"Təsdiq edirəm" Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar



Yüklə 32,9 Kb.
tarix27.03.2018
ölçüsü32,9 Kb.
#34971

Layihə


"Təsdiq edirəm"
Azərbaycan Respublikasının

Kənd Təsərrüfatı Nazirliyi

yanında Dövlət Fitosanitar

Nəzarəti Xidmətinin rəisi

___________ Camal Quliyev “___”_______________2015 –ci il

Bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertifikatlarının

verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə

İNZİBATİ REQLAMENT
1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertifikatlarının verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu



1.2. Elektron xidmətin məzmunu: Bu xidmət bitki karantini sahəsi üzrə informasiya sistemlərinin formalaşdırılması və yaradılmasını, eləcə də qeyd olunan sahə üzrə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin hüquqi əsasının yaradılmasını əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı;

Azərbaycan Respublikasının «Fitosanitar nəzarəti haqqında» 12 may 2006-cı il tarixli 102- IIIQ nömrəli Qanunu;

«Fitosanitar nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2006-cı il tarixli 441 nömrəli Fərmanı;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə təsdiq edilmiş «Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatlarının verilməsi Qaydaları;

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti.



1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur. 

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam.

1.7. Elektron xidmətin icra müddəti: 3 (üç) gün.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə təsdiq edilmiş «Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatlarının verilməsi Qaydalarının 3.5.-ci bəndinə uyğun olaraq fitosanitar sertifikatlarının verilməsi цчцн müraciət qəbul olunduğu gündən 3 gün müddətində;



1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertifikatlarının verilməsi.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: İnteraktiv

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

Müvafiq xidmət növü ilə bağlı dövlət rüsumu müəyyənləşdirilmişdir.Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının 30 dekabr 2008-ci il tarixli 757-IIIQD nömrəli Qanununun müvafiq maddəsinə uyğun olaraq bitki və bitkiçilik məhsullarının ixraсına fitosanitar sertifikatlarının verilməsinə görə 1 manat müəyyən edilmişdir.

2.3. Elektron xidmətin istifadəçiləri:

Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanları və digər aidiyyəti qurumlar.



2.4. Elektron xidmətin təqdim olunma yeri:

www.agro.gov.az , www.e-gov.az, www.e-xidmetler.agro.gov.az.



2.5. Elektron xidmət barədə məlumatlandırma:

www.agro.gov.az, www.e-gov.az, www.e-xidmetler.agro.gov.az.

e-mail: web@agro.gov.az

Telefon: (012) 493-41-49



2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Tələb olunan sənədlərin surətləri skan edilmiş formada təqdim edilir.



  • Ərizə

  • Fitosanitar sertifikatı

  • Mənşə sertifikatı

  • Dövlət rüsumunun ödənilməsi barədə qəbz

  • Etibarnamə.

Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

-ixrac olunan bitki və bitkiçilik məhsullarının adı, mənşəyi və miqdarı (hər növ üzrə);

-idxalçı ölkənin adı və yükün daxilolma ünvanı;

-məhsulun yüklənmə yeri və tarixi;

-yük ixrac edilən sərhəd buraxılış məntəqəsinin adı.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. İnteraktiv elektron xidmətlər uçun sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq “Bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertifikatlarının verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu” xidmətini seçir, həmin xidmət üzrə açılan müraciət formasını doldurur və bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərir.

3.1.2. Sorğunun qəbulu: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Aparılan tədbirlər nəticəsində fitosanitar sertifikatının verilməsindən imtina edildiyi halda ərizəçiyə imtinanın səbəbləri göstərilməklə Dövlət Xidmətinin müvafiq qurumları tərəfindən yazılı məlumat verilir.

Fitosanitar sertifikatının verilməsindən aşağıdakı hallarda imtina edilir:

qanunvericilikdə nəzərdə tutulan sənədlər tam təqdim edilmədikdə;

ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

fitosanitar karantin baxışı zamanı karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə.

Çatışmazlıqlar aradan qaldırıldıqdan və təkrar təqdim edildikdən sonra sənədlərə baxılır və müvafiq qərar qəbul edilir.



3.2.2. Sorğunun qəbulu: Hüquqi və ya fiziki şəxslər tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər yenidən təqdim olunur, nəticəsi barədə istifadəçiyə məlumat verilir və müvafiq qərar qəbul edilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Ərizə və təqdim edilən sənədlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən qəbul edilərək xüsusi kitabda qeydə alınır və aidiyyəti sektorlara təqdim edilir.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Müraciət və təqdim olunan sənədlərə Dövlət Xidmətinin yerli qurumları tərəfindən baxılaraq ixrac edilən bitki və bitkiçilik məhsullarına fitosanitar sertifikatları müraciətin qeydə alındığı gündən başlayaraq 5 gün müddətində və aşağıdakı hallarda verilir:

sertifikatın verilməsi üçün müraciət edildikdə və xidmət haqqı ödənildikdə;

qanunvericiliklə müəyyən edilmiş qaydada tələb olunan müvafiq sənədlər təqdim olunduqda;

sertifikat verilməsi nəzərdə tutulan yüklər baxış keçirilməsi və digər tədbirlərin aparılması üçün təqdim edildikdə;

göndərilən yüklər beynəlxalq standartların tələblərinə cavab verdikdə.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

İmtina üçün əsas olmadıqda, bitki və bitkiçilik məhsullarının ixracı üçün fitosanitar sertifikatı kağız və ya elektron formatda verilir.



3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Xidmətin yerinə yetirilməsinə nəzarəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Aparatının Bitki mühafizəsi və sertifikatladırma sektoru digər sektorlarla əlaqəli həyata keçirir. Xidmətin göstərilməsi ilə bağlı yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün əlaqə vasitələrindən istifadə oluna bilər.



3.4.1. Nəzarət forması: kargüzarlıq.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

3.5.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə Müəyyən edilmiş qaydada baxılır.
** *


Yüklə 32,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə