Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə46/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   38   39   40   41   42   43   44   45   46

120
məhsullara olan tələbatdan, onun rəqabətetmə qabiliyyətindən, alıcıların ödəmə 
qa biliyyətindən, hesablaşmaların formasından və s.-dən asılıdır.
İstehsalat ehtiyatları və bitməmiş istehsalın hazır məhsula çevrilməsi, sonra 
nağd pula çevrilməsi üçün xeyli çox vaxt gərək olur. Buna görə də onlar üçüncü 
qru pa daxil edilir.
Cədvəl 36 
Likvidlik dərəcəsi üzrə cari aktivlərin qruplaşdırılması
Cari aktivlər
Dövrün 
əvvəlinə
Dövrün 
axırına
Pul vəsaitləri
Qısamüddətli maliyyə qoyuluşları
Birinci qrup üzrə yekunu
Hazır məhsullar
Böyüdülməyə və kökəldilməyə qoyulmuş heyvanlar
Yüklənmiş mallar
Debitor borcları, ödənişi, hansı ki, 12 ay ərzində gözlənilir
İkinci qrup üzrə yekunu
Debitor borcları, hansı ki, ödənişi 12 aydan sonra gözlənilir
İstehsal ehtiyatları
Bitməmiş istehsal
Gələcək dövrün xərcləri
Üçüncü qrup üzrə cəmi
Cari aktivlərin yekunu
-
-
-
-
60800
-
350510
411310
3750
19450
122600
-
125800
657110
-
-
-
-
-
-
683515
683515
49068
49805
296236
-
395102
1078624
Müəssisənin ödəmə öhdəlikləri üç qrupa bölünür: 
1) ödəmə müddəti başa çatmış borclar;
2) yaxın vaxtlarda ödənilməsi lazım gələn borclar;
3) ödəmə vaxtı tezliklə çatmayan borclar.
Qısamüddətli perspektivlərdə ödəmə qabiliyyətini qiymətləndirmək üçün 
balansın aşağıdakı likvidlik göstəriciləri (ümumi, aralıq və mütləq) hesablanır.
Ümumi likvidlik əmsalı (borcların örtülmə  əmsalı) cari aktivlərin bütün 
məbləğini (ehtiyatlar və bitməmiş istehsalı da daxil etməklə), qısamüddətli öh-
dəliklərin ümumi məbləğinə (passivin II bölməsi) nisbəti ilə hesablanır, o, ör tül-
mə dərəcəsinin yəni cari passivlərin cari aktivlərlə örtülmə səviyyəsini gös tə rir.
Cari aktivlərin cari passivlərdən artıq olması zərərin qarşılığının ödənilməsi 
üçün ehtiyatı təmin edir. Bu ehtiyatın həcmi nə qədər çox olarsa, kredit verənlərə 
bir o qədər çox inanmaq olar, çünki borclar ödəniləcəkdir. Başqa sözlə, görün-
məyən vəziyyətdən irəli gələn hər hansı cari aktivlərin bazar qiymətinin müm-
kün qədər aşağı salınması üçün təhlükəsiz hədd örtülmə əmsalını müəyyən edir, 
yaxud pul vəsaiti axını ixtisara düşür. Adətən, 2,0 əmsal kifayət edir. Bizim mi-
sal da  likvidlik  əmsalı ilin əvvəlinə 1,1 ilin axırına isə 1,0 olmuşdur.


121
Aralıq likvidlik əmsalı bu müəssisənin birinci iki qrupunda likvid for-
masında olan vəsitlərin qısamüddətli borcun ümumi məbləğinə olan nisbətidir. 
Bizim misalda bu əmsal ilin əvvəlinə 0,781, ilin axırına 0,645 təşkil edir. 
0,115:0,0 nisbəti kifayət edir. Əgər likvid formasında olan vəsaitlərin çox his sə-
sini debitor borcları  təşkil edirsə hansı ki, onun bir hissəsinin tələb olunması 
çə tindir, onda aralıq əmsalı kifayətləndirici hesab olunmur. Bu halda nisbət da-
ha yüksək olmalıdır. 
Mütləq likvidlik göstəricisi (pul ehtiyatları norması) əvvəlki göstəriciləri ta-
mam layır. Birinci qrupda olan likvid formasında olan vəsaitlərin müəssisənin 
qısamüddətli borclarının bütün məbləğinə (balansın passivinin üçüncü bölməsi) 
olan həcmi yüksək olarsa, bir o qədər borcun ödənilməsinə təminat vardır. Belə 
ki, əgər müəssisənin ləğv edilməsi halında aktivin bu qrupu üçün dəyər itkisinin 
təhlükəsi yoxdur.
İqtisadi ədəbiyyatlarda göstərilir ki, bu əmsalın qiyməti 0,25-0,30-dan yu xa-
rı olduqda kifayətləndirici hesab edilir. Bu anda özünün borclarının 25-30 %-ni 
ödəyirsə, onun ödəmə qabiliyyəti normal hesab olunur.
Cari ödəmə qabiliyyətinin operativ təhlili, məhsul satışından vəsaitlərin da-
xil olmasına gündəlik nəzarət, debitor borclarının ödənilməsi və pul vəsaitlərinin 
digər daxilolmaları üçün, eləcə də malgöndərənlər qarşısında öhdəliyin ödə nil-
məsinin yerinə yetirilməsinə nəzarət üçün banklar və digər kreditorlara ödəniş 
təqvimi tərtib edilir.
Təqvimin bir tərəfi ndə mövcud və gözlənilən ödəniş vəsaitləri göstərilir, di-
gər tərəfi ndə isə bu müddət (1-ci ayın 1, 5, 10, 15-ci günlərində) ərzində ödəniş 
öh dəlikləri göstərilir.
Operativ ödəniş təqvimi məhsulların yüklənməsi və satışı haqqında, istehsal 
vəsaitlərinin satın alınması haqqında məlumatların, əməyin ödənişi üzrə hesab-
laşmalar işçilərə avansın verilməsi haqqında sahələrin bankın hesablarından çı-
xarışın və s.-nin əsasında tərtib edilir.


122
10.01-ə operativ ödəniş təqvimi
Ödəniş vəsaitləri
Məbləği,
min man.
Pul vəsaitlərinin qalığı:
Kassada
Banklarda olan hesablarda
200
10.01 aya qədər ödəniş müddətində qiymətli kağızlar
50
10.01 aya qədər pul vəsaitlərinin daxil olması:
– məhsul satışından 5250
– sair satışdan 185
maliyyə fəaliyyətindən
-
– alıcılardan alınmış avanslar
500
– kreditlər, borclar
-
Vaxtı keçmiş debitor borclarının ödənişi
120
Sair
30
Balans
8135
Ödəmə öhdəlikləri
Məbləği,
min man.
Əmək haqqının ödənilməsi
550
Sosial müdafi ə fonduna ayırmalar
138
Büdcəyə və büdcədənkənar fondlara ayırmalar
1120
Mal göndərən və podratçıların hesabının ödənişi
4850
Bank kreditinə görə faizin ödənişi
170
Kreditin qaytarılması
860
Sair kredit borcunun ödənişləri
24,7
Cəmi
7235
Ödəniş vəsaitlərinin öhdəliklərdən çox olması
900
Balans
8135


123
Cari ödəmə qabiliyyətini müəyyən etmək üçün tarixə ödəniş vəsaitlərini hə-
min tarixə öhdəlikləri ilə müqayisə etmək lazımdır. Əgər əmsal 1, yaxud 1-dən 
yuxarı olarsa, yaxşı variant hesab edilir. Bizim misalda o, 1,1 təşkil edir.
Müəssisənin ödəmə qabiliyyətinin vəziyyətini təhlil edərkən maliyyə çətin-
liklərinin səbəblərini, onların tez-tez əmələ gəlməsini və vaxtı keçmiş borcların 
müddətini nəzərdən keçirmək lazımdır. Ödəmə qabiliyyətinin olmamasının sə-
bəbləri bunlardır: məhsul istehsalı və satışı üzrə planın yerinə yetirilməsi, on-
ların maya dəyərinin yüksək olması, mənfəət planının yerinə yetirilməməsi və 
nəticə kimi, müəssisənin özünümaliyyələşdirməsini çatışmaması, verginin 
yüks ək faizli olması. Ödəmə qabiliyyətinin aşağı olma səbəblərindən biri döv-
riyyə kapitalından (debitor borclarında vəsaitlərin yayılması, plandan artıq 
ehtiyatlara və müvəqqəti olaraq maliyyələşmə mənbəyi olmayan digər məqsəd-
lərə olan qoyuluşlar) düzgün istifadə olunmaması ola bilər.
Ödəmə qabiliyyəti göstəricilərinin dəyişmə səbəblərini aydınlaşdırmaq üçün 
gəlirlər və xərclər üzrə maliyyə planının yerinə yetirilməsinin təhlilinin mühüm 
əhəmiyyəti vardır. Bunun üçün pul vəsaitlərinin hərəkəti haqqında hesabatın 
mə lu matları, eləcə də maliyyə nəticələri haqqında hesabatın məlumatları maliy-
yə planının məlumatları ilə müqayisə edilir. Təhlil zamanı birinci növbədə pul 
vəsaitlərinin daxil olması üzrə planın yerinə yetirilməsini, xüsusilə məhsulların, 
iş və xidmətlərin, əmlakın satışından olan gəlirləri müəyyən etmək lazımdır, gə-
lir lərin dəyişmə  səbəblərini aydınlaşdırmaq və onların artırılma ehtiyatlarını 
aşkar etmək lazımdır. Pul vəsaitindən istifadəyə xüsusilə diqqət yetirmək lazım-
dır, belə ki, hətta maliyyə planının gəlirlər hissəsi yerinə yetirildikdə belə pul 
vəsaitlərində səmərəli istifadə olunmama və artıq xərcə yol verilmə maliyyə çə-
tin liklərinə gətirib çıxarır.
Maliyyə planının xərclər hissəsi hər bir maddə üzrə təhlil edilir, artıq xərcin 
səbəbləri aydınlaşdırılır, ola bilər ki, artıq xərcə yol verilməsi özünü doğrultsun, 
ya da doğrultmasın. Maliyyə planının təhlilinin yekunları üzrə gələcəkdə müəs-
sisənin sabit ödəmə qabiliyyətinin təminatı üçün pul vəsaitlərinin pla nauyğun 
axınının artırılması ehtiyatları aşkar edilməlidir.
Təhlil zamanı ödəmə öhdəliyinin bir manatına düşən plan üzrə  və faktiki 
müəy yənləşdirilir. Ödəmə öhdəliyinin bir manatına düşən plan üzrə 1,03 man. 
(ilin əvvəlinə qalıq 14554, il ərzində daxil olan 67350) : (il ərzində nəzərdə tutu-
lan məsarifl ər 66685), faktiki 1,0355 + 77580) : 76085 olmuşdur. Nəticədə sər-
bəst pul vəsaiti ehtiyatı 2,2 dəfə artmışdır (ilin axırına qalıq 3150 : ilin əvvəlinə 
olan qalıq 1455) ki, bu da gələcəkdə müəssisənin maliyyə sabitliyi vəziyyətinin 
yüksəldilməsinə imkan verəcəkdir.
 


124
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:
1.  “Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu”,
Bakı, 2004.
2.   “Auditor xidməti haqqında Azərbaycan Respublikasının Qanunu”,
Bakı, 1994.
3.   Mahmudov İ.M., Zeynalov T.S., Quliyev F.M. “İqtisadi təhlil” 
(dərslik), Bakı, 2003.
4.   Mahmudov İ.M., Zeynalov T.S., Mahmudov R.İ. “Maliyyə vəziyyətinin
təhlili”, Bakı, 2000.
5.   Əliyev R. “İqtisadi təhlilin nəzəriyyəsi” (dərslik). Bakı, 2007, II nəşr.
6.   İsgəndərov R.Ə. “Müəssisənin maliyyəsi” (dərslik). Bakı, 2007.
7.  Hüseynov T. “Müəssisənin iqtisadiyyatı”. Bakı, 2005.
8.  Rzayev Q. “Mühasibat uçotu və audit”. Bakı, 2008. 
9.  Abbasov İ. “Audit”, Bakı, 2007.
10.  Əliyev R. “İqtisadi təhlilin nəzəriyyəsi”. Bakı, 2002.
11.  Namazəliyev H. “Sənaye müəssisələri təsərrüfat fəaliyyətinin iqtisadi
 təhlili”.
12.  Cəfərli H.A. “İqtisadi təhlil nəzəriyyəsi”. Bakı, 2009. 
13.  Seyfullayev S.M., Abbasov İ.M. “Bazar münasibətlərində iqtisadi 
təhlil.” Bakı, Ergün, 1993.
14.  Səbzəliyev S.M. Beynəlxalq və milli uçot terminlərinin izahlı lüğəti. 
”Elm və təhsil” nəşriyyatı, Bakı, 2010.
15.  Баканов М.И., Шеремет А.Д. Теория экономического анализа. М., 
 Финансы и статистика, 1996.
16.  Казинец Л.С. Теория индексов. М., Госстатиздат., 1963.
17.  Ковалев В.В. “Финансовый анализ; методы и процедуры”, М.,
 Финансы и статистика, 2001. 
18.  Савицкая Г.В. “Методика комплексного анализа хозяйственной 
 деятельности”, М., Новое знание, 2003
19.  Савицкая Г.В. “Анализ хозяйственной деятельности предприятия”,
М., Новое знание, 2003.
 


125
MÜNDƏRİCAT
Giriş ..............................................................................................................................3
 
I MÖVZU
TƏSƏRRÜFAT FƏALİYYƏTININ TƏHLİLİ HAQQINDA
 
§1. Təsərrüfat fəaliyyətinin təhlili haqqında 
ümumi məlumat ......................................................................................................5
§2. Təsərrüfat fəaliyyətinin təhlilinin növləri ...............................................................7
§3. Təsərrüfat fəaliyyətinin təhlilinin predmeti ..........................................................12
§4. Təsərrüfat fəaliyyətinin təhlilinin obyektləri ........................................................13
§5. Təsərrüfat fəaliyyətinin təhlilinin prinsipləri ........................................................13
§6. Təsərrüfat fəaliyyətinin təhlilinin vəzifələri .........................................................14
§7. Təsərrüfat fəaliyyətinin təhlilinin digər iqtisad
elmləri ilə əlaqəsi ..................................................................................................16
§8. Təsərrüfat fəaliyyətinin təhlilinin metodları .........................................................17
§9. Təhlilin aparılması üçün informasiya mənbələri ..................................................18
II MÖVZU
MÜƏSSİSƏNİN EHTİYATLARI VƏ ONLARIN TƏHLİLİ
§10. İstehsal ehtiyatlarının təhlili ................................................................................21
§11. Müəssisənin material ehtiyatları ilə təminatının təhlili .......................................24
§12. Material ehtiyatlarının istifadəsinin təhlili ..........................................................34
III MÖVZU
ƏSAS VƏSAİTLƏR VƏ KAPİTAL QOYULUŞLARI
§13. Əsas vəsaitlərin və onların vəziyyətinin təhlili ...................................................36
§14. Kapital qoyuluşlarının təhlili ..............................................................................47
IV MÖVZU
PUL VƏSAİTLƏRİNİN TƏHLİLİ
§15. Pul vəsaitlərinin təhlili ........................................................................................50


126
V MÖVZU
MÜƏSSİSƏNİN İŞÇİ QÜVVƏSİNİN TƏHLİLİ
§16. Müəssisənin işçi qüvvəsinin təhlili .....................................................................54
 
VI MÖVZU
 İŞ VAXTİNİN TƏHLİLİ
§17. İş vaxtının təhlili .................................................................................................62
§18. İş vaxtından istifadə edilməsinə təsir edən amillərin təhlili................................67
VII MÖVZU
ƏMƏK MƏHSULDARLIĞI VƏ ƏMƏK HAQQININ TƏHLİLİ
§19. Əmək məhsuldarlığının təhlili ............................................................................73
§20. Əmək haqqı fondunun təhlili ..............................................................................76
§21. Əmək ehtiyatlarından səmərəli istifadənin təhlili ...............................................78
 
VIII MÖVZU
 MƏHSUL İSTEHSALI, XƏRCLƏR VƏ MƏNFƏƏT ARASINDAKI
ƏLAQƏNİN TƏHLİLİ
 
§22. Təhlilin məzmunu, vəzifələri və informasiya mənbələri ....................................82
§23. Məhsul buraxılışının həcminin, strukturunun və dinamikasının təhlili ..............84
§24. Məhsul buraxılışı ahəngdarlığının təhlili ............................................................85
§25. Məhsulun keyfi yyətinin təhlili ............................................................................87
§26. Məhsul buraxılışına təsir edən amillərin təhlili ..................................................90
§27. İş (xidmət) satışı üzrə müqavilə öhdəliklərinin 
yerinə yetirilməsinin təhlili ..................................................................................92
 
IX MÖVZU
MƏNFƏƏT (ZƏRƏR), ONUN BÖLÜŞDÜRÜLMƏSİ
§28. Mənfəət və zərərin təhlili ....................................................................................93
§29. Mənfəətin bölüşdürülməsinin təhlili ...................................................................95
 
X MÖVZU
MÜƏSSİSƏNİN KAPİTALININ TƏHLİLİ
§30. Müəssisənin kapitalı və əmələgəlmə mənbələrinin təhlili ..................................97
§31. Maliyyə qoyuluşlarının təhlili ...........................................................................101
 


127
XI MÖVZU
MÜƏSSİSƏNİN MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
§32. Müəssisənin maliyyə vəziyyətinin təhlili anlayışı, 
əhəmiyyəti və vəzifələri ....................................................................................103
§33. Müəssisənin maliyyə vəziyyətinin təhlili
üçün informasiya mənbələri .............................................................................105
§34. Mühasibat balansının təhlili ..............................................................................106
§35. Balansın üfüqi təhlili .........................................................................................109
§36. Mühasibat balansının likvidliyinin təhlili ......................................................... 111
§37. Müəssisə kapitalının əmələgəlmə mənbələrinin
quruluşunun təhlili ............................................................................................115
§38. Müəssisənin vəsait mənbələrinin təsnifatı ........................................................115
§39. Müəssisənin ödəmə qabiliyyətinin təhlili .........................................................119


Buraxыlыøa mяsul  SEVИL ИSMAYЫLOVA
Ðедаêтор ÝЦЛÒЯÊИÍ ÉÓÑИÔОÂÀ
Ñяhifяlяéèúi  ÑЯÀÄЯÒ ЩЯÑЯÍОÂÀ
Äèçаéнер ÅЛШЯÍ ÃÓÐÁÀÍОÂ
Ê
ор ÏЯÐИÍÀЗ ÑЯÌЯÄОÂÀ
orrekt
Nяøriyyat direktoru  RAS M MЦZЯFFЯRL
И
И
Ôèçèêè ÷ап вярягè 8,0. Ñèôарèø 12 071. Òèраж 1000
Q HR MAN
HACIYEV
Я Я
ЯЛИ
оüëу
Ìöяëëèô:
Чапа èìçаëанìыøдыр: 29.12.2012. Ôорìат 70х100 1/16. Оôсет ÷апы.

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə