"Təsdiq edirəm"



Yüklə 33,66 Kb.

tarix08.10.2017
ölçüsü33,66 Kb.


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

Kollegiyasının “01” iyul 2013-cü il tarixli

25 nömrəli qərarı ilə təsdiq edilmişdir 

 

6 nömrəli əlavə 



 

Tibbi müayinə kartlarının onlayn sifarişi üzrə inzibati reqlamenti 

  

1.

 

Ümumi müddəalar 

 

1.1.          Elektron xidmətin adı: Tibbi müayinə kartlarının onlayn sifarişi 



1.2.          Elektron  xidmətin  məzmunu: Müxtəlif  sahələrdə  çalışan  və  işə 

qəbul  edilərkən  və  ya  sonradan  dövri  tibbi  müayinədən  keçməsi  tələb  olunan 

vətəndaşlar  tərəfindən,  onların   tibbi  müayinədən  keçmələri  barədə  məlumatı 

özündə  saxlayan  tibbi  müayinə  kartlarının  onlayn  sifarişindən  və  bu  sifariş 

əsasında tibbi müayinə kartlarının əldə edilməsindən ibarətdir. 

1.3.          Elektron xidmətin göstərilməsinin hüquqi əsası: 

1.3.1.        “Əhalinin  sağlamlığının  qorunması  haqqında”  Azərbaycan 

Respublikası Qanununun 25-ci maddəsi; 

1.3.2.        Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli, 

413  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasının  Səhiyyə 

Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndi; 

1.3.3.        “Dövlət  orqanlarının  elektron  xidmətlər  göstərməsinin  təşkili 

sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci 

il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi; 

1.3.4.       Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2006-cı  il  12  iyun 

tarixli,  142  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  “Tibbi  müayinə  kartı”  sisteminin 

tətbiqi Qaydalar”ının  4-cü və 6-cı hissələri; 

1.3.5.       Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2011-ci  il  24 

noyabr  tarixli,  191  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  "Mərkəzi  icra  hakimiyyəti 

orqanları  tərəfindən  konkret  sahələr  üzrə  elektron  xidmətlər  göstərilməsi 

Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.36-ci bəndi. 



1.4. Elektron  xidməti  göstərən  dövlət  qurumunun  adı: Azərbaycan 

Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – “Nazirlik”) 



1.5. Elektron xidmətin digər icraçıları: yoxdur. 

1.6. Elektron  xidmətin  avtomatlaşdırılma  səviyyəsi: Elektron  xidmət 

qismən avtomatlaşdırılmışdır. 



1.7. Elektron xidmətin icra müddəti: 10 gün. 

1.8.  Elektron  xidmətin  göstərilməsinin  nəticəsi: Müxtəlif  sahələrdə 

çalışan və işə qəbul edilərkən və ya sonradan dövri tibbi müayinədən keçməsi tələb 




olunan  vətəndaşlar  tərəfindən,  onların   tibbi  müayinədən  keçmələri  barədə 

məlumatı özündə saxlayan tibbi müayinə kartlarının əldə edilməsi. 



  

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi 

  

2.1. Elektron xidmətin növü: interaktiv. 



2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli 

2.2.1. Ödənişin hüquqi əsası, məbləği, bank rekvizitləri, ödəmə üsulları: 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli, 142 

nömrəli  Qərarı  ilə  təsdiq  edilmiş  “Tibbi  müayinə  kartı”  sisteminin  tətbiqi 

Qaydaları”nın  6.2-ci bəndi; 

 “Tibbi  müayinə  kartının  qiymətinin  tənzimlənməsi  barədə”  Azərbaycan 

Respublikası  Tarif  (qiymət)  Şurasının  2009-cu  il  30  dekabr  tarixli,  9  nömrəli 

Qərarına  əsasən  bir  nəfər  üçün  tibbi  müayinə  kartının  qiyməti  8  (səkkiz)  AZN 

təşkil edir. Onlayn ödəniş zamanı bank tərəfindən komisyon haqq tutulur. 

 

Bank rekvizitləri : 



Adı 

DXA 


Kodu 

210005 


VÖEN 

1401555071 

Müxbir Hesab 

AZ85NABZ01360100000003003944 

S.W.I.F.T BIK 

CTREAZ22 

Vəsaiti alan: 

Səhiyyənin  İnformasiyalaşdırılması  Mərkəzi 

Hesab 

N2128204 



VÖEN 

1401798401 

  

  

Ödəmə üsulu: bank, poçt, plastik kart vasitəsi ilə. 



2.3.  Elektron  xidmətin  istifadəçiləri: Azərbaycan  Respublikasının 

vətəndaşları 



2.4.  Elektron  xidmətin  təqdim  olunma  yeri: 

http://www.health.gov.az

http://www.e-gov.az 



2.5. Elektron xidmət barədə məlumatlandırma: 

İnternet ünvanı: 

http://www.health.gov.az

; http://www.e-gov.az 

Elektron poçt: 

office@e-health.gov.az

 

Telefon: 012-431-38-28 



2.6. Elektron  xidmətin  göstərilməsi  üçün  tələb  olunan  sənədlər  və 

onların təqdim olunma forması: 


  Elektron  xidmətdən  istifadə  etmək  üçün  vətəndaş  şəxsiyyət  vəsiqəsinin 

nömrəsi və pin kodunu daxil etməlidir. 

  

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar 

  

3.5.            Elektron xidmətlər üçün sorğu: 

3.1.1  Sorğunun  formalaşdırılması: İstifadəçi,  elektron  xidmətin  təqdim 

edildiyi  internet  səhifəsinə  daxil  olub  şəxsiyyət  vəsiqəsinin  nömrəsini  və  pin 

kodunuelektron  poçt  ünvanı,  qeydiyyatda  olduğu  rayonu  və  aid  olduğu  obliqat 

qrupunu seçir və qeydiyyatdan keçir. Bundan sonra istifadəçi onlayn ödəniş etmək 

istərsə  ödəmə  kartının  üzərində  olan  məlumatları  (ad  və  soyad,  kartın  nömrəsi, 

kartın  etibarlılıq  müddətinin  bitmə  tarixi,  CVC  nömrəsi  )  müvafiq  pəncərədə 

doldurur. 

İstifadəçi  digər  ödəmə  üsulları  ilə  ödəniş  etdiyi  halda  ödənişi  təsdiq  edən 

sənədin skan edilmiş sürətini səhifəyə yükləyir. 

3.1.2.  Sorğunun  qəbulu: Sorğu  qəbul  edilir  və  daxil  edilən  məlumatlar 

yoxlanılır. 



3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi: 

3.2.1.  Sorğunun  yerinə  yetirilməsindən  imtina  halları: İstifadəçi,  bu 

reqlamentin  3.1.1-ci  bəndində  göstərilən  məlumatları  düzgün  daxil  etmədikdə  və 

(və  ya)  hesabında  yetərincə  vəsait  olmadıqda  və  ya  ödənişi  təsdiq  edən  sənəd 

düzgün  olmadıqda  sorğunun  yerinə  yetirilməsindən  imtina  edilir  və  sorğunun 

icrasından imtinanın səbəbləri barədə istifadəçiyə bildiriş göndərilir. 

3.2.2.  Sorğunun  qəbulu: İstifadəçi,  bu  reqlamentin  3.1.1-ci  bəndində 

göstərilən  məlumatları  düzgün  daxil  etdikdə  və  onlayn  ödəniş  etdikdə  və  ya  

ödənişin ödənildiyini təsdiq edən sənədi təqdim etdikdə sorğu qəbul edilir.  

  

3.3. Sorğunun icrası: 



3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında 

məlumat: Sorğu  qəbul  edildikdən  sonra  Azərbaycan  Respublikası  Prezidentinin 

2003-cü  il  27  sentyabr  tarixli  935  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  “Dövlət 

hakimiyyəti  orqanlarında,  idarə,  təşkilat  və  müəssisələrində  kargüzarlığın 

aparılmasına  dair  Təlimat”a  uyğun  olaraq  dərhal  qeydiyyata  alınır  və  baxılması 

üçün 

Azərbaycan 



Respublikası 

Səhiyyə 


Nazirliyinin 

Səhiyyənin 

İnformasiyalaşdırılması Mərkəzinə ünvanlanır. 

  

Sorğunun  icrası  üzrə  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin 



Səhiyyənin  İnformasiyalaşdırılması  Mərkəzinin  rəhbəri  bilavasitə  məsuliyyət 

daşıyır. 




3.3.2.  İnzibati  əməliyyatda  iştirak  edən  digər  dövlət  orqanı  haqqında 

məlumat: Yoxdur. 

3.3.3. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: 

Çatışmazlıqlar  və  ya  imtina  üçün  əsas  olmadıqda  istifadəçiyə tibbi  müayinə 

kartının verilməsindən imtina edilməməsi barədə bildiriş göndərilir. Bundan sonra 

tibbi  müayinə  kartı  rəsmiləşdirilərək  birbaşa  və  ya  poçt  rabitəsi  vasitəsilə 

istifadəçiyə təqdim olunur. 

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: 

3.4.1. 

Nəzarət 

forması: Kargüzarlıq, 

daxil 


olan 

müraciətlərin 

avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi. 

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 

sentyabr  tarixli  935  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  “Dövlət  hakimiyyəti 

orqanlarında,  idarə,  təşkilat  və  müəssisələrində  kargüzarlığın  aparılmasına  dair 

Təlimat”la müəyyən edilmiş qaydada. Daxil olan müraciətlərin avtomatlaşdırılmış 

rejimdə  təşkil  olunmuş  mütəmadi  monitorinqi.  Elektron  xidmətin  yerinə 

yetirilməsinə  nəzarəti  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin  Səhiyyənin 

İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir. 

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: 

3.5.1.  İstifadəçinin  şikayət  etmək  hüququ  haqqında  məlumat: İstifadəçi 

elektron  xidmətlə  bağlı  onu  razı  salmayan  istənilən  məsələ  barədə  yuxarı 

səlahiyyətli  orqana  (vəzifəli  şəxsə)  inzibati  qaydada  və  məhkəməyə  şikayət  edə 

bilər. 


3.5.2.  Şikayətin  əsaslandırılması  və  baxılması  üçün  lazım  olan 

informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız 

üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-

ci  bəndində  göstərilən  elektron  poçt  ünvanına  göndərilməlidir.  Şikayətdə  fiziki 

şəxsin  adı,  atasının  adı,  soyadı,  ünvanı,  poçt  və  ya  elektron  poçt  ünvanı,  işlədiyi 

yer göstərilməlidir. 

3.5.3.  Şikayətin  baxılma  müddəti: Şikayətə  “İnzibati  icraat  haqqında” 

Azərbaycan  Respublikası  Qanununun  78.1-ci  maddəsinə  əsasən  1  ay  müddətində 



baxılır. 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə