"TƏsdiq edirəM" "«Təşkilatın adı» mmc-nin direktoru



Yüklə 38 Kb.
tarix01.09.2018
ölçüsü38 Kb.
#66225

“TƏSDIQ EDIRƏM”

“«Təşkilatın adı» MMC-nin direktoru
____________________ Akif Babayev

“____” ________________ 200 -ci il

HÜQUQŞÜNASIN VƏZİFƏ TƏLİMATI

1. ÜMUMİ MÜDDƏALAR

1.1 Hüquq şöbəsinin hüquqşünası ştat cədvəlinə uyğun olaraq icraçı işçilər təsnifatına aiddir və terminalın «Təşkilatın adı» MMC-nin Direktorunun əmri ilə tutduğu vəzifəyə təyin edilir və işdən azad edilir.
1.2 Hüquq şöbəsinin hüquqşünası birbaşa olaraq Hüquq şöbəsinin rəisinə və terminalın struktur bölgüsünə müvafiq olaraq «Təşkilatın adı» MMC-nin Direktoruna tabedir.
1.3 Hüquq şöbəsinin hüquqşünası vəzifəsinə ali hüquq təhsilli və aidiyyəti vəzifələrdə ən azı 1 il iş stajı olan şəxs təyin edilə bilər.
1.4 Hüquq şöbəsinin hüquqşünası öz səlahiyyətləri daxilində vəzifə borclarını icra edir və bu səlahiyyətlərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
1.5 Hüquq şöbəsinin hüquqşünası öz işində aşağıdakı normativ sənədləri rəhbər tutur:
- Azərbaycan Respublikasının Konstitusiyası;

- Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası tərəf çıxdığı beynəlxalq müqavilələr;

- Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları;

- «Təşkilatın adı» MMC-nin Nizamnaməsi və digər təsisedici sənədlər;

- Əmək funksiyalarına və vəzifə borclarına aid olan Azərbaycan Respublikasının qanunvericiliyi və normativ-hüquqi aktlar;

- Hüquq şöbəsinin Əsasnaməsini;

- «Təşkilatın adı» MMC-nin Direktorunun və subordinasiya üzrə digər ali vəzifəli şəxsin əmr və göstərişləri;

- hazırkı vəzifə təlimatı.
1.6 Hüquq şöbəsinin hüquqşünası aşağıdakıları bilməlidir:

- «Təşkilatın adı» MMC-nin istehsalat, təsərrüfat və maliyyə fəaliyyətini tənzimləyən qanunvericiliyi, normativ və metodik materialları;

- mülki, əmək, vergi, gömrük, inzibati qanunvericiliyi;

- hüquqi fəaliyyət üzrə normativ və metodik materialları;

- müqavilələrin rəsmiləşdirilməsi və bağlanması qaydalarını;

- «Təşkilatın adı» MMC-nin işgüzar profilini, fəaliyyət istiqamətlərini, istehsalat ixtisaslaşmasını, struktur bölgüsünün xüsusiyyətlərini;

- istehsalatın, əmək iqtisadiyyatının və idarəçiliyin təşkil olunmasının əsaslarını;

- daxili nizam qaydalarını və əməyin mühafizəsi normalarını;

- işgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını.

2. VƏZİFƏ BORCLARI


2.1 Şöbə rəisinin ümumi nəzarəti və rəhbərliyi altında, əməkdaşlar arasında aparılmış iş bölgüsünə müvafiq olaraq, «Təşkilatın adı» MMC-nin daxilində hüquqi təminat, ekspertiza və təhlil işinin aparılması.
2.2 Rəhbərliyin tapşırığı əsasında «Təşkilatın adı» MMC-nin hüquq və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiə işinin aparılmasında Hüquq şöbəsi rəisinə zəruri köməkliyin göstərilməsi.
2.3 «Təşkilatın adı» MMC-nin tabeliyində olan qurumlar, habelə təşkilatının sərəncamına verilmiş müəssisə, idarə və təşkilatlar tərəfindən hüquqi ekspertiza və normativ-hüquqi təminat işinin aparılması üzərində metodiki rəhbərliyin həyata keçirilməsində Hüquq şöbəsi rəisinə zəruri köməkliyin göstərilməsi.

2.4 «Təşkilatın adı» MMC-nin struktur bölmələri tərəfindən qanunvericiliyə riayət olunmasının, hüquqi ekspertiza və normativ-hüquqi təminat işinin aparılması vəziyyətinin təhlil edilməsi, bu sahədə qanun pozuntularının müəyyən edilməsi, müvafiq təkliflər və təqdimatlar hazırlayıb rəhbərliyə təqdim edilməsi.


2.5 «Təşkilatın adı» MMC-nin daxilində hazırlanan əmr, təlimat, əsasnamələr, standartlar və digər normativ xarakterli sənədlərin layihələrinin ekspertizasının həyata keçirilməsi və zərurət olduqda rəhbərliyin tapşırığı əsasında bu layihələrin hazırlanmasında iştirak etməsi.
2.6 «Təşkilatın adı» MMC-nin daxilində qanun pozuntusu ilə qəbul edilmiş normativ sənədlərin düzəliş olunması və ya ləğv edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinə dair təqdimatların verilməsi.
2.7 «Təşkilatın adı» MMC-nin tərəf-müqabilləri ilə bağlanan müqavilələrin layihələrinin hazırlanması, təqdim edilən müqavilə layihələrinin ekspertizasını həyata keçiriməsi.

3. HÜQUQLARI


3.1. Normal iş şəraiti ilə təmin olunması.
3.2. Şöbənin funksional fəaliyyəti ilə bağlı aidiyyəti struktur bölmələrlə qarşılıqlı əlaqələr qurmaq, zəruri olan sənədlərin təqdim olunmasını onlardan tələb etmək.
3.3. Öz səlahiyyəti çərçivəsində aidiyyəti sənədlərə viza vermək, təqdim edilən əmr, təlimat, əsasnamə, standartlar və digər normativ xarakterli sənəd layihələrin işlənib tamamlanmasını icraçıdan tələb etmək.
3.4. Şöbənin işinin təkmilləşdirilməsi məqsədilə şöbə rəisinə müvafiq təkliflər vermək.

4. MƏSULİYYƏTI


4.1 Hazırkı təlimatla nəzərdə tutulan vəzifə borclarının yerinə yetirilməməsinə və ya düzgün icra olunmamasına görə - Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi çərçivəsində.
4.2 Öz əmək fəaliyyətinin həyata keçirilməsi prosesində yol verdiyi pozuntulara görə - əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan inzibati, əmək, cinayət və mülki qanunvericiliyi çərçivəsində.
4.3 Maddi ziyanın vurulmasına görə - əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan inzibati, əmək, cinayət və mülki qanunvericiliyi çərçivəsində.
4.4 «Təşkilatın adı» MMC-nin maraqlarına riayət olunmamasına, konfidensial məlumatların yayılmasına görə - əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan inzibati, əmək, cinayət və mülki qanunvericiliyi çərçivəsində.
4.5 İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşıyır.


Razılaşdırılmışdır:
Yüklə 38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə