TəSİSÇİ: azərbaycan respublikasi prezidentiNİN İŞLƏR İdarəSİ VƏ QƏzetin redaksiya heyəTİ



Yüklə 48,42 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü48,42 Kb.
#50629


TƏSİSÇİ:  AZƏRBAYCAN  RESPUBLİKASI  PREZİDENTİNİN  İŞLƏR  İDARƏSİ  VƏ  QƏZETİN  REDAKSİYA  HEYƏTİ

№ 185 (28278)  25 avqust 2016-cı il, cümə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir

www.xalqqazeti.com

İtaliya Respublikasının Prezidenti 

zati-aliləri cənab Sercio Mattarellaya

Hörmətli cənab Prezident!

Ölkənizdə baş vermiş zəlzələ 

nəticəsində çoxsaylı insan tələfatı və 

irimiqyaslı dağıntılar barədə xəbər bizi 

olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak 

olanların ailələrinə və yaxınlarına, bütün 

İtaliya xalqına şəxsən öz adımdan və 

Azərbaycan xalqı adından dərin hüznlə 

başsağlığı verir, yaralananlara və xəsarət 

alanlara şəfa diləyir, təbii fəlakətin 

nəticələrinin tezliklə aradan qaldırılma-

sını arzulayıram.



İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 avqust 2016-cı il

Oğuz rayonunun Sincan-Xaçmaz-Filfili avtomobil yolunun 

tikintisi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 

109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 

qərara alıram:

1. On bir min nəfər əhalinin yaşadığı 6 

yaşayış məntəqəsini birləşdirən Sincan-Xaç-

maz-Filfili  avtomobil yolunun tikintisinin başa 

çatdırılması məqsədi ilə Azərbaycan Respubli-

kasının 2016-cı il dövlət büdcəsində “Avtomo-

bil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə 

tutulmuş vəsaitdən 1,55 milyon (bir milyon beş 

yüz əlli min) manat ayrılsın.



2. Azərbaycan Respublikasının Maliyyə 

Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar 

Cəmiyyəti bu sərəncamın 1-ci hissəsində 

nəzərdə tutulan məbləğdə maliyyələşməni və 

tikinti işlərini müəyyən olunmuş qaydada təmin 

etsinlər.



İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 avqust 2016-cı il

Azərbaycan olimpiyaçılarının möhtəşəm qələbəsi

 

ˆ

Budur, qəhrəman Azərbaycan olimpiyaçıları Rio-



de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında çıxışlarını 

başa vurub uzaq Braziliyadan Vətənə qayıtmışlar və artıq 

gec saatlar olsa da, Heydər Əliyev Beynəlxalq Aeroportunda 

böyük coşqu ilə, gül-çiçəklə, alqışlarla qarşılanmışlar. 

Olimpiyaçılarımız bura-

da valideynləri, yaxınları, ay-

rı-ayrı federasiyaların, idman 

ictimaiyyətinin nümayəndələri ilə 

görüşüb, həmkarlarımıza verdikləri 

qısa müsahibələrdə etimadı doğ-

rultmalarından, Azərbaycana qələbə 

ilə qayıtmalarından böyük qürur 

duyduqlarını bildirmişlər.  Onlar 

ölkəmizə rekord sayda-18 medal 

gətirmişlər və bu tarixi nailiyyətin 

qazanılmasında, mahir ustalar 

kimi yetişmələrində, Olimpiya 

zirvələri fəth etmələrində dövlətin, 

şəxsən ölkə başçısı, Milli Olimpi-

ya Komitəsinin prezidenti cənab 

İlham Əliyevin idmanın inkişafına 

göstərdiyi daimi qayğı və diqqətin 

çox böyük əhəmiyyətini qeyd 

etmişlər. 

Olimpiyaçılarımızın qarşı-

lanması mərasimində respub-

lika gənclər və idman naziri 

Azad Rəhimov, Milli Olimpiya 

Komitəsinin  vitse-prezidenti Çin-

giz Hüseynzadə, MOK-un baş 

katibi Ağacan Abiyev, sərbəst güləş 

üzrə yığmamızın böyük məşqçisi 

Firdovsi Umudov, taekvondoçu 

çempion Radik İsayev, sərbəst güləş 

üzrə Olimpiadanın gümüş müka-

fatçısı Toğrul Əsgərov, daha bir 

gümüş medalçı avarçəkən Anatoli 

Demyanenko, güləş üzrə Olimpiya 

dərəcəli hakim Hicran Şərifov və 

başqaları Azərbaycan olimpiyaçıla-

rının Rio-2016-da çıxışlarını yüksək 

qiymətləndirmişlər. 

Sonra olimpiyaçılar hava lima-

nından birbaşa Bakının mərkəzinə, 

Heydər Əliyev Sarayınin qarşı-

sındakı parka gəlmiş, burada ulu 

öndərin abidəsi önünə gül-çiçək 

dəstələri düzmüş, xatirəsini dərin 

minnətdarlıq hissi ilə yad etmişlər. 

Azərbaycanın istisnasız olaraq 

bütün idmançıları beynəlxalq 

meydanda ən böyük yarışlarda 

--Olimpiya Oyunlarında, dünya və 

Avropa çempionatlarında, “Qran-

Pri “-lərdə, “ Böyük dəbilqə “ 

turnirlərində və digər mötəbər start-

larda qazandıqları qələbə və medal-

lara görə ilk növbədə ümummilli 

liderə minnətdar olduqlarını yaxşı 

bilirlər. Çünki aləmi heyrətə gətirən, 

Azərbaycanı və Azərbaycanın 

dostlarını ürəkdən sevindirən

bədxahlarımızı isə susmağa məcbur 

edən bütün uğurlarımızın təməli 

məhz xalqımızın ümummilli lideri 

Heydər Əliyev tərəfindən qoyul-

muşdur.Təsadüfi deyil ki, idman-

çılarımız, idman ictimaiyyətinin 

nümayəndələri, bir sözlə, bütün 

idman adamları ölkəmizdə insan 

həyatının bu mühüm sahəsinin in-

kişafında əldə olunan hər bir uğura, 

qazandıqları qələbə və medallara 

görə ilk növbədə Heydər Əliyevə 

minnətdar olduqlarını bildirirlər.

Ulu öndər istəyirdi ki, 

bütün dünya Azərbaycanın 

nəyə qadir olduğunu bilsin. 

Həmvətənləri də bu arzunu böyük 

müvəffəqiyyətlə həyata keçirirlər. 

Bu gün Azərbaycan bütün dünyada 

yekdilliklə etiraf olunduğu kimi, 

sürətlə inkişaf edən əsl idman 

ölkəsidir. Bu gün Azərbaycan idma-

nı, Azərbaycanda Olimpiya hərəkatı 

beynəlxalq idman dairələrinin ən 

yüksək tribunalarından dünyaya 

nümunə göstərilir.

Başqa cür ola da bilməz. 

Uzun illər ərzində respublikamı-

za rəhbərlik etmiş Heydər Əliyev 

dövründə olduğu kimi, bu gün də 

Azərbaycanda idmanın inkişafı dai-

mi dövlət qayğısı ilə əhatə olunmuş 

və onun sükanı etibarlı əllərdədir. 

Ölkə Prezidenti, Milli Olimpiya 

Komitəsinin rəhbəri İlham Əliyev 

də ulu öndər Heydər Əliyev kimi 

idmanın, idman ictimaiyyətimizin 

ən yaxın dostudur. Prezidentin 

daimi qayğısı və hərtərəfli köməyi 

sayəsində bir-birindən yaraşıqlı 

Olimpiya idman komplekslərində 

idmançıların məşq və yarışlarda iş-

tirakı üçün hər cür şərait yaradılmış, 

bütün idman təşkilatlarımız vahid 

bir komanda şəklində səmərəli 

fəaliyyət göstərir. 

Rio-de-Janeyroda yenicə 

finişə çatmış XXXI Yay Olimpiya 

Oyunlarında Azərbaycan idmanı 

nümayəndələrinin tarixi nailiyyəti 

də dövlətimizin idmana böyük 

qayğısının bəhrəsidir. Olimpiada-

2016-da 18 medal- 1 qızıl, 7 gümüş 

və 10 bürünc mükafat qazanaraq 

on səkkiz dəfə Azərbaycanın milli 

bayrağını yüksəklərə ucaldan olim-

piyaçılarımız tarixi bir nailiyyət 

əldə etmişlər. Onlar- taekvondoçu 

çempion Radik İsayev, gümüş 

medalların sahibləri güləşçilər 

Toğrul Əsgərov, Xetaq Qazyumov, 

Mariya Stadnik, cüdoçular Rüstəm 

Orucov, Elmar Qasımov, boksçu 

Lorenso Sotomayor, avarçəkmə us-

tası Valentin Demyanenko, bürünc 

mükafatçılar taekvondoçular Milad 

Beiqi Harçeqani, Patimat Abaka-

rova, boksçu Kamran Şahsuvarlı, 

güləşçilər Rəsul Çunayev, Sabah 

Şəriəti, Nataliya Sinişin, Hacı 

Əliyev, Cəbrayıl Həsənov, Şərif 

Şərifov, avarçəkən İnna Osipenko- 

Radomskaya Azərbaycan yığma 

komandasının XXXI Olimpadada 

18 medal qazanıb, onların sayı-

na görə 207 ölkə arasında 15-ci, 

keyfiyyətinə görə isə 39-cu yeri 

tutmasını təmin etmişlər.

Rio-de-Janeyronun idman mey-

danlarında qazanılmış 18 medaldan 

yarısı, doqquzu güləşçilərin payına 

düşmüşdür. Bu isə Azərbaycanın 

güləş ustalarının Olimpiya Oyun-

larında yeni nailiyyətidir. Güləş 

qədim vaxtlardan Azərbaycanda 

ən sevimli, ən populyar idman 

növlərindən biri olmuşdur və 

bu gün də idmanın bu növü öz 

ənənələrinə sadiqdir. Güləşçilərimiz 

ildən- ilə yeni-yeni zirvələr fəth 

edirlər.   

Taekvondoçular da Olimpi-

adada parlaq qələbələri ilə sübut 

etdilər ki, bizim yerlərdə idmanın 

bu növündə də mahir ustalar yetişə 

bilər. Olimpiya Oyunlarının cüdo 

yarışlarında əvvəllər qızıl və bürünc 

medallar qazansaq da, heç vaxt 

bu növdə gümüş mükafatçımız 

olmamışdı. İndi isə Rio tatamisi 

üzərində iki cüdoçumuz yalnız final 

görüşündə uduzub fəxri kürsünün 

ikinci pilləsinə yüksəlmişdir. Boks-

çularımız və avarçəkənlərimiz də 

uğurlara nail olmuşlar. 

Tezliklə, yaxınlaşmaq-

da olan oktyabr ayında 

ölkəmiz Azərbaycanın dövlət 

müstəqilliyinin 25-ci ildönümünü 

qeyd edəcək, bu əlamətdar hadisə 

respublikamızın bütün güşələrində 

böyük bayrama çevriləcək.  Bu 

illər ərzində Azərbaycanın həyatın 

bütün sahələrində keçdiyi şanlı 

yol, qazandığı bir-birindən böyük 

nailiyyətlər və yüksək beynəlxalq 

nüfuz ölkəmizi dünyaya ən qüdrətli 

dövlətlərdən biri kimi tanıtmışdır. 

Bu gün Azərbaycan inamlı ad-

dımlarla irəliləyir, birinci Avropa 

Oyunları, Formula-1 yürüşü, 

Ümumdünya Şahmat Olimpiadası, 

İslam Həmrəylik Oyunları kimi ən 

böyük yarışların təşkilatçısı olmaq 

hüququ qazanır.

Dövlət müstəqilliyimizin 25-ci 

ildönümü bizim üçün ona görə 

ikiqat fərəhli, ikiqat əlamətdardır ki, 

bu bayrama iki ay qalmış Braziliya-

nın Bakı ilə qardaşlaşmış Rio-

de-Janeyro şəhərində XXXI Yay 

Olimpiya Oyunlarında Azərbaycan 

idmançıları qazandıqları bir qucaq 

medalla ölkəmizin idman, Olimpi-

ya hərəkatı tarixinə qızıl hərflərlə 

növbəti parlaq səhifə yazmışlar. 

İndi, Azərbaycanın dövlət 

müstəqilliyinin 25-ci ildönümü 

ərəfəsində ölkəmizin müstəqil 

komanda şəklində iştirak etdiyi son 

altı Olimpiya Oyunlarında böyük 

əzmkarlıq göstərərək, qələbə və 

medalları ilə özlərini də, vətənlərini 

də şöhrətin zirvəsinə yüksəltmiş 

Olimpiya qəhrəmanlarımızı dərin 

minnətdarlıq hissi ilə xatırlamaq, 

zənnimizcə, yerinə düşər.

Hər şey Atlanta-1996-dan başla-

dı. Onda müstəqil Azərbaycan Res-

publikası idmançılarının Olimpiya 

Oyunlarında medallarının hesabını 

sərbəst güləş ustası, Azərbaycan 

idmanının yetirdiyi ən görkəmli 

şəxsiyyətlərdən biri Namiq Abdul-

layev açdı. Həmin Olimpiadada 

yalnız final görüşündə uduzan 

Abdullayevin gümüş medalı çox 

yüksək nailiyyət idi. 

Amma bu, N. Abdullaye-

vin Olimpiya uğurlarının yalnız 

başlanğıcı idi. Dörd ildən sonra 

o, Avstraliyanın Sidney şəhərində 

daha böyük nailiyyət qazandı. 

Finalda da qalib gəlib Azərbaycanın 

müstəqil komanda kimi təmsil 

olunduğu ikinci Olimpiadada fəxri 

kürsünün ən yüksək pilləsinə qalx-

dı, tarixi qələbəsi şərəfinə Avstra-

liyada Azərbaycanın dövlət himni 

səsləndirildi, milli bayrağımız ən 

yüksəyə ucaldıldı.

Stend atıcısı Zemfira 

Meftahətdinova da Sidneydən 

Bakıya qəhrəman kimi qayıtdı. O da 

qızıl medal uğrunda mübarizədə əsl 

peşəkarlıq, yüksək ustalıq nüma-

yiş etdirib Olimpiya Oyunlarının 

çempionu oldu. Bir olimpiadada 

iki qızıl medal nəyə desən dəyərdi. 

Onlarla, yüzlərlə ölkə idmançıları-

nın bacarmadıqları bir işi olimpia-

dalarda yenicə müstəqil addımlar 

atan bir ölkənin təmsilçiləri böyük 

məharətlə yerinə yetirmişdilər. 

Həmin olimpiadada daha bir mü-

kafat isə boksçu Vüqar Ələkbərovun 

payına düşdü. Həmvətənimiz Sidney 

rinqindən bürünc mükafatla ayrılıb 

Azərbaycanın dəri əlcək ustalarının 

Olimpiya medallarının hesabını açdı.

Afina-2004. Bu dəfə daha 

çox 5 medalın- bir qızıl və dörd 

bürünc mükafatın sevincini yaşadıq.  

İndi Azərbaycanın yunan- Roma 

güləşində də Olimpiya çempionu 

var idi. Fərid Mansurov zirvəni 

inamla, qətiyyətlə fəth etmiş, bütün 

görüşlərdə rəqiblərini məğlubiyyətlə 

barışmağa məcbur etmiş və güləşin 

bu növündə müstəqil Azərbaycana 

ilk Olimpiya medalı, üstəlik də, 

qızıl mükafat qazandırmışdı. 

Müasir Olimpiya Oyunlarının 

vətəni Yunanıstanda keçirilən Olim-

piya Oyunlarında həmvətənlərimizə 

F. Mansurovun qızıl medalı ilə 

yanaşı, dörd bürünc mükafat da 

təqdim olundu. Onları Azərbaycana 

Sidney Olimpiya Oyunlarının 

çempionu Z. Meftahətdinova, güllə 

atıcısı İradə Aşumova, boksçular 

Ağası Məmmədov və Fuad Aslanov 

gətirdilər. 

Dörd ildən sonra, 2008-ci ildə 

Pekində keçirilən XXIX Yay Olim-

piya Oyunlarında fəxri kürsüyə 

Azərbaycanın yeddi təmsilçisi dəvət 

olundu. Çin Xalq Respublikasının 

paytaxtında ölkəmiz üçün mükafat-

ları tatami ustası, bütün rəqiblərini 

bir göz qırpımında məğlubiyyətə 

uğradan Elnur Məmmədli,  gümüş 

medalların sahibləri yunan-Roma 

güləşçiləri Rövşən Bayramov və Vi-

tali Rəhimov, bürünc mükafatçılar, 

güləşçilər Mariya Stadnik, Xetaq 

Qazyumov, boksçu Şahin İmra-

nov və cüdoçu Mövlud Mirəliyev 

qazandılar. 

London-2012-də Azərbaycanın 

Olimpiya çempionları və müka-

fatçılarının sıraları bir qədər də 

genişləndi. Sərbəst güləşənlər 

Toğrul Əsgərov və Şərif Şərifov 

Olimpiadanın çempionları oldu-

lar, güləşçilər  Rövşən Bayramov 

və Mariya Stadnik gümüş, digər 

güləşçilər Xetaq Qazyumov, Emin 

Əhmədov, Yuliya Ratkeviç, rinq 

ustaları Teymur Məmmədov, 

Məhəmmədrəsul Məcidov və ağır-

lıqqaldıran Valentin Xristov bürünc 

medallara sahib oldular.

Olimpiada-2016-nın 

qəhrəmanlarını isə bu qeydlərimizin 

əvvəlində xatırlatdıq. Dünyanın 

ən böyük yarışı hesab edilən Yay 

Olimpiya Oyunlarında artıq 44 me-

dalımız vardır. Əgər onlardan 26-sı 

ilk beş Olimpiadada qazanılmışdı-

sa, 18-nə Rioda nail olunmuşdur. 

Bu mükafatlar və onların sahibləri 

idmanımızın, bütün Azərbaycanın 



böyük sərvətidir!

Oqtay BAYRAMOV, 

“Xalq qəzeti”

Yüklə 48,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə