TəSİSÇİ: azərbaycan respublikasi prezidentiNİN İŞLƏR İdarəSİ VƏ QƏzetin redaksiya heyəTİ



Yüklə 371,9 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü371,9 Kb.
#67237


TƏSİSÇİ:  AZƏRBAYCAN  RESPUBLİKASI  PREZİDENTİNİN  İŞLƏR  İDARƏSİ  VƏ  QƏZETİN  REDAKSİYA  HEYƏTİ

№ 263 (28356)  27 noyabr 2016-cı il, bazar

Qəzet 1919-cu ildən nəşr edilir

www.xalqqazeti.com

Mavritaniya İslam 

Respublikasının Prezidenti 

zati-aliləri cənab 

Məhəmməd uld Əbdüləzizə

Hörmətli cənab Prezident!

Mavritaniya İslam Respublikasının milli bayramı – 

Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı 

öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik 

edirəm. 

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə 

uğurlar, dost Mavritaniya xalqına sülh və firavanlıq 

 arzulayıram. 



Hörmətlə, 

İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 noyabr 2016-cı il

Albaniya Respublikasının 

Prezidenti zati-aliləri 

cənab Buyar Nişaniyə

Hörmətli cənab Prezident!

Albaniya Respublikasının milli bayramı – Müstəqillik 

Günü münasibətilə Sizə və xalqınıza ən səmimi 

təbriklərimi çatdırıram. 

Əminəm ki, Azərbaycan ilə Albaniya arasındakı 

 dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan 

sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm  cansağlığı, 

işlərinizdə uğurlar, dost Albaniya xalqına daim 

 əmin-amanlıq və rifah diləyirəm.



Hörmətlə, 

İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 noyabr 2016-cı il

İran İslam Respublikasının 

Prezidenti zati-aliləri 

cənab Həsən Ruhaniyə

Hörmətli cənab Prezident!

Semnan vilayətində baş vermiş dəmir yolu qəzası 

nəticəsində insanların həlak olması xəbəri məni olduqca 

kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə 

və yaxınlarına, bütün İran xalqına öz adımdan və 

Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, 

yaralananlara şəfa diləyirəm.



Allah rəhmət eləsin!

İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 26 noyabr 2016-cı il

Kuba Respublikası 

Dövlət Şurasının və Nazirlər 

Şurasının Sədri zati-aliləri 

cənab Raul Kastro Rusa

Hörmətli cənab Sədr!

Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şura-

sının keçmiş Sədri, görkəmli dövlət xadimi və ictimai-

siyasi xadim, qardaşınız Fidel Kastro Rusun vəfatı xəbəri 

məni olduqca kədərləndirdi. 

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün 

üzvlərinə, dost Kuba xalqına öz adımdan və Azərbaycan 

xalqı adından dərin hüznlə başsağlığı verirəm.



İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 26 noyabr 2016-cı il

 

ˆ

Dövlət müstəqilliyimizin bərpasının 



25 illiyi və ulu öndər Heydər Əliyevin siyasi kur-

sunun  əsrin dörddən birinə bərabər olan bu 

müddətdə xalqımıza,  milli dövlətçiliyimizə bəxş 

etdiyi töhfələr barədə qələmə aldığımız yazıda 20 il 

fərqlə – müxtəlif dövrlərdə söylənilmiş nitqlərdən 

iqtibas gətirməyimiz təsadüfi deyildir. Çünki bu iki 

sitat müstəqilliyimizin  bərpasından keçən müddətdə 

ölkə həyatında baş vermiş dəyişikliklərin xarakterizə 

edilməsi baxımından kifayət qədər əhəmiyyət kəsb 

edir. Sitatlardan da görürük ki, ulu öndərin qar-

şısında duran bir nömrəli vəzifə ölkəmizin dövlət 

müstəqilliyinin əbədiləşdirilməsi idi. Prezident İlham 

Əliyevin məqsədi isə  suverenliyi əbədiləşdirilmiş 

gənc müstəqil Azərbaycanı dünyanın aparıcı 

dövlətlərinin sırasına çıxarmaqdır. Qətiyyətlə və 

birmənalı şəkildə deyə bilərik ki, hər iki siyasətçi 

xalqımızın taleyi ilə bağlı olan  həmin məqsədlərə 

yüksək səviyyədə nail olmuşdur.

Heydər Əliyev bir əsrdə 

ikinci dəfə əldə etdiyimiz dövlət 

müstəqilliyimizin növbəti dəfə 

əldən getməməsi üçün Yeni 

Azərbaycan Partiyasını yaratdı və 

cəmiyyətin aparıcı siyasi qüvvəsinə 

çevirdi. O, xaos və anarxiya 

girdabına salınmış, vətəndaş 

müharibəsinə sürüklənmiş, bir 

tərəfdən, erməni işğalçıları, 

digər tərəfdən, daxili seperatçılar 

tərəfindən parçalanmaqda olan, 

iqtisadiyyatı tamamilə çökdürül-

müş, əhalisi yavan çörəyə möhtac 

qalmış respublikanın taleyinə 

acıyan ziyalıların  israrlı çağırış 

və tələbləri ilə siyasi hakimiyyətə 

qayıdanda çiynini nə qədər ağır bir 

yükün altına verdiyini çox yaxşı bi-

lirdi. Ancaq ürəyi daim öz xalqının 

yanında olan lider bu çağırışlara 

“yox!” deyə bilməzdi.  Nə yaxşı ki, 

demədi və “hə!” cavabı nəticəsində 

müstəqil dövlətimizin suverenliyi  

əbədiləşdirildi və xalqımız ağ günə 

çıxdı.

Həmin proseslər barədə 



ölkəmizin siyasətçiləri, ziyalıları və 

mətbuat təmsilçiləri çox yazdığına  

görə biz ölkəmizdən kənarda yaşa-

mış, amma Azərbaycanla bağlı dün-

ya şöhrətli iki ziyalının fikirlərini 

yada salmaq istəyirik. Azərbaycan 

və Heydər Əliyev haqqında dediyi 

fikirləri yada salmaq istədiyimiz 

birinci şəxs, SSRİ-nin görkəmli 

dövlət xadimi Nikolay Baybakov-

dur. O, bizim ulu öndərimiz və 

respublikamız haqqında danışarkən 

demişdi: “Mən Azərbaycanı 

Heydər Əliyev qədər sevən ikinci 

bir adam tanımıram”. Yada salmaq  

istədiyimiz ikinci ziyalı isə bütün 

türk dünyasının ən görkəmli sima-

larından olan İhsan Doğramacıdır. 

O, bizim ulu öndərimizin dünyasını 

dəyişməsinin ildönümü günlərində 

söyləmişdi: “Bu gün Azərbaycanda 

Heydər Əliyevin üç mükəmməl 

əsəri vardır: Suveren Azərbaycan 

dövləti, Yeni Azərbaycan Partiyası 

və Prezident İlham Əliyev”. Xatır-

ladaq ki, məhz  həmin üç “əsər” bu 

gün Azərbaycan xalqını dünyanın 

bütün guşələrində tanıdır.

Ancaq  fikirlərimizi ümumi 

ifadələrlə yekunlaşdırmayaq, 

bəzi konkret məqamlara diqqət 

yönəldək. Təbii ki, əvvəlcə ulu 

öndər Heydər Əliyevin xilaskar-

lıq missiyası barədə. Məhz onun 

rəhbərliyi altında aparılmış son 

dərəcə gərgin fəaliyyət nəticəsində 

Azərbaycan xalqının taleyi ilə 

bağlı pərdəarxası oyunlara, siyasi 

anarxiya və eksperimentlərə son 

qoyulmuş, ölkədə cinayətkarlığın 

qarşısı tam alınmış, bütün qanunsuz 

silahlı dəstələr ləğv olunmuşdu. 

Bu da bütövlükdə Azərbaycanda 

dövlət quruculuğu prosesinin uğurla 

aparılması üçün şərait yaratmışdı. 

Azərbaycan dövlətçiliyinin möv-

cudluğuna böyük təhlükə olan 

1994-cü il oktyabr və 1995-ci il 

mart dövlət çevrilişi cəhdlərinin 

qarşısı Heydər Əliyevin qətiyyəti 

sayəsində alınmış, dövlət 

müstəqilliyi qorunub saxlanmış-

dı. Məhz buna görə də ölkəmizdə 

yeni təsisatların yaranması və 

dövlət quruculuğu prosesi vüsət 

almışdı ki, bunun da əsasında 

müstəqil Azərbaycanın qəbul etdiyi 

ilk Konstitusiya dururdu. Ondan 

sonrakı dövrdə də Azərbaycanda 

dövlətçiliyin möhkəmlənməsi və 

demokratik prinsiplərin bərqərar 

olması,  hüquqi, dünyəvi dövlət 

quruculuğu prosesinin uğurla, 

sürətlə həyata keçirilməsi şəxsən 

Heydər Əliyevin adı ilə bağlı idi. 

Həmin həqiqətlər barədə daim söz 

açan Azərbaycan Prezidenti İlham 

Əliyev Yeni Azərbaycan Partiya-

sının V qurultayındakı nitqində 

demişdir: “1993-cü ildən başlaya-

raq ölkədə bütün xoşagəlməz hal-

lara son qoyuldu, sabitlik yarandı, 

vətəndaş müharibəsinə son qoyul-

du, inkişaf, sabitlik, quruculuq, 

dövlətçilik dövrü başlandı...”

2003-cü ilin payızından 

etibarən Prezident İlham Əliyevin 

ölkəmizdə həyata keçirdiyi  

siyasət  barədə danışarkən isə qeyd 

etməliyik ki,  məhz onun səyləri 

nəticəsində  Azərbaycanın regi-

onun lider dövlətinə çevrilməsi, 

beynəlxalq birlikdəki yerini 

möhkəmləndirməsi, söz sahibinə 

çevrilməsi dünya miqyasında qəbul 

edilən reallıqdır. Azərbaycanın 

dünyadakı yüksək siyasi nüfuzunun 

ən bariz nümunəsi kimi ölkəmizin 

BMT Təhlükəsizlik Şurasına üzv 

seçilməsini misal göstərmək olar. 

Azərbaycanın BMT TŞ-nin qeyri-

daimi üzvü seçilməsi, ilk növbədə, 

Prezident İlham Əliyevin uğurlu 

xarici siyasətinin nəticəsidir. Çünki 

beynəlxalq münasibətlər sistemini 

dəqiqliyi ilə bilmək, əks mövqelər 

hazırlamaq, Azərbaycanın xarici 

siyasətinin doktrinasının tələblərinə 

müvafiq real, çevik manevrlər 

etmək və bu planda BMT 

müstəvisində, xüsusilə də BMT Baş 

Məclisinin sessiyalarında ölkəmizin 

maraqlarını müdafiə edən ardıcıl 

tədbirlər reallaşdırmaq məhz dövlət 

başçısının iradəsinin, mövqeyinin, 

siyasi dəst-xəttinin bəhrələridir. 

Odur ki,  əcnəbi ekspertlər 

Azərbaycanın bu posta seçilməsini  

Prezident İlham Əliyevin 

indiyədək apardığı düşünülmüş 

və məqsədyönlü siyasətin məntiqi 

sonluğu kimi qiymətləndirirlər.

Müasir Azərbaycan tarixinin 

xüsusi mərhələlərini xarakterizə 

edən politoloqlar yazırlar ki, 

Prezident İlham Əliyevin  respub-

likamıza rəhbərlik etdiyi dövrün  

ən parlaq nəticəsi ondan ibarətdir 

ki, bu gün Azərbaycan, sözün əsl 

mənasında, tam müstəqil siyasət 

yürüdən ölkədir. Bizimlə eyni 

dövrdə müstəqillik əldə etmiş 

dövlətlərin əksəriyyətindən fərqli 

olaraq,  Azərbaycanın öz siyasi 

dəst-xətti, dövlətçilik siması, inkişaf 

yolu vardır. Ölkə iqtidarının milli 

maraqlara əsaslanan siyasəti, iqti-

sadi inkişaf və demokratikləşdirmə, 

hüquqi dövlət quruculuğu, effektiv 

diplomatiya istiqamətində ardıcıl 

və məqsədyönlü fəaliyyəti də məhz 

milli müstəqilliyin praktik olaraq 

gerçəkləşdirilməsini təmin etmiş-

dir. Təkcə siyasətdə və diplomati-

yada deyil, eləcə də idarəetmədə 

modernləşmə xəttinin lideri olan 

Prezident İlham Əliyev hesab edir 

ki, bu yol ölkəmizi bilik və infor-

masiya cəmiyyətinə gətirib çıxara-

caqdır.


Hələ 10 il əvvəl neft sek-

torundan əldə edilmiş kapita-

lın mühüm bir hissəsinin insan 

kapitalına çevrilməsini qarşıya 

məqsəd qoyan İlham Əliyev bu 

istiqamətdə mühüm göstəricilərə 

imza atılmasına nail olub. Onun  

imzaladığı fərmanlarda, təsdiq 

etdiyi dövlət proqramlarında 

bu hədəflərin reallaşdırılması 

üçün yerinə yetirilməsi zəruri 

vəzifələr müəyyənləşdirilmişdir. 

“Azərbaycan 2020: gələcəyə 

baxış” İnkişaf Konsepsiyası-

nın təsdiqlənməsində məqsəd 

də respublika iqtisadiyyatın-

dakı pozitiv meyilləri daha da 

sürətləndirmək və mövcud poten-

sialı davamlı inkişaf naminə tam 

səfərbər etməkdir. Hazırda icra-

sına start verilmiş bu konsepsiya 

rəqabətqabiliyyətli, ixracyönümlü, 

çoxşaxəli, innovativ iqtisadiyyatın 

formalaşdırılmasını, sənayeləşmə 

siyasətinin sürətləndirilməsini, 

mütərəqqi təcrübəyə əsaslanan 

sənaye zonalarının yaradılma-

sını, müəssisələrin texnoloji 

cəhətdən yeniləşdirilməsini, 

intensiv metodların tətbiqinin daha 

da genişləndirilməsini və digər 

tədbirləri nəzərdə tutur. 

Mütəxəssislər yazırlar ki, 

Azərbaycanın dövlət müstəqilliyini 

bərpa etməsindən keçən 25 il 

ərzində  qazandığımız ən  böyük 

uğurlardan biri də hamı tərəfindən 

qəbul edilən xarici siyasət kur-

sumuzdur. Bu məsələ ilə bağlı 

fikirlərimizi biavasitə dövlət başçı-

mızın öz sözləri ilə yekunlaşdırı-

rıq:  “Biz bütün ölkələrlə bundan 

sonra da bərabərhüquqlu əlaqələrin 

inkişafını təmin edəcəyik. 

Bu, xarici siyasətimizin əsas 

prinsiplərindən biridir. Biz daha 

çox ikitərəfli formata üstünlük 

veririk. Biz görürük ki, ikitərəfli 

formatda çox böyük nailiyyətlər 

əldə etmək olar – həm siyasi 

əlaqələr, həm də iqtisadi investi-

siya baxımından. Azərbaycanın 

ikitərəfli formatda heç bir ölkə 

ilə heç bir problemi yoxdur. 

Əksinə, biz bütün ölkələrlə çox 

sağlam əlaqələr yarada bilmişik. 

Bu əlaqələr, əlbəttə ki, prinsiplər 

üzərində qurulmalıdır və quru-

lubdur. Bizim siyasətimiz həmişə 

bundan ibarət olmuşdur ki, burada 

bərabərhüquqlu, bir-birinə hörmət 

və bir-birinin işinə qarışmamaq 

prinsipləri əsasında üfüqi əlaqələr 

olmalıdır. Biz buna nail oluruq. 

Bizim həmişə təbliğ etdiyimiz bu 

prinsiplər bu gün başqa ölkələrlə 

əlaqələrimizdə üstünlük təşkil 

edir”.


Məhz həmin prinsiplər 

Azərbaycanı regionun lider 

ölkəsinə, dünyanın isə sözükeçən, 

mövqeyi qəbul edilən dövlətinə  



çevirmişdir.

İttifaq MİRZƏBƏYLİ, 

“Xalq qəzeti”

Biz çalışırıq və bundan sonra da çalışacağıq ki,  inkişaf 

etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda 

tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır: 

bunların hamısını bir gündə, bir ayda, bir ildə əldə etmək 

mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə, 

inam lazımdır. Zaman bizdən asılı deyildir. Ancaq iradə, 

inam özümüzdən asılıdır. Hamı bilməlidir ki, Azərbaycan 

dövlətində, Azərbaycan hakimiyyətində bu iradə, bu inam var.

Heydər ƏLİYEV 

Ümummilli lider

1996-cı il, noyabr

Bu gün Azərbaycan müasir, inkişafda olan, özünü 

təmin edən ölkədir, güclü və şaxələndirilmiş iqtisadiyyata 

 malikdir. Bütün iqtisadi proqramlarımız həyata keçirilib, 

onların bəziləri hətta vaxtından əvvəl icra olunub. Son 13 ildə 

Azərbaycan iqtisadiyyatı üç dəfə artıb. Mötəbər beynəlxalq 

təşkilatlar Azərbaycanı inkişaf baxımından yüksək mövqelərə 

layiq görürlər. Məsələn, Davos Dünya İqtisadi Forumu 

Azərbaycanı iqtisadi rəqabətliliyinə görə 37-ci yerə layiq 

 görüb. Bu isə dünya miqyasında aparıcı mövqelərdən biridir.

İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti

2016-cı il,  noyabr

Heydər Əliyev 

siyasi kursu müstəqil 

Azərbaycanı regionun 

lider dövlətinə çevirib

Yüklə 371,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə