"TƏSDİq ediRƏM" Azərbaycan Respublikası səhiyyə naziri Ə. B.İNsanov



Yüklə 93,18 Kb.
tarix26.03.2018
ölçüsü93,18 Kb.
#34430

"TƏSDİQ EDİRƏM"

Azərbaycan Respublikası

səhiyyə naziri

             _______________Ə.B.İNSANOV

 

                   12 mart 1999-cu il



 

"QEYDƏ ALINMIŞDIR"

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi

Qeyd № 157

 

08 aprel 1999-cu il



 

                Nazir ________S.CHəsənov



 

“RAZILAŞDIRILMIŞDIR”

 


Azərbaycan Respublikasının

Baş prokuroru

 

__________ E.HƏSƏNOV



    

       02 dekabr 1998-ci il

 

Azərbaycan Respublikasının



ədliyyə naziri

 

_________________S.C.HƏSƏNOVA



      

      “__”_____1998-ci il

 

Azərbaycan Respublikası



Ali Məhkəmənin sədr müavini

 

______________________G.L.RZAYEV



 

05 oktyabr 1998-ci il



Azərbaycan Respublikasının

daxili İşlər Naziri

 

____________________S.C.USUBOV



 

06 noyabr 1998-ci il

 

Azərbaycan Respublikasının



milli təhlükəsizlik naziri

 

_______________________N.ABBASOV



 

23 noyabr 1998-ci il



 

Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi qaydalar

 

1.  Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizası səhiyyə sistemi nəzdində ədalət mühakiməsinin məqsəd və vəzifələrinə xidmət edir və "Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanunu"nun 45-ci maddəsinə uyğun olaraq tənzimlənir. Onun fəaliyyəti eyni zamanda əhaliyə müalicə xidməti keyfiyyətinin yaxşılaşdırılmasında və profilaktika tədbirlərinin həyata keçirilməsində səhiyyə orqanlarına hərtərəfli köməklik göstərilməsinə yönəldilmişdir.



Məhkəmə-tibbi ekspertizası və məhkəmə-tibb xidməti işinin digər növləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Səhiyyə Nazirliyinin əmr, təlimat və başqa normativ aktlarına müvafiq surətdə icra olunur.

2.  Məhkəmə-tibbi ekspertizası Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizası müəssisələrində aparılır. Azərbaycan Respublikasına məhkəmə-tibbi ekspertizasına təşkilati və metodik rəhbərlik respublika Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi Təcrübi və Tədris Birliyi tərəfindən təmin edilir.



Qeyd: Müdafiə Nazirliyi nəzdində məhkəmə-tibbi ekspertiza idarəsi fəaliyyət göstərir.

3. Məhkəmə-tibbi ekspertizasının səlahiyyətinə aşağıdakılar daxildir:

3.1. Zorakı ölüm hallarında meyitlərin ekspertizası.

3.2. Zorakı ölümlərə şübhə olarkən və meyitin məhkəmə-tibbi qaydasında müayinəsinin vacibliyini şərtləndirən digər hallarda meyitlərin məhkəmə-tibbi ekspertizası.

3.3. Bədən xəsarətinin xarakterinin və ağırlıq dərəcəsinin, yaşın, cinsi vəziyyətlərin müəyyənləşdirilməsi, həmçinin məhkəmə təbabəti sahəsində bilik tələb edən digər məsələlərik həlli üçün canlı şəxslərin (zərərçəkən, müttəhim və digər şəxslər) ekspertizası.

3.4. Laborator müayinə üsullarının tətbiqi ilə maddi sübutların ekspertizası.

3.5. Cinayət və mülki iş materialları üzrə məhkəmə-tibbi ekspertiza.

4 Məhkəmə-tibbi eksperti məhkəmə təbabətində mütəxəssis kimi ilkin və digər istintaq hərəkətlərinə cəlb olunur: hadisə yerində (meyit aşkar edilən yerdə meyitlərin müayinəsi zamanı) ekshumasiyada, istintaq eksperimentlərində, şahid ifadələrinin yerində yoxlanılmasında, müqayisəli tədqiqat üçün nümunə götürülməsində və s.

5.   Məhkəmə-tibbi ekspertizalar məhkəmə təbabəti sahəsində xüsusi biliyi olan və həkim məhkəmə-tibb eksperti vəzifəsini tutan mütəxəssislər tərəfindən aparılır. Bununla yanaşı olaraq, bir sıra ekspertizalar ali qeyri-tibb təhsili olan və xüsusi təhsil almış ekspert-mütəxəssislər (fiziklər, kimyaçılar, bioloqlar, hüquqşünaslar, mühəndislər və s.) tərəfindən də aparıla bilər.

Məhkəmə-tibb eksperti və digər vəzifələrə mütəxəssislər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi əsasında "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" EETT Birliyinin baş direktorunun əmri ilə təyin edilir.

6. Məhkəmə-tibbi ekspertizaların aparılmasına məhkəmə təbabəti kafedralarının professor-müəllim heyəti səhiyyə müəssisələrinin və başqa idarələrinin mütəxəssisləri birliyin rəhbərliyinin razılığı əsasında cəlb edilə bilərlər. Həmin işi yerinə yetirərkən bu şəxslər öz prosessual vəziyyətlərinə görə ekspert sayılırlar.

7. Yerli səhiyyə idarələrinin rəhbərliyi məhkəmə-tibbi ekspertiza şöbələrini bina, avadanlıq, maddi-texniki vəsaitlə təmin etməyə borcludurlar; Birlik və onun şöbələri üçün təmir, bərpa işlərini və yeni binaların inşasını həyata keçirirlər; ambulator-poliklinika müəssisələrində - kabinetlərlə, xəstəxanalarda - meyitxana ilə, avtonəqliyyatla təmin edir, zəruri hallarda isə sanitar aviasiyası ilə təmin edilməsi üçün tədbirlər görür; məhkəmə-tibb ekspertlərinə öz xidməti işlərini yerinə yetirməkdə (tibbi sənədlərin götürülməsində. analizlərin aparılmasında, mütəxəssis məsləhətlərində, cinayət və mülki işlər üzrə ekspertizaların keçirilməsindən və s.) hərtərəfli köməklik edirlər.

8. Prokurorluq, DİN, MTN və məhkəmələr ekspertizaların keyfiyyətinin yüksəldilməsi və icra müddətlərinin qısaldılması məqsədilə birliyə və onun şöbələrinə lazımi iş şəraitinin yaradılmasında yaxından köməklik göstərirlər.

 

2. Ekspertizaların keçirilməsi qaydaları haqqında



cinayət-prosessual qanunvericiliyinin əsas

müddəaları, məhkəmə-tibb ekspertizasının təşkili

və aparılması qaydaları

 

1.   Məhkəmə-tibb ekspertizası təhqiqatı aparan şəxsin, müstəntiqin, prokurorun qərarı, həmçinin məhkəmənin qərardadı əsasında keçirilir.



Təhqiqat orqanlarının, müstəntiqin, prokurorun, məhkəmənin əsaslandırılmış yazılı sorğusuna əsasən cinayət işi başlamaq üçün əsas ola biləcək əlamətləri aşkara çıxarmaq məqsədilə məhkəmə-tibbi təhqiqatlar və məhkəmə-tibbi müayinələr aparıla bilir.

Qeyd: Səhiyyə Nazirliyinin "MTE və PA" ETT Birliyində hərbi təhqiqatın, hərbi müstəntiqin, hərbi prokurorun qərarı və hərbi məhkəmənin qərardadı əsasında məhkəmə tibbi ekspertizalar, o cümlədən də həmin orqanların yazılı sorğularına əsasən məhkəmə-tibbi müayinələr aparıla bilər.

2.   Möhkəmə-tibbi ekspertiza müəssisələri müqavilə əsasında idarə və təşkilatların göndərişi, vətəndaşların ərizəsi ilə məhkəmə tibbi müayinələr keçirə bilər, əhaliyə onun səlahiyyətinə aid olan xidmətlər göstərə bilər.

3.   Ekspertiza qurumları dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Qeyd: Birliyin maddi-texniki bazasını gücləndirmək və işçilərin sosial şəraitlərini və əmək haqqını yaxşılaşdırmaq məqsədilə məhkəmə-tibbi xidmətin bəzi sahələri tədricən pullu xidmət növünə keçirilir.

4.  Travmanın növündən və törənmə mənşəyindən asılı olmayaraq səhiyyə müəssisələri travma ilə stasionara daxil olan, ambulatoriyaya müraciət edən hər bir vətəndaş barədə ərazi məhkəmə-tibbi ekspertiza şöbələrinə dərhal xəbər verməlidir. Məhkəmə-tibbi ekspertləri həmin şəxsləri müayinə edir və tibbi sənədlərdə müvafiq qeydlər edir.

5.  Məhkəmə-tibbi ekspertizasının ayrı-ayrı növlərinin keçirilmə qaydaları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi təlimatlar, metodik göstərişlər və qaydalar üzrə müəyyən olunur.

6.  Cinayət prosessual və mülki prosessual məcəllələr ilkin, əlavə və təkrar ekspertizaların keçirilməsini nəzərdə tutur.



Qeyd: III instansiyada təkrari məhkəmə-tibb ekspertizasının icrası Səhiyyə Nazirliyinin baş məhkəmə-tibb ekspertinin rəhbərliyi ilə aparılır. III instansiyada icra edilən təkrari məhkəmə-tibb ekspertiza ekspertizaların mərhələlərlə icra olunmasına görə sonuncu sayılır.

7.  Məhkəmə-tibb ekspertizası bir və ya bir neçə ekspert, lazım olduqda (ekspertizaların növündən asılı olaraq) müxtəlif ixtisaslı ekspertlər tərəfindən aparılır. Ekspertizada bir neçə ekspertin iştirakına lüzum ekspertizanın mürəkkəbliyi və xarakteri ilə müəyyən edilir.

8.  Ekspertlər qrupunun heyəti məhkəmə-tibb ekspertizasını təyin etmiş müstəntiq tərəfindən müəyyənləşdirilir. Əgər ekspertlər müstəntiq və ya məhkəmə tərəfindən müəyyənləşdirilməmişsə, bunu birliyin baş direktoru həyata keçirir.

8.1.            Məhkəmə-tibb ekspertizasını aparacaq ekspert (ekspertlər qrupu) ekspertizanı təyin etmiş istintaq, məhkəmə orqanları tərəfindən əvvəlcədən qərar və qərardada göstərilibsə, ekspertizanın növündən, mürəkkəbliyindən və ekspertizanı aparacaq ekspertin (ekspertlər qrupunun) peşəkarlıq səviyyəsindən asılı olaraq birliyin baş direktoru tərəfindən ekspertiza, ekspertizanı təyin etmiş şəxsə məlumat verməklə birliyin başqa ekspert və yaxud ekspertlər qrupuna həvalə edilə bilər.

8.2. Məhkəmə-tibbi ekspertizaların icrası zamanı zərurət yaranan hallarda (ekspertizanın icrası zamanı şikayət və yaxud da şübhə doğuran məlumatlar daxil olarsa, eləcə də icra edilən ekspertizanın növündən, mürəkkəbliyindən asılı olaraq ekspertizanı aparan ekspertin və yaxud ekspertlər qrupunun peşəkarlıq səviyyəsi aşağı olarsa və s.) birliyin baş direktoru tərəfindən həmin ekspertizanın icrası icraçı ekspertdən (şöbədən, bölmədən) götürülüb daha təcrübəli və yüksək ixtisaslı ekspertə (başqa şöbə, bölmələrə) həvalə edilə bilər.

9. Məhkəmə-tibbi ekspertizaların aşağıda göstərilək növləri keçirilərkən bir neçə nəfər ekspertin, lazım olduqda isə müxtəlif ixtisaslı ekspertlərin iştirakı mütləqdir;

- tibb işçilərinin peşə fəaliyyəti sahəsində qanunsuz hərəkətlərlə əlaqədar ekspertizalar;

- cinayət işləri və mülki işlər üzrə təkrari ekspertizalar;

- əmək qabiliyyətinin dayanıqlı itirilməsinin müəyyən edilməsi üzrə ekspertizalar;

- xüsusi ilə mürəkkəb olan ilkin ekspertizalar, dövlət əhəmiyyətli ilkin ekspertizalar,



Qeyd: a) tibb işçilərinin peşə sahəsində qanunsuz hərəkətləri üzrə məhkəmə-tibbi ekspertizalar, həmçinin əmək qabiliyyətinin dayanıqlı itirilib-itirilməməsinin müəyyən edilməsi üzrə və təkrari məhkəmə-tibbi ekspertizalar yalnız Bakı şəhərində məhkəmə-tibbi ekspertiza bürosunun müvafiq şöbələrində aparılmalıdır.

b) ekspert rəylərinin və ya məhkəmə-tibb müayinə aktlarının surətləri, 9-cu bəndin bölmələrində göstərilən hallarda dərhal Səhiyyə Nazirliyinin baş məhkəmə-tibb ekspertinə nəzarət üçün təqdim olunur.

10. Məhkəmə-tibb ekspertizası keçirilən zaman ekspertizanı təyin etmiş müstəntiq qanuna görə iştirak edə bilər. Bu halda ekspertizanın keçirilmə vaxtını müstəntiqə ekspert xəbər verir.

Qeyd: Ekspertiza zamanı müayinə olunan şəxsin paltarlarının soyundurulmasına zərurət yaranırsa, müstəntiq əks cinsdən olan şəxsin ekspertizasında iştirak etmir.

10.1.  Müttəhim və digər şəxslər məhkəmə-tibb ekspertizasının keçirilməsində yalnız ekspertizanı təyin etmiş müstəntiqin icazəsi ilə iştirak edə bilərlər.

10.2.  Müalicə-profilaktika müəssisələrinin həkimləri meyitin ekspertizasına müstəntiqin icazəsi ilə, meyitin məhkəmə-tibbi müayinəsinə isə birliyin rəhbərliyinin icazəsi ilə buraxılırlar.

11. Ekspertiza məhkəmə-tibbi ekspertiza bürosunun bazasında keçirilmirsə, müalicə-profilaktika müəssisənin rəhbərliyi ekspertləri lazımi şəraitlə təmin edir, onlara laboratoriya tədqiqatı üçün nəzərdə tutulmuş şüşə qablar, qablaşdırıcı və digər materiallar verir, lazımi köməklik göstərirlər. Təhqiqat orqanları, müstəntiq, prokuror həmin obyektlərin məhkəmə-tibbi laborator müayinələri üçün müvafiq şöbələrə göndərilməsini təmin edirlər.

Təhqiqat orqanları, müstəntiq. prokuror, məhkəmə məhkəmə-tibb ekspertlərini ilkin və digər istintaq hərəkətlərində iştirak etməyə dəvət etdikdə onların nəqliyyat vasitəsilə təmin olunmasına köməklik edirlər.

12. Təhqiqat orqanlarının, müstəntiqin, prokurorun və məhkəmənin tələbi ilə məhkəmə-tibb ekspertləri ilkin və digər istintaq hərəkətlərinə cəlb oluna bilərlər: hadisə yerinin müayinəsinə ekshumasiyaya, istintaq eksperimentlərinin keçirilməsinə və s.

12.1. İlkin və digər istintaq hərəkətlərində iştirak edərkən məhkəmə-tibb eksperti məhkəmə-tibb sahəsində mütəxəssis kimi fəaliyyət göstərməklə birlikdə maddi sübutların aşkar olunmasında, götürülməsində müstəntiqə kömək edir, onun diqqətini maddi sübutların aşkar olunması və dəqiqləşdirilməsinə cəlb edir, bununla əlaqədar izahatlar verir, protokolla tanış olub onu imzalayır.

13. Məhkəmə-tibb eksperti təhqiqat orqanlarının, müstəntiqin, prokurorun, məhkəmənin çağırışı ilə ekspertiza keçirmək, ilkin və digər istintaq işlərində iştirak etmək üçün mütləq gəlməlidir. Ekspertiza keçirməkdən, ilkin və digər istintaq hərəkətlərində iştirak etməkdən boyun qaçırmasına və ya üzrlü səbəb olmadan imtina etməsinə görə, Həmçinin bilə-bilə yalan rəy verməsinə görə məhkəmə-tibb eksperti qanunla, müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

13.1. Məhkəmə-tibb eksperti bir qayda olaraq öz vəzifəsini inzibati ərazi bölgüsünə uyğun icra edir. Təbim fəlakət, texnoloji qəza, fövqəladə və s. hallarda yalnız birliyin baş direktorunun əmri ilə məhkəmə-tibb eksperti başqa yerlərə müvəqqəti ezam edilə bilər.

14.Ekspertizaların keçirilməsində qanunla müəyyən edilmiş ekspertin iştirak etməsini istisna edən Hallar Azərbaycan Respublikası CPM-nin müvafiq maddələri ilə tənzimlənir.

15.Ekspertiza keçirərkən təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun qərarında və ya

məhkəmənin qərardadında qoyulmuş suallara cavab vermək üçün təqdim olunmuş sualların dəqiqləşdirilməsinə və aydınlaşdırılmasına zərurət yaransa, məhkəmə-tibb eksperti bu haqda şifahi və ya yazılı xahiş edə bilər, eləcə də o, biliyindən kənar, yaxud səlahiyyətinə daxil olmayan suallara cavab verməkdən imtina edə bilər.

15.1. Əgər ekspertiza zamanı məhkəmə-tibb eksperti iş üçün əhəmiyyət daşıyan, lakin haqqında sual qoyulmamış hallarla qarşılaşarsa, yekun rəyində bunları göstərməyə hüququ vardır.

16.Ekspertiza mürəkkəb olarsa, xüsusi məsələlərin həllinə lüzum yaranarsa, məhkəmə-tibb eksperti ekspertizanı təyin etmiş orqan qarşısında müvafiq mütəxəssislərin cəlb olunması məsələsini qaldıra bilər.

17. Məhkəmə-tibb eksperti apardığı ekspertizaya dair iş materiallarını zəruri hallarda tələb etməlidir.

17.1.Təhqiqat orqanları, müstəntiq prokuror, yaxud məhkəmə tərəfindən təqdim olunmuş materiallar qarşıya qoyulan sualların həlli üçün kifayət etməzsə ekspert ekspertiza keçirmək üçün məhz hansı material və sənədlərin lazım olduğunu bildirir. Tələb olunan materiallar təqdim edilmədiyi halda, qanunla nəzərdə tutulan qaydada ekspertizanı təyin etmiş orqana rəy verməyin qeyri-mümkünlüyü barədə yazılı surətdə xəbər verir,

17.2.Əgər ekspert yalnız ayrı-ayrı məsələlər üzrə rəy vermək imkanıma malikdirsə, bunu "Ekspert rəy"ində və "Möhkəmə-tibbi müayinə akt”ında göstərir.

18. Təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun və məhkəmənin icazəsi ilə məhkəmə-tibb eksperti dindirmədə, digər istintaq hərəkətlərində və məhkəmə iclasında iştirak edib dindirilənlərə bilavasitə ekspertizaya aid suallar verə bilər.

19. Məhkəmə tibb ekspertizanın gedişində iş üzrə ona məlum olmuş material və məlumatları yaymağa ixtiyarı yoxdur.

20. Məhkəmə-tibb ekspertizanın gedişində ekspert qarşısında qoyulmuş və ya şəxsən onun lazım bildiyi və qərarda göstərilməmiş suallara  cavab verməkdən məhkəmə-tibb laborator müayinələrinin keçirilməsinə lüzum meydana çıxarsa, o. təhqiqat və istintaq orqanlarının qərarı, yazılı təklifi və köməkliyi əsasında zəruri obyektləri məhkəmə-tibbi ekspertiza bürosunun müvafiq şöbələrinə göndərir. Bu zaman məhkəmə-tibb eksperti tərtib etdiyi müvafiq göndəriş vərəqələrində işin qısa məzmununu, ekspertiza gedişində aşkar edilmiş obyektin məlumatları və laboratoriya müayinəsinin məqsədini göstərir.

21. Məhkəmə-tibb ekspertizasına və yaxud məhkəmə-tibb müayinəsinə cəlb olunan şəxsi başqa səhiyyə müəssisəsində mütəxəssis həkimlə məsləhətləşməyə göndərmək lüzumu meydana çıxarsa. həmin şəxs (müayinə olunan) şöbə müdirinin, yaxud da məhkəmə-tibb ekspertinin imzaladığı göndəriş və ya məktubla göndərilir.

22. Məhkəmə-tibb eksperti ekspertizanın gedişində aşkar olunan və iş üçün əhəmiyyət kəsb edən yeni məlumatları ekspertiza başa çatmamışdan əvvəl ekspertizanı təyin etmiş orqanların nəzərinə çatdırmalıdır.

23.  Məhkəmə-tibb ekspertizası prosesində ekspert elə obyektlər aşkar edə bilər ki, bunlar öz xarakterlərinə görə maddi sübut kimi başqa növ ekspertiza üçün mühüm təhqiqat obyekti ola bilər. Bu obyektlər “Ekspert rəy” ində və “Məhkəmə-tibb müəyyən akt”ında təsvir olunması və ekspertizanı təyin edən şəxsə verilməlidir.

24. Məhkəmə-tibbi müayinə obyektləri, o cümlədən maddi sübutlar ciddi qeydiyyatdan keçməli və mühafizə olunmalıdırlar. Şöbə müdirləri və ekspert obyektlərin qorunması üçün onlardan asılı olan bütün lazımı tədbirləri görməlidir. Müəyyən obyektlərin və maddi sübutların mühafizə və sonradan məhv edilməsi xüsusi qaydalarla müəyyənləşdirilir.

25. Məhkəmə-tibbi laborator müayinələri keçirmək üçün meyitdən hər hansı hissə, daxili üzv, toxumalar, qan, sidik və başqa biomateriallar götürülür.

25.1. Məhkəmə-tibbi diaqnostikanın düzgünlüyünə əngəl törətməmək şərti ilə meyitdən müalicə və elmi məqsədlər üçün toxumalar, üzvlər və qan götürülməsinə yol verilir. Bu haqda "Ekspert rəy” ində və "Məhkəmə-tibbi müayinə akt"ında müvafiq qeydiyyat aparılır, məhz nəyin, hansı məqsədlə götürüldüyü və hara göndərildiyi göstərilir.

26. Məhkəmə-tibb eksperti tərtib etdiyi reyi izah etməkdən və onun istintaq zərurəti ilə əlaqədar olaraq tamamlamaqdan 8-ci müstəntiq tərəfindən qanunvericilikdə nəzərdə tutulan qaydada dindirilə bilər.

27. Məhkəmə-tibb eksperti cinayət işlərinə və mülki işlərə baxılan zaman rəy verməkdən ötrü, ilkin məhkəmə-tibbi ekspert müayinəsi üzrə dindirilmə üçün və eləcə do məhkəmə istintaqında ekspertiza keçirmək məqsədilə məhkəməyə çağırıla bilər.

28. Ekspertiza məhkəmədən keçirilərkən, məhkəmə-tibb ekspertinin hüquq vəzifələrini, onun daşıdığı məsuliyyət» ekspertə məhkəmə iclasına sədrlik edən şəxs elan edir.

Məhkəməyə çağırılmış məhkəmə-tibb eksperti CPM və MPM nəzərdə tutulan qaydada məhkəmə iclaslarında iştirak edir. 0, ekspertizaya aid olan iş materialları ilə tanış olmaq: məhkəmə-tibb ekspertizasının rəyinə izah vermək və ekspertizanın aparılması ilə əlaqədar zərərçəkənə, müttəhimə və şahidlərə sual vermək hüququna malikdir,

29. Məhkəmə-tibb ekspertizası məhkəmədə aparılarkən, rəy ekspert tərəfindən yazılı tərtib olunur, məhkəmə-iclasında ucadan oxunur və məhkəməyə təqdim edilir. Rəyin surəti Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin arxivində saxlanılan müvafiq ekspertiza sənədlərinə əlavə edilir.

29.1. Məhkəmə-tibb eksperti məhkəmədə tərtib etdiyi rəyə onun səlahiyyətinə daxil olan, lakin haqqında sual qoyulmamış hallar (xüsusatlar) üzrə də nəticəyə gələ bilər.

30. Əgər ekspertizada bir neçə ekspert iştirak edirsə, onlara öz aralarında məsləhətləşmək imkanı verilməlidir. Ekspertlər yekdil nəticəyə gəlirlərsə, ekspertizanın nəticəsi bütün ekspertlər tərəfindən imzalanır. Ekspertlər arasında fikir ayrılığı olduqda isə onlar ayrı-ayrı nəticələr tərtib edirlər.

 

3. “Məhkəmə-tibb eksperti rəy”  inin tərtib olunması

 

1. Bütün məhkəmə-tibb ekspertizalarının, o cümlədən məhkəmə-kimyəvi ekspertizasının nəticələri CMP-nə və MQŞ-nə müvafiq surətdə "Ekspert rəyi" və "Məhkəmə-tibbi (məhkəmə-kimya) müayinə aktı" adlanan sənədlərlə tərtib olunur. Hər iki sənəd eyni quruluşa malikdir. Onlar aşağıdakı bölmələrdən ibarətdir: iş haqqında qısa məlumat olan giriş hissə, müayinə hissəsi, nəticə (əkər "məhkəmə-tibbi müayinə aktı" tərtib olunursa - rəy).                                                                                                       



2. Kiriş hissədə aşağıdakılar göstərilməlidir:                     :

a)   ekspertizanın keçirilmə vaxtı və yeri;

b)   ekspert tədqiqatı (müayinəsi) üçün əhəmiyyətli olan ekspertiza şəraiti (işıq, havanın temperaturu və s.)

v)   ekspertizanın keçirilməsinə əsas olan qərar və yaxud qərardad;

q)   ekspertin familiyası, adı, atasının adı, vəzifəsi, ixtisası, təhsili, iş təcrübəsi, ixtisas dərəcəsi. elmi dərəcəsi, elmi adı;

d)   meyitlərin ekspertizasında mərhumun familiyası, adı, atasının adı, yaşı; zərər çəkənlərin, müttəhimlərin və başqa şəxslərin ekspertizasında familiyası, adı, atasının adı, yaşı, yaşayış yeri, şəxsiyyətini təsdiq edən sənəd;

e)   iş materialları üzrə aparılan ekspertizada və maddi sübutların ekspertizasında cinayət işinin» yaxud mülki işin adı və nömrəsi, cildlərin sayı, işdəki vərəqələrin sayı, ekspertizaya daxil olmuş obyekt və nümunələrin siyahısı;

ə) ekspertiza keçirilərkən iştirak edən şəxslər;

j)    məhkəmə-tibb ekspertinin prosessual hüquqları, vəzifələri və məsuliyyəti haqqında izahat verildiyi barədə iltizam;

z)   ekspertiza qarşısında həll olunması üçün qoyulmuş suallar.

3. İş haqqında məlumat bölməsində ekspert müayinəsi zamanı ona lazım olan məlumatlar: meyit ekspertizasında nəticə tərtib etdikdə istintaq məlumatları və tibbi sənədlərin məzmunu; zərərçəkənlərin, müttəhim və digər şəxslərin ekspertizasında tibbi sorğu və şikayətlər (uşaqların dindirilməsi valideynlərinin və ya müəllim-tərbiyəçilərin iştirakı ilə keçirilir), istintaq məlumatları və tibbi sənədlərin məzmunu qeyd edilməlidir.

4. Müayinə hissədə müayinə prosesinin geniş təfsilatı və bu zaman aşkar edilmiş faktiki məlumatlar qeyd edilməlidir. Bura tətbiq olunmuş tədqiqat üsulları və obyektiv əksetdirmə cədvəlləri (foto-rentgenşəkillər, zədələrin işarə olunduğu sxemlər və s.) daxil edilir. Müayinə hissəsinin struktur quruluşu aparılan ekspertizanın növü ilə müəyyənləşdirilir. Bu hissə xüsusilə aşağıdakıları əhatə etməlidir:

4.1.Meyitin ekspertizasında - meyitin paltarı və xarici müayinəsi haqqında məlumatlar, boşluqların, üzv və toxumaların daxili müayinəsi, digər ekspertizalar üçün meyitdən götürülmüş və müstəntiqə təhvil verilmiş obyektlər; laboratoriya müayinəsinə göndərilmiş obyektlərin siyahısı; transplantasiya üçün, eləcə də elmi və tədris məqsədlərlə götürülmüş toxuma və üzvlərin siyahısı (edilmiş müdaxilələr təsvir olunur, nə götürüldüyü, hansı müəssisəyə və kimə verildiyi göstərilir); laborator müayinələrin (akt və rəy şəklində) nəticələri və ekspert tərəfindən alındığı tarix.

4.2.Zərərçəkən, müttəhim və başqa şəxslərin ekspertizasında ekspert müayinəsi zamanı aşkar olunmuş obyektiv tibbi məlumatlar, müayinə olunanın ekspert tərəfindən başqa ixtisas hakimlərinə, rentgenoloji və digər müayinələrinə göndərildiyi, həmçinin bu müayinələrin nəticələri barədə; paltar tədqiq edildikdə onun, eləcə də onda olan ləkə və zədələrin təsviri; laboratoriya tədqiqatına göndərilmiş obyektlərin (yaxma, tampon, qan nümunəsi və s.) siyahısı, eləmə də bu tədqiqatların nəticələri; əlavə müayinə və tədqiqatların keçirilmə tarixləri və onların nəticələrinin alındığı tarix.

4.3. Maddi sübutların ekspertizasında maddi sübut və onlardakı izlərin əsaslı təsviri, tətbiq olunmuş tədqiqat üsullarının və ayrılıqda hər bir tədqiqat növü üzrə alınmış nəticələrin, analiz prosesində istifadə edilmiş reaktivlərin, zərdabların, aparat və avadanlıqların göstərilməsi. Müayinə hissədə həmçinin müqayisə üçün təqdim olunmuş nümunələrin müayinəsi təsvir edilir.

4.4. Cinayət və mülki iş materialları üzrə ekspertizada ekspert təhlili üçün sonradan vacib olan məlumatların əsaslı təsviri.

4.5. Tibb işçilərinin peşə fəaliyyəti barədə olan ekspertizalarda iş üçün əhəmiyyət kəsb edən tibbi və digər sənədlərin öyrənildiyi zaman alınmış məlumatlar.

5. Giriş hissə işin təfsilatı və müayinə hissə ilə birlikdə "Ekspert rəy"inin və yaxud "Məhkəmə-tibbi (məhkəmə-kimya) müayinə aktı"nın protokolunu təşkil edir. Protokolun məhkəmə-tibb eksperti öz giriş hissədə göstərilən şəxslər imzalayır.

6. "Ekspert rəyindəki nəticə və "Məhkəmə-tibbi (məhkəmə-kimya) müayinə aktı"ndakı rəy- ekspertin apardığı obyektiv müayinələr əsasında ifadə olunmuş elmi əsaslı fikridir.

6.1.  Nəticələr (rəy) ekspertiza prosesində işin ekspert təhlili və tibb elminin məlumatları əsasında müəyyənləşdirilmiş obyektiv məlumatlar üzərində qurulur. Göstərilən obyektiv məlumatlar protokolun kiriş və müayinə hissələrindən əldə edilir.

6.2.  Nəticələr (rəy) ekspert qarşısında qoyulmuş suallara müvafiq surətdə tərtib olunur. Onlarda həmçinin ekspertiza zamanı müəyyən edilmiş əhəmiyyətli obyektiv məlumatlara ekspert qiyməti də olmalıdır. Nəticə (rəy) aydın, səlist tərtib edilməklə xüsusi tibb terminlərindən mümkün qədər az istifadə edilməlidir. Hər bir nəticə üzrə ekspertin fikri obyektiv məlumatlarla əsaslandırılmalıdır.

7.   Ekspert rəyini və ya məhkəmə-tibbi müayinə aktının giriş hissələri bilavasitə ekspertiza prosesi zamanı tərtib olunur. Ekspert rəyləri və məhkəmə-tibbi müayinə aktları bütün zəruri tədqiqatlar başa çatdıqdan sonra qısa müddətdə tərtib edilməli və tarixi göstərilməlidir.

8.  Ekspert rəyi və məhkəmə-tibbi müayinə aktı azı iki nüsxədən ibarət tərtib olunur, bir nüsxə təhqiqat orqanlarına, müstəntiqə, prokurora, məhkəməyə verilir, ikinci nüsxə isə "MTE və PA" ETT Birliyinin və ya birliyin rayon, şəhər şöbələrinin arxivində saxlanılır.

9.  Ekspert rəyi və möhkəmə-tibbi müayinə aktı bütün ekspert tədqiqatları başa çatdıqdan sonra üç gündən gec olmayaraq ekspertizanı təyin etmiş təhqiqat orqanları, müstəntiq, prokuror və məhkəmə tərəfindən götürülməsi üçün birliyin və yaxud müvafiq şöbələrin dəftərxanasına verilir.

9.1. Ekspertiza müddəti onların növü, ekspert təhqiqatlarının həcmi və xarakteri ilə müəyyənləşdirilir. Maddi sübutların və meyitlərin ekspertizaları icra müddətinə görə ən uzun müddətlidirlər. Bu da müxtəlif laboratoriya tədqiqatlarının keçirilməsi ilə əlaqədardır. Lakin bu ekspertizalarda (xüsusi mürəkkəb ekspertizalar istisna olmaqla) təhqiqat orqanlarından, müstəntiqdən, prokurordan. bütün lazımi materiallar alındıqdan sonra ən uzağı bir ay müddətində icra edilməlidir.

9.2 göstərilən müddət pozulduqda məhkəmə-tibb eksperti bu gecikmənin səbəbini ekspertizanı təyin etmiş orqanlar və birliyin rəhbərliyinə izah etməlidir.

10. Ekspert rəyini və məhkəmə-tibbi müayinə aktını müxtəlif qısa arayış və çıxarışlarla əvəz etmək, həmçinin yuxarıda göstərilən məhkəmə-tibbi sənədləri tərtib edərkən təsdiq olunmamış forma və blanklardan istifadə etmək qadağandır.

11. Təhqiqat orqanlarının, müstəntiqin, prokurorun, məhkəmənin lazımi göndərişinə əsasən məhkəmə-tibb ekspertizası aparılarkən, həmçinin məhkəmə-tibb ekspertlər tərəfindən göndərilmiş obyektlərin laboratoriya tədqiqatı keçirilərkən "Məhkəmə-tibbi tədqiqat aktı" və ya "Məhkəmə-tibbi müayinə aktı" tərtib olunur.



 
Yüklə 93,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə