Təsirli deyilən ziyalı sözü öz təsirini göstərir



Yüklə 18,47 Kb.
tarix04.12.2017
ölçüsü18,47 Kb.
#13850

Soyadını rəsmən dəyişmiş şəxslərin dedikləri

Soyadındakı “-yev” sonluğundan imtina edən Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, ərazi üzrə qeydiyyat şöbəsinə müraciət edib: “Soyadımdan “-yev” sonluğunun götürülüməsi üçün müraciət elədim. Ərizəyə doğum haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin surətlərini əlavə elədim”.“Media forum” saytı soyadını yeniləmiş bəzi şəxslərə bir sual ünvanlayıb: soyadı dəyişərkən hansı prosedurlardan keçdiniz?

F.Mustafanın sözlərinə görə, bu proseduru həyata keçirərkən heç bir dövlət rüsumu ödəməyib: “Qanunda bunun üçün heç bir ödəmə nəzərdə tutulmayıb”.

“İnam” Plüralizm Mərkəzinin sədri Vahid Qazi də soyadını dəyişdirərkən ciddi problemlə qarşılaşmadığını qeyd edib: “Soyadım Qazıyev idi. Soyad sonluğunu atarkən “Qazı” əvəzinə “Qazi” yazdırmaqla bağlı yüngülvari problem yaransa da, bunu yerindəcə həll eləməyə nail oldum. Qeydiyyat idarəsində izah eləməli oldum ki, Azərbaycan dilinin ahəng qanununa görə “-yev” şəkilçisi yazılanda “i” saiti “ı” saiti ilə əvəz olunub. Bir az çək-çevir salsalar da, istədiyimə nail ola bildim”.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli isə 1999-cu ildən soyadını tamamilə dəyişdirdiyini deyib: “Mən atamın adının ədəbiləşdirilməsi və soyadımın milliləşdirilməsi məqsədilə ərazi üzrə qeydiyyat şöbəsinə müraciət elədim. Orada qeyd etdim ki, soyadım Məhərrəmovdur və bundan sonra atamın adını “Əli” adını soyad olaraq qəbul eləmək istəyirəm”.

A.Əlinin sözlərinə görə, soyadının dəyişdirilməsi proseduru çox uzun çəkib: “Səhv etmirəmsə, yarım ildən çox vaxt ötdü. Amma mən dözdüm. Bu müddət ərzində xeyli sənəd tələb olundu. Daxili İşlər, Ədliyyə nazirliklərindən çoxlu sənəd istədilər. Hamısını toplayıb təqdim elədim”.

Nazirlər Kabinetinin sözçüsü qeyd edib ki, belə sənədlərin tələb edilməsi tam qanunidir: “Mən öz soyadımın dəyişdirilməsi haqqında ərizəmdə məqsədimi qeyd etmişdim. Soyadı dəyişdirən icra orqanının vəzifəsidir ki, mənim bioqrafiyamı dəqiqləşdirsin. Ola bilər ki, bir adam cinayət törədib və cəzadan qaçmaq üçün soyadını dəyişdirmək istəyir. Müxtəlif sənədlərin tələb olunması prosesin xeyli çəkməsinə gətirib çıxarır”.

A.Əlinin sözlərinə görə, hazırda onun soyadını həm övladları, həm də həyat yoldaşı daşıyır: “Onların da soyadları Əlidir”.



10 il bundan əvvəl soyadını dəyişdirməyə cəhd edən A.Əli qohum-əqrəbanın məzəmməti ilə qarşılaşdığını qeyd edib: “Mənə deyirdilər ki, neynirsən soyadını dəyişdirməyi? Hamı səni “Məhərrəmli” kimi tanıyıb. Bu soyadla mənim bir neçə kitabım çap olunmuşdu. Mən də onlara deyirdim ki, ən əsası atamın adının əbədiləşdirilməsidir. Əgər Məhərrəmli kimi tanınmışamsa, Əli kimi də tanınmaq qismət olacaq”.
Yüklə 18,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə