Teserrufat fealiyetinin tehli


§3. Təsərrüfat fəaliyyətinin təhlilinin predmeti



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə5/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   2   3   4   5   6   7   8   9   ...   46

12
§3. Təsərrüfat fəaliyyətinin təhlilinin predmeti
Müəssisə  və  təşkilatlarda plan tapşırıqlarının yerinə yetirilməsi prosesində 
həyata keçirilən bütün təsərrüfat  əməliyyatları istehsal-təsərrüfat fəaliyyətləri 
adlanır.
İqtisadiyyatın ahəngdar inkişafının qanunauyğunluqlarının öyrənil məsində 
istifadə edilən iqtisad elmlərindən biri də təsərrüfat fəaliyyətinin təhlili elmi he-
sab olunur. İqtisadiyyatın ayrı-ayrı sahələrinin – sənaye, kənd təsərrüfatı, tikinti, 
nəqliyyat, maddi-texniki təchizat, ticarət və başqa sahələrin iqtisadiyyatının öy-
rənil məsində istifadə olunan elmlər (sənayenin, kənd təsərrüfatının, maddi-
tex niki  təchizatın, ticarətin, tikintinin, nəqliyyatın iqtisadiyyatı, təşkili, plan laş-
dı rılması, statistika, mühasibat uçotu, maliyyə, pul tədavülü və kredit, təsər rüfat 
fəaliyyətinin təhlili, təftiş və nəzarət) və ictimai elmlər bir-biri ilə qarşılıqlı su-
rətdə öyrənilir. Hər bir elmin özünün predmeti olur. O cümlədən iqtisadi təhlil 
elminin də özünəməxsus predmeti vardır.
Təhlilin nəticələrinə  əsasən müəssisə  və  təşkilatlarda plan göstəri cilərinin 
real lığı  təyin edilir, əmək resursları  və  əmək haqqı fondundan, əsas istehsal 
fond larından, o cümlədən istehsal avadanlıqlarından, yeni texnika və istehsal 
tex nologiyasından, materiallardan, yanacaq və elektrik enerjisindən və başqa 
istehsal ehtiyatlarından düzgün və səmərəli istifadə edilməsinə obyektiv qiymət 
verilir. Deməli, iqtisadi təhlil maddi-texniki təchizat, məhsul istehsalı və satışı 
və digər plan göstəricilərinin yerinə yetirilməsinə, norma və normativlərin göz-
lə nilməsinə və istehsalın texniki inkişaf səviyyəsinə operativ rəhbərlik və ope-
rativ idarə vasitələrindən biridir.
Obyektiv və subyektiv amillərin təsiri altında formalaşan, iqtisadi infor ma-
siya sistemində öz əksini tapan müəssisənin, şirkətin və i.a. iqtisadi sosial inki-
şafı  və  fəaliyyətinin son maliyyə  nəticələri iqtisadi təhlilin predmetini təşkil 
edir. Bu, müəssisə və birliklərin təchizat, istehsal və satış proseslərinin cəmiy-
yətin xeyrinə səmərəli təşkili və inkişafı səviyyəsini, onların sərəncamında olan 
əmək ehtiyatları, əmək vəsaiti və əmək əşyalarından istifadə edilməsi səviyyəsini 
öyrənmək, istifadə olunmamış daxili ehtiyat mənbələrini aşkar etmək, məhsul 
istehsalı və satışı, əmək məhsuldarlığı, məhsulun maya dəyəri, əmək və material 
tutumu, mənfəət və rentabellik göstəriciləri üzrə planların maliyyə və hesab laş-
ma vəziyyətini, dövriyyə vəsaitindən, dövlət vəsaiti bank larının kreditlərindən 
nə dərəcədə məqsədəuyğun və səmərəli istifadə edilməsi səviyyəsini öyrənmək 
deməkdir.


13
§4. Təsərrüfat fəaliyyətinin təhlilinin obyektləri
 
Təsərrüfat fəaliyyətinin müxtəlif tərəfl ərinin səbəb-nəticə əlaqələrini açıqla-
maqla bu və ya digər amilin təsiri hesabına təsərrüfat fəaliyyətinin əsas nəticə-
lərinin necə dəyişdiyini asanlıqla hesablamaq, əsaslandırılmış idarəetmə qərarını 
hazırlamaq, mənfəət məbləğinin necə dəyişdiyini, satışın zərərsiz həcmini, ma-
liyyə sabitliyi ehtiyatını, istənilən istehsal situasiyası dəyişən şəraitdə məh sulun 
(işin, xidmətin) maya dəyərini hesablamaq mümkündür. Deməli, təsərrüfat 
fəaliyyətinin müxtəlif səbəb-nəticə əlaqələri təhlilin predmetinin təyin edilməsi 
üçün əsas sayılır.
Beləliklə, müasir dövrdə iqtisadi təhlil elmində daha məhsuldar alim sayılan 
prof. Q.V.Savitskayanın  fi krincə, iqtisadi hadisə  və proseslərin səbəb-nəticə 
əla qələri iqtisadi təhlilin predmetini təşkil edir. Bizim fi krimizcə, müəllifi n bu 
fi kri mübahisəli olsa da, bəzi alimlər tərəfi ndən tənqid edilsə də, onunla ra zı-
laşmaq olar.
Bununla belə, qeyd olunanları ümumiləşdirərək, bizim fi krimizcə, iqtisadi 
təh lilin  predmetinə aşağıdakı kimi tərif vermək olar:
İqtisadi və digər informasiya sistemində öz əksini tapan, obyektiv və sub-
yek tiv  amillərin təsiri nəticəsində  əmələ  gələn iqtisadi proses və hadisələrin 
səbəb-nəticə əlaqələrinin tədqiqi iqtisadi təhlilin predmetini təşkil edir.
İqtisadi təhlilin predmetini bilməklə yanaşı, bu predmetin obyektlərini də, 
yəni nəyi tədqiq etdiyini də bilmək zəruridir. Məsələn, istehsal müəssisələrində 
məhsul istehsalı  və satışı, məhsulun (işin, xidmətin) maya dəyəri,  əsas fond-
lardan materiallardan, əmək və maliyyə resurslarından, torpaqlardan və s. isteh-
sal resurslarından istifadə, istehsal satış fəaliyyətinin maliyyə nəticələri və on-
lar dan  istifadə, kapitalın strukturu və onun səmərəliliyi, avans edilmiş kapitalın 
verimi və s., ticarət təşkilatlarında mal ehtiyatları, topdan və pərakəndə mal sa-
tışı, tədavül xərclərinin səviyyəsi, ümumi gəlir və s. iqtisadi təhlilin obyektləri 
hesab edilir.
§5. Təsərrüfat fəaliyyətinin təhlilinin prinsipləri
Bütün elmlərdə olduğu kimi, iqtisadi təhlil elminin də metodu və  meto do lo-
gi yasını dialektik materializm təşkil edir. Ona görə də iqtisadi təhlilin əsas prin-
sipləri dialektikanın  əsas prinsiplərinin bazası  əsasında qurulmalıdır.  İqti sa di 
təhlilin həyata keçirilməsi prosesində əsaslandığı ən mühüm dialektik prin sip-
lərə – hər  şey hərəkətdə  dərk edilir; müəyyən  əlaqə, qarşılıqlı  əlaqə, birinin 
digərindən asılılığı, birinin digərinə təsiri, birinin digərindən törəməsi; səbəb və 
nə ticənin bir-birinə bağlılığı, tabeliyi; əlaqələndirmə, kiçiyin böyüyə tabeliyi, 
xid mət etməsi müəyyənliyi; zərurilik və  təsadüfən təzahürü; birlik və  tərs 


14
mütənasibliyə qarşı mübarizə; kəmiyyətdən keyfi yyətə və keyfi yyətdən yenidən 
kəmiyyətə keçid; inkara inkar aiddir. İqtisadi təhlilin əhatə dairəsindən asılı ola-
raq onun prinsiplərinə praktiki nöqteyi-nəzərdən proses və hadisələrin müəssisə, 
idarə  və  təşkilatların təsərrüfat fəaliyyətinə  təsirinin kompleks öyrənilməsini; 
sis temli  yanaşmanı; obyektivlik, konkretlik və dəqiqlik; təsirlilik; planlılıq; de-
mo kratikliyi;  səmərəliyi; elmliyi; təhlil və sintezin vəhdətliyini, operativliyin və 
s. aid edilməsi məqsədəuyğun olardı.
İqtisadi təhlilin məzmunu onun həyata keçirdiyi funksiyalardan (hərfi  mə-
nası başqa bir hadisədən asılı olan və o dəyişdikcə dəyişən hadisə) irəli gəlir. 
İqti sadi  təhlil bir elm kimi özündə xüsusi birlikləri  əks etdirdiyi üçün onun 
funk siyaları da həmin birliklərin tələblərindən irəli gəlir. Beləliklə, iqtisadi təh-
lilin əsas funksiyaları – obyektiv iqtisadi qanunların və subyektiv faktorların tə-
siri altında iqtisadi proseslərin və onların qarşılıqlı  əlaqələrinin tədqiqi; elmi 
cəhətdən  əsaslandırılmış biznes-planın yerinə yetirilməsinin obyektiv qiymət-
ləndirilməsi; istehsal, yerinə yetirilmiş iş və xidmətlərin nəticələrinə müsbət və 
mənfi  təsir göstərən amillərin və onların təsir dərəcələrinin kəmiyyətcə müəyyən 
edilməsi; subyektin inkişaf tendensiyası və nisbətini açıqlamaqla təsərrüfatdaxili 
(subyektdaxili) istifadə edilməmiş ehtiyat mənbələrinin aşkar edilməsi və aşkar 
edilmiş ehtiyatların istifadəyə cəlb olunma imkanları üzrə tədbirlər planı hazır-
lamaqdan; iqtisadiyyatı inkişaf etdirmə, daxili imkanlardan istifadə səviyyəsinə 
görə subyektin təsərrüfat fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi; elmin 
və texnikanın yeniliklərindən, qabaqcıl təcrübədən istifadə etməklə, optimal 
ida rə etmə qərarlarını qəbul etməklə istehsalın iqtisadi səmərəliliyinin yüksəl dil-
məsi imkanlarının aşkar edilməsi.
§6. Təsərrüfat fəaliyyətinin təhlilinin vəzifələri
İqtisadiyyatın bütün sahələrində, eyni zamanda müəssisə və təşkilatlar üzrə 
plan tapşırıqlarının vaxtında və artıqlaması ilə yerinə yetirilməsi, istehsalın inki-
şafı və iqtisadi səmərəliliyinin yüksəldilməsi ən çox müəssisə və onun ayrı-ayrı 
sex, sahə və bölmələrində istifadə edilməmiş ehtiyat mənbələrinin aşkar edil mə si 
və onların səfərbər edilməsi səviyyəsindən asılıdır. Müəssisədə istifadə edil mə-
miş ehtiyatlar, başlıca olaraq, təsərrüfatdaxili ehtiyatlardan ibarətdir. Tə sər rü-
fatdaxili ehtiyat mənbələrinə müəssisədə istehsalın inkişafı, məhsul isteh salı və 
keyfi yyətinin yüksəldilməsi, satış həcminin artırılması imkanı, məhsulun maya 
dəyərinin aşağı salınması, material ehtiyatlarına qənaət,  əmək resurs larından 
səmərəli istifadə edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, ma liyyə nəti-
cə lərinin yaxşılaşdırılması üzrə ehtiyat mənbələri aid edilir.
Müəssisə və təsərrüfat birliklərində istifadə edilməmiş ehtiyat mənbələri on-
ların aşkar edilməsi və istifadə edilməsi müddətlərindən asılı olaraq cari və 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə