Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə8/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   4   5   6   7   8   9   10   11   ...   46

19
Təhlil zamanı ilk informasiya onun analitik işlənilməsi nəticəsində ikinci 
informasiyaya çevrilir və təsərrüfat-maliyyə fəaliyyətini xarakterizə edən əsas 
gös təricilər əlavə hesablamalar yolu ilə müəyyən edilir. Analitik hesablamalar 
apar maqla  əldə edilən belə göstəricilər müəssisəsinin təsərrüfat fəaliyyətini 
obyektiv xarakterizə etməklə bərabər, onun inkişafı və ya geri qalması sə bəb-
lərini və bunlara təsir edən amilləri öyrənməyə imkan verir.
Beləliklə, yazılı və şifahi informasiyaların işlənməsi əsasında təsərrüfat ma-
liy yə fəaliyyətinin öyrənilib qiymətləndirilməsi təhlilin məzmununun əsas isti-
qa mətlərindən birini təşkil edir. Bir qayda olaraq, təhlilin nəticələrinə  əsasən 
qə  bul  ediləcək qərarlar, əmr, sərəncam və göstərişlər müəyyən dərəcədə əsas-
lan dırılır.
Təhlilin köməyi ilə formalaşan idarəedici sistem idarəetmə obyektini nizama 
salır və bu əsasda da təhlilin nəticələrinə əsaslanaraq hazırlanan qərar, göstəriş 
və sərəncamlar idarəetmə prosesi üçün əsas hesab olunur. İstehsal  mü na sibət-
lərinin dəyişilməsi və sahibkarlıq fəaliyyətinin genişlənməsinə xüsusi qay ğı ilə 
yanaşılan indiki dövrdə iqtisadi təhlil çox böyük aktuallıq təşkil edir. Belə ki, 
müəssisə kollektivi tərəfi ndən  əldə edilən son nəticələrin obyektiv qiymət lən-
diril məsi, ümumi nəticələrin tərkibində ayrı-ayrı sex, sahə və briqadaların fəa liy-
yəti barədə daha düzgün məlumatların əldə edilməsi, bir qayda olaraq, iqtisa di 
təhlil vasitəsilə həyata keçirilir.
Beləliklə, iqtisadi təhlil sahibkarlıq fəaliyyətində onların özlərinə  məxsus 
və saitin  hərtərəfl i mühafi zəsini, qorunub saxlanılmasını, fəaliyyətinin səmə rə-
liliyinə xələl gətirmədən bütün resurslardan qənaətlə istifadəni, təsərrüfatsızlıq 
hallarına, qeyri-məhsuldar xərclərin və itkilərin qarşısının alınmasını, avans 
edi lən kapitalın daha tez, həm də artıqlaması ilə qayıtmasını, mənfəətin çoxal-
dıl masını təmin edən idarəetmə qərarlarının hazırlanması və onların icrasına nə-
zarət funksiyalarının həyata keçirilməsində mühüm rol oynayır.
İqtisadi təhlil optimal idarəetmə qərarlarının üzərində qurulmuş iqtisadi in-
for masiya  sisteminə əsaslanır. Təhlil işinə cəlb olunan informasiyanın tərkibi, 
məzmunu və keyfi yyəti təsərrüfat fəaliyyəti təhlilinin təsirliliyinin yüksəl dil-
məsində mühüm rol oynayır. Təhlil təkcə iqtisadi məlumatlarla kifəyətlənmir
o, öz işində külli miqdarda texniki, texnoloji məlumatlardan da istifadə edir. 
İqti sadi  təhlilin informasiya mənbəyini plan, normativ, statistik, mühasibat, 
ope ra tiv  və s. məlumatlar təşkil edir. Həmin məlumatların toplanması, işlənməsi 
və istifadəsi elmi cəhətdən əsaslandırılmadığı şəraitdə onun əsasında aparılmış 
təhlildən müsbət nəticələr gözləmək olmaz.
İqtisadi təhlil işində istifadə olunan informasiya mənbələrini üç qrupa – plan, 
hesabat və qeyri-hesabat – ayırmaq olar. İnformasiyanın plan mənbələrinə – 
mü əs sisələrdə hazırlanmış bütün növdən olan planlar (perspektiv, cari, operativ, 
kommersiya hesabı, texnoloji kartlar), normativ materiallar, smetalar, qiymət 
cəd  vəli, layihə tapşırıqları və s. aiddir.


20
Hesabat xarakterli informasiya mənbələrinə – mühasibat, statistika və ope-
rativ uçot məlumatları və bütün növdən olan hesabatlar, ilk uçot sənədlərində 
ək  sini  tapan  məlumatlar aiddir.
Qeyri-hesabat xarakterli informasiya mənbələrinə – təsərrüfat fəaliyyətini 
tən zimləyən sənədlər və  əvvəlki mənbələrə aid olmayan məlumatlar daxildir. 
Hə min  sənədlərə müəssisə və birliklərin mütləq riayət etməli olduğu dövlət və 
yu xarı orqanların qərarları, göstərişləri, təftiş və audit aktları, müəssisə rəh bər li-
yinin əmr və göstərişləri; müqavilə, sövdələşmə, arbitraj və məhkəmə orqan la rı-
nın qərarlarını əks etdirən təsərrüfat-hüquqi sənədlər; ümumilikdə müəs  si sə nin 
və onun daxili bölmələrinin  əmək kollektivlərinin ümumi iclasının və  əmək 
kollektivi şurasının qərarları; radio, televizor, qəzetlərdən əldə edilmiş qabaqcıl 
təcrübələrin materialları; texniki və texnoloji sənədlər; istehsal pro se sini əks 
etdirən xronometraj və fotoşəkillər; müəssisənin işçilərinin və digər təş ki latların 
nümayəndələrinin şifahi məlumatlarını aid etmək olar.
Qeyd olunduğu kimi, iqtisadi təhlilin təsirliliyinin müəyyən edilməsində 
həl ledici rolu təhlilə cəlb olunan informasiyanın tərkibi, məzmunu və keyfi yyəti 
oynadığı üçün burada əsas məqsəd səmərəli informasiya patokunun yaradıl ma-
sına əsaslanan prinsiplərə riayət olunmasından ibarətdir. Əsas prinsiplər isə in-
for masiyanın analitikliyindən; informasiya patokunun müəyyən edilməsi və 
onun səmərəli təminatından; istehsalın, tədavülün, bölgünün və istehlakın, təbii, 
əmək, material və maliyyə ehtiyatlarından istifadənin obyektiv əks etdiril mə-
sindən; müxtəlif mənbələrdən (mühasibat, statistika, operativ uçot məlumat la-
rın dan) daxil olan informasiyanın və plan göstəricilərinin eyniliyinin təmin 
edilməsi və ilk informasiyalarda təkrarların aradan qaldırılmasından; yeni rabitə 
vasitələrinin köməyi ilə əldə edilmiş informasiyanın operativliyindən, planlaş-
dır ma  və idarəetmə məqsədilə təhlil aparmaq və istifadə etmək üçün proqramın 
işlə nib  hazırlanmasından və s. ibarətdir.
Uçot və biznes-planların informasiya mövqelərinin eyniliyi müasir şəraitdə 
iqtisadiyyatın vahidliyinin tələblərindən irəli gəlir. Lakin bu prinsip həmişə 
göz  lənilə bilmir. Ona görə ki, eyni istehsal istiqamətli, eyni sistemə daxil olan 
müəssisələrdə belə ilk sənədlər hələ də unifi kasiya (vahid şəklə salınma) edil-
mə  mişdir. Belə olduğu halda müxtəlif istehsal istiqamətli müəssisələrdə bu 
haqda söhbət aparmağa dəyməz.  İlk sənədlərin iqtisadi informasiyasının elmi 
siste mi uçotun hər üç növünün (mühasibat, statistika, operativ) vahid prinsipinə 
əsas lanaraq  idarə, müəssisə tabe olduğu çərçivədən kənara çıxaraq sərbəst ləş-
məlidir. Bu halda bütün subyektlər üzrə vahid informasiya sisteminə malik ol-
maq mümkündür.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə