Təsdiq edirəm Texnika və Texnologiya üzrə Bakı Dövlət



Yüklə 0,73 Mb.
səhifə4/7
tarix11.04.2018
ölçüsü0,73 Mb.
#37934
1   2   3   4   5   6   7

Mövzu 1. Giriş
İİM-nin “Kalkulyasiya və uçot” unun əsaslarını dəqiq və ətraflı öyrənmək üçün anlayış, bu fənnin sturukturu və məzmunu. Ilk növbədə proqramda verilən materialları, qaydaları ətraflı öyrənmək və onların praktikada tətbiqini bilmək lazımdır.
Mövzu2. Mühasibat uçotu və onun əməliyyatları.
Mühasibat uçotunun əsas anlayışları , uçotun formaları.

Maliyyə, idarəetmə, statistika, operativ və mühasibat uçotunun əsasları haqında məlumat.


Mövzu 3. Ölçü sistemi haqqında anlayış.
Metrik ölçü sisteminin quruluşu. Lazım olan ərzaqların miqdarının hesablanma qaydalarını və ona aid məsələ həlli. Ərzaq məhsullarının qiymətinin hesablanması və ona aid məsələ həlli
Mövzu 4. Faizin hesablanması.

Faizin hesablanması üçün lazım olan qaydalar. Faizin hesablanmasında bu qaydalara əməl etmək. Buna aid məsələlər həlli.

Ərzaq məhsullarının itkisinn faizini hesablamaq və buna aid məsələlərin həlli.
Mövzu 5. Şifahi hesablama.

Aşbaz sənədlərlə işləmək üçün mütləq şifahi hesablama qaydalarını bilməlidir. Şifahi toplama, çıxma, vurma və bölmə əməliyyatları. Onlara aid misallar. Onda bir hissəyə və yüzdə bir hissəyə vurma əməliyyatları. Faizin şifahi hesablanması və onlara aid misalların həlli.


Mövzu 6. İİM-də oçotun təşkilinin əsas prinsipləri.

İİM-nin əsas vəsaitləri haqqında ümumi məlumat.

Təsərrüfat əməliyyatı və mühasibat sənədləşdirilməsi haqqında ümumi anlayışlar. Istehsalat müdirinin aldığı ərzaq məhsullarının sənədləşdirilməsi qaydaları.

Uçotun aparılması.

Istehsalatda əsas vəsaitlərə nəzarətin növləri. Fərdi, həmrəy və briqada formaları haqqında anlayışlar.

Plan-menyunun tərtib edilməsi forması. Kulinar məmulatların və xörəklərin hazırlanması üçün normalar.

Reseptlərin köməyi ilə xörəklətin hazırlanmasında istifadə olunan ərzaq məhsullarının miqdarının və onlardan hazırlanan xörəyin miqdarının hesablanması qaydası.
Mövzu 7. Qiymətlərin təyin edilməsinin kalkulyasiyası.

Əmtəələrin qiymətləri haqqında anlaış.

Əməyin sərfi ilə ərzaqın istehsalı və satışı vaxtı sərf edilən pulun miqdarı ilə hesablanması.

İİM-də qiymətlərin təyini.

İİM-də ərzaq məhsullarının satış dəyərinin üzərinə qoyulan ticarət əlavələri.

Hazır məhsulun satış qiymətinin təyini.

Kalkulyasiya cədvəlinin tərtib edilməsi. Orta qiymət haqqında anlayış.

Hazır məhsulun daimi qiymətinin preyskurantı və pteyskurant cədvəlinin forması.

Menyu haqqında anlayış və menyunun tərtib edilməsi qaydası.

Əsas qiymətin təyini, endirim və artım haqqında anlayış.


Mövzu 8. İtehsalatda ərzaq məhsullarının və hazır məhsulların uçotunun aparılması

Ərzaq məhsullarının anbardan istehsalata verilməsi, qaimənin yazılış qaydası. Hazır məhsulun istehsalata verilməsi. Gündəlik satış vərəqəsinin forması. Satış üçün hazır məhsulun sənədləşdirilməsi.

Hazır məhsulun və ərzaq məhsullarının silinməsi qaydaları, bunu üçün aktın tərtib edilməsi.

Istehsalatda hazır məhsulun və ərzaq məhsullarının inventarizasiyası.

Faktiki qalıq, uçota alınmış qalıq, çatışmamazlıq və inventarizasiya haqqında anlayışlar. Inventalizasiya siyahısının tərtib edilməsi. Istehsalatda işin dövr edilməsinin hesabatı.
Mövzu 9. Əsas vəsaitlərin uçotunun aparılması.
Əsas vəsaitlərin uçotunun təşkili.

Icarə əməliyyatları haqqında anlayış. Taraların uçotunun aparılması qaydası.

Taralar üçün qaimənin yazılması qaydası. Taraların qiymətinin xüsusi taralar üçün olan qiymət cədvəlində göstərilməsi.

10. Praktiki iş. Əsas mövzulara aid praktiki işin aparılması.

İstifadə olunan ədəbiyyat:

1.M.A. Boqdanova, Z.M.Smirnova, T.A.Boqdanov “Оборудование предпрятий общественного питания” Москва, «Экономика» 1986

Xüsusi texnologiya”fənn proqramının



İzahat vərəqi

Bu proqramda verilən materiallar peşə təhsili müəssisələrində “Aşpaz” ixtisası üçün “Xüsusi texnologiya”fənninin öyrənilməsinə xidmət edir. Mövzular planı və proqramı hər tədris qrupu tərəfindən mütləq yerinə yetirilməli olan dövlət sənədidir. Tədris prosesində proqramın ayrı-ayrı mövzularına ayrılmış saatların miqdarı və öyrənilməsi ardıcılığı hökmən nəzərə alınmalıdır.

Yeni tədris planına əsasən peşə məktəblərində və peşə liseylərində “Xüsusi texnologiya” fənninin tədrisinə 1 illik tədris qruplarında -65saat, 3 illik tədris qruplarında isə -134saat vaxt verilir.

Fənnin məqsədi – şagirdlərə “Aşpaz ” ixtisası üçün “Xüsusi texnologiya” haqqında anlayışları, kulinariyanın əsaslarını, ərzaq məhsullarının -ətin, balığın, toyuğun, tərəvəzlərin, göbələklərin ilkin emalını, Azərbaycan kulinariyasının təbliğini, Azərbaycan xörəklərinin hazırlanma texnologiyasını, sousların, şorbaların, ət və balıqdan isti yeməklərin hazırlanma texnologiyasını, salatların, soyuq yeməklərin, dessertlərin və qəlyanaltıların hazırlanma texnologiyasını, tərəvəzlərdən qarnirlərin və xörəklərin hazırlanmasını, yumurtadan yeməklərin hazırlanmasını, makaron məmulatlarından və kəsmikdən xörəklərin hazırlanma texnologiyasını və bütün bu xörəklərin texnoloji sxemlərini, hazırlanma texnologiyası sahəsində biliklər verməkdir ki, bu da şagirdlərin “Aşpaz” ixtisasına dərindən yiyələnməsinə imkan verir.

Müəllimlərə məsləhət görülür ki, təlimin ən müasir forma və metodlarından geniş istifadə etməklə, proqram materiallarının yüksək səviyyədə tədrisinə nail olsunlar.

Proqram peşə təhsilli müəssisələrinin bir qrup təcrübəli mühəndis-pedaqoji işçilər və baza müəssisələrinin mütəxəssisləri ilə birgə müzakirə edilib bəyənilmişdir.

Xüsusi texnologiya“ fənninin
MÖVZULAR PLANI


Mövzuların №-si



Mövzuların adları


Saatıarın miqdarı



1 illik qruplar üçün

3 illik qruplar üçün

1

Xüsusi texnologiya fənninə giriş

1

1

2

İ.İ.M-də əməyim mühafizəsi və təhlükəsizlik texnikası

1

1

3

Tərəvəzlərin və göbələklərin mexaniki kulinar emalı

2

6

4

Balıqların mexaniki kulinar emalı

4

6

5

Ət və ət məhsullarının, ev və ov quşlarının mexaniki kulinar emalı.

8

11

6

Ərzaq məhsullarının isdi kulinar emalı.

1

3

7

Şorbalar

10

16

8

Souslar

2

7

9

Yarma,paxla və makaron məmulatlarından hazırlanan xörəklər

2

3

10

Tərəvəz xörəkləri və qarnirləri

4

6

11

Balıq xörəkləri

4

6

12

Ət xörəkləri

12

25

13

Yumurta və kəsmik xörəkləri

3

6

14

Soyuq xörəklər və qəlyanaltılar

4

9

15

Şirin xörəklər və isti içkilər

4

8

16

Xəmirdən hazırlanan məmulatlar

3

20

Cəmi

65

134

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə