Təsdiq edirəm: Metodist: /Bəyməmməd Cəbrayılov



Yüklə 55,42 Kb.
səhifə1/3
tarix15.04.2023
ölçüsü55,42 Kb.
#105692
növüDərs
  1   2   3
Aytən İbadova Riy N3


Təsdiq edirəm:
Metodist: /Bəyməmməd Cəbrayılov/

Azərbaycan Dövlət Pedaqoji Universitetinin


Sabah qrupları fakültəsinin əyani şöbəsinin
401S qrup tələbəsi İbadova Aytənin

Riyaziyyat fənnindən

17.03.2023-cü il tarixində N.Nərimanov rayonu “Evrika” liseyinin 3a sinfində “Vurma və bölmənin digər üsulları” mövzusunda keçəcəyi sınaq dərsinin




İ C M A L I


Bakı – 2023
Sinif: 3a
Fənn: Riyaziyyat
Tarix: 17.03.2023
Mövzu: “Vurma və bölmənin digər üsulları”
Standart:
1.2.2 – Vurmanın paylama xassəsindən hesablamalarda istifadə edir.
1.2.5 – Cəmin ədədə bölünməsi qaydasından hesablamalarda istifadə edir.
Məqsəd:
Vuruqlardan birini iki ədədin cəmi və ya fərqi şəklində göstərməklə hasili tapır .
Bölünəni iki ədədin cəmi və ya fərqi şəklində göstərməklə qisməti daha asan tapır .
İnteqrasiya:
Fənlərarası inteqrasiya: Vurmanın paylama xassəsi – 1.2.2
Resurslar: İş vərəqləri,oyun üçün kartlar
İş forması: Kollektivlə iş, qruplarla iş
İş üsulları: Beyin həmləsi,müzakirə

Dərsin planı və vaxt bölgüsü:

1.Motivasiya- 5 dəqiqə


2.Tədqiqatın aparılması-10 dəqiqə
3. İnformasiya mübadiləsi- 5 dəqiqə
4. İnformasiya müzakirəsi- 5 dəqiqə
5. Nəticə və ümumiləşdirmə- 8 dəqiqə
6. Yaradıcı tətbiqetmə- 10 dəqiqə
7. Qiymətləndirmə- 2 dəqiqə


Cəmi:45 dəqiqə

Motivasiya:

Uşaqları salamlayıb dərsə başlayıram


Lövhəyə 29 · 2 misalını yazıram. Uşaqlara sual verirəm: – Bu iki misalda birinci vuruqlar hansı ədədə yaxındır? Sizcə, bu iki hasili 30 · 2 hasilindən istifadə etməklə daha asan tapmaq olarmı? Uşaqlar öncəki dərslərdən vurmanın paylama xassəsini bildiklər üçün ,əlaqələndirib müxtəlif cavablar səsləndirəcəklər. Löhvədə 29 · 2 misalının altından 29-dan iki ox çıxararaq 30-1 şəklində göstərilməsinin mümkünlüyünü göstərirəm. Daha sonra bir şagird dəvət edirəm . Misalı yazır (30-1) ·2= və həll edir . Həlli bütün uşaqlara göstərib bildirirəm ki,bu gün biz vurma və bölmənin bu və digər üsullarla həllini öyrənəcəyik.

Tədqiqat sualı:
Vurma və bölmənin digər üsullarından istifadənin əhəmiyyəti nədir?

Dərsin izahı:


Məsələ:
Tədbir üçün birinin qiyməti 19 manat olan 5 köynək aldılar.
Alıcı köynəklər üçün nə qədər pul ödəməlidir?
Bunu müxtəlif üsullarla necə tapmaq olar?
Uşaqlara müraciət edirəm.Uşaqlar biz 19-u hansı ədədlərin cəmi və ya fərqi kimi göstərə bilərik? 20-1;10+9 cavabları səslənir.
Bir şagird dəvət edib 19-u 20-1 şəklində göstərərək misalı həll etməsini istəyirəm .
(20-1) · 5 =
Hər bir fərqi ayrı –ayrılıqda 5-ə vurub hasılləri çıxırıq.
(20-1) · 5 = 20 · 5 - 1· 5 = 100-5 = 95
Toplama ilə həll etsə idik bəs?
(10+9) · 5 = 10 · 5 + 9· 5 = 50+45 = 95
Cavab: Köynəklər üçün 95 manat pul ödədi.
Bölmə zamanı həlli də eyni qaydada aparılacaq.
Təxmini hesablama:
Uşaqlar biz misalı həll etdiyimiz zaman onun təxmini yəni dəqiq olmayıb lakin dəqiq cavaba ən yaxın olan cavabı da tapa bilərik.
Məsələn :
22 · 3 hasilini təxmin etmək üçün biz 22 ədədini ona yaxın olan 20 ilə əvəz edərik: 20 ∙ 3 = 60 təxmini cavabını alarıq .

Yüklə 55,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə