"Təsdiq edirəm" Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi



Yüklə 28,91 Kb.
tarix27.03.2018
ölçüsü28,91 Kb.
#34972

Layihə

"Təsdiq edirəm"
Azərbaycan Respublikasının

Kənd Təsərrüfatı Nazirliyi

yanında Dövlət Fitosanitar

Nəzarəti Xidmətinin rəisi

___________ Camal Quliyev “___”_______________2015 –ci il

Bitki və bitkiçilik məhsullarının təkrar ixracına təkrar ixracat fitosanitar sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə

İnzİbatİ reqlament
1. Ümumi müddəalar


    1. Elektron xidmətin adı: Bitki və bitkiçilik məhsullarının təkrar ixracına təkrar ixracat fitosanitar sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu

1.2. Elektron xidmətin məzmunu: Bitki və bitkiçilik məhsullarının təkrar ixracına təkrar ixracat fitosanitar sertifikatların verilməsi.

1.3. Xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə təsdiq edilmiş «Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatlarının verilməsi Qaydaları;

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam.

1.7. Xidmətin icra müddəti: 3gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Fiziki və hüquqi şəxslərə bitki və bitkiçilik məhsullarının təkrar ixracı üçün təkrar ixracat fitosanitar sertifikatların verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Xidmət üzrə ödəniş: Ödənişli

Karantin baxışı ,laborator analizləri və zərərsizləşdirmə zamanı xidmət ödənişlidir.

Əsas: Azərbaycan Respublikasının Tarif (Qiymət ) Şurasının 1 avqust 2014-cü il tarixli 4 №-li Qərarı

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanları və digər aidiyyəti qurumlar.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

www.agro.gov.az , www.e-gov.az, www.e-xidmetler.agro.gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

www.agro.gov.az, www.e-gov.az, www.e-xidmetler.agro.gov.az.

e-mail: web@agro.gov.az

Telefon: (012) 493-41-49


    1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması.

Tələb olunan sənədlərin surətləri skan edilmiş formada təqdim edilir.

  • Fitosanitar Xidmətinin rayon və rayonlararası bitkilərin karantini məntəqələrinə rəsmi müraciəti (ərizə)

  • Fitosanitar sertifikatı

Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

-fitosanitar sertifikatının verilməsi nəzərdə tutulan bitki və bitkiçilik məhsullarının (yüklərin) təsviri:

-ixrac olunan bitki və bitkiçilik məhsullarının adı, mənşəyi və miqdarı (hər növ üzrə);

- idxalçı ölkənin adı və yükün daxilolma ünvanı;

- məhsulun yüklənmə yeri və tarixi;

-yük ixrac edilən sərhəd buraxılış məntəqəsinin adı.


3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. İnteraktiv xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq “Bitki və bitkiçilik məhsullarının təkrar ixracına təkrar ixracat fitosanitar sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu” xidmətini seçir, həmin fəaliyyət növü üzrə açılan ərizə formasını yükləyərək doldurur və bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərir.

3.1.2. Sorğunun qəbulu: Sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Sorğunun sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Aparılan tədbirlər nəticəsində təkrar ixracat fitosanitar sertifikatının verilməsindən imtina edildiyi halda ərizəçiyə imtinanın səbəbləri göstərilməklə Dövlət Xidmətinin müvafiq qurumları tərəfindən yazılı məlumat verilir.

Təkrar ixracat fitosanitar sertifikatının verilməsindən aşağıdakı hallarda imtina edilir:

qanunvericilikdə nəzərdə tutulan sənədlər tam təqdim edilmədikdə;

ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

fitosanitar karantin baxışı zamanı karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə.

Çatışmazlıqlar aradan qaldırıldıqdan və təkrar təqdim edildikdən sonra sənədlərə baxılır və müvafiq qərar qəbul edilir.



3.2.2. Sorğunun qəbulu: Hüquqi və ya fiziki şəxslər tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər yenidən təqdim olunur, nəticəsi barədə istifadəçiyə məlumat verilir və müvafiq qərar qəbul edilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Ərizə və təqdim edilən sənədlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən qəbul edilərək xüsusi kitabda qeydə alınır və aidiyyəti şöbələrə təqdim edilir.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Müraciət və təqdim olunan sənədlərə Dövlət Xidmətinin yerli qurumları tərəfindən baxılaraq ixrac edilən bitki və bitkiçilik məhsullarına təkrar ixrac fitosanitar sertifikatları müraciətin qeydə alındığı gündən başlayaraq 3 gün müddətində və aşağıdakı hallarda verilir:

sertifikatın verilməsi üçün müraciət edildikdə və xidmət haqqı ödənildikdə;

qanunvericiliklə müəyyən edilmiş qaydada tələb olunan müvafiq sənədlər təqdim olunduqda;

sertifikat verilməsi nəzərdə tutulan yüklər baxış keçirilməsi və digər tədbirlərin aparılması üçün təqdim edildikdə;

göndərilən yüklər beynəlxalq standartların tələblərinə cavab verdikdə.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: İmtina üçün əsas olmadıqda, bitki və bitkiçilik məhsullarının ixracı üçün təkrar ixracat fitosanitar sertifikatı kağız və ya elektron formatda verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının Ümumi şöbəsi digər şöbələrlə əlaqəli həyata keçirir.



3.4.1. Nəzarət forması: Kargüzarlıq.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

3.5.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə Müəyyən edilmiş qaydada baxılır.
** *
Yüklə 28,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə