Təsdiq edilmişdir



Yüklə 53,91 Kb.
Pdf görüntüsü
tarix12.02.2018
ölçüsü53,91 Kb.
#26820


“Təsdiq edilmişdir” 

 

Azərbaycan  Respublikasının 



Prezidenti  yanında  Qiymətli 

Kağızlar üzrə Dövlət Komitəsi 

əmr N 191 

 “29” dekabr 2007-cı il 

  

“Təsdiq edilmişdir” 

 

Azərbaycan  Respublikası  Mərkəzi    Bankı  

İdarə  Heyətinin    2007-ci  il  “05”  dekabr 

tarixli qərarı ilə  

Protokol N 38 

 

 



Sədr 

 

_____________  G.Məmmədov 

İdarə Heyətinin sədri  

 

_______________E. Rüstəmov 



 

 

 



 

 

 



 

 

KREDİT TƏŞKİLATLARINDA VEKSELLƏRİN UÇOTUNUN 

APARILMASI QAYDALARI 

 

(15.04.2010-cu il tarixli dəyişikliklərlə) 

 

 

 

 

 

 

 

 

 

Bakı – 2007 


 

2

1. ÜMUMİ MÜDDƏALAR 

1.1. Bu Qaydalar “Köçürmə  və sadə veksel  haqqında Vahid Qanun barədə” 

07.06.1930-cu  il  tarixli  Cenevrə  Konvensiyasına,  Azərbaycan  Respublikasının 

Mülki  Məcəlləsinə,  “Banklar  haqqında”  Azərbaycan  Respublikası  Qanununa,  

Azərbaycan    Respublikasının  Prezidenti    yanında    Qiymətli  Kağızlar  üzrə  Dövlət 

Komitəsinin  02.02.2000-ci  il  tarixli  “Azərbaycan  Respublikasında  veksellərin 

dövriyyəsi haqqında Əsasnamə”sinə,  Azərbaycan Respublikası Mərkəzi Bankının 

(bundan  sonra  -  Mərkəzi  Bank)  normativ  xarakterli  aktlarına  uyğun  olaraq 

hazırlanmışdır  və  kredit  təşkilatları  tərəfindən  veksellərin  uçotu  qaydalarını 

müəyyən edir. 

1.2. Bu Qaydalarda  istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 

1.2.1.  vekselin  uçotu  –  ödəniş  vaxtı  çatana  qədər  vekselsaxlayan  tərəfindən 

vekselin  kredit  təşkilatına  verilməsi  və  onun  müqabilində,  veksel  məbləğindən 

diskont məbləği çıxılmaqla, qalan məbləğin alınmasıdır; 

1.2.2.  diskont  –  vekselin  uçotu  zamanı  kredit  təşkilatı  tərəfindən  alınan 

komissiya məbləğidir. Diskont aşağıdakı düstura uyğun olaraq müəyyən edilir: 

K*T*F 


 D = ------------------- 

                    

360   х   100 

Burada: 


D- diskontun məbləği; 

K-Vekselin məbləği; 

T- Vekselin  uçotu  günündən onun ödənilmə  gününə (ödəniş  günü  nəzərə alınmır) 

qədər olan müddət; 

F- Kredit təşkilatının uçot faizi. 

1.2.3.  vekseli  uçot  üçün  təqdim  etmiş  şəxs  –  indossament  üzrə  sonuncu 

indossant və ya veksel saxlayandır; 

1.2.4


kredit təşkilatı – bank və ya bank olmayan kredit təşkilatıdır. 

1.3.  Bu  Qaydalarda  veksel  dövriyyəsinə  aid  istifadə  edilən  digər  anlayışlar 

“Köçürmə  və  sadə  veksel  haqqında  Vahid  Qanun  barədə”  Cenevrə 

Konvensiyasında, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və 02.02.2000-



 

3

ci  il  tarixli  “Azərbaycan  Respublikasında  veksellərin  dövriyyəsi  haqqında 



Əsasnamə”də müəyyən edilmiş mənaları ifadə edir. 

1.4. Kredit təşkilatı Mərkəzi Bank tərəfindən verilmiş lisenziyada veksellərin 

alqı-satqı  əməliyyatlarının  aparılması  qadağan  olunmadığı  halda

 

veksellərin 



uçotunu  aparmaq  hüququ  əldə  etmək  üçün  qanunvericilikdə  nəzərdə  tutulmuş 

qaydada  Azərbaycan  Respublikası  Prezidenti  yanında  Qiymətli  Kağızlar  üzrə 

Dövlət Komitəsində (bundan sonra - QKDK) qeydiyyatdan keçməlidir. 

Kredit  təşkilatları  həyata  keçirdiyi  əməliyyatlar  barədə

 

bu  Qaydalarla  



müəyyən edilmiş formada (Əlavə № 1) QKDK-ya hesabat dövründən sonra 10 gün 

müddətində  rüblük  və  illik  hesabat  təqdim  etməlidirlər.  Mərkəzi  Banka  müvafiq 

hesabatlar prudensial hesabatlıq çərçivəsində təqdim edilir. 

1.5. Veksellərin uçotunu aparmaq hüququ olan hər bir kredit təşkilatı onların 

uçotunu tənzimləyən daxili qaydalara  malik olmalıdır

Kredit təşkilatları öz daxili 



qaydalarında qanunvericiliyə zidd olan müddəalar nəzərdə tuta bilməzlər. 

1.6.  Vekselin  aksepti,  təyin  olunmuş  ödəniş  vaxtına  görə  vekselin 

etibarsızlığı,  onun  ödənişə  təqdim  edilməsi,  ödənişdən  imtinaya  protest  verilməsi, 

veksel  üzrə  indossamentin  etibarsızlığı    və  veksel  dövriyyəsi  ilə  bağlı  bu 

Qaydalarla tənzimlənməyən digər məsələlər qanunvericiliklə tənzimlənir. 

 

      2. VEKSELLƏRİN UÇOTU ŞƏRTLƏRİ 

2.1.  Kredit  təşkilatları  qanunvericiliklə  müəyyən  edilmiş  bütün  rekvizitlərə 

tam uyğun olan sadə, köçürmə və xəzinə veksellərini (bundan sonra- veksel) uçota 

ala bilərlər.  

2.2. Kredit təşkilatları aşağıdakı vekselləri uçota ala bilməzlər: 

2.2.1.  aksept  olunmamış  və  ya  qismən  aksept  olunmuş  köçürmə  veksellər, 

habelə aksept barədə qeydin üstündən xətt çəkilmiş köçürmə veksellər; 

2.2.2. ödəniş üçün təqdim etmə vaxtı keçmiş veksellər;  

2.2.3. təyin edilmiş ödəniş vaxtına görə etibarsız olan veksellər; 

2.2.4.  bir  neçə  nüsxədə  verilmiş  veksellər,  əgər  onların  bütün  nüsxələrinin 

uçot üçün təqdim edilməsi mümkün deyilsə; 



 

4

2.2.5.  uçota  təqdim  edilənədək  veksel  üzrə  indossamentlər  blanklı  (adsız) 



olduqda. 

2.3. Kredit  təşkilatları  veksellərin  uçotu əməliyyatlarından  irəli  gələn kredit 

risklərini  tənzimləmək  məqsədilə  özlərinin  daxili  qaydalarında  aşağıdakılarla 

məhdudlaşdırılmamaqla  risklərin  tənzimlənməsi  üçün  veksellərin  uçotunun  əlavə 

şərtlərini müəyyən edə bilərlər: 

2.3.1.  vekseldə  müəyyən  sayda  ardıcıl  indossamentlərin  olmasının  və/və  ya 

indossamentlərin fasiləsizliyinin zəruriliyi; 

2.3.2. ödəyici və ya veksel üzrə öhdəlik daşıyan digər şəxs üçün üçüncü şəxs 

tərəfindən aval (veksel zaminliyi) verilməsi; 

2.3.3. ödənişdən imtina üzrə protestin olmaması; 

2.3.4.  vekselverənin  müəyyən  dövr  ərzində  protest  verilmiş  veksellərinin 

olmaması; 

2.3.5.  vekselin  ödəniş  müddətinə  onun  ödəniş  yerinə  göndərilməsi  üçün 

tələb olunan ağlabatan müddətdən qısa olmaması; 

2.3.6.  vekselin  üzərində  vekselverən  tərəfindən  “əmrinə  verilməsin”və  ya 

buna  oxşar  (“ancaq  ____(şəxsə)  ödənilsin”)  qeyd-şərtin  və  veksel  üzrə  sonrakı 

indossamenti qadağan edən qeyd-şərtin olmaması; 

2.3.7.  vekselin  verilməsini  şərtləndirən  əqd  barədə  məlumatların  təqdim 

edilməsi. 

2.4.  Bu  Qaydaların  2.3.1-2.3.2-ci  və  2.3.7-ci  bəndlərində  nəzərdə  tutulan 

müddəalar xəzinə veksellərinə şamil edilmir.  

2.5.  Kredit  təşkilatı  uçot  üçün  ona  təqdim  edilmiş  veksellərin  hüquqi  və 

iqtisadi cəhətdən etibarlılığını yoxlamalıdır. 

2.6.  Vekselin  hüquqi  etibarlılığını  yoxlayarkən  kredit  təşkilatı  vekselin 

qanunvericiliyin  tələblərinə  uyğun  tərtib  olunduğunu,  vekseli  uçota  almaq  üçün 

təqdim edən şəxsin vekselin qanuni sahibi olduğunu, vekselin dövlət qeydiyyatına 

alındığını  və  bu  Qaydalarda  nəzərdə  tutulmuş  digər  şərtlərə  uyğun  olduğunu 

müəyyən etməlidir.  




 

5

2.7.  Vekselin  iqtisadi  etibarlılığını  yoxlayarkən  kredit  təşkilatı  veksel  üzrə 



ödəyicinin, indossantların, avalçı və vekselverənin (veksel üzrə borcluların) ödəniş 

qabiliyyətinin  olmasını  müəyyən  etməlidir.  Kredit  təşkilatının  daxili  qaydalarında 

bu  məqsədlə  auditdən  keçmiş  maliyyə  hesabatlarının  və/və  ya  vergi  orqanlarına 

verilən  hesabatların,  maliyyə  vəziyyəti  haqqında  bank  arayışının  və  digər 

sənədlərin təqdim edilməsi nəzərdə tutula bilər. 

 

3. VEKSELLƏRİN UÇOTU  

3.1.  Vekseli  uçot  üçün  təqdim  edən  şəxs  onu  uçota  almaq  məqsədilə  kredit 

təşkilatına müraciət edərkən ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 

3.1.1.  Vekselin  əsli  (əlavə  vərəq  (allonj)  olduqda,  onunla  birlikdə),  əgər 

vekselin  əslində  onun  surəti  çıxarılanadək  edilmiş  sonuncu  indossamentdən  sonra 

yalnız  surətdəki  indossamentin  etibarlı  olması  barədə  qeyd  şərt  varsa,  vekselin 

surəti; 

3.1.2.  vekseli  uçot  üçün  təqdim  etmiş  şəxsin  eyniləşdirilmə  sənədləri 

(hüquqi  şəxsin  nizamnaməsi,  qeydiyyat  şəhadətnaməsi,  vətəndaşın  şəxsiyyət 

vəsiqəsi və s.); 

3.1.3. aval (veksel zaminliyi tələb olunduqda və ayrıca vərəqdə verildikdə); 

3.1.4. kredit təşkilatının veksellərin uçotu əməliyyatlarını tənzimləyən daxili 

qaydalarında nəzərdə tutulmuş digər sənədlər. 

3.2. Kredit təşkilatı uçot üçün qəbul olunmuş veksellərə görə vekseli təqdim 

edən  şəxsə  vekselin  qəbul  edilməsini  təsdiq  edən  qəbz  verir  və  təqdim  edilmiş 

vekseli xüsusi reyestrdə qeydə alır. Veksel uçota alındıqda və ya uçota alınmaqdan 

imtina edildikdə xüsusi reyestrdə müvafiq qeydlər edilməlidir.

 

3.3. Veksellər uçota alınmaq üçün blanklı (icranın həyata keçirilməli olduğu 



şəxs  göstərilmədən)  indossament  vasitəsilə  verilir.  Veksellər  uçota  qəbul 

olunduqdan  sonra  kredit  təşkilatı  tərəfindən  blanklı  indossamentin  üzərində 

“______________ “əmrinə ödənilsin” yazılışı aparılır və vekselin üzərinə “uçota  

      kredit təşkilatının adı 

alınmışdır” ştampı vurulur.  



 

6

3.4.  Bu  Qaydaların  2.5-2.7-ci  bəndlərində  nəzərdə  tutulmuş  qaydada 



veksellərin  hüquqi  və  iqtisadi  etibarlılığı  yoxlanıldıqdan  sonra  vekselin  uçotu 

barədə  qərar  qəbul  edilə  bilər.  Qərar  qəbul  edilməsi  səlahiyyəti  veksel  məbləğinə 

bərabər  məbləğdə  kredit  verilməsi  səlahiyyətinə  malik  kredit  təşkilatının  müvafiq 

təşkilati strukturuna və ya vəzifəli şəxsinə məxsusdur.  

3.5. Vekselin uçotu barədə qərar qəbul edildikdə kredit təşkilatı vekseli uçot 

üçün  təqdim  etmiş  şəxslə  vekselin  alqı-satqısı  barədə  müqavilə  bağlayır  və 

müvafiq diskont məbləğini çıxaraq veksel məbləğini ona ödəyir. 

3.6.  Kredit  təşkilatı  uçota  aldığı  hər  bir  veksel  üzrə  ayrıca  sənədlər  toplusu 

(veksel  qovluğu)  tərtib  etməli  və  vekseli  müşayiət  edən  bütün  sənədləri  həmin 

sənədlər toplusuna tikməlidir.  

 

4. UÇOTA ALINMIŞ VEKSELLƏRLƏ ƏMƏLİYYATLAR 

4.1. Kredit təşkilatları uçota aldığı veksellərlə aşağıdakı əməliyyatları həyata 

keçirə bilərlər: 

4.1.1.  qanunvericiliyə  müvafiq  qaydada  vekseli  yenidən  uçot  üçün  təqdim 

etmək; 

4.1.2. veksel vasitəsilə öz kreditorları ilə hesablaşmaq; 



4.1.3. vekseli özgəninkiləşdirmək; 

4.1.4. vekseli girov qoymaq; 

4.1.5. qanunvericiliklə qadağan edilməyən digər əməliyyatlar. 

 

5. PRUDENSİAL TƏLƏBLƏR 

5.1.  Veksellərin  uçotu  əməliyyatları  bank  kreditləri  üzrə  risklərin 

tənzimlənməsinə  dair  Mərkəzi  Bankın  müəyyən  etdiyi  prudensial  normativlərə 

(tələblərə)  uyğun  olmalı  və  kredit  təşkilatları  bu  normativlərin  (tələblərin) 

pozulmasına yol verməməlidirlər.  

5.2.  Kredit  təşkilatları  veksellərin  uçotu  əməliyyatlarından  dəyə  biləcək 

mümkün  zərərlər  üzrə  Mərkəzi  Bankın  müvafiq  normativ  xarakterli  aktlarına 

uyğun olaraq xüsusi ehtiyatlar yaratmalıdırlar. 




 

7

 



6. YEKUN MÜDDƏALAR 

6.1. Bu Qaydalar təsdiq olunduğu gündən qüvvəyə minir. 

6.2.  Bu  Qaydalar  qüvvəyə  mindiyi  gündən  Azərbaycan  Respublikası 

Prezidenti  yanında  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi  tərəfindən  qəbul 

edilmiş  02.02.2000-ci  il  tarixli  “Azərbaycan  Respublikasında  veksellərin 

dövriyyəsi  haqqında  Əsasnamə”nin  16.2-ci  və  16.5-ci  bəndləri  kredit  təşkilatları 

tərəfindən aparılan veksellərin uçotu üzrə əməliyyatlarına şamil edilmir.  



 

8

“Kredit təşkilatlarında veksellərin uçotunun 



aparılması Qaydaları”na Əlavə № 1 

 

UÇOT TƏŞKİLATLARI TƏRƏFİNDƏN  



VEKSELLƏRİN UÇOTU İLƏ BAĞLI HƏYATA KEÇİRİLƏN 

ƏMƏLİYYATLARIN 

__________ -ci il ÜZRƏ RÜBLÜK (İLLİK) HESABATI 

Uçot  təşkilatının  tam  adı,  hüquqi  ünvanı,  bank  rekvizitləri  və  VÖEN 

__________________________________________________________________ 

__________________________________________________________________

__________________________________________________________________

__________________________________________________________________ 

Sıra 

nömrəsi 


 

Dövr 


Uçota 

alınmış 


veksellərin 

ümumi sayı 

Veksellərin 

ümumi 


məbləği 

(valyutası 

ilə birlikdə) 

Veksellərin 

blankının 

seriyası, 

nömrəsi, 

eləcə 


də 

dövlət 


qeydiyyatına 

alınması 

tarixi, 

qeydiyyat 

nömrəsi 

Veksellər 

arasında 

zədələnən, 

itirilən, 

xarab  olan 

veksellərin 

sayı 


Veksellər 

arasında 

ödənilən 

veksellərin 

sayı 

1. 


 

 

 

 

 

 

2. 


 

 

 

 

 

 

3. 


 

 

 

 

 

 

4. 


 

 

 

 

 

 

5. 


 

 

 

 

 

 

 

İdarə Heyətinin Sədri __________________________    _______________                      



                                               

  (S.A.A.) 

(imza) 

Baş mühasib                __________________________    _______________ 



                                                        (S.A.A.) 

(imza)

 

 

Yüklə 53,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə