Təsisçi: Azərbaycan Tibb Universiteti



Yüklə 284,54 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix26.03.2018
ölçüsü284,54 Kb.
#33912
1   2   3   4   5   6

30 iyun 2017-ci il

5

http://w w w.amu.edu.az



Əkbərzadə Nərmin Elçin qızı  

1993-cü ildə Bakı 

şəhərində ziyalı ailəsində 

anadan olub. 1999-cu ildə 

Nizami rayonu 70 sayli pilot 

məktəbin I sinfinə gedib. 

2007-ci ildə BTAL’a (Baki-

Türk Anadolu liseyi) daxil 

olub. Bu müddətdə dərs 

əlaçısı olmaqla yanaşı, bir 

çox müxtəlif fənn olimpia-

da və müsabiqələrinin işti-

rakçısı olubdur. 2011-ci ildə 

564 balla Azərbaycan Tibb 

Universitetinin II müalicə 

işi fakültəsinə daxil olub. 

Təhsil  aldığı müddətdə bir çox elmi konfranslarda 

və seminarlarda iştirak edib. 2015-ci ildə Almaniya-

Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin (GAM-

CA) təşkil etdiyi konqresdə “Bariatric and Metabolic 

surgery” mövzusunda müvəfəqiyyətlə çıxış edib. 

Həmçinin tələbə və gənc həkimlər üçün keçirilən II 

Beynəlxalq Tibb Konqresində iştirak edərək sertifikat 

alıb. 2016-2017-ci illərdə Barselona və Amsterdamda 

üzvü olduğu EASL (Europen Association for the study 

of the Liver) tərəfindən keçirilən konfranslarda iştirak 

edibdir. 2016-2017-ci illərdə APASL (Asian Paci-

fic Association for the study of the Liver) üzvüdür. 

Beynəlxalq dil sertifikatı (İELTS-2016-score 6.0) var.

Hazırda universiteti fərqlənmə diplomu ilə bitirir. 

Ən böyük arzusu Vətəninə və ailəsinə layiq həkim 

olmaqdır.

Kənan Quliyev    

 

 



1993-cü ildə Bakı 

şəhərində ziyalı ailəsində 

anada olub. 2000-ci ildə 

Binəqədi rayonundakı 

99 saylı orta məktəbin 

I sinfinə gedib. Orta 

məktəbdə oxuduğu illər 

ərzində mütamadi olaraq 

müxtəlif fənlər üzrə  şəhər 

və respublika olimpiadala-

rında yüksək nəticələr əldə 

edib. Fərdi olaraq, respub-

lika və beynəlxalq idman 

yarışlarında yüksək nəticələrlə fərqlənib. 2011-ci 

ildə həmin məktəbi yüksək qiymətlərlə bitirərək, 

elə həmin il TQDK tərəfindən keçirilən qəbul imta-

hanında 2011-ci il bilik yarışının öncülləri sırasın-

da yüksək balla ATU-nun I müalicə-profilaktika 

fakültəsinə daxil olub. 

Universitetdə oxuduğu müddət ərzində TEC-in 

konfranslarında müxtəlif mövzular üzrə dəfələrlə 

elmi işlər hazırlamış və müdafiə etmiş, bunun 

nəticəsi olaraq diplom və sertifkatlarla təltif olun-

muşdur.


İmtahanlardan “əla” qiymətlər alaraq, qardaşı, 

2015-ci il məzunu  Quliyev Qismət kimi univer-

siteti fərqlənmə diplomu ilə bitirir. Rezidentura 

imtahanlarının I mərhələsində yüksək nəticə əldə 

edərək, arzu və məqsədlərinə doğru uğurla ad-

dımlamaqdadır.

Gələcək məzunlara öz üzərlərində işləməyi, 

hədəflərinə doğru uğurla addımlamağı və bu se-

vinci yaşamağı arzulayır.

Tağıyeva Vüsalə Zübeyid qızı

1994-cü ildə Bakı 

şəhərində ziyalı ailəsində 

anadan olub. 2000-ci ildə 

Nizami rayonu 238 saylı 

orta məktəbdə I sinfə gedib. 

2008-ci ildə daxil olduğu 

Kimya-Biologiya liseyini 

əla qiymətlərlə bitirərək 

elə həmin ildə yüksək balla 

Azərbaycan Tibb Universite-

tinin II müalicə-profilaktika 

fakültəsinə daxil olmuş-

dur. Bu illər ərzində yüksək 

göstəriciləri ilə seçilən 

tələbəmiz əlaçı diplomuna 

layiq görülmüşdür. 

Gələcəkdə mükəmməl 

şəkildə ixtisaslaşaraq savadlı bir həkim kimi xalqımı-

zın sağlamlığın keşiyində durmaq arzusundadır. 

Quliyeva Nərmin İlham qızı  

1993-cü ildə Bakı 

şəhərində anadan olub. 

İbtidai təhsilinə 2001-ci ildə 

Xətai rayonu 18 saylı orta 

məktəbdə başlayıb. 2011-ci 

ildə 324 saylı orta məktəbi 

əla qiymətlərlə bitirib. Orta 

təhsili müddətində kim-

ya fənnindən Respublika 

olimpiadalarında yüksək 

göstəricilər əldə edib.

2011-ci ildə TQDK-nın 

keçirdiyi qəbul imtaha-

nında 638 bal toplayaraq 

Azərbaycan Tibb Uni-

versitetinin müalicə-profilaktika fakültəsinə da-

xil olub. Universitetdə oxuduğu müddətdə də öz 

müvəffəqiyyətlərini davam etdirərək tibbi biliklərini 

mükəməlləşdirmək məqsədilə Türkiyənin Şişli-

Etfal Klinikasında tibbi təcrübə keçibdir. Bunun-

la yanaşı, ali təhsilinin son illərində 1 saylı Şəhər 

Klinik Xəstəxanasında tibb bacısı olaraq fəaliyyət 

göstəribdir. Arzusu xaricdə təhsilini davam etdirərək 

bir mütəxəssis həkim kimi öz xalqina layiqli xidmət 

göstərməkdir. 

Nabalıyeva Aygül 

 

1994-cü ildə Bakıda anadan 



olub. 2000-2011-ci illərdə 

Bakı şəhər 275 saylı orta 

məktəbdə təhsil alıb. 2011-

ci ıldə 676 balla ATU-nun 

müalicə işi fakültəsinə qəbul 

olunub. Oxuduğu illər ərzində 

seminar və konfranslarda 

iştirak edib. Müxtəlif sertifi-

katlara layiq görülüb. Ən bö-

yük hədəfi savadlı, tanınmış 

həkim olaraq ölkəmizin səhiyyəsinin adını dunyada tanıtdır-

maq və ixtisası üzrə savadlı tələbələr yetişdirməkdir.

Azərbaycan Tibb Universitetini əla qiymətlərlə başa vuran məzunlarımız

Azərbaycan Tibb Universitetini əla qiymətlərlə başa vuran məzunlarımız

Həsənli Ülkər Mübariz qızı 

 

1994-cü ildə Yevlax 



şəhərində anadan olub. 

2001-ci ildə Yevlax şəhər 8 

nömrəli tam orta məktəbin 

I sinfinə gedib. 2011-ci ildə 

məktəbi əla qiymətlərlə başa 

vurub. Orta məktəbdə oxu-

duğu illər ərzində dəfələrlə 

rayon və respublika fənn 

olimpiadalarında iştirak edib. 

Respublika fizika olimpia-

dasinin 3-cüsü, Respublika 

Xüsusi İstedadlı Gənclərinin 

bilik yarışının kimya fənni 

üzrə 2-cisi, “Ana dilimizi sevək, sevdirək” adlı inşa 

müsabiqəsinin gümüş medalçısıdır. 2011-ci ildə 685 

balla Azərbaycan Tibb Universitetinin müalicə işi 

fakültəsinə daxil olub, Prezident təqaüdünə layiq 

görülüb. Təhsil sahəsindəki uğurlarını universitet 

həyatında da davam etdirməyə çalışıb və bu il uni-

versiteti fərqlənmə diplomu ilə bitiriir. Arzusu baca-

rıqlı, savadlı bir həkim kimi xalqımızın sağlamlığının 

keşiyində durmaqdır.

Əmircanova Nərmin Niyazi qızı

 

 1993-cü ildə Bakı şəhərində 



anadan olub. 2000-ci ildə 

Nərimanov rayonundakı “An-

kara məktəbi” liseyinin I sinfinə 

gedib. Təhsil aldığı müddətdə 

məktəbin ictimai işlərində və 

tədbirlərində fəal iştirak edib, 

rayon, respublika olimpiada-

larında, inşa müsabiqəsində 

uğurlu nəticələr əldə edib. 

2011-ci ildə “Ankara-məktəbi” 

liseyini əla qiymətlərlə bitirərək 

elə həmin il  Azərbaycan Tibb 

Universitetinin  I müalicə-

profilaktika fakültəsinə qəbul olub. Universitetdə oxu-

duğu illər ərzində Türkiyənin İstanbul şəhərində tibbi 

təcrübə keçib.  

ATU-nu fərqlənmə diplomu ilə bitirir.

Arzusu bacarıqlı mütəxəssis kimi yetişmək və 

Azərbaycan səhiyyəsinin inkişafında öz üzərinə düşən 

vəzifəni layiqincə yerinə yetirməkdir.

Quliyeva Günel Mahir qızı 

 

1995-ci ildə Bakıda ziyalı 



ailəsində dünyaya gəlib. 2000-

ci ildə I sinfə gedib. Oxuduğu 

illərdə bir neçə dəfə təlim- 

tərbiyəyə görə təltifnamələr 

alıb, məktəb üzrə fənn olimpi-

adalarında birinci yer tutubdur. 

O, həmçinin, Heydər Əliyevin 

xatirəsinə həsr olunmuş inşa 

müsabiqəsində də iştirak edib. 

2011-ci ildə Günel orta məktəbi 

bitirib və elə həmin il qəbul 

imtahanında yüksək nəticə əldə 

edərək Azərbaycan Tibb Universitetinə qəbul olub. Tələbəlik 

illərində simpozium və konfranslarda fəal iştirak edən Günel 

neçə elmi iş hazırlayıbdır. “Yaxşı həkim yalnız tibbi biliklərlə 

kifayətlənməməlidir”-deyə fikirləşən Günel fransız, alman, 

ingilis dillərini öyrənib, həmçinin rəsm sahəsində də bir sıra 

uğurlar qazanıb, bir neçə rəsm sərgisində rəsmləri nüma-

yiş etdirilibdir. Musiqi sahəsinə də uşaqlıqdan marağı olan 

Günel, elə məktəb illərində xor müsabiqəsində birinci yeri 

tutub, indi isə pianino ifa edir.

2017-ci ildə universiteti əla qiymətlərlə bitirən Günel rezi-

dentura təhsilini Amerikada almaq niyyətindədir.

Seydəliyeva Aytən İlham qızı 

 

1994-cü ildə Qax 



şəhərində ziya-

lı ailəsində anadan 

olub. 2000-ci ildə Bakı 

şəhəri Xətai rayonu 88 

saylı orta məktəbin 

I sinfinə gedib. Orta 

təhsil müddətində dərs 

əlaçısı olmaqla bərabər, 

müxtəlif fənn olimpiada 

və müsabiqələrinin iş-

tirakçısı və qalibi olub. 

2011-ci ildə G.Əsgərova 

adına 200 saylı 

məktəbi əla qiymətlərlə bitirərək həmin il 675 

balla Azərbaycan Tibb Universitetinin II Müalicə-

profilaktika fakültəsinə daxil olub. Təhsil aldığı 

müddətdə müxtəlif elmi seminar və konqreslərdə 

iştirak edib.

 2014-cü ildə Hacettepe Universiteti Tibb 

fakültəsində 4 fərqli ixtisas üzrə iş təcrübəsi 

keçib. 2015-ci ildə Almaniya-Azərbaycan Tibbi 

Əməkdaşlıq Cəmiyyətinin (GAMCA) təşkil etdi-

yi konqresin iştirakçısı olub, həm də konqre-

sin proqramına daxil olan ümumi və vaskulyar 

cərrahiyyə üzrə treyninq kurslarında iştirak 

edərək müvafiq sertifikata layiq görülüb. 

2015 və 2016-cı illərdə tələbə və gənc 

həkimlər üçün keçirilən II və III Beynəlxalq Tibb 

Konqresində, uyğun olaraq, radiologiya üzrə 

“The efficiency of MRI in the identification of 

brain tumors” adlı  elmi məruzə ilə, terapiya üzrə 

isə   “The role of cytokines in diabetic nephro-

pathy” mövzusunda poster prezentasiya ilə çıxış 

edib və təşkilati komitə tərəfindən sertifikat alıb. 

Məruzəsi münsiflər heyəti tərəfindən maraqla 

qarşılanıb və tədqiqatın inkişaf etdirilməsində 

əməkdaşlıq təklif olunub.

 2017-ci ildə Avstriyanın tibb üzrə nüfuzlu “Eu-

ropean Journal of Biomedical and Life Sciences” 

jurnalında “Analysis of risk factors  and diagnosis 

of celiac disease” adlı elmi məqaləsi residentlər 

tərəfindən müsbət rəy verilərək dərc olunub. 

Hazırda universiteti fərqlənmə diplomu ilə 

bitirir. Başlıca məqsədi təhsilini xaricdə davam 

etdirmək, qabaqcıl dünya səhiyyəsinin elmi və 

təcrübi nailiyyətlərinə yiyələnərək Azərbaycan 

xalqı qarşısında həkim vəzifəsini şərəflə icra 

etməkdir.



ATU-nu əla qiymətlərlə bitirən bu 

məzunların nümunəsində bütün 

məzun ları  səmimi qəlbdən təbrik 

edir, müstəqil həkimlik fəaliyyəti 

üçün vəsiqə alan gənclərimizə böyük 

uğurlar diləyirik!


Yüklə 284,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə