Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə14/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   10   11   12   13   14   15   16   17   ...   46

33
müəssisələrində material təchizatı sahəsində böyük problemlər yaratmışdır. Bu 
sə bəbdən də fəaliyyətdə olan müəssisələrdə istehsalın ahəngdarlığını təmin et-
mək məqsədilə anbar xammal və material ehtiyat larının yaradılmasına xüsusi 
diq qət yetirilir. Sənaye müəssisələrində cari, mövsümi və sığorta material ehti-
yatları yaradılır. Cari ehtiyatlar material göndərmə intervalı (gün hesabı ilə) 
pozulan hallarda istehsalı təmin etmək üçün nəzərdə tutulur. Mövsümi ehtiyatlar 
texnoloji xüsusiyyətlərinə görə müəyyən mövsümlərdə istehsal edilən xammal 
və materiallar tədarükü tələb olunan (məsələn, pambıq, meyvə, tərəvəz, üzüm 
və s. xammalı) material növləri üzrə yaradılır.
Sığorta ehtiyatı gözlənilməyən fövqəladə hallarla (müharibə, su daş qını, zəl-
zələ, dövlətlərarası iqtisadi əlaqələrin pozulması və i.a.) əlaqədar olaraq xammal 
və materialların alınması və daşınmasının qeyri-müm kün lüyü şəraitində isteh-
sa lın ahəngdarlığını təmin etmək məqsədilə yaradılır.
İstehsalın ahəngdarlığının təmin edilməsində cari ehtiyatlar həlledici rol oy-
na yır. Bu və ya digər xammal, material növü üzrə cari ehtiyatın miqdarı material 
göndərmə intervalının gün hesabı ilə miqdarını orta hesabla bir iş gününə ma te-
rial sərfi  miqdarına vurmaqla təyin edilir.
Təhlil zamanı ən mühüm, həm də tədarükü çətin olan, xüsusilə də uzaq xari-
ci ölkələrdən alınan material növləri üzrə faktiki ehtiyatın (qalığın) normativə 
uyğun olması təyin edilir. Bunu aşağıdakı analitik cədvəldə verilən hesabla ma-
lar dan  aydın görmək olar.
Cədvəl 9
Material resursları üzrə ehtiyatların vəziyyətinin təhlili
Materialın adı
Orta sutkalıq 
məsrəfton
Faktiki ehtiyat
Ehtiyat 
normasıgün
Maksimal norma-
dan kənarlaşma +,–
miqdarıton
gün
plan
fakti ki günlə
miqdarı
A
1
2
3
4
5
6
7
“A” material 
120
840
7
10
8
-3
-360
“B” material
80
880
11
16
12
-5
-400
“V” material
100
1400
14
12
10
+2
+200
və i.a.
Təhlil zamanı xammal və materialların göndərilməsinin, az, yaxud aşa ğı 
key  fi y yətdə göndərilməsinin, göndərmə qrafi klərinin pozulmasının, ma teriallar 
üçün qiymətlərin dəyişilməsinin (infl yasiya ilə əlaqədar olaraq qiy mətlər art dıq-
ca az material göndərilə bilər), material ehtiyatı çatışmadığına görə resep tu rada 
nə zər də tutulan bir materialın başqası ilə  əvəz edil mə sinin,  göndərmə qra fi k-
lərinin pozul masının və d. obyektiv və subyektiv amil lərin məhsul bura xı lı şının 
həcminə təsiri təyin edilir.


34
§12. Material ehtiyatlarının istifadəsinin təhlili
Xammal və material qıtlığı daim artan, satış qiymətləri bahalaşan, ha belə 
on ların tədarükü çətinləşən indiki şəraitdə mövcud material resurs larından isti-
fa dənin effektliyinin yüksəldilməsi idarəetmənin ümdə  vəzifə lərindən biridir. 
Bu 
nun üçün material məsrəfl ərini və material resurslarından istifadənin 
effektliyini xarak terizə edən göstəricilər sistemini, onların forma laşması üsul-
larını bilmək lazımdır. Qüvvədə olan təlimat və metodikalarda, iqtisadi ədəbiy-
yatlarda planlaşdırma və təhlil işlərində material resurs la rından istifadəni xarak-
terizə edən ümumiləşdirici və hissəvi göstəricilərin tətbiqi məsləhət görülür.
Material resurslarından istifadəni xarakterizə edən ümumiləşdirici göstərici-
lə rə: məhsulun materialtutumu, materialverimi, məhsulun maya dəyərində ma-
te  rial  məsrəfl ərinin xüsusi çəkisi, materiallardan istifadə  əmsalı  və istehsalın 
həc mi nin  və material məsrəfl ərinin artım templərinin nisbəti əmsalları daxildir.
Məhsulun (işin, xidmətin) materialtutumu material məsrəfl əri məbləğinin 
mü qabilində hazırlanan məhsulun (işin, xidmətin) bir manatına nə qədər mate-
rial məsrəfl əri tələb olunduğunu (plan), yaxud faktiki nə qədər material məsrə fi -
nə yol verildiyini xarakterizə edir.
Materialverimi hazır məhsulun (işin, xidmətin) dəyərini ona aid material 
məs   rəfl əri məbləğinə bölməklə hesablanır. Bu göstərici istehlak olunan material-
ların verimini, yəni istehlak olunan material resurslarının (xammal, material, 
ya na caq,  elektrik  enerjisi,  komplektləşdirici məmulatlar və i.a.) hər manatına 
dü şən istehsalın (məhsul, iş, xidmət) miqdarını xarakterizə edir.
Məhsulun maya dəyərində material məsrəfl ərinin xüsusi çəkisi material 
məs rəfl əri məbləğinin məhsulun (işin, xidmətin) tam maya dəyərinə nisbəti kimi 
he sablanır (faizlə). Bu göstəricinin dinamikası məhsulun (işin, xidmətin) mate-
rial tutumunun  dəyişilməsini xarakterizə edir.
Materiallardan istifadə əmsalı faktiki material məsrəfl ərini məhsul buraxılı şı-
nın faktiki həcmi və faktiki çeşidlərinə görə plan kalkulyasiyalarında verilən ma-
terial resursları sərfi  miqdarına istinad etməklə təyin edilən  he sab lama  mate rial 
məsrəfl əri həcminə bölməklə müəyyən edilir. O, istehsal proseslərində  ma te -
riallardan nə dərəcədə qənaətlə istifadə edildiyini, yaxud bədxərcliyə yol veril-
diyini, başqa sözlə desək, məsrəf normalarına riayət edildiyini xarakterizə edir.
İstehsalın həcminin və material məsrəfl ərinin artım templərinin nisbəti əm-
salı ümum, yaxud əmtəəlik məhsul istehsalı indeksinin material məs rəfl  əri 
indek sinə nisbəti kimi təyin edilir. Bu göstərici materialveriminin dinami kasını 
nisbi ifadədə xarakterizə edir. Bununla yanaşı, materialveriminin artımına təsir 
göstərən amilləri açıqlayır.
Planlaşdırma və təhlil işlərində ümumiləşdirici göstəricilərdən istifadə ma te-
rial resurslarından istehsal prosesində istifadənin effektivliyi səviyyəsi və onun 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə