Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə4/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   2   3   4   5   6   7   8   9   ...   46

10
son maliyyə nəticələrinə təsir edən müxtəlif amillər və bunların təsir dərəcəsi 
müəyyən edilir. Tam iqtisadi təhlil zamanı müəssisənin plan və hesabat 
məlumatları ilə yanaşı, illik və kvartallıq mühasibat hesabatlarına aid yazılmış 
təhriri izahat məlumatlarından da geniş istifadə olunur.
Tematik (qismən) iqtisadi təhlil. Tematik (qismən) iqtisadi təhlil, tam iq-
tisadi təhlildən fərqli olaraq, nisbətən dar sahənin və ya müəssisənin təsərrüfat-
maliyyə fəaliyyətinin konkret olaraq bir hissəni, yaxud ayrıca bir əsas göstəricini 
(məsələn, rentabellik göstəriciləri) öyrənib onun yaxşılaşdırılması üçün ehtiyat 
mənbələrinin müəyyən edilməsində istifadə olunur. Məsələn, istehsalın bir sa-
hə sinin  inkişafı və ya geriliyin, yaxud avadanlıqların boş dayanmasının, müəs-
sisənin anbarlarında normativdən artıq material ehtiyatlarının əmələ gəlməsinin, 
satış planının yerinə yetirilməsinin, məhsulun maya dəyərinin yüksəlməsinin və 
s. səbəblərin ayrı-ayrılıqda öyrənilməsi və qiymətləndirilməsi tematik iqtisadi 
təhlil vasitəsi ilə həyata keçirilir.
Təsərrüfat fəaliyyətinin təhlili planda nəzərdə tutulan vaxta və əhatə dairə si-
nə görə seçmə yolla aparılan təhlilə, qabaqcadan təhlilə, operativ və ya cari təh-
lilə və sonradan təhlilə bölünür.
Seçmə üsulla iqtisadi təhlil.  Məlum olduğu kimi, tam və ya hərtərəfl i 
iqtisadi təhlil müəssisədə təsərrüfat fəaliyyətinə yekun vurulduqdan sonra illik 
hesabat mə lumatlarına əsasən aparılır. Bundan fərqli olaraq, seçmə yolla (üsul-
la) aparı lan iqtisadi təhlil lazım gəldikcə müəssisənin təsərrüfat fəaliyyətinin 
yal nız bir sahəsinin (seçmə yolla) öyrənilməsini nəzərdə tutur. Məsələn, ayrı-
ayrı material çeşidlərindən birinin və ya daha vacib sayılan çeşidinin istehsalda 
istifadə edil məsi vəziyyəti, gündəlik və ya növbəlik iş normalarının işçilər tə-
rəfi ndən necə yerinə yetirmələri və s. Bu kimi məsələlərin öyrənilməsində seç-
mə iqtisadi təh lil  növündən geniş istifadə olunur. 
Qabaqcadan iqtisadi təhlil. Adından məlum olduğu kimi, qabaqcadan iqti-
sadi təhlildən istehsal prosesi və ya təsərrüfat  əməliyyatlarına başlamazdan 
əvvəl istifadə olunur. Qabaqcadan iqtisadi təhlilin aparılmasında əsas məqsəd 
istehsalın ayrı-ayrı sahələrinin gələcək inkişafı planı tapşırıqlarının əsaslan dırıl-
ması, optimallaşdırılması, istehsal prosesi üçün tələb olunan texnika və texnolo-
giyanın, başqa maddi-texniki ehtiyatların seçilib planlaşdırılması və tətbiqi üçün 
onların layihələşdirilməsi və s. bu kimi qarşıdakı  məsələlərin öyrənilməsi və 
həl lindən ibarətdir.
Sonradan iqtisadi təhlil. Sonradan təhlil proses və hadisələr, təsərrüfat 
əmə liyyatları başa çatdırıldıqdan sonra, bir qayda olaraq, kvartalın, təqvim ili-
nin axırında, yaxud beşilliyin sonunda müəssisənin maliyyə-təsərrüfat fəaliy yə-
tinə yekun vurmaq, istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi üçün eh ti-
yat mənbələrini aşkar etmək, plan və öhdəliklərin yerinə yetirilməsini təyin 
etmək və qiymətləndirmək, maliyyə nəticələrini və ondan istifadə edilməsi və-


11
ziy yətini öyrənmək məqsədi ilə  təşkil edir. Belə  təhlil üçün əsas informasiya 
mənbəyi illik istehsal-texniki-maliyyə planı, müvafi q uçot və hesabat məlu mat-
ları, müəssisənin texniki pasportunda verilən məlumatlar hesab olunur. Müəssisə 
və birliklərin iqtisadi göstəricilərinin keçmiş və gələcək dövrlər üzrə eyni vaxtda 
öyrənilib müqayisə edilməsi onun inkişaf perspektivi və gözlənilən nəticələri 
barədə əsaslı fi kir söyləməyə imkan verir. Beləliklə, demək olar ki, perspektiv 
iqti sadi  təhlilin əsas vəzifəsi proqnozlaşdırma hesab olunur. Məlum olduğu ki-
mi, müasir iqtisadi proqnozlaşdırma öz arsenalında dinamik cərgələr əsasında 
proqnozlaşdırmanın çoxlu miqdarda müxtəlif metod və üsullarına malikdir. Bu 
da perspektiv iqtisadi təhlilin obyektləri və iqtisadi göstəricilərin və məlu mat-
ların daha inandırıcı və obyektiv olmasını təmin edir.
Amilli (çoxamilli) iqtisadi təhlil. İstehsal, satış və təchizat proseslərinə və 
yaxud əsas fondlardan, əmək ehtiyatlarından, əmək cismindən istifadə edilmə-
sinə, maliyyə  nəticələrinə, eləcə  də maliyyə  vəziyyətinə  təsir edən amillərin 
çox luğu və müxtəlifl iyi və daha dərindən ayrı-ayrı amillərə görə öyrənilməsində 
istifadə olunan təsərrüfat fəaliyyətinin təhlili sisteminin əsas növlərindən biri də 
amilli iqtisadi təhlil hesab olunur. Amilli iqtisadi təhlil riyazi statistika metod-
larına əsaslanır. Təhlilin bu növü eyni zamanda reqressiyalı təhlil adlanır. Amilli 
və yaxud çoxamilli iqtisadi təhlil istər böyük və istərsə  də kiçik müşahidələr 
nəticəsində kəmiyyət və keyfi yyət göstəricilərinə və istehsalın iqtisadi səmə rə-
liliyinə ayrı-ayrı amillərin təsir dərəcəsini təyin etməkdə mühüm əhəmiyyət 
kəsb edir. Əsaslı dəlillər üzrə öyrənilən təsərrüfat fəaliyyətinə ayrı-ayrı amillərin 
təsiri hesabına əldə edilən nəticənin və bunların məcmusunun müfəssəl qiymət-
ləndirilməsi müəssisənin iqtisadi göstəriciləri barədə obyektiv vəziyyəti müəy-
yən etməyə şərait yaradır.
Funksional dəyər təhlili. Hazırda müəssisə və təşkilatların istehsal proses-
ləri və onun nəticələrinin öyrənilməsində  təsərrüfat fəaliyyəti təhlilinin  əsas 
növ lərindən biri kimi funksional dəyər iqtisadi təhlilindən geniş miqyasda istifa-
də olunur. Təsərrüfat fəaliyyəti təhlilinin bu yeni növü öyrənilən obyektlərin 
layihələşdirilməsi, istifadə olan obyektlərin istehsal gücünün artırılması, tək mil-
ləşdirilməsi, modernləşdirilməsi və genişləndirilməsinin layihə ləşdiril mə  si  və 
planlaşdırılması üçün ehtiyat mənbələrinin aşkar edilməsini nəzərdə tutur.
Təsərrüfat fəaliyyəti təhlilinin funksional dəyər növü istehsalın iqtisadi sə-
mə rəliliyinin yüksəldilməsi imkanını müəyyən etmək məqsədi ilə ayrı-ayrı ob-
yekt lərin və onların tərkib hissələrinin (məsələn, yük avtomobillərinin, cihazın 
və ya avadanlığın ayrı-ayrı hissə  və aqreqatlarının) öz funksiyalarının yerinə 
ye tirmə səviyyəsini ən optimal variant seçmə yolu ilə öyrənir və düzgün qiy-
mətləndirməyə şərait yaradır.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə