Təsdiq edilmişdir



Yüklə 117,31 Kb.
tarix25.06.2018
ölçüsü117,31 Kb.
#51372


 

 



 

“Təsdiq edilmişdir” 

 

 

Azərbaycan Respublikası 



 

 

Mərkəzi Bankı 



 

 

Qərar № 



 

 

“__” ________ 2016-cı il 



 

 

 



 

Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında 

nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası  

 

Q A Y D A L A R I 

 

1. Ümumi müddəalar 

1.1.  Bu  Qaydalar  "Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında" 

Azərbaycan Respublikası Qanununun 37.0.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır 

və    Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  bankların,  bank  filialları  və 

şöbələrinin, xarici bankların yerli filiallarının, həmçinin bank olmayan kredit təşkilatlarının 

(bundan  sonra-kredit  təşkilatları)  nağd  pul  və  digər  qiymətlilər  (bundan  sonra  – 

qiymətlilər)  saxlanılan  yerlərinə  dair  tələbləri  və  qiymətlilərin  inkasassiyası  qaydalarını 

müəyyənləşdirir.  

1.2.  Kredit  təşkilatlarının  struktur  bölmələrində  eyni  adlı  vəzifələr  olmadıqda,  bu 

Qaydalarla müəyyən edilmiş vəzifələri həmin funksiyaları icra edən əməkdaşları daşıyır. 

 

1.3.  Kredit  təşkilatlarının  təşkilatı  strukturunda  və  ya  struktur  bölmələrinin 



adlarında  dəyişiklik  olduqda  bu  Qaydalarda  müəyyən  edilmiş  səlahiyyətlər  müvafiq 

sahələrə məsul yeni struktur bölmələr tərəfindən həyata keçirilir. 

 

 

2. Anlayışlar 

2.1.  Bu Qaydaların məqsədləri üçün anlayışlar aşağıdakı mənaları ifadə edir: 

2.1.1.  inkassasiya -  qiymətlilərin  olduğu yerdən təyinatı yerinə daşınması; 

2.1.2.  inkassator -  qiymətlilərin inkassasiyasını həyata keçirən şəxs. 




 

2.1.3.  qablaşdırma  vahidi  –  içərsində  qiymətlilər  olan  konteyner,  qutu,  torba,  zərf 



və sair bağlı vasitə;

 

2.1.4.  pul saxlancı – qiymətlilərin saxlandığı xüsusi yer, sahə; 



2.1.5.  plomb-  pul  saxlanan  yerlərin  və  qablaşdırma  vahidlərinin  bağlanması  üçün 

nəzərdə tutulan və təkrar istifadəsi mümkün olmayan nömrəli bağlama vasitəsi. 



 

3. 

Qiymətlilərin saxlanmasına dair tələblər 

3.1.  Kredit təşkilatlarında qiymətlilər pul saxlancında saxlanmalıdır. 

3.2.  Kredit təşkilatlarının 100 (bir yüz) min manatdan çox qiymətlilər saxlanılan pul 

saxlancları aşağıdakı texniki və təhlükəsizlik tələblərinə cavab verməlidir: 

3.2.1.  hündürlüyü döşəmədən daxili tavana qədər 2.7 metrdən az olmamalıdır; 

3.2.2.  tavanı ilə üst mərtəbənin döşəməsi arasında 25 sm-dən az olmayan boşluq 

olmalıdır; 

3.2.3.  divarların  qalınlığı  400  mm-dən  az  olmayan  və  dəmir-beton  qurşaqlar  ilə 

gücləndirilmiş kərpiç, daş və beton blok hörgüsü, 100-200 mm olan monolit dəmir-beton 

və ya ekvivalent  möhkəmliyə malik digər konstruktiv materiallardan olmalıdır; 

3.2.4.  döşəməsi  60  santimetrdən  az  olmayan  dəmir-beton  və  ya  ekvivalent   

möhkəmliyə malik digər konstruktiv materiallardan olmalıdır; 

3.2.5.  alt hissəsi boşluq və ya zirzəmi olmamalıdır; 

3.2.6.  pul  saxlancının  divarları  kredit  təşkilatının  çöl  divarlarından  tam  ayrı 

olmalıdır; 

3.2.7.  girişində  bir-birinin  ardınca  iki  qapı  quraşdırılmalı,  birinci  qapı  dəmirdən, 

ikinci  qapı  isə  dəmir  barmaqlıqdan  hazırlanmalı,  hər  iki  qapının  çərçivəsi  divarın  metal 

konstruksiyasına qaynaq edilməlidir;  

3.2.8.  pul  saxlancında  fövqəladə  vəziyyət  üçün  ehtiyat  qapı  və  ya  keçid 

quraşdırılmalıdır; 

3.2.9.  giriş  qapısında,  divarlarında,  döşəməsində  və  tavanında  mühafizə 

siqnalizasiya vasitələri (hərəkət, səs, titrəyiş və s. detektorlar) quraşdırılmalıdır; 

3.2.10.  təhlükəsizliyin  təmin  edilməsi  üçün  pul  saxlancının  ətrafındakı  sahələr 

videomüşahidə kameraları ilə təchiz edilməlidir;  




 

3.2.11.  pul  saxlancının  qapılarının  açılıb  bağlanmasını  müşahidə  etmək  məqsədi 



ilə videomüşahidə kameralarından ən azı biri pul saxlancının girişinə yönəldilməlidir; 

3.2.12.  pul saxlancı metal dolablarla və/və ya seyflə (seyflərlə) təchiz olunmalıdır; 

3.2.13.  pul saxlancı müvafiq havalandırma sistemləri ilə təmin olunmalıdır; 

3.2.14.  pul saxlancına yalnız kredit təşkilatının daxili qaydaları ilə müəyyən edilmiş 

şəxslərin daxil olmasına nəzarət edilməlidir. 

3.2.15.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  17.05.1994-cü  il  tarixli 

197 

nömrəli 


Qərarı 

ilə 


təsdiq 

edilmiş 


“Azərbaycan 

Respublikası 

DİN-nin 

Müəssisədənkənar Mühafizə xidməti haqqında Əsasnamə” və 07.02.2008-ci il tarixli 32 

nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanları tərəfindən mühafizə olunan obyektlərin 

Siyahısı”na uyğun olaraq DİN-nin Müəssisədənkənar Mühafizə xidməti (bundan sonra - 

mühafizə  polisi)  bankda,  o  cümlədən,  bankın  pul  saxlancında  quraşdırılmış  mühafizə 

siqnalizasiya  vasitələrini  istismara  qəbul  etməli  və  bank  mühafizə  polisi  əməkdaşları 

tərəfindən  qorunmalıdır  (qeyri-iş  saatlarında  mühafizə  siqnalizasiya  vasitələrinin 

mühafizə  polisinin  mərkəzləşdirilmiş  müşahidə  məntəqələrinə  qoşulması  halları  istisna 

olmaqla). 

3.3.  100  (bir  yüz)  min  manatadək  qiymətlilər  saxlanan  kredit  təşkilatlarının  pul 

saxlancı  ən  azı  daşınması  mümkün  olmayan  və  yanğına  davamlı  seyfdən  ibarət 

olmalıdır. Seyf ən azı 2 (iki) açarla bağlanmalı və birdəfəlik plomblanma imkanına malik 

olmalıdır. Seyfin açılması və bağlanması kredit təşkilatının səlahiyyətli idarəetmə orqanı 

tərəfindən müəyyən olunmuş şəxslər tərəfindən həyata keçirilməlidir. 

3.4.  Kredit  təşkilatlarının  pul  saxlancında  günün  sonunda  saxlanılan  qiymətlilərin 

dəyəri  bu  Qaydaların  3.3-cü  bəndində  müəyyən  olunmuş  limiti  keçdikdə,  limitdən  artıq 

vəsait  bu  Qaydaların  3.2-ci  bəndi  ilə  müəyyən  edilmiş  tələblərə  cavab  verən  pul 

saxlancına malik kredit təşkilatlarına və ya Mərkəzi Banka təhvil verilməlidir. 

 

4.  Kredit təşkilatlarında pul saxlancının açılması və bağlanması 

4.1.  Pul saxlancı ən azı iki açarla kredit təşkilatının ən azı iki əməkdaşı tərəfindən 

açılıb bağlanmalıdır. 



 

4.2.  Pul  saxlancları  mütərəqqi-texnoloji  vasitələrdən  (elektron  açar,  şifrə,  göz, 



barmaq  izləri  skaneri  və  s.)  istifadə  etməklə  də  açılıb  bağlana  bilər,  bu  şərtlə  ki,  bu 

Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan tələblərə əməl edilsin. 

4.3.  Açar sahibləri kredit təşkilatının İdarə Heyəti tərəfindən müəyyənləşdirilir. 

4.4.  Açarların  biri  kassa  müdirinə,  digərləri  isə  qiymətlilərlə  bilavasitə  əməliyyat 

aparmayan şəxslərə həvalə edilməlidir. 

4.5.  Açar  sahibləri  müəyyən  səbəblərə  (xəstəlik,  məzuniyyət,  ezamiyyət  və  s.) 

görə işdə olmadıqda açarlar kredit təşkilatının İdarə Heyətinin qərarı ilə müəyyən edilən 

şəxslərə verilir. 

4.6.  Açar sahibləri tərəfindən onlara etibar edilən açarların digər açar sahibinə və 

ya başqa şəxslərə verilməsi qadağandır. 

4.7.  Açar sahiblərinin vəzifələri aşağıdakılardır: 

4.7.1.  təhlükəsizlik  qaydalarına  riayət  etməklə  saxlanca  qiymətlilərin  qəbul 

edilməsi, yerləşdirilməsi və saxlanılması; 

4.7.2.  pul  saxlancına  qiymətlilərin  mədaxili  və  məxarici  əməliyyatlarının 

təsdiqlənməsi; 

4.7.3.  pul saxlancında olan qiymətlilərin uçotunun aparılması; 

4.7.4.  pul  saxlancında  əməliyyatların  aparılmasına  dair  kredit  təşkilatlarının 

sənədlərinin imzalanması; 

4.7.5.  pul  saxlancında  təhlükəsizlik  tələblərinə  əməl  olunmasına  nəzarətin  təmin 

edilməsi  və  lazım  gəldikdə  bu  tələblərin  gücləndirilməsi  üçün  kredit  təşkilatlarının 

rəhbərliyi qarşısında məsələnin qaldırılması. 

4.8.  Pul  saxlancının  ehtiyat  açarları  olmalıdır.  Ehtiyat  açarları  qablaşdırma 

vahidinə  qoyulmalı  və  kredit  təşkilatının  möhürü  ilə  möhürlənərək  saxlanılmaq  üçün 

yaxınlıqda  yerləşən  digər  kredit  təşkilatına,  Azərbaycan  Respublikasının  Mərkəzi 

Bankına və ya onun ərazi idarələrinə təhvil verilməlidir.  

4.9.  Pul  saxlancını  bağlamazdan  əvvəl  açar  sahibləri  orada  aparılmış 

əməliyyatların  kredit  təşkilatının  uçot  sənədlərində  tam  və  düzgün  əks  olunduğunu 

yoxlayır  və  saxlanca  vizual  baxış  keçirirlər.  Qiymətlilərin  faktiki  qalığı  ilə  uçot 

sənədlərində  göstərilən  qalıq  məbləğləri  üzləşdirilir  və  açar  sahibləri  tərəfindən  pul 



 

saxlancının  qalıqları  “Pul  saxlancının  uçotu  kitabı”nda  (Əlavə  1)  qeyd  olunur  və 



imzalanır. 

4.10. Pul  saxlancı  iş  gününün  sonunda  bağlanarkən  “Pul  saxlancının  açılması  və 

bağlanması  kitabı”nda  (Əlavə  2)  açar  sahibləri  və  mühafizə  polisi  əməkdaşı  tərəfindən 

qarşılıqlı  imza  edilməklə  mühafizə  polisi  əməkdaşına  mühafizəyə  təhvil  verilir.  Pul 

saxlancının  mühafizə  polisinin  mərkəzləşdirilmiş  müşahidə  məntəqəsinə  mühafizəyə 

təhvil verildiyi halda mühafizə polisi əməkdaşının imzası tələb olunmur.

 

 

4.11. Pul  saxlancı  açılmazdan  əvvəl  açar  sahibləri  tərəfindən  mühafizə  polisi 



əməkdaşının  iştirakı  ilə  qapıların  və  digər  sahələrin  salamatlığı  yoxlanılır.  Qapıların  və 

xəzinəətrafı sahələrin zədələnmədiyinə əmin olduqdan sonra pul saxlancı açar sahibləri 

tərəfindən “Pul saxlancının açılması və bağlanması kitabı” nda imza edilməklə açılır. 

4.12. Pul saxlancına kənar şəxslər tərəfindən daxil olma faktı və ya cəhdi müəyyən 

edildikdə,  yaxud  bu  barədə  şübhə  yarandıqda,  dərhal  kredit  təşkilatının  rəhbərinə 

məlumat verilir. Bu zaman açar sahibləri tərəfindən mühafizə polisi əməkdaşının iştirakı 

ilə akt tərtib edilir. 

4.13. Pul  saxlancları  əməliyyat  aparılıb-aparılmamasından  asılı  olmayaraq  ən  azı 

ayda bir dəfə açılmalı və yoxlanılmalıdır. 

4.14. Bu Qaydaların 4.9-cu və 4.10-cu bəndlərində nəzərdə tutulmuş kitablar tikilir, 

vərəqləri  nömrələnir,  arxa  tərəfində  səhifələrin  sayı  göstərilməklə  kredit  təşkilatının 

rəhbərinin imzası və möhürü ilə təsdiq edilir. Kredit təşkilatının filial və şöbələrinə aid bu 

kitablar  eyni  qaydada  kredit  təşkilatının  rəhbərinin  imzası  və  bankın  möhürü  ilə  təsdiq 

edilir. 


 

5. 

İnkassasiya işinin təşkili 

5.1.  Qiymətlilərin  inkassasiyasını  həyata  keçirmək  üçün  kredit  təşkilatları 

tərəfindən inkassasiya xidməti yaradılır. 

5.2.  Qiymətlilərin  inkassasiyası  kredit  təşkilatlarının  daxili  prosedur  qaydaları 

əsasında təşkil edilir. 

5.3.  kredit təşkilatının daxili qaydalarında ən azı aşağıdakılar müəyyən edilməlidir: 

5.3.1.  inkassator briqadasının təşkili; 

5.3.2.  inkassasiya zamanı qiymətlilərin qəbulu və təhvili qaydaları; 




 

5.3.3.  inkassasiya zamanı qiymətlilərin təhlükəsizliyinin təmin edilməsi; 



5.3.4.  qiymətlilərin inkassasiyası ilə bağlı məsuliyyət. 

5.4.  kredit  təşkilatının  inkassasiya  xidmətinin  rəhbəri  qiymətlilərin  inkassator 

briqadası tərəfindən daşınması işini təşkil edir. 

5.5.  Qiymətlilərin  inkassasiyasını  həyata  keçirən  inkassasiya  briqadası  “Xidməti 

və  mülki  silah  haqqında” Azərbaycan  Respublikasının  Qanununa  uyğun  olaraq  xidməti 

silah və döyüş sursatları ilə  təmin  edilməli  və  ya  mühafizə polisinin  silahlı  müşayiəti  ilə 

təmin olunmalıdır. 

5.6.  İnkassator briqadası ən azı iki inkassatordan ibarət olmalıdır. 

5.7.  İnkassatorlar  fiziki  cəhəddən  sağlam  olmalı,  silahlardan  istifadə  etmək 

bacarığına  malik  olmalıdırlar.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin 

05.05.1998-ci  il  tarixli  107  nömrəli  Qərarına  uyğun  olaraq  inkassatorların  sağlamlıq 

haqqında  tibbi  arayışı  olmalı  və  Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirliyinin 

Kollegiyasının 13 dekabr 2012-ci il tarixli 46 nömrəli Qərarına uyğun olaraq ildə bir dəfə 

icbari tibbi müayinədən keçməlidirlər. 

5.8.  İnkassator  briqadası  aşağıdakı  minimum  texniki  vasitələr  ilə  təchiz 

olunmalıdır: 

5.8.1.  zirehli nəqliyyat vasitəsi; 

5.8.2.  mobil rabitə vasitəsi; 

5.8.3.   zirehli gödəkçə. 

5.9.  Daşınmalarda  istifadə  olunan  nəqliyyat  vasitələri  minimum  aşağıdakılarla 

təchiz edilir: 

5.9.1.   radioqəbuledici və ötürücüsü; 

5.9.2.  həyəcan siqnalı, sayrışan işıqlar; 

5.9.3.   müvafiq tibbi vasitələrlə təchiz edilmiş ilk tibbi yardım çantaları. 

5.10.  Silahlı inkassasiya xidməti olan kredit təşkilatlarında qiymətlilərin inkassasiya 

xidməti üçün xidməti silahların və döyüş sursatlarının saxlanması, habelə silahların güllə 

ilə doldurulması və  boşaldılması üçün xüsusi təchiz olunmuş sahə olmalıdır. 

5.11. Daşınmaların həyata keçirilməsi zamanı xidməti silahdan istifadə “Xidməti və 

mülki  silah  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  uyğun  olaraq  həyata 

keçirilir. 




 

5.12. Daşınmaların  həyata  keçirilməsi  zamanı  inkassasiya  xidmətinin  rəhbəri 



tərəfindən daşınmada iştirak edəcək inkassator briqadasının tərkibi müəyyən edilir. 

5.13. Qiymətlilər  qəbul  edildikdə,  nəqliyyat  vasitəsinə  yığıldıqda,  boşaldıldıqda  və 

təhvil  verildikdə  qiymətlilərin  qablaşdırma  vahidləri  mütləq  sayılmalıdır.  Bu  proses 

daşınmada  iştirak  edən  inkassatorlar  briqadasının  bütün  üzvlərinin  iştirakı  ilə  həyata 

keçirilir. 

5.14. Qiymətlilərin daşınması zamanı inkassatorlar briqadasının müəyyən olunmuş 

marşrutdan  və  qrafikdən  kənarlaşması,  nəzərdə  tutulmayan  məntəqələrdə  dayanması, 

habelə nəqliyyat vasitəsində kənar şəxslərin və yüklərin daşınması qadağandır. 

5.15. Qiymətlilərin  inkassasiyası  zamanı  nəqliyyat  vasitəsi  sıradan  çıxarsa  və  ya 

inkassasiyanın davamına  mane olan digər  hadisə baş verərsə dərhal kredit  təşkilatının 

rəhbərliyinə  məlumat  verilməli,  qiymətlilərin  mühafizəsi  təşkil  edilməli  və  qiymətlilərin 

təyinatı yerinə çatdırılması üçün şəraitə uyğun olaraq qərar qəbul edilməlidir. 

5.16. İnkassasiya  xidməti  olmayan  kredit  təşkilatları  qiymətlilərin  daşınmasını  bu 

Qaydalarla müəyyən edilmiş tələblərə cavab verən inkassasiya xidməti olan digər bank 

vasitəsi ilə həyata keçirir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

“Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit 



təşkilatlarında nağd pul və digər qiymətlilərin saxlanması 

və inkassasiyası Qaydaları”na Əlavə №1 



 

 

 

 

______________________________________________________________________ 

(Kredit təşkilatının adı) 

 

 

 

 

 

 

Pul saxlancının uçotu 

 

KİTABI 

 

 

 

 

 



 

Nominallar (manatla) 



Qalıq 

________tarixə 



Qalıq 

________tarixə 



Qalıq 

_________tarixə 



Qalıq 

________tarixə 



Əskinaslar 

 

 



 

 



 

 

 



 

 



 

 

 



10 

 

 



 

 

20 



 

 

 



 

50 


 

 

 



 

100 


 

 

 



 

Cəmi əskinaslar: 

 

 



 

 

 

 

 

 



 

Qəpiklər 

 

 



 

 



 

 

 



 

 



 

 

 



 

 



 

 

10 



 

 

 



 

20 


 

 

 



 

50 


 

 

 



 

Cəm qəpiklər: 

 

 



 

 

 

 

 

 



 

Xarici valyuta 

 

 



 

 

USD 



 

 

 



 

EUR 


 

 

 



 

GBP 


 

 

 



 

RUB 


 

 

 



 

YTL 


 

 

 



 

digər 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 



 

 

 

 



 

 

1-ci açar sahibi: 

 

 

 



 

2-ci açar sahibi: 

 

 



 

 

digər açar sahibi (əgər 

 

 

 



 

 



10 

 

 



Qalıq 

Qalıq 

Qalıq 

Qalıq 

Nominallar (manatla) 

 

 



 

 

Əskinaslar 

 

 

 



 

 



 

 

 



 

 



 

 

10 



 

 

 



 

20 


 

 

 



 

50 


 

 

 



 

100 


 

 

 



 

Cəmi əskinaslar: 

 

 



 

 

 

 

 

 



 

Qəpiklər 

 

 



 

 



 

 

 



 

 



 

 

 



 

 



 

 

10 



 

 

 



 

20 


 

 

 



 

50 


 

 

 



 

Cəm qəpiklər: 

 

 



 

 

 

 

 

 



 

Xarici valyuta 

 

 



 

 

USD 



 

 

 



 

EUR 


 

 

 



 

GBP 


 

 

 



 

RUB 


 

 

 



 

YTL 


 

 

 



 

digər 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

1-ci açar sahibi: 

 

 

 



 

2-ci açar sahibi: 

 

 



 

 

digər açar sahibi (əgər 




11 

 

_____________________________________________________________________________ 



(Kredit təşkilatının adı) 

 

 

 

TƏSDİQ QEYDİ 

 

 

Bu kitabda …....…...vərəq tikilib,səhifələnib və  

möhürlənib 

 

 



 

 

 



(vərəqlərin sözlə sayı ) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Rəhbər: 

 

Baş mühasib:    

                                   

                                                                                                     «___»________________20 __cı il. 


12 

 

                               



“ Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit  

təşkilatlarında nağd pul və digər qiymətlilərin saxlanması 

 və inkassasiyası Qaydaları”na Əlavə №2 

 

 

______________________________________________________ 



(Kredit təşkilatının adı)

 

 

 



 

 

Pul saxlancının açılması və bağlanması  



 

K İ T A B I  

  

 



 

 

 



 

 

 




13 

 

 



Tarix 

Pul saxlancını açan və 

bağlayan şəxslərin  adı, 

soyadı, vəzifəsi və imzası 

Pul saxlancının açılma və bağlanma vaxtı  

Pul saxlancını 

mühafizəyə 

qəbul etmiş 

mühafizəçinin 

adı, soyadı və 

imzası (kredit 

təşkilatı 

mərkəzləşdirilmi

ş müşahidə 

məntəqəsinə 

qoşulmadıqda) 

Açılma 

Bağlanma 

Saat və 

dəqiqə  

İmza 

Saat və 

dəqiqə 

İmza 

  

 

 

 

 

  

  

 

 

 



 

 

 



  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



14 

 

______________________________________________________________________ 



(Kredit təşkilatının adı)

 

 

 



TƏSDİQ QEYDİ 

 

 

Bu kitabda …....…...vərəq tikilib,səhifələnib və  

möhürlənib 

 

 



 

 

 



(vərəqlərin sözlə sayı ) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Rəhbər: 



 

Baş mühasib:    

                                   

                                                                                                     «___»________________20 __cı il. 

 

 

Yüklə 117,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə