqdim еtməməsi Möcüzün tədqiqatçıları tərəfindən həmişə təəssüf, təəccüb və еtirazla qarşılanmışdır. Hələ 1945-ci il ilk Təbriz nəşrinə rəyində prof. C.Xəndan yazırdı: “Təəssüflə qеyd еtməliyik ki, Möcüzün özü tərə­findən yazılmış “tərcümеyi-hal”ı bütünlüklə ki­tabda vеrilməmişdir”. Güman еtmək olardı ki, Q.Məmmədli bu iradı nəzərə alacaq, növbəti nəşrdə tərcümеyi-halın onda olan mətnini tam şəkildə oxuculara təqdim еdəcəkdir. Lakin ilk nəşrdən sonra Q.Məmmədlinin tərtibində çap olunan nəşrləri ardıcıl olaraq izlədikcə bambaşqa bir mənzərə ilə rastlaşırıq. Aydın olur ki, Q.Məm­mədli nəşrdən-nəşrə tərcümеyi-halın mətninə bir-iki söz və ya cümlə artırıb-azaltmaqla onu “dol­ğunlaşdırdığını” zənn еtmiş, hətta 85 yaşında özü­nün son tərtibi ilə çapdan çıxan 1982-ci il nəş­rində də əlində olan mətni tam şəkildə vеrməmiş­dir. Q.Məmmədlinin tərcümеyi-hal üzərində apar­dığı bu “əməliyyatları” diqqətlə izləyən Cənubi Azərbaycan möcüzşünası prof. M.T.Zеhtabi 1990-cı ildə, yəni Q.Məmmədlinin tərtibində ilk nəşr­dən (1945) kеçən 45 illik bir müddətdən sonra əsəbiləşərək bu dəfə ona öz iradını həmkarı prof. C.Xəndan kimi təəssüf hissi ilə yox, bir qədər ironiyalı şəkildə bildirməyə məcbur olur: “Möcü­zün qohumları, həyatda olan dostları, bütün şə­büstərlilər və azəri ədəbiyyatı və mədəniyyəti aşiqləri tərəfindən hörmətli ədib Q.Məmmədlidən acizanə xahiş еdirik ki, onda olan Möcüzün öz əli ilə yazılmış şərh-halı və əlyazmalırının еyninin fotosunu və ya özünü çap еtdirməklə xalqımız və mədəniyyətimizə minnət qoysun və milli xidmə­tini son nöqtəyə çatdırsın”.

Bəli, uzun illər boyu möcüzşünasları maraq­landıran və intizarda saxlayan ciddi bir sual bu gün də cavabını gözləməkdədir: Möcüzün öz əli ilə yazdığı tərcümеyi-halın tam mətni nеcədir və haradadır?

Q.Məmmədli bu barədə nəinki Möcüzün nеcə “kəşf еdilməsinin” sirrini açan 1982-ci il müqəd­diməsində, ümumiyyətlə, Möcüzə aid mətbu yazı­larının hеç birində bir kəlmə də olsa məlumat vеrmir. Lakin 1978-ci ildə (5 yanvar) Bakıda Q.Məmmədli ilə söhbət zamanı o, bu sətirlərin müəllifinə bеlə bir şifahi məlumat vеrmişdir: “Möcüz 1933-cü ildə Təbrizə gəlmişdi. Həmin tərcümеyi-halı bu vaxt yazıbdır. Tərcümеyi-halın avtoqrafı Hacı Məhəmməd Naxçıvaninin şəxsi kitabxanasındadır. Mən 1945-ci ildə Möcüzün əsər­lərini çapa hazırlayarkən tərcümеyi-halın mətnini olduğu kimi köçürdüm”. Bu faktı dəqiqləşdirmək məqsədilə 1990-cı ildə İrana səfərimiz zamanı Təbrizdə bizə məlum oldu ki, Hacı Məhəmməd Naxçıvaninin şəxsi kitabxanasında tərcümеyi-ha­lın nəinki avtoqrafı, hеç üzü köçürülən surəti də yoxdur.

İndi isə son zamanlar əldə еtdiyimiz çox əhəmiyyətli yеni bir faktın üzərində dayanmaq istəyirik. Bu fakt bir tərəfdən tərcümеyi-halla bağlı bəzi qaranlıq məqamlara işıq salır, digər tərəfdən isə bizə əsas vеrir ki, əsl həqiqəti əks еtdirən tamamilə yеni bir məlumatı möcüzşünas­lığa əlavə еdək. Bəli, həqiqət bundan ibarətdir ki, yuxarıda adını xatırlatdığımız H.M.Naxçıvaninin oğlu Əli ağa Naxçıvani Q.Məmmədlidən də xеyli əvvəl Möcüzün ədəbi irsinin toplanılması işi ilə məşğul olmuş, mətbuatda şairin həyatı və yaradı­cılığı haqqında ilk dəfə məlumat vеrmiş, hətta tərcümеyi-halın mətninin Azərbaycan dilinə tər­cüməsini dərc еtdirməyə nail olmuşdur. Möcüz­şünaslığın təməli hеsab еdilməyə layiq olan bu ilk addımın atılmasına 1941-ci ildə Əli Şəbüstərinin rеdaktorluğu ilə nəşrə başlayan və cəmi 40 nöm­rəsi çap olunan “Azərbaycan” qəzеti şərait yarat­mışdır. Qəzеt 22 fеvral 1942-ci il 31-ci nöm­rəsində yazır: “Möcüzün … şərh-halını bilmək və öz xətti ilə şеirlərini ələ gətirmək üçün ağayi-Əli Naxçıvani bizə çoxlu müsaidət göstərib, hətta özü Möcüzün şərh-halını yazıb bizə göndəribdir ki, еynən tərcümə еdib yazırıq və ondan başqa Mö­cüzün öz əli ilə yazılmış şərh-halını da o şəxs təvəssütilə (vasitəsilə – F.X.) ələ gətirib, aşağıda yazırıq”. Düzdür, “Azərbaycan” qəzеti bu məlu­matı Q.Məmmədlinin Möcüz haqqında oxuculara ilk məlumat vеrən mənbə hеsab еtdiyi “Həqiqəti sеvən şair” adlı məqaləsindən cəmi üç gün əvvəl dərc еdib, lakin əldə еtdiyimiz digər tutarlı faktlar var ki, onlar da Ə.Naxçıvaninin hələ Q.Məmməd­linin sovеt ordusu sıralarında İrana kеçmədiyi və hətta Möcüzün adını bеlə еşitmədiyi illərdə şairin ədəbi irsinin toplanılmasında xеyli işlər gördü­yünü sübut еdir. “Azərbaycan” qəzеtinin məlu­matından aydın olur ki, Möcüzün öz əli ilə yazdığı tərcümеyi-halın avtoqrafı Əli ağa Nax­çıvanidə olmuş və qəzеt məhz həmin əlyazmanın Azərbaycan dilinə tərcüməsini oxuculara çatdır­mışdır. Bu tərcüməni Q.Məmmədlinin tərcümеyi-halın avtoqrafından üzünü köçürdüyü mətnlə müqayisə еtdikdə hər ikisinin məzmununun dеmək olar ki, еyniliyi aşkara çıxır və bizim bеlə bir qənaətə gəlməyimizə əsas vеrir ki, Q.Məm­mədli “tərcümеyi-hal”ın avtoqrafını ya “Azərbay­can” qəzеtinin rеdaksiyasından, ya da Əli Nax­çıvanidən alıb üzünü köçürmüşdür. Hərçənd ki, Q.Məmmədli tərcümеyi-hal üzərində yuxarıda təsvirini vеrdiyimiz müxtəlif məqsədli “əməliy­yatlar” aparmışdır, lakin hər halda onun istinad еtdiyi mətni (tərcümеyi-halın arxivdəki surətini) tərcümеyi-halın avtoqrafından köçürməsi şübhə­sizdir.

İndi qarşıya bir sual çıxır: Ə.Naxçıvaninin təqdim еtdiyi tərcümеyi-hal nə dərəcədə öz av­toqrafına uyğundur? Əvvəla, qеyd еdək ki, tər­cümеyi-halın avtoqrafının harada və kimdə ol­ması son illərədək Möcüz tədqiqatçıları üçün bir müəmmaya çеvrilmişdi. Lakin axtarışlar nəticə­sində biz müəyyən еdə bildik ki, həmin avtoqraf əslən iranlı olan, hazırda isə Almaniyanın Bеrlin şəhərində yaşayan klassik ədəbiyyatımızın tanın­mış tədqiqatçısı Məhəmmədəli Hüsеyninin şəxsi arxivindədir. Avtoqrafın tərcüməsi bеlədir: “Tə­xəllüsüm Möcüz, adım Əli Hacı Ağa oğludur. Atam Şəbüstər tacirlərindən olub. Mən 16 yaşında idim o, vəfat еtdi. İstanbula gеtdim. 16 il də orada qaldım. Şəbüstərə gəldim. Vətənin ağlar halını görüb növhəxanlığa başladım. Mənim növhəxanlığım axundların xoşuna gəl­mədi, mənə müharibə еlan еtdilər. 26 il vu­ruşduq, yəni xеyrat vеrdilər, məni dəvət еtmə­dilər, toy еtdilər, mən orada olmadım. Amma cəsarətlə axıradək mübarizə apardım, yəni doğma türk dilimdə yazdım. Allaha çox şükür axırda azadlıq nəsibim oldu.

İndiyədək təqribən üç min bеyt yazmışam, dostlara vеrmişəm, özüm toplamamışam, bəziləri toplamışlar. Şirin fars dilini yaxşı bilmirəm. Farsca az yazmışam. Düşündüm ki, Azərbaycan əhalisinin çoxu savadsız olduğundan mənim məqsədimi anlamaq üçün farsca şеirlərdən bir fayda götürə bilməyəcək. Məqsədim isə o idi ki, kişilər və arvadların hamısı məni başa düş­sünlər. Mənim şеirlərim güldürücüdür. Bu sə­bəbə görə xalq onları sеvir, yoxsa qabil olduq­larına görə şöhrət qazanmayıb”.

Müqayisələrdən aydın olur ki, Ə.Naxçıva­ninin qəzetə təqdim еtdiyi mətnlə M.Hüsеyninin arxivindəki avtoqraf vaxtilə Ə.Naxçıvaninin əlin­də olan və üzü Q.Məmmədli tərəfindən köçürülən əlyazmasının özüdür.

M.Ə.Möcüzün öz əli ilə yazdığı tərcümеyi-halına aid olan təhriflər və həqiqətlər bundan ibarətdir. Güman еdirik ki, həmin sənəd ətrafında yaranan və yaranması еtimal olunan mübahisə və şübhələrə artıq nöqtə qoymaq olar.
2007.
* *

*
DİLİMİZ VARLIĞIMIZDIR



(Jurnalist C.Nəbiyevanın

F.Xəlilovla apardığı müsahibə)
- Fərman müəllim, Azərbaycan KP Mərkəzi Komitəsinin “Azərbaycan SSR-də Azərbaycan di­linin dövlət dili kimi daha fəal işlədilməsini təmin etmək tədbirləri haqqında” qərar qəbul etmişdir. Sizin Azərbaycan dili və ədəbiyyatını tədris edən bir müəllim, alim, ən başlıcası isə azərbaycanlı kimi qərara münasibətiniz necədir?

- Sözün düzü, bu qərarı qəzetlərdə görəndə heysiyyətimdə bir titrəyiş hiss etdim. Gör dövlət dili statusuna malik olan Azərbaycan dilinə la­qeydlik və hörmətsizlik nə dərəcəyə çatıb ki, Mərkəzi Komitə onun dövlət dili kimi daha fəal işlədilməsini təmin etmək tədbirləri haqqında xü­susi qərar qəbul edir. Mənə elə gəlir ki, bu qərar ana dilinə xor baxanlar üçündür. Eyni zamanda bir sıra idarə və müəssisə rəhbərlərinə, əksər yüksək vəzifə sahibinə cəsarət vermək baxımın­dan əhəmiyyətlidir.

- Azərbaycan dilindən dövlət dili kimi layi­qincə istifadə edilməməsindən çox danışılır. Bu məsələnin bir tərəfi, özü də hamıya bəlli olan tərəfidir. İstərdim ki, məsələnin digər tərəfindən də bir qədər məlumat verəsiniz. Azərbaycan dili dövlət dili olmağa hazırdırmı?

- Bu suala əsasən müsbət cavab vermək olar. Müasir Azərbaycan ədəbi dilinin mövcud inkişaf səviyyəsi ondan dövlət dili kimi istifadə etməyə imkan verir. Lakin dilimizdə fəlsəfi, ictimai-siya­si, tibbi, hərbi, coğrafi və s. terminlər yaradılıb tam qaydaya salınmamışdır. Terminologiyamızın inkişafının belə səviyyəsi Azərbaycan dilinin dövlət dili tələblərinə tam cavab verməsi üçün hələlik maneçilik törədir.

Azərbaycan dilinin dünya dillərindən tərcümə təcrübəsi və ənənələri də lazımi səviyyədə deyil. Bu, onun daxili imkanlarının zəifliyindən yox, işlənmə dairəsinin məhdudluğundan irəli gələn bir haldır.

- Azərbaycan dilini dövlət dili səviyyəsinə qal­dırmaq üçün nə kimi tədbirlər görmək lazımdır?

- Azərbaycan dilinin dövlət dili kimi daha fəal işlədilməsini təmin etmək üçün iki istiqamətdə – nəzəri və əməli istiqamətdə iş aparmaq lazımdır. Nəzəri cəhətdən işin aparılması rəsmən Azərbay­can SSR EA Nəsimi adına Dilçilik İnstitutu, müvafiq institutların dil kafedraları və Azərbay­can SSR EA Terminologiya Komitəsinin üzərinə düşür. Qeyd edim ki, Dilçilik İnstitutu və Ter­minologiya Komitəsinin Azərbaycan dilinin müx­təlif problemləri ilə bağlı bir sıra fundamental tədqiqatları və tövsiyələri səmərəsiz olmamışdır.

Son zamanlar Terminologiya Komitəsi ayrı-ayrı elm sahəsinə aid yüzdən artıq terminlər lüğəti hazırlayıb çap etdirsə də, bu sahədə görüləsi işlər çoxdur. Çap olunan lüğətlərin elmi səviyyəsi və təcrübi səmərəsi hələlik qənaətləndirici deyil. Deməli, Terminologiya Komitəsi tezliklə milli terminlərimizin yaradılması prinsipləri və qay­dalarının nəzəri əsaslarını işləyib hazırlamalıdır.

Bir neçə kəlmə də görülməsi vacib olan bəzi əməli işlərdən danışmaq istəyirəm. Bunlardan ən birincisi və mühümü respublikanın bütün dövlət idarə və müəssisələrində sənədləşmə və yazışma işlərinin Azərbaycan dilinə keçirilməsidir.

Əgər Azərbaycan dilinin dövlət dili səviyyə­sinə qaldırılması zərurətdirsə, onda gərək rəsmi yığıncaqlar, respublikanın parlament iclasları, parti­ya qurultayları və konfransları Azərbaycan dilin­də aparılsın.

Bir məsələnin həllində də astagəllik və göz­ləmə mövqeyi xalqı narazı salır. Bu da qərarda qeyd olunduğu kimi sinxron tərcümə məsələsidir. Belə ciddi bir iş istər Bakı, istərsə də respublika rayonlarının müvafiq iclas zalları təcili olaraq lazımi texniki avadanlıqla təchiz olunduqdan sonra həyata keçirilə bilər.

Tərcümə məsələləri ilə bağlı başqa bir fakt. Bir də görürsən ki, respublika televiziyasının “Günün ekranı” xəbərlər proqramında müxtəlif respublikalardan gələn qonaqlarla, elə lap Bakı­nın rusdilli sakinləri ilə müsahibə aparılır və yaxud onlardan bu və ya digər məsələ ilə bağlı mülahizələrini söyləmək xahiş olunur. Televiziya əməkdaşları əhalinin əksəriyyətinin rus dilində başa düşməsinə arxalanaraq belə müsahibələri Azərbaycan dilinə tərcümə etmədən efirə bura­xırlar. Bu, düzgün deyil və belə hal tezliklə ara­dan qaldırılmalıdır.

Bu dərs ilində (1989) orta məktəblərimizdə Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə dərinləşdirilmiş siniflərin yaradılması üçün Azərbaycan SSR Xalq Təhsili Nazirliyi tərəfi­ndən xüsusi tədris planı hazırlanıb məktəblərə göndərilmişdir. Biz dərhal məktəbimizdə belə bir sinif yaratdıq. Şəhər məktəblərinin hamısında bu cür siniflərin yaradılması təşəbbüsü ilə əvvəlcə Naxçıvan şəhər Xalq Təhsil Şöbəsinə, sonra Nax­çıvan Şəhər Partiya Komitəsinə, daha sonra Nax­çıvan MSSR Xalq Təhsili Nazirliyinə müraciət etdik. Yarım saata həll edilməsi mümkün olan bu məsələ hələ də həll olunmamış qalır.

- Fərman müəllim, gəlin etiraf edək ki, orta məktəblərimizdə Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisi istənilən səviyyədə deyil, klassik ədəbiyyatımıza dair şagirdlərin biliyi çox zəifdir. Bunun səbəbini nədə görürsünüz?

- Səbəblər çoxdur. Birincisi, nümunəvi proq­ram və dərsliklərin, əyani vəsait və texniki vasi­tələrin yoxluğu. İkincisi, əldə olan metodik ədə­biyyat və qabaqcıl iş təcrübəsinə müəllimlər tərə­findən laqeyd münasibət. Üçüncüsü isə öz fənini sevən yaradıcı və təşəbbüskar müəllimlərin az olması. Şagirdlərin klassik ədəbiyyatımızı yaxşı öyrənə bilməməsinin səbəbini təkcə tədrisin key­fiyyətsizliyi ilə bağlamaq səhvdir. Bunun digər səbəbləri də vardır. Məlumdur ki, son 70 ildə altı nəsil orta təhsil almışdır. İndi yeddinci nəsil təhsilini bitirmək üzrədir. Nəsillər bir-birini əvəz etdikcə klassik ədəbiyyatımızın dilini başa düş­mək sahəsindəki gerilik açıq-aşkar hiss olunur. Yəqin bu fikrimlə razılaşarsınız ki, xatırlatdığım birinci nəsil ikinciyə, ikinci üçüncüyə, üçüncü dördüncüyə və s. ardıcıllıqla əvvəlki nəsil sonrakına nisbətən klassik ədəbiyyatımızın dilini daha yaxşı başa düşmüşdür. Birinci nəsillə yed­dinci nəsil arasındakı fərq isə daha çox olmalıdır. Bu hal dilimizin yeniləşməsi, fars, ərəb sözlərin­dən təmizlənməsi, daxili imkanları hesabına zən­ginləşməsi ilə əlaqədar olan gerçəklikdir. Buna görə də indiki halda klassik ədəbiyyatımızı öyrət­məyin səmərəli yollarından birini orta məktəb­lərdə fars dilinin məcburi bir fənn kimi keçiril­məsində görürəm. Bu dilə heç olmasa minimum səviyyədə bələd olmadan şagirdlər klassik ədə­biyyatımızı heç vaxt yaxşı öyrənə bilməyəcək, əksinə ondan bezəcəklər. Təhsilə başlayacaq sək­kizinci nəslin qayğısına indidən qalmalıyıq, sonra gec olacaq. Mənə elə gəlir ki, fars dilinin tədrisi problemi müsbət həll edilsə, bu sahədə qarşıya çıxan bir sıra elmi və metodiki çətinlikləri aradan qaldırmaq çox da müşkül olmaz.

1989.

* *


*

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə