Təsdiq edilmişdir Tenderin nəticəsi haqqında tender komissiyasının protokolunun nümunəsi Bu protokol dövlət büdcəsi, xarici kreditlər, borclar, qrantlar və başqa



Yüklə 231,77 Kb.
tarix02.01.2018
ölçüsü231,77 Kb.
#19123

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2000-ci il 12 may

tarixli 87 nömrəli qərarı ilə

təsdiq edilmişdir


Tenderin nəticəsi haqqında tender komissiyasının protokolunun nümunəsi
Bu protokol dövlət büdcəsi, xarici kreditlər, borclar, qrantlar və başqa

dövlət vəsaitləri hesabına maliyyələşdirilən malların (işlərin və xidmətlərin)

satın alınması üçün tərtib olunmuşdur.

___________№-li Protokol
Tender keçirən təşkilatın adı_________________________________________________________

Ünvanı__________________________________________________________________________

Rəhbəri _________________________________________________________________________

Protokolun tərtib olunma tarixi_______________________________________________________


1. Tenderin predmeti:

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

(satın alınan malların (işlərin və xidmətlərin) qısa təsviri və miqdarı göstərilir).
2. Satınalma üçün ayrılmış məbləğ________________min manat.

3. Əsas şərtlər toplusunu almış iddiaçıların sayı, adı, ünvanı haqqındakı məlumatlar aşağıdakı cədvəldə göstərilir:




İddiaçının adı

Ünvanı

Alınma tarixi

1







2







3







4







5







4. Tender haqqında elanın yayılması ____________________________________________

(Bu bənddə tenderin keçirilməsi haqqında elanın yayılmasını (hansı mətbuatda, hansı tarixdə dərc olunduğu), o cümlədən iddiaçılara, xarici dövlətlərin səfirliklərinə, beynəlxalq və s. təşkilatlara fərdi dəvətlərin göndərilməsi haqqında məlumat göstərilməlidir).

5. Hər bir tender təklifinin əsas şərtlərinə aşağıdakılar aid edilir:

Bu bənddə yalnız əsas şərtlər toplusunda nəzərdə tutulmuş tələblər göstərilir. Tender sənədlərinin tələbləri qrafasına o tələblər yazılır ki, həmin tələblər mal (iş və xidmət) satınalmalara və malgöndərənlərə (podratçılara) aid edilir. Eyni zamanda tender sənədlərində göstərilir.



Bəndlər

Əsas şərtlər toplusunun tələbləri

1-ci mal göndərənin adı

2-ci mal göndərənin adı

3-cü mal göndərənin adı



Və s.

1

2

3

4

5

6

a) təkliflərin ümumi qiyməti.

Əgər tender ayrı-ayrı hissələrə bölünübsə, qiyməti hər hissə (lot) üzrə göstərilməlidir;


















b) tender təklifinin valyutası;
















c) tender təklifinin qüvvədə olma müddəti;
















ç) tender təklifinin

təminatının mövcudluğu



hə/yox (qısa xülasə)

hə/yox (qısa xülasə)

hə/yox (qısa xülasə)

hə/yox

(qısa xülasə)



hə/yox (qısa xülasə)

d)tender təklifinin

təminatının qüvvədə olma müddəti;


















e) malgöndərənin

(podratçının) dövlət

mənsubiyyəti (mal göndərən təşkilatın qeydiyyatdan keçdiyi ölkə);

















ə) tender sənədlərinin

şərtlərinə uyğun tələb olunan bütün sənədlərin olması (tender təklifinin forması, malların (işlərin və xidmətlərin) tələb olunan etibarnaməsi, keyfiyyət sertifikatı və s.)






hə/yox (qısa xülasə)

hə/yox (qısa xülasə)

hə/yox (qısa xülasə)




f) malların (işlərin və xidmətlərin) təklif olunan müddətdə sifarişçinin tələb etdiyi yerə çatdırılması və ya işin, xidmətin yerinə yetirilməsi;

əsas şərtlər toplusunda tələb olunan müddəti göstərmək













g) əsas şərtlər toplusunda müddəaların hər hansı birin-də təklif olunan dəyişiklik;




hə/yox (qısa xülasə)

hə/yox (qısa xülasə)

hə/yox (qısa xülasə)




ğ) tenderdə təklif olunan malların (iş və xidmətlərin) miqdarında və həcmindəki kənarlaşmalar;




hə/yox (qısa xülasə)

hə/yox (qısa xülasə)

hə/yox (qısa xülasə)




h) yerli nümayəndəliklərin olması (əgər xarici mal göndərən vardırsa, ünvan, telefon);
















x) təklif olunan malın (işin və xidmətin) etibarlığı, tələb olunduqda sınaq müddəti
















i) iddiaçının tabe olduğu baş təşkilatlardan etibarnamənin olması;




hə/yox (qısa xülasə)

hə/yox (qısa xülasə)

hə/yox (qısa xülasə)




q) tender iştirakçılarına

tender sənədləri ilə müəyyən olunmuş başqa əlavə tələblər

















6. Təqdim edilmiş tender təkliflərinin, seçmək üçün qiymətləndirmənin, onların müqayisəsinin əsaslı olması aşağıdakı şəkildə ifadə olunur;

a) qabaqcadan qiymətləndirmə: 5-ci bənddə göstərilmiş tender sənədlərinin tələblərinə uyğun olaraq tender təkliflərinin təhlili. Əgər 5-ci bəndin, yaxud hər hansı yarımbəndlərdən birinin uyğunsuzluğundan tender təklifi rədd edilmişdirsə, rədd edilmiş təklif və uyğun gəlməyən bənd, yaxud yarımbənd göstərilməlidir. 5-ci bənddə göstərilmiş tələblərə əsaslı dərəcədə uyğunsuzluğu olmayan təkliflər üzrə qiymətləndirmə davam etdirilir;

b) texniki qiymətləndirmə: tender təkliflərinin texniki cəhətlərinin tender sənədlərində, göstərilənlərlə uyğunluğu araşdırılır. Bu yarımbənddə tender sənədlərindəki texniki cəhətlərə görə bütün uyğunsuzluqlar əks olunur, onların hansının əsas tələblərə cavab vermədiyinə görə qəbul olunmasını, hansının əhəmiyyətsiz dərəcədə fərqləndiyinə görə qəbul olunma imkanını göstərmək lazımdır;

c) texniki qiymətləndirmənin nəticələri: texniki cəhətlərinə görə uyğunsuzluğu olmayan və ya əhəmiyyətsiz dərəcədə fərqli olan, lakin qəbul oluna bilən təklifləri təqdim edən iştirakçıların siyahısı;

texniki tələblərə uyğun gəlmədiyinə görə təklifləri kənarlaşdırılan iştirakçıların siyahısı;

tender təkliflərinin qiymət hissəsində riyazi səhvlərin düzəldilməsi, hansı riyazi səhvlərə yol verilməsi və onlara hansı şəkildə düzəlişlər olunduğu göstərilməlidir;

ç) düzəliş edilmiş qiymətlərin cədvəli: cədvəldə texniki qiymətləndirmə nəticəsində təklifləri kənarlaşdırılmayan iştirakçıların tender təklifləri səhvlər (əgər varsa) düzəldilmək şərti ilə qiymətlər cədvəlinə daxil edilir.

d) tender sənədlərinin bütün tələblərinə cavab verən və ən aşağı qiymət təklif edən iştirakçı (iştirakçının adı, dövlət mənsubiyyəti, qiymət).

7. Tender təkliflərindən aşağıdakı səbəblərə görə kənarlaşdırılanlar:




S/№

İştirakçının adı

Kənarlaşdırılmanın səbəbi

1







2







3






8. Tender proseduru nəticəsində (malların adı, işlərin təsviri, xidmətlərin növü) yekun müqavilə aşağıdakı səbəblərə görə bağlanmamışdır:

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
9. Bu tenderdə iddiaçıların iştirakı yalnız daxili malgöndərən (podratçılar) ilə məhdudlaşmışdır. Bu qərarın qəbul edilməsinin səbəbi aşağıdakılardır:

1.______________________________________________________________________________

2.______________________________________________________________________________

3.______________________________________________________________________________


10. Təklif zərflərinin açılma tarixi_______________________________________________

11. Tenderdən qabaq iştirakçıların maddi-texniki və maliyyə-iqtisadi imkanlarını müəyyənləşdirmək üçün aşağıda qeyd olunan iddiaçılardan müvafiq məlumatlar və sənədlər alınmışdır.




S/№

İddiaçının adı

Məlumat və sənədlərin alınma tarixi

1.







2.







3.







4.






İştirakçıların maddi-texniki və maliyyə-iqtisadi, ixtisas göstəricilərinə görə seçilməsi aşağıda qeyd olunan meyarlar əsasında aparılmalıdır:


1.______________________________________________________________________________

2.______________________________________________________________________________

3.______________________________________________________________________________
12. Şikayətlər və təkliflər


S/№

Şikayət verən iştirakçı

Şikayətlərin qısa şərhi

Verilmə tarixi

Qəbul olunma qərarı

Nəticəsi

Qərarı qəbul edən orqan

1.



















2.



















3.


















13. Yekun müqaviləsi aşağıdakı malgöndərən (podratçı) ilə bağlanmışdır:

(malgöndərənin (podratçının) adı, dövlət mənsubiyyəti, müqavilənin məbləği)
_______________________________________________________________________________________________________________________________________________________________
14. Müqavilənin yerinə yetirilməsinin təminatı (müqavilənin yerinə yetirilməsi təminatının kim tərəfindən, hansı məbləğdə və hansı formada olduğunu göstərmək lazımdır).

15. Tender prosedurunun dayandırılması: (Tender prosedurunun dayandırılması:

(Tender prosedurunun dayandırılmasının səbəblərini və dayandırma müddətini göstərmək lazımdır).

16. Ekspertlərin cəlb olunması

Tender komissiyasının işində texniki ekspert kimi iştirak edirdilər:


S/№

F.A.A.

Təşkilat

Vəzifə

Ünvan

Telefon

1.
















2.
















3.















17. Başqa məlumatlar:

Bu bəndə tender keçirən təşkilat, tenderin iştirakçıları və başqa tərəflərin satınalma prosedurlarına təsir etməsi haqqında məlumatlar daxil edilir.
Qeyd. Əgər bu protokol nümunəsində nəzərdə tutulmuş əməliyyatlar keçirilməmişdirsə, onda aidiyyəti bəndlərdə müvafiq qeydlər olmalıdır. Bütün bəndlərin sıra nömrəsi, adları saxlanılmalıdır. Hər hansı bənd üzrə ətraflı məlumat, müvafiq bəndin sıra nömrəsi və adı mütləq göstərilməklə, protokola əlavə şəklində təqdim oluna bilər.
Tender komissiyasında verilən xüsusi rəylərin qısa məzmunu:
1. ______________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

F.A.A. _________________________________________________

İmza_____________________________________________________________

2. ______________________________________________________________________________

__________________________________________________________________

F.A.A.__________________________________________________

İmza_____________________________________________________________
Tender komissiyasının sədri:
F.A.A.___________________ İmza_________________________
Komissiyanın üzvləri:
F.A.A.___________________ İmza _________________________

1._______________________ _____________________________

2._______________________ _____________________________

3._______________________ _____________________________

4._______________________ _____________________________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2000-ci il 12 may

tarixli 87 nömrəli qərarı ilə



təsdiq edilmişdir

Yekun müqaviləsinin nümunəsi

Bu müqavilə, bir tərəfdən _____________________________________________________

___________________(tender keçirən təşkilatın və onun səlahiyyətli şəxsinin adı və soyadı) sonra «Sifarişçi» adlandırılacaq, digər tərəfdən __________________ ___________________(tenderin qalibi olan təşkilatın adı və soyadı) sonra «İcraçı» adlandırılacaq, arasında « » ____________________ 200 -ci il tarixdə bağlanmışdır.
Nəzərə alaraq ki, Sifarişçi, ____________________________________________________

_____________________(malların (işlərin və xidmətlərin adı) satın alınması üçün:___________________________(rəqəmlə)_________________________________________________________________________(sözlə) manat məbləğində İcraçının təklifini qəbul etmişdir.

Aşağıdakı sənədlər bu müqavilənin bir hissəsi hesab olunur:

müqavilənin şərtləri;

texniki spesifikasiyalar, çertyojlar;

müqavilə üzrə malların təchiz olunacağı, işlərin və xidmətlərin yerinə yetirilməsinin qiymətləri və cədvəlləri.

1. İcraçı müqavilə əsasında təchiz olunacaq malların, yerinə yetiriləcək işlərin və xidmətlərin həcminə, müvafiq olaraq (göndərilmiş yararsız malların, keyfiyyətsiz yerinə yetirilmiş işlərin və xidmətlərin əvəz olunmasını nəzərə almaqla) Sifarişçi ilə müqavilə bağlayır.

2. Sifarişçi müqavilədə göstərilən şərtlər əsasında malla təchiz olunması, işlərin və xidmətlərin yerinə yetirilməsi (göndərilmiş yararsız malların, keyfiyyətsiz yerinə yetirilmiş işlərin və xidmətlərin əvəz olunması şərti ilə) ilə əlaqədar müqavilə üzrə ödənişləri icraçıya ödəməyi öhdəsinə götürür.

3. Yuxarıda qeyd olunanları təsdiq etmək üçün, Sifarişçi ilə İcraçı bu müqaviləni Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, müqavilənin əvvəlində göstərilmiş gün, ay və ildə imzalayırlar.

İmzalandı, möhürləndi və adları çəkilənlərə verildi



Sifarişçi

nümayəndənin adı, soyadı__________________________________________________________


İmzalandı, möhürləndi və adları çəkilənlərə verildi
İcraçı

nümayəndənin adı, soyadı___________________________________________________________



Müqavilənin şərtləri


  1. Əsas anlayışlar.

  2. Tətbiq dairəsi.

  3. Malların və xidmətlərin mənşəyi.

  4. Standartlar.

  5. Müqavilə sənədlərindən və məlumatlarından istifadə olunması

  6. Patent hüququ.

  7. Müqavilənin yerinə yetirilməsinin təminatı

  8. Texniki nəzarət və sınaq

  9. Qablaşdırma.

  10. Malın göndərilməsi, iş və xidmətlərin yerinə yetirilməsi sənədləri

  11. Sığorta.

  12. Ehtiyat hissələri.

  13. Təminat.

  14. Ödəmə.

  15. Qiymətlər.

  16. Dəyişikliklər haqqında sərəncam.

  17. Müqavilədə güzəştlərin aparılması.

  18. Submüqavilələr.

  19. İcraçılar tərəfindən müqavilənin yerinə yetirilməsinin gecikdirilməsi.

  20. Cərimə.

  21. Müqavilənin şərtlərinin yerinə yetirilməsinə görə onun ləğv edilməsi.

  22. Fors-major.

  23. Ödəmə qabiliyyəti olmaması səbəbindən müqavilənin ləğv edilməsi.

  24. Məqsədəuyğun olduqda müqavilənin ləğv edilməsi.

  25. Mübahisəli məsələlərin həlli.

  26. Rəsmi dil.

  27. Tətbiq olunan hüquq.

  28. Xəbərdarlıq.

  29. Vergilər və rüsumlar.




  1. Əsas anlayışlar

Müqavilədə istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:



Müqavilə - Sifarişçi və icraçı arasında bütün əlavələr və onlara dəyişikliklər edilməklə imzalanmış, habelə müqavilədə istinad olunan bütün sənədlərlə birlikdə əldə olunmuş razılıqdır;

Müqavilənin qiyməti - Sifarişçi tərəfindən müqavilə şərtlərini tam yerinə yetirilməsinə görə İcraçıya ödəniləcək məbləğdir;

Sifarişçi - tender keçirən (satınalan) təşkilatdır;

İcraçı - müqavilənin şərtlərində nəzərdə tutulmuş malgöndərən, işləri və xidmətləri yerinə yetirən, fiziki, hüquqi şəxsdir və ya hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyidir.


  1. Tətbiq dairəsi

Bu Müqavilənin şərtləri malların (işlərin) və xidmətlərin dövlət satın alınmasında tətbiq edilir.




  1. Malların və xidmətlərin mənşəyi

3.1. Bu müqavilə çərçivəsində təqdim olunan bütün mallar və xidmətlər Azərbaycan Respublikasının Qanunvericiliyində qadağan olunmamış ölkədən və ərazidən olmalıdır.

3.2. Mənşə maddəsi malın hasil olunduğu, əkildiyi və ya istehsal olunduğu, xidmətlərin isə təqdim olunduğu yer deməkdir. Belə ki, hazırlamaq, emal etmək və ya komponentlərin keyfiyyətli iri yığımından kommersiyada tanınmış məhsul alındığı, xassələrinə, təyinatına və ya istifadə olunmasına görə baza komplektləşdirici məmulatlarından əsaslı surətdə fərqləndiyi halda hesab olunur ki, mal istehsal olunmuşdur.

3.3. Malların və xidmətlərin mənşəyi İddiaçının dövlət mənsubiyyətindən fərqlənir.



4. Standartlar
Müqavilə çərçivəsində göndərilən mallar, görülən işlər və xidmətlər texniki spesifikasiyalarda göstərilən standartlara, bu olmadıqda isə malların, işlərin və xidmətlərin mənşə ölkəsi üçün qəbul olunmuş məlum standartlara uyğun olmalıdır. Bunlar müvafiq idarələrin buraxdığı, istehsal etdiyi ən yeni standartlar olmalıdır.
5. Müqavilə sənədlərindən və məlumatlarından istifadə edilməsi
5.1. İcraçı Sifarişçinin yazılı razılığı olmadan müqaviləni və ya onun hər hansı bir müddəasını, habelə Sifarişçinin və ya onun adından, bu müqavilənin yerinə yetirilməsi üçün malgöndərənin cəlb etdiyi işçiləri çıxmaqla, başqa şəxslərin təqdim etdiyi texniki sənədləri, planları, çertyojları, modelləri, nümunələri açmamalıdır. Göstərilən məlumatlar bu işçiyə müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün nə qədər lazım olmasından asılı olaraq gizli təqdim olunmalıdır.

5.2. İcraçı Sifarişçinin yazılı razılığı olmadan Müqavilənin yerinə yetirilməsi məqsədləri üçün olan məlumat və sənədlərdən başqa, 5.1-ci maddədə göstərilən heç bir sənəd və məlumatlardan istifadə etməməlidir.

5.3. Müqavilənin özü istisna olmaqla 5.1-ci maddədə göstərilən bütün sənədlər (bütün surətləri ilə) Sifarişçinin mülkiyyətində qalır və İcraçı tərəfindən müqaviləni yerinə yetirilməsi tamamlandıqdan sonra Sifarişçinin tələbi ilə ona qaytarılmalıdır.
6. Patent hüququ
İcraçı patent hüququnun pozulması ilə əlaqədar üçüncü şəxsin tələbinə görə Sifarişçini maddi məsuliyyətdən qorumalıdır habelə Azərbaycan Respublikasında ticarət markalarının tətbiq olunmasında və ya malların və ya onların istənilən hissələrinin istifadəsi ilə bağlı sənaye tədqiqatlarının hüquqlarını müdafiə etməlidir.
7. Müqavilənin yerinə yetirilməsinin təminatı
7.1. Qalib iddiaçı müqavilənin təltif olunması haqqında bildiriş aldıqdan sonrakı 5 gün ərzində Sifarişçiyə Əsas şərtlər toplusunda göstərilmiş məbləğdə müqavilənin yerinə yetirilməsinin təminatını təqdim edir.

7.2. İcraçı müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində yaranan hər hansı itkiyə Müqavilənin yerinə yetirilməsinin təminatında olan vəsaitlərdən təzminat kimi Sifarişçiyə ödəməlidir.

7.3. Müqavilənin yerinə yetirilməsinin təminatı, müqavilədə göstərilmiş valyuta və ya Sifarişçi üçün münasib dönərli valyuta ilə göstərilmiş formalardan birində olmalıdır: nağd pul vəsaitləri, xəzinədar istiqrazları, dövlət idarələrinin verdiyi təminatlar, bank zəmanəti, Milli Bankın buraxdığı və ya təminatı ilə olan qiymətli kağızlar, hüquqi və ya təminatı ilə olan qiymətli kağızlar, hüquqi və ya fiziki şəxslərin verdiyi məqbul səhmlər, təqdim edənin adına depozit sertifikatları, veksellər və təminatlar.
8. Texniki nəzarət və sınaq
8.1. Sifarişçi tərəfindən heç bir xərc olmadan, icraçı və ya onun nümayəndəsi malların (işlərin) Müqavilənin texniki spesifikasiyasına müvafiq olduğunu təsdiqləmək üçün, onları texniki nəzarətdən və ya sınaqdan keçirmək hüququna malikdir. Sifarişçi tələb olunan hər hansı yoxlama və sınağın keçirilmə yeri və növü Texniki Spesifikasiyada göstərilməlidir. Bu nəzarət və sınağı keçirmək üçün öz nümayəndələri haqqında Sifarişçi İcraçını yazılı surətdə və vaxtında xəbərdar etməlidir.

8.2. Texniki nəzarət və sınaq İcraçının və ya onun subpodratçısının (subpodratçılarının) ərazisində, malların çatdırıldığı yerdə və ya axırıncı təyinat məntəqəsində, işlərin aparıldığı yerdə keçirilə bilər. Texniki nəzarət və sınaq İcraçının və ya onun subpodratçısının (subpodratçılarının) ərazisində keçirilirsə, müfəttişlərə bütün lazım olan vəsaitlər veriləcəkdir və onların fəaliyyətinə Sifarişçi tərəfindən heç bir əlavə xərc edilmədən, çertyoj və istehsalat məlumatlarına icazə də daxil olmaqla kömək göstəriləcəkdir.

8.3. Əgər texniki nəzarət və sınaqdan keçmiş mallar (işlər) texniki spesifikasiyalara cavab vermirsə, alıcı onlardan imtina edə bilər və İcraçı zay malları ya dəyişir (işləri və xidmətləri yenidən görür) ya da ki, Sifarişçi heç bir əlavə xərcsiz texniki spesifikasiyanın tələblərinə müvafiq lazım olan dəyişikliklər aparır.
9. Qablaşdırma
9.1. İcraçı müqavilədə göstərilmiş axırıncı təyinat məntəqəsinə daşımalar zamanı malları zədələnmədən və ya korlanmadan qorumağa uyğun qablaşdırma ilə təmin etməlidir. Qablaşdırma daşımalar zamanı heç bir məhdudiyyət olmadan intensiv qaldırıcı-nəqliyyat işlərinə, ekstremal temperaturların təsirinə, duzlar və çöküntülərə, habelə açıq halda saxlamağa davam gətirməlidir. Malların yol boyunca bütün məntəqələrdə güclü yükqaldırıcı vasitələrinin olmaması və axırıncı çatdırılma məntəqəsinin uzaqlığı nəzərə alınmaqla, qablaşdırıcı qutuların qabariti və onların çəkisi müəyyənləşdirilir.

9.2. Bu Müqaviləyə əlavə olunmuş tələblər daxil olmaqla, 18-ci maddənin şərtləri və müqavilədə nəzərdə tutulmuş xüsusi tələblərə ciddi surətdə müvafiq olaraq qutuların qablaşdırılması və markalanması, habelə onların daxili və xarici sənədləşməsi aparılmalıdır.


10. Malın göndərilməsi və onun sənədləşdirilməsi
10.1. Satınalınan malların siyahısında aşağıdakı şəkildə Sifarişçi ilə razılaşdırılmış şərtlərə uyğun olaraq İcraçı malların göndərilməsini həyata keçirir:

a) xaricdən göndərilən mallar üçün: yüklənmədən sonra İcraçı müqavilənin nömrəsi daxil olmaqla, nəqletmənin bütün detalları, malların şərhi, miqdarı, su nəqliyyatı konosamentinin nömrəsi və onun tarixi, yüklənmə limanı və tarixi, boşaldılma limanı və s. haqqında faks və ya telekslə alıcı və sığorta şirkətini xəbərdar etməlidir. İcraçı Sifarişçiyə bir nüsxəsi sığorta şirkətinə çatdırılmaq şərti ilə aşağıdakı sənədləri göndərir:

ümumi məbləğ və mal vahidinin qiyməti, miqdarı göstərilməklə malların şərhi ilə birlikdə İcraçının faktura hesablarının surəti;

ümumi məbləğ və mal vahidinin qiyməti, miqdarı göstərilməklə malların şərhi ilə birlikdə İcraçının faktura hesablarının surəti;

«Fraxtın haqqı ödənilmişdir» - nişanı ilə dövriyyəli təmiz göyərtə konosamentinin və ya dövriyyəsiz konosamentlərin əsli və surətləri;

hər qablaşdırmanın tərkibi göstərilməklə qablaşdırma vərəqinin surətləri;

sığorta sertifikatı;

icraçinin və ya istehsalçının təminatlı sertifikatı;

təftiş xidmətinin müvəkkili tərəfindən verilmiş, texniki nəzarətin keçirilməsi haqqında şəhadətnamə, habelə İcraçının zavodda texniki nəzarətin keçirilməsi haqqında hesabatı;

malın mənşəyi haqqında sertifikat.

Yuxarıda göstərilən sənədlər Sifarişçiyə malların limana və ya çatdırılma məntəqəsinə daxil olmasına bir həftə qalmış çatmalıdır, çatmadıqda isə İcraçı bu xərclər ilə bağlı məsuliyyət daşıyacaqdır.

b) yerli mallar üçün:

ümumi məbləğ və mal vahidinin qiyməti, miqdarı göstərilməklə, malların şərhi ilə birlikdə İcraçının faktura hesablarının surəti;

nəqliyyat qaimələri, dəmir yol qəbzləri və ya avtomobil yüklərinin qəbzləri;

icraçının və ya istehsalçının təminatı sertifikatı;

təftiş xidmətinin müvəkkili tərəfindən verilmiş texniki nəzarətin keçirilməsi haqqında şəhadətnamə, habelə icraçının zavodda texniki nəzarətin keçirilməsi haqqında hesabatı;

malın mənşəyi haqqında sertifikat.

10.2. Müqavilədə tərəflərin öhdəliklərinin şərhi üçün istifadə olunan ticarət terminləri, Parisdə Beynəlxalq Ticarət Palatasında dərc olunmuş və adi halda «İNKOTERMS» kimi işlədilən, ticarət terminlərinin izahının Beynəlxalq Qaydalarının qüvvədə olan nəşrinə uyğun olaraq izah olunmalıdır.


11. Sığorta
Müqavilə əsasında göndərilən müvafiq mallar, onların hazırlanması, alınması, nəql olunması, saxlanması və çatdırılması ilə əlaqədar korlanma və zədələnmələrdən, həmçinin görülən işlər üzrə risklər Azərbaycan manatı ilə və ya sərbəst dönərli valyuta ilə şərtlər toplusunda nəzərdə tutulmuş qaydada sığorta olunmalıdır.
12. Ehtiyat hissələri
Müqavilənin əlavələrində göstərildiyi kimi icraçı aşağıda adları çəkilən materialların hamısını və ya hər hansı birini təqdim etməyi, habelə icraçının hazırladığı və ya təmin etdiyi ehtiyat hissələri haqqında məlumat tələb edə bilər:

a) İcraçını müqavilə üzrə bütün təminatlardan azad etməmək şərti ilə İcraçıdan satın almaq üçün Sifarişçi ehtiyat hissələrini seçə bilər;

b) ehtiyat hissələr istehsalının dayanması hallarında:

Sifarişçiyə tələb olunan miqdarda lazım olan satınalmanı aparmaq üçün imkan yaratmaq məqsədi ilə qarşıda duran istehsalın dayandırılması haqqında vaxtından əvvəl xəbərdarlıq etmək, lazım gəldikdə istehsalın dayanmasının ardınca Sifarişçiyə ehtiyat hissələrin planlarını, çertyojlarını və texniki sənədlərini pulsuz təqdim etmək.


13. Təminat
13.1. İcraçı müqavilə çərçivəsində göndərilən malların, görülən işlərin və xidmətlərin, əgər müqavilədə başqası nəzərdə tutulmamışdırsa, yeni, istifadə olunmamış, ən təzə və ya konstruksiya və materialların bütün axırıncı modifikasiyalarını özündə əks etdirən kütləvi modelinin olmasına, işlərin və xidmətlərin keyfiyyətlə və standartlara uyğun görülməsinə təminat verir.

13.2. Bu təminat malların hamısının və ya bir hissəsinin çatdırılmasından, işlərin və xidmətlərin yerinə yetirilməsindən sonra şəraitdən və onların təyinat məntəqəsində qəbul olunmasından asılı olaraq 12 ay müddətində etibarlıdır.

13.3. Bu təminata aid Sifarişçi ən qısa müddətdə icraçıya öz narazılığını yazılı surətdə bildirməlidir.

13.4. Belə məlumat aldıqdan sonra icraçı ən qısa müddətdə xarab malı tamamilə və ya bir hissəsini malların ölkə daxilində daşınması istisna olmaqla, dəyişdirilməli və ya təmir etməlidir, işlərdə və xidmətlərdə olan qüsurları aradan qaldırmalıdır.


14. Ödəmə
14.1. İcraçıya ödəmələr tenderin əsas şərtlər toplusunda nəzərdə tutulan qaydada aparılmalıdır.

14.2. İcraçının Sifarişçiyə ödəməyə dair müraciəti yazılı surətdə müvafiq hesabı əlavə etməklə təqdim olunmalıdır. Bu hesabda lazım olduqda göndərilmiş mallar, yerinə yetirilmiş işlər və xidmətlər göstərilməlidir.

14.3. Ödəmələr Sifarişçi tərəfindən ən qısa müddətdə (əsas şərtlər toplusunda nəzərdə tutulmuş vaxtda) həyata keçirilməlidir.

14.4. Müqavilə üzrə İcraçıya ödəmə əsas şərtlər toplusunda göstərilmiş valyuta ilə (və ya valyutalarla) həyata keçirilməlidir.

14.5. Tender predmeti olan işin vaxtından əvvəl bitməsində Sifarişçi üçün fayda varsa, tender keçirən bunun üçün xüsusi mükafat təyin edə bilər.
15.Qiymətlər
Göndərilən mallara, görülən işlərə və xidmətlərə görə müqavilədəki qiymətlər icraçı tərəfindən onun təklifində göstərilmiş qiymətlərdən fərqlənməməlidir (əsas şərtlər toplusunda qiymətin dəyişdirilməsi nəzərdə tutulduğu hallar istisna olmaqla).

16. Dəyişikliklər haqqında sərəncam

16.1. Sifarişçi İcraçının ünvanına göndərdiyi yazılı sərəncam əsasında aşağıda göstərilən müddəalar üzrə Müqavilə çərçivəsində dəyişikliklər apara bilər:

a) çertyojlarda, layihədə və ya texniki şərtlərdə, əgər Müqavilə əsasında göndəriləcək mallar, görülən işlər və xidmətlər məxsusi olaraq Sifarişçi üçün hazırlanmalıdırsa və ya yerinə yetirilməlidirsə;

b) yüklənmənin və ya qablaşdırmanın qaydası;

c) malgöndərmənin ünvanı;

ç) İcraçı tərəfindən görülən işlər və xidmətlər.

16. 2. Hər hansı bu cür dəyişiklik Müqavilənin müddəalarının yerinə yetirilməsində əlavə vaxt və ya dəyərinin artıbazalmasına səbəb olmamalıdır.

Bu maddə çərçivəsində hər hansı dəyişiklik barədə icraçının müraciəti, Sifarişçi dəyişikliklərin aparılması haqqında sərəncamı aldıqdan sonra 30 gün müddətində təqdim edilməlidir.
17. Müqavilədə düzəlişlərin aparılması
Müqavilənin 16-cı maddəsini nəzərə alaraq Müqavilədə heç bir dəyişikliyə yol verilmir (hər iki tərəfin imzaladığı yazılı düzəlişlər istisna olmaqla).
18. Submüqavilələr
18.1. Tender təkliflərində əvvəlcədən göstərilməmiş, bu müqavilə çərçivəsində bağlanmış bütün submüqavilələr haqqında İcraçı Sifarişçiyə yazılı xəbərdarlıq etməlidir. Tender təklifində və ya ondan gec edilmiş hər hansı belə xəbərdarlıq, İcraçını müqavilə üzrə maddi və ya başqa cavabdehlikdən azad etmir.

18.2. Submüqavilələr 3-cü maddəyə uyğun olmalıdır.


19. İcraçı tərəfindən müqavilənin yerinə yetirilməsində gecikmələr
19.1. Sifarişçi tərəfindən satın alınan malların, işlərin və xidmətlərin göstərilən cədvəllərinə uyğun olaraq icraçı malların göndərilməsi, işlərin və xidmətin görülməsini həyata keçirməlidir.

19.2. İcraçı tərəfindən malların göndərilməsində, işlərin və xidmətlərin yerinə yetirilməsində özünü doğrultmayan gecikmələr aşağıdakı sanksiyalara gətirib çıxarır: müqavilənin yerinə yetirilməsi təminatının tutulması, itkilərin ödənilməsi və (və ya) müqavilənin ləğv olunması.

19.3. Əgər müqaviləni İcraçı və ya onun subpodratçısı (subpodratçıları) yerinə yetirdiyi ərəfədə, istənilən anda öz vaxtında malların göndərilməsinə, işlərin və xidmətlərin görülməsində maneələrlə rastlaşarlarsa, onda İcraçı tez bir zamanda Sifarişçiyə gecikmə, onun nəzərdə tutulan müddəti və səbəbi (səbəbləri) faktı haqqında yazılı xəbərdarlıq göndərilməlidir. İcraçıdan xəbərdarlıq alındıqdan sonra, Sifarişçi tez bir zamanda vəziyyəti qiymətləndirib, şərtlər toplusunda nəzərdə tutulduğu qaydada müqavilənin yerinə yetirilmə müddətini uzada bilər.
20.Cərimə
22-ci maddəyə müvafiq hallarda müqavilədə nəzərdə tutulmuş müddətdə əgər icraçı bütün malları və ya bir hissəsini göndərə, işləri və ya xidmətləri göstərə bilmirsə, Sifarişçi özünün başqa hüquqlarına ziyan etmədən müqavilə çərçivəsində itkilərin məbləği şəklində müqavilənin qiymətindən hesablayıb çıxarır. Malın faktiki göndərilməsi və faktiki xidmətin göstərilməsi anına qədər hər gecikən həftə üçün əsas şərtlər toplusunda göstərilmiş ekvivalent faizlərə çatdırılması daxil olmaqla gecikdirilən malların və ya görülməyən işlərin (xidmətlərin) qiymətindən hesablanıb çıxılır. Malın göndərilməsi gecikdirilən zaman hesablanıb cıxılan maksimum məbləğ gecikdirilmiş malların (işlərin və xidmətlərin) müqavilə məbləğinin əsas şərtləri toplusunda nəzərdə tutulmuş həcmini təşkil edir. Sifarişçi bu maksimumu əldə etdikdən sonra müqavilənin pozulması məsələsinə baxa bilər.
21. Müqavilənin şərtlərinin yerinə yetirilməməsinə görə onun ləğv edilməsi
21.1. İcraçıya müqavilənin yerinə yetirilməməsi haqqında yazılı xəbərdarlıq göndərərək Sifarişçi müqavilənin şərtlərinin pozulmasına görə aşağıdakı hallarda müqavilənin tam və ya bir hissəsini ləğv edə bilər:

a) 20-ci maddəyə uyğun olaraq, Sifarişçinin təqdim etdiyi bu müqavilənin uzadılması ərzində və ya müqavilədə nəzərdə tutulmuş müddətdə, əgər İcraçı malların hamısını və ya bir hissəsini göndərə və ya işləri, xidmətləri yerinə yetirə bilmirsə;

b) əgər İcraçı müqavilə üzrə öz öhdəliklərindən hər hansı birini yerinə yetirə bilmirsə.

21.2. 21.1-ci maddəyə uyğun olaraq, əgər Sifarişçi Müqaviləni tam və ya hissə ilə pozursa, göndərilmiş mallara (işlərə) və xidmətlərə analoji malları (işləri) və xidmətləri qəbul olunmuş şərtlərlə Sifarişçi satın ala bilər, belə ki, İcraçı bu cür analoji mallar (işlər) və ya xidmətlərlə bağlı bütün əlavə xərclər üçün Sifarişçinin qarşısında cavabdehlik daşıyacaqdır. Bununla belə, İcraçı Müqavilənin pozulmamış hissəsinin yerinə yetirilməsini davam etdirməlidir.


22. Fors-major
22.1. Əgər müqavilənin yerinə yetirilməsində gecikmələr fors-major hallar üzündən baş verirsə, bu halda 19, 20, 21-ci maddələrin müddəalarına baxmayaraq İcraçı müqavilənin yerinə yetirilməsi təminatından məhrum olunmur, cərimələrin ödənilməsi və müqavilənin pozulması üçün məsuliyyət daşımır.

22.2. Hazırkı maddədə «Fors-major» nəzərdə tutulmamış xüsusiyyətlərə malik olan və İcraçının səliqəsizliyi və haqq-hesabdakı səhvləri ilə bağlı olmayan, İcraçının səlahiyyətində olmayan hadisəni müəyyən edir. Buraya müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, karantinlər və embarqolar, hökumətin qərarları daxil edilir.

22.3. Fors-major şəraitinin ortaya çıxması barədə İcraçı yubanmadan Sifarişçiyə bu şərait və onun yaranma səbəbləri haqqında yazılı xəbərdarlıq göndərməlidir. Əgər Sifarişçidən başqa yazılı məlumat daxil olmursa, İcraçı imkan daxilində müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməyi davam etdirir və fors-major şəraitindən asılı olmayan Müqavilənin yerinə yetirilməsi üçün alternativ üsullar axtarır.
23. Ödəmə qabiliyyəti olmaması səbəbindən müqavilənin ləğv edilməsi
23.1. İcraçı müflis olduqda və ya ödəmə qabiliyyəti olmadıqda, Sifarişçi İcraçıya müvafiq yazılı xəbərdarlıq göndərərək müqaviləni ləğv olunmuş hesab edə bilər.

23.2. İflasa uğramış İcraçının hüquqi varisi varislik hüququ almasından sonrakı 10 gün ərzində yekun müqaviləsi üzrə İcraçının öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək haqqında Sifarişçiyə rəsmi müraciət edərsə, həmin müqavilənin şərtləri əsas götürülməklə Sifarişçi ilə İcraçının varisi arasında tender predmetinin başa çatdırılması haqqında yeni müqavilə bağlanır.

23.3. İflasa uğramış İcraçının hüquqi varisi varislik hüququnu aldıqdan sonrakı 10 gün ərzində yekun müqaviləsi üzrə İcraçının öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək haqqında Sifarişçiyə rəsmi müraciət etməzsə, İcraçının həmin ana qədər ödəmiş olduğu hər növ vəsait Sifarişçinin ixtiyarına keçir. Sifarişçinin İcraçıya hər növ borcu isə əgər varsa, ləğv olunmuş sayılır. Bu halda Sifarişçi həmin iş və ya onun başa çatdırılması üzrə yeni tender keçirə bilər.
24. Məqsədəuyğun olduqda müqavilənin ləğv edilməsi
24.1. Sifarişçi İcraçıya müvafiq yazılı xəbərdarlıq göndərərək, məqsədəuyğun olduqda, istənilən vaxtda tam şəkildə və ya hissə ilə müqaviləni poza bilər. Xəbərdarlıqda İcraçının ləğv olunmuş müqavilə öhdəliklərinin razılaşdırılmış həcmi, habelə bu pozulmanın qüvvəyə mindiyi tarix və Sifarişçi üçün bu pozulmanın məqsədəuyğunluğu göstərilməlidir.

24.2. Yaranmış şərait nəticəsində müqavilə ləğv olunduqda, İcraçı müqavilə üzrə təkcə faktiki yerinə yetirilən öhdəliklər üçün ödəmə tələb etmək hüququna malikdir.


25. Mübahisəli məsələlərin həlli
25.1. Sifarişçi və İcraçı müqavilə üzrə və onunla əlaqədar açıq qeyri-rəsmi danışıqlar prosesində onların arasında meydana çıxan bütün fikir müxtəlifliklərini və ya mübahisələri danışıqlar yolu ilə həll etmək üçün bütün səylərini sərf etməlidirlər.

25.2. Sifarişçi və İcraçı müqavilə üzrə mübahisələri sülh yolu ilə həll edə bilmirsə, istənilən tərəflərdən biri bu məsələnin həlli üçün aşağıdakı rəsmi mexanizmlərin tətbiq edilməsini tələb edə bilər:

a) Sifarişçi və yerli İcraçı arasında mübahisəli məsələlər ortaya çıxdıqda, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həll edilməlidir;

b) Sifarişçi və xarici İcraçı arasında mübahisəli məsələlər meydana çıxdıqda, onlar beynəlxalq normalara uyğun olaraq həll olunmalıdır.


26. Rəsmi dil
Müqavilə Sifarişçi tərəfindən əsas şərtlər toplusunda göstərildiyi dildə tərtib olunmalıdır. 27-ci maddəyə uyğun olaraq, razılaşdırılmış dildə yazılmış Müqavilənin variantı onun izahında müəyyənedicidir. Müqaviləyə aid olan bütün yazışmalar və tərəflərin mübadilə etdiyi başqa sənədlər bu dildə yerinə yetirilməlidir.
27. Tətbiq olunan hüquq
Müqavilə müddəalarının şərhi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq aparılmalıdır.
28. Xəbərdarlıq
28.1. Müqaviləyə uyğun olaraq bir tərəf, o biri tərəfə istənilən xəbərdarlığı məktub, teleqram, teleks və ya faks şəklində əsas şərtlər toplusunda göstərilidiyi ünvan üzrə yazılı surətdə təsdiq olunmaqla göndərir.

28.2. Göstərilən tarixlərin hamısının gec olmasından asılı olaraq, xəbərdarlıq ya çatdıqdan sonra qüvvəyə minir ya da ki, göstərilmiş gündə qüvvəyə minir.


29. Vergilər və rüsumlar
Xarici və yerli İcraçılar Azərbaycan Respublikasının qanunvericiliyinə və əsas şərtlər toplusunda nəzərdə tutulmuş tələblərə uyğun olaraq respublikanın hüdudlarından kənarda və daxildə tutulan bütün vergilər, gerb, lisenziya və başqa analoji yığımlar üçün tam məsuliyyət daşıyır.
Yüklə 231,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə