«Təsdiq edilmişdir»



Yüklə 445,6 Kb.
Pdf görüntüsü
səhifə1/16
tarix27.03.2018
ölçüsü445,6 Kb.
#34843
  1   2   3   4   5   6   7   8   9   ...   16


 

 



 

«

Təsdiq edilmişdir»

 

“Bakı Fond Birjası” QSC-nin  



İdarə Heyəti 

Protokol № 08 

“30” dekabr 2015-ci il 

 

 

Sədr ______________ F.Əzizov 

 

 

 



 

BAKI FOND BİRJASINADA  

QİYMƏTLİ KAĞIZLAR VƏ TÖRƏMƏ MALİYYƏ ALƏTLƏRİ ÜZRƏ 

TİCARƏTİN TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİ 

QAYDALARI 

 

 



I HİSSƏ: ÜMUMİ MÜDDƏALAR

 

 

Maddə 1 

 

QAYDALARIN MƏQSƏDİ VƏ TƏTBİQİ DAİRƏSİ

 

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Qiymətli Kağızlar Bazarı 

haqqında  Qanun”a  və  Azərbaycan  Respublikası  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi 

(bundan  sonra  -  QKDK)  tərəfindən  qəbul  edilmiş  normativ-hüquqi  aktlara,  “Bakı  Fond 

Birjası”  QSC-nin  (bundan  sonra  -  Birja)  nizamnaməsi,  daxili  qaydalarına  uyğun 

hazırlanmışdır. 

 

1.2. Bu Qaydalar “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyətində (bundan sonra – Birja) 



qiymətli  kağızlarla  və  törəmə  maliyyə  alətləri  ilə  ticarətin  təşkili,  keçirilməsi  və 

tənzimlənməsi qaydalarını müəyyən edir.

 

 

Maddə 2



 

 

ƏSAS ANLAYIŞLAR 

 

2.1 Bu Qaydaların məqsədlərinə görə onda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları 

ifadə edəcəkdir: 

 

2.1.1.  Birja  üzvü  -  Müraciət  əsasında  Birjanın  daxili  qaydalarına  uyğun  olaraq  Birja 

ticarətində  bilavasitə  iştirak  etmək  hüququna  malik  olan,  öz  adından  öz  hesabına  və  öz 

adından müştərilərinin hesabına fond birjasında ticarətdə iştirak etmək üçün qanunvericiliyə 




 

 



müvafiq olaraq QKDK tərəfindən müvafiq lisenziyaya sahib olan investisiya şirkətidir. Birja 

üzvləri hüquqi şəxslərdir;

 

 

2.1.2.  Səlahiyyətli  treyder  –  Birja  üzvünün  işçisi  olub,  QKDK  tərəfindən  verilmiş  müvafiq 

ixtisas  şəhadətnaməsinə  malik  olan,  ticarət  iştirakçısının  adından  Birjada  sifarişlərin  elan 

edilməsi  və  əqdlərin həyata keçirilməsi  üçün səlahiyyət  verilmiş  Akkreditə  şəhadətnaməsinə 

malik şəxsdir; 

 

 

2.1.3.  Ticarət  sistemi  -  Birjanın  proqram  təminatı,  verilənlər  bazası,  telekommunikasiya 

sistemləri  və  digər  avadanlıqlarından  ibarət  olmaqla,  həm  bilavasitə  birjanın  ticarət  zalında, 

həm  də  ondan  kənarda  (daxil  olmaq  üçün  terminal  vasitəsi  ilə)  birja  əməliyyatları  və 

əqdlərinin həyata keçirilməsi üçün zəruri olan məlumatları təmin etmək, saxlamaq, işləmək və 

açıqlamaq imkanı verən proqram təminatı və kompüter şəbəkə sistemidir;

 

 

2.1.4. Listinq qiyməti (ilkin ticarət qiyməti) – Birjada listinqdən keçmiş qiymətli kağızların 

ilk dəfə olaraq ticarətə buraxıldığı qiymətdir.  Listinq qiyməti (ilkin ticarət qiyməti) aşağıdakı 

qaydada təyin olunur: 

 

a) qiymətli  kağızların kütləvi təklif olunduğu qiymət;  



b) qiymətli kağızlar digər tənzimlənən bazarda listinqdə  olduqda,  onların  bu  bazarda ticarət  

olunduğu qiymət (manat ekvivalentində);  

c) bu bəndin “a” və ya “b” yarımbəndlərinə müvafiq olaraq, qiymətli kağızların ilkin ticarət  

qiymətini  təyin  etmək  mümkün  olmadıqda,  bu  qiymət  qiymətli  kağızların  listinqə  daxil 

edilməsi üçün müraciət etmiş şəxs tərəfindən təyin edilir. 

 

2.1.5.  İstinad  qiyməti 



– 

Birjada  ticarətə  buraxılmış  qiymətli  kağızlar  və  törəmə  maliyyə 

alətləri üzrə bu Qaydaların 6-cı bəndi ilə müəyyən edilən qiymətdir;

 

 

2.1.6.  Orta  çəkili  qiymət  –   Ünvanlı  əqdlər istisna olmaqla,  Birjada ticarətə  buraxılmış hər 

bir  qiymətli  kağız  və  törəmə  maliyyə  aləti  üzrə  müəyyən  dövr  ərzində  bağlanılmış  əqdlərin 

qiymətinin,  bu  əqdlərin  bağlanıldığı  qiymətli  kağız  və  törəmə  maliyyə  aləti  üzrə  ümumi 

əqdlərin həcmində çəkisini nəzərə almaqla hesablanan riyazi ortasıdır;

 

 

2.1.7.  Açılış  qiyməti –  Ünvanlı əqdlər istisna olmaqla, ticarət  günü ərzində Birjada ticarətə 



buraxılmış  hər  bir  qiymətli  kağız  və  törəmə  maliyyə  aləti  üzrə  bağlanılmış  ilk  əqdin 

qiymətidir. Ünvanlı əqdlər istisna olmaqla, ticarət günü ərzində hər hansı bir qiymətli kağız və 

ya  törəmə  maliyyə  aləti  üzrə  əqd  bağlanılmadıqda  bu  qiymətli  kağız  və  ya  törəmə  maliyyə 

aləti üzrə açılış qiyməti təyin edilə bilməz;

 

 

2.1.8.  Bağlanış  qiyməti  –    Ünvanlı  əqdlər  istisna  olmaqla,  ticarət  günü  ərzində  Birjada 



ticarətə  buraxılmış  hər  bir  qiymətli  kağız  və  törəmə  maliyyə  aləti  üzrə  bağlanılmış  sonuncu 

əqdin qiymətidir. Ünvanlı əqdlər istisna olmaqla, ticarət  günü ərzində hər hansı bir qiymətli 

kağız və  ya törəmə maliyyə  aləti üzrə əqd bağlanılmadıqda bu qiymətli  kağız və  ya törəmə 

maliyyə aləti üzrə bağlanış qiyməti təyin edilə bilməz;

 



 

 



2.1.9.  Lot  ölçüsü    Bir  sifarişdə  göstərilə  bilən  qiymətli  kağızların  və  ya  törəmə  maliyyə 

alətlərinin  minimal  sayıdır.  Bütün  sifarişlər  bu  Qaydalarla  müəyyən  edilmiş  lot  ölçüsündə 

təqdim edilir;

 

 



2.1.10.  Qiymət  addımı 

– 

Birjada  ticarətə  buraxılmış  qiymətli  kağızlar  və  törəmə  maliyyə 



alətləri üzrə Birja tərəfindən müəyyən edilmiş minimal qiymət dəyişikliyidir;

 

 

2.1.11.  Rəqabətli  sifariş  –  alınacaq  istiqrazların  qiymətini  və  miqdarını  özündə  əks  etdirən 

istiqrazların  hərrac  qaydasında  yerləşdirilməsi  və  geriyə  alışı  zamanı  istifadə  olunan 

istiqrazların  emitentinin  adından  çıxış  edən  birja  üzvünə  ünvanlanmış  bazar  qiymətli 

sifarişdir;

 

 

2.1.12.  Qeyri-rəqabətli  sifariş  –  alınacaq  istiqrazların  məbləğini  özündə  əks  etdirən 

istiqrazların  hərrac  qaydasında  yerləşdirilməsi  və  geriyə  alışı  zamanı  istifadə  olunan 

istiqrazların  emitentinin  adından  çıxış  edən  birja  üzvünə  ünvanlanmış  bazar  qiymətli 

sifarişdir;

 

 



2.1.13.  Sifarişlər  kitabı  –  Birjada  ticarətə  buraxılmış  hər  bir  qiymətli  kağız  və  törəmə 

maliyyə aləti üzrə ticarət sisteminə daxil edilmiş sifarişlərin və kotirovkaların sistemli şəkildə 

qeydiyyata  alındığı  və  bu  Qaydalara  müvafiq  olaraq  vaxt  və  qiymət  prinsipi  ilə  icra  üçün 

sıralandığı, qeydiyyata alınmış sifarişlərin və kotirovkaların məcmu şəkildə və ayrı-ayrılıqda 

davamlı olaraq əks olunduğu elektron yazıların məcmusudur. Sifarişlər kitabında sifariş və ya 

kotirovkaları  təqdim etmiş  birja üzvü barədə məlumat qeyd olunmur. Ticarət  iştirakçılarının 

sifarişlər kitabına çıxışı bu Qaydalara müvafiq şəkildə təmin edilir

 

 



2.1.14.  Ən  yaxşı  qiymət  –  Alış  istiqamətli  sifarişlər  (kotirovkalar)  üzrə  ən  yüksək  alış 

qiyməti, satış  istiqamətli sifarişlər (kotirovkalar) üzrə ən aşağı satış qiymətidir;

 

 

2.1.15.  Ticarət  günü 

– 

Birja tərəfindən qeyri-ticarət  günü olaraq elan edilməmiş iş günüdür. 



Birjada  ticarət  xarici  bazarlarda  ticarət  olunan  baza  aktivləri  ilə  təşkil  olunduqda,  ticarət 

günləri bu bazarlarda tətbiq edilən iş günləri olaraq qəbul edilir;

 

 

2.1.16. Ticarət saatları – Birjada ticarət günün ticarətin keçirildiyi hissəsidir



 

2.1.17.  Ticarət  təqvimi 

– 

Ticarət və qeyri-ticarət günlərinin Birjanın İdarə Heyəti tərəfindən 



təsdiq edilən siyahısıdır;

 

 

2.1.18. Ticarət reqlamenti – Birjada ticarət saatlarını və ticarət fazalarının başlama və bitmə 

vaxtını əks etdirən Birjanın İdarə Heyəti tərəfindən təsdiq edilən sənəddir; 

 

2.1.19.  Ticarət  üsulu 



– 

Birjanın  ticarət  sistemi  vasitəsi  ilə  bu  Qaydalara  uyğun  olaraq 

sifarişlərin uzlaşması yolu ilə əqdlərin bağlanılması üsuludur;

 

 

2.1.20.  Ticarət  fazası  –  ticarət  üsulunu  tətbiq  etməklə  ticarətin  təşkil  olunduğu  ticarət 

reqlamenti ilə müəyyən edilən dövrdür; 




Yüklə 445,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə