Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə7/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   2   3   4   5   6   7   8   9   10   ...   46

17
Təhlilin elmliliyi, kompleksliliyi, obyektliliyi, dəqiqliyi, aydınlığı, operativ-
liyi, demokratikliyi və s. onun əsas prinsipləri hesab olunur. 
Deməli, iqtisadı təhlil müəssisə və təşkilatların işinin hərtərəfl i öyrənil mə-
sin də onların təsərrüfat-maliyyə fəaliyyəti və onun nəticələrinin obyektiv qiy-
mət ləndirilməsində  və  gələcəkdə maddi istehsal fəaliyyət sahələrinin iqtisadi 
səmə rəliliyinin daha da yüksəldilməsi, kapitalların çoxaldılması imkanlarının 
aşkar edilməsində istifadə edilən vacib vasitələrdən biri kimi fəaliyyət göstərir.
İdarəetmədə  əsas vəsaitlərdən biri olan iqtisadi təhlil istehsal, tədavül və 
istehlak proseslərini, idarəetmənin bütün mərhələlərində müəssisə və onun sex-
lə rinin,  sahələrinin, briqadaların və digər təsərrüfat vahidlərinin fəaliyyətindən 
başlamış baş idarə və nazirliklərə kimi geniş bir miqyası əhatə edir. Üstəlik, əl-
də edilən nəticələrin qiymətləndirilməsində mühüm rol oynayır.
Qeyd etmək lazımdır ki, iqtisadi təhlil mühasibat uçotu və hesabat məlumat-
larından istifadə etməklə həyata keçirildiyi kimi, o, mühasibat uçotu və hesa-
batlarının təkmilləşdirilməsinə, idarəetmə  və planlaşdırmanın, iqtisadi təhlilin 
müasir tələblərinə uyğun təşkili və aparılmasına da müsbət təsir göstərir.
Bazar iqtisadiyyatında təsərrüfat fəaliyyəti təhlilinin tələblərinə uyğun ola-
raq, ilk uçot sənədlərinin, hesabat planının, balans və digər mühasibat forma la-
rın dakı göstəricilər sisteminin təkmilləşdirilməsi, informasiyanın mexanik ləş di-
rilməsi, avtomatik idarəetmə sisteminin yaradılması problemləri həll edilməlidir.
§8. Təsərrüfat fəaliyyətinin təhlilinin metodu
İqtisadi təhlilin metodu dedikdə müəssisə və təşkilatların təsərrüfat-maliyyə 
fəaliyyətini öyrənmək nöqteyi-nəzərindən ona yanaşmaq üsulları başa düşül mə-
lidir. İqtisadi təhlilin metodunun xarakterik xüsusiyyəti müəssisə və birlik lə rin 
təsərrüfat-maliyyə fəaliyyətini hərtərəfl i xarakterizə edən göstəricilər  sis   te min-
dən istifadə edilməsi, bu göstəricilərin dəyişməsinə təsir edən ayrı-ayrı amil lə-
rin, onların təsir dərəcəsinin müəyyən edilməsi və bunların arasında olan qar şı-
lıq lı əlaqə və asılılığın təyin edilməsindən ibarətdir.
Uçot, hesabat və digər informasiya mənbələrində verilən faktiki göstəriciləri 
plan göstəriciləri ilə, keçmiş illərin müvafi q və normativ göstəriciləri ilə müqa-
yi sə etməklə kənarlaşmaların və bu kənarlaşmalara təsir edən amillərin təsir də-
rə  cəsinin öyrənilməsi iqtisadi təhlilin xarakterik xüsusiyyətlərindən biridir. 
İqtisa di  təhlilin bu xüsusiyyəti müəssisə və birlikdə əsas göstəricilər üzrə plan 
tap  şı  rıqlarının yerinə yetirilməsi dərəcəsini təyin edib onu qiymətləndirməyə 
imkan verir. Eyni zamanda hesabat ili üçün müəyyən edilmiş plan göstəricilərinin 
nə  dərəcədə real olması  və bu göstəricilərin müəssisənin ayrı-ayrı bölmələri 
(şöbələr, sexlər və i.a.) üzrə istehsal tapşırıqları ilə necə əlaqələndirilməsi iqtisa-
di təhlil yolu ilə müəyyən edilir. Plandan, norma və normativlərdən, keçmiş 


18
illərin faktiki göstəricilərindən kənarlaşmalara təsir göstərən obyektiv və sub-
yek tiv  səbəblərin öyrənilməsi, müəssisənin əsas iqtisadi göstəricilərinə müsbət 
və ya mənfi  təsir edən amillərin təsnifatının müəyyən edilməsi də iqtisadi təh-
lilin xarakterik xüsusiyyətlərindəndir.
İqtisadi təhlilin ardıcıllığı və aramsız aparılması onun əsas xüsusiyyətlərindən 
biridir. Buna görə  də müəssisə  və birliklərin təsərrüfat fəaliyyətinin iqtisadi 
təhlili, bir qayda olaraq, aşağıda ardıcıllıqla aparılır:
• müəssisənin istehsal-təsərrüfat-maliyyə fəaliyyəti ilə tanışlıq;
• məhsul istehsalı və satışının təhlili;
• müəssisənin əmək ehtiyatları, əmək vəsaiti və əmək əşyaları ilə təmin olun-
ması və onlardan istifadənin təhlili;
• müəssisənin maddi-texniki təchizatının təhlili;
• məhsulun maya dəyərini xarakterizə edən göstəriciləri, habelə istehsala 
əmək, material, yanacaq, elektrik enerjisi və digər məsrəfl ərin təhlili; məh-
sulun maya dəyərinin aşağı salınması ehtiyatlarının ümumiləşdirilməsi;
• maliyyə nəticələrinin – mənfəət və zərərlərin, mənfəətin bölüşdürülməsi və 
ondan istifadə edilməsinin, rentabelliyin təhlili;
• iqtisadi həvəsləndirmə fondlarının yaradılması və bu fondlardan istifadənin 
təhlili;
• maliyyə vəziyyətinin təhlili.
Müəssisə və təşkilatların təsərrüfat fəaliyyətinin təhlili nəticəsində aşkara çı-
xarılmış ehtiyat mənbələrinin ümumiləşdirilməsi və bunlardan yaxın gələcəkdə 
istifadə edilməsi üçün tədbirlərin və əməli təklifl ərin hazırlanması və rəsmiyyətə 
salınması təsərrüfat fəaliyyəti təhlilinin sonuncu və tamamlayıcı mərhələsi he-
sab olunur. İqtisadi təhlil nəticəsində əldə edilən məlumatlara əsasən, müəs si-
sənin təsərrüfat fəaliyyətinin ümumilikdə inkişafına və istehsalın iqtisadi sə mə-
rəliliyinin yüksəldilməsinə təsir göstərən amillərin tərkibində məhsul  is teh salı 
və satışının həcminə, əmək ehtiyatlarından, əmək vəsaitləri və əmək cisim lə rin-
dən istifadə edilməsinə, məhsulun maya dəyərinə, material və əmək məs  rəfl  ə ri nə, 
maliyyə  nəticələrinə, maliyyə  vəziyyətinə bilavasitə  təsir göstərən  əsas amil lər 
mü əyyən edilir və bu amillərin təsirinin təhlili nəticəsində aşkar olunan ehti yat 
mənbələri ümumiləşdirilərək yekun nəticə çıxarılmalıdır.
§9. Təhlilin aparılması üçün informasiya mənbələri
Təhlil prosesində müəssisənin təsərrüfat fəaliyyətinin operativ idarə edil mə-
sində təchizat istehsal və satış proseslərinin, onun inkişafı istiqamətlərini hər-
tərəfl i öyrənmək və qiymətləndirmək tələb olunur. Uçot informasiyasını  dərk 
et mək, geniş mənada aydınlaşdırmaq və qiymətləndirmək yalnız təsərrüfat fəa-
liyyətinin təhlili prosesində əldə edilən məlumatlar əsasında mümkün olur.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə