Təsisçi: Azərbaycan Tibb Universiteti



Yüklə 284,54 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix26.03.2018
ölçüsü284,54 Kb.
#33912
1   2   3   4   5   6

30 iyun 2017-ci il

6

http://w w w.amu.edu.az



Bu  günlərdə  Azərbaycan 

Tibb  Universitetinin  Tədris 

Cərrahiyyə  Klinikasında  dil-

də  bəd  xassəli  şişlə  bağ-

lı  mürəkkəb  əməliyyat  icra 

olunub.  Əməliyyat  zamanı 

xəstənin  dili,  boynundakı 

limfa  düyünləri  çıxarılsa  da, 

bədənin digər hissəsindən dil 

və  dilaltı  nahiyə  əvəzləyicisi 

formalaşdırılıb.

 

Klinikanın  ağız  və  üz-çənə 



cərrahiyyəsi  şöbəsinin  müdiri,  tibb 

üzrə  fəlsəfə  doktoru  Məhəmməd 

Davudovun sözlərinə görə, 62 yaşlı 

qadın xəstə dilin törəməsi ilə bağlı 

müraciət  edib:  “Dilində  bədxassəli 

şişi olan bu xəstə əvvəllər müalicə 

alıb,  hətta  əməliyyat  olunub.  Di-

linin  bir  hissəsi,  boynundakı  lim-

fa  düyünləri  götürüldükdən  sonra 

xəstə şüa müalicəsinə göndərilib, 8 

ay  müddətində  öz  həyatına  davam 

edib. Bu xanım bundan öncə də ba-

ğırsaq xərçəngi ilə əlaqədar kimyəvi 

dərman və şüa müalicəsi alıb. Yəni, 

ümumi onkoloji xəstədir”.

Lakin  bu  günlərdə  həmin  qa-

dının  dilində  yenə  kəskin  ağrılar 

baş qaldırıb. M.Davudov bildirir ki, 

müayinələr  nəticəsində  xəstənin 

dilinin digər tərəfində də şişin ya-

yılması,  törəmənin  massiv  şəkildə 

bütün dili tutduğu aşkarlanıb: “On-

koloqlarla  konsultasiyadan  sonra 

belə qərara gəlindi ki, xəstədə şüa 

terapiyası  artıq  mümkün  deyildi, 

kimyəvi  dərman  müalicəsi  heç  bir 

effekt  vermədiyindən  yeganə  çıxış 

yolu kimi cərrahi əməliyat 

məsləhət ğörüldü. Cərrahi 

əməliyyat  daha  radikal 

şəkildə  icra  olunmalıydı  - 

dil tam şəkildə götürülməli 

idi.  Təbii  ki,  dilin  tam 

götürülməsi 

texniki 

cəhətdən çətinlik törətmir. 

Amma əsas məsələ - əmələ 

gələcək  defektin  bərpası 

idi. Konsulium nəticəsində 

dili və dilaltı nahiyəni götürdükdən 

sonra  əmələ  gəlmiş  geniş  həcmli 

bir  defektin  sərbəst  damar  ayaq-

cıqlı toxuma ilə aradan qaldırılması 

planlaşdırıldı”.

Beləliklə, xəstə əməliyyata götü-

rülüb.  Xəstənin  əməliyyatdan  son-

rakı qidalanma probleminin aradan 

qaldırılması üçün onda eyni zaman-

da perkutan endoskopik qastrosto-

miya əməliyyatı da icra olunub: “Bir 

sıra  inkişaf  etmiş  ölkələrdə  belə 

xəstələrin  əməliyyatdan  sonrakı 

qidalanmasında  problemi  aradan 

qaldırmaq  üçün  məhz  bu  üsul-

dan  istifadə  edirlər.  Xəstə  klinika-

nın  ümumi  cərrahları  tərəfindən 

əməliyyat olunub. Hazırda xəstənin 

qidalanması  bərpa  olunur,  ona 

istənilən  qidanı  vermək  mümkün-

dür.  Bu  isə  yaraların  sağalması, 

xəstənin yaxşılaşdırılması üçün çox 

mühüm bir şərtdir”.

Həkim  bildirir  ki,  bu  mürəkkəb 

əməliyyat  7  saat  davam  edib.  Bo-

yundakı  damarların  anestomozu 

hazırlanıb.  Belin  arxa  yan  hissəsi 

(belin  eninə  əzələsi)  buradakı  ar-

terial  və  vena  damarlarla  birlikdə 

kəsilib,  həmin  damarlarla  boyun-

dakı  damarlara  anestomoz  qo-

yulub:  “Torakodokzal  arteriya  və 

vena  dediyimiz  damarlarla  yuxarı 

qalxanvari  arteriya  və  yuxarı  qal-

xanvari  vena  arasında  anestomoz 

qoyuldu.  Götürülmüş  dəri  əzələ 

diliminin  köməyilə  həm  dil,  həm 

də  ağızdibi  nahiyə  formalaşdırıldı 

və tikildi. Xəstə təxminən bir həftə 

müddətində  şöbəmizdə  stasionar 

müalicədə  oldu.  Bu  əməliyyatın 

özəlliyi  sadəcə  əməliyyatın  tex-

niki  cəhətdən  uğurla  başa  çat-

masında  deyil,  eyni  zamanda 

əməliyyatdan  sonraki  konservativ 

müalicənin  davam  etdirilməsidir. 

Tədris  Cərrahiyyə  Klinikası  və  bi-

zim  şöbəmiz,  rezidentlərimiz  bu 

sahədə həm fəaldırlar, həm də ar-

tıq peşəkarlaşıblar. Onların zəhməti 

nəticəsində  bizim  köçürdüyümüz 

toxumada heç bir problem olmadı”.

Qeyd  edək  ki,  xəstə  artıq  özü 

gəzib  və  özü  heç  bir  yardıma  eh-

tiyacı  olmadan  yeyə  bilir.  Onu  evə 

buraxıblar.  Müəyyən  müddətdən 

sonra  xəstənin  danışığı  da  bərpa 

olunacaq.

Növbəti ünikal əməliyyat - xəstəyə dil tikildi

Azərbaycan  Tibb  Universitetinin  Tədris  Cərrahiyyə  Klinikasının 

Fizioterapiya və bərpa şöbəsində xəstələrin müalicəsi üçün hər 

cür şərait var. 

Şöbənin  müdiri,  t.ü.e.n.  Nurlana  Əliyevanın  sözlərinə 

görə, Avropa standartlarına cavab verən avadanlıqlarla təchiz 

olunan şöbədə həftənin 6 günü saat 8:00-dan 18:00-a qədər 

yüksək  ixtisaslı  peşəkar  mütəxəssislər  fəaliyyət  göstərirlər: 

“Şöbəmiz  klinikamız  yaranan  gündən  fəaliyyət  göstərir.  Fi-

zioterapiya – təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini 

araşdıran  və  onların  müalicə-profilaktik  məqsədi  ilə  tətbiqi 

üsullarını  hazırlayan  tibbi  bölmədir.  Fizioterapiya  bir  çox 

xəstəliklərin profilaktikasında çox gözəl vasitədir, həmçinin 

ümumi müalicə kursunda da əlavə üsul kimi istifadə olunur. 

Bu,  təhlükəsiz  müalicə  üsullarından  biridir.  Bu  tip  müalicə 

və reabilitasiya üsulu xəstə və həkimlər arasında ən sevimli 

istiqamətlərdən biridir”.

N.Əliyevanın sözlərinə görə, geniş profilli şöbədə müasir 

cihazlar və lazım olan müasir metodikalardan istifadə etməklə 

xəstələrə daha çox yardım göstərmək üçün bütün şərait var: 

“Burada  travmatoloji  xəstələr,  travmatologiya  və  ortopedi-

ya  şöbələrində  əməliyyat  olunmuş,  müəyyən  müalicələr  al-

mış  xəstələr  müalicələrini  davam  etdirirlər.  Ümumiyyətlə, 

cərrahiyyə şöbələri ilə çox sıx əlaqədə işləyir bu şöbə. Şöbə 

daxilində stasionar bölmə də vardır ki, lazimi xəstələr burada 

yatızdırılır”.

Qeyd  edək  ki,  ATU-nun  Tədris  Cərrahiyyə  Klinikasının 

Fizioterapiya və tibbi bərpa şöbəsinin məqsədi əsasən təbii 

və fiziki amillərin müalicə xüsusiyyətlərindən istifadə edərək, 

hər  hansı  bir  xəstəliyin  müalicəsində  ən  yaxşı  effektə  nail 

olmaqdır. Burada çalışan həkimlər kompleks müayinə apa-

raraq,  xəstənin  səhhəti  haqqında  dolğun  informasiya  əldə 

edirlər. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə 

sxemi təyin edilir.

Peşəkar  həkimlərin  məqsədi  xəstələri  müalicə  edərkən 

yalnız ağrıdan azad etmək deyil, həmçinin ağrıya səbəb olan 

amilləri  də  aradan  qaldırmaqdır.  ATU-nun  TCK-nın  Fizio-

terapiya  və  tibbi  bərpa  şöbəsinin  başlıca  üstünlüyü  burada 

peşəkar həkimlərin və müasir texnologiyalı aparatların olma-

sıdır.

Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya 



və bərpa şöbəsində xəstələrin müalicəsi 

üçün hər cür şərait var



ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov 15-16 may 

tarixlərində keçirilmiş ll müalicə-profilaktika fakültəsinin təşkilati 

heyəti ilə görüşüb.

İlk 3 yerə layiq görülmüş tələbələrlə və konfransın təşkilati heyəti ilə 

görüşdə prorektor tələbələrə daim aktiv olmağı, universitet və gələcək iş 

fəaliyyətlərində uğurlar diləyib.

Görüşdə tələbələr və onların elmi rəhbərləri diplomla təltif olunublar.

Günümüzün ən böyük bəlalarından biri 

– artıq çəki ilə bağlıdır. Bununla bağlı 

Azərbaycan Tibb Universitetinin Tədris 

Cə rrahiy yə  Klinikasında  ümu mi  cərrah, 

tibb elmləri namizədi Elçin Abdinov 

növbəti uğurlu əməliy yatlardan birinə 

imza atıb. Əməliyyat nəticəsində xəstə 

bədənin dəki artıq piylərdən azad edilib.   

 

Əməliyyat  haqqında  məlumat  verən  Elçin 



Abdinov  qeyd  edib  ki,  xəstə  III  dərəcəli 

piylənmədən əziyyət çəkir. Çəkisi 150 kq olan 

xəstənin boyu 1.60 sm, bədən kütləsi 58 olub: 

“Bu  xəstələrə  hətta  morqit  xəstələr  deyilir. 

Piylənmə  I,  II  və  III  dərəcəli  olur.  Bu  xanım 

xəstəmizdə III dərəcə piylənmə idi”.

Həkim  E.Abdinovun  sözlərinə  görə,  bu 

dəfə  xəstədə  mədəkiçiltmə  əməliyyatı 

aparılmasına  qərar  verilib.  Bu  əməliyyat 

artıq  çəkidən,  piylənmədən  azad  olmaq 

üçün  ən  uğurlu  vasitələrdən  biridir.  Lakin 

artıq  çəkisi  olan  hər  xəstədə  bu  əməliyyatı 

aparmaq olmaz: “Mədəkiçiltmə əməliyyatının 

aparılması üçün xəstənin bədən  kütlə indeksi 

35-dən  artıq  olmalıdır.  Məlumdur  ki,  bədən 

kütlə  indeksini  tapmaq  üçün  çəkini,  boyun 

uzunluğunun  kvadratına  bölmək  lazımdır. 

Bu  göstərici  20-25  olarsa,  normadır,  30-35 

I  dərəcəli  piylənmədir,  35-40  ikinci  dərəcəli 

piylənmədir,  40-dan  artıq  olduqda,  artıq 

III  dərəcəli  piylənmə  sayılır  və  əməliyyat 

olunmalıdır.  İndeks  40-dan  aşağı  olanda, 

idman  və  dietoloqun  köməyilə  arıqlamaq 

mümkündür.    Bədən  kütləsi  indeksi  40-ı 

keçdiyi  halda,  yanaşı  xəstəliklər  arasında 

hər  hansı  riskli  bir  xəstəlik  varsa,  pasiyent  

dieta,  idman  və  s.  bu  kimi  tədbirlərlə 

arıqlaya bilmirsə, yaxud arıqlayıb onu qoruya  

bilmirsə,  yaxud  arıqlayıb  yenidən  kökəlirsə, 

belə hallarda əməliyyata göstəriş var”.

Həkimin sözlərinə görə, III dərəcəli piylənmə 

ağır səvyyə sayılır. Bu zaman pasiyentdə yanaşı 

xəstəliklər  də  yaranır.  Məsələn,  qaraciyər 

piylənməsi,  damar  sıxılması,  şəkərli  diabet 

ortaya  çıxır:  “Hazırda  bu  xəstədə  qaraciyər 

piylənməsi III dərəcəli histopatrioz dediyimiz 

dərəcədədir. Həmçinin, xəstədə daş xəstəliyi 

və  şəkərli  diabetə  meyllilik  var.  Belə  çəkili 

insanlarda artıq ayaqlarda ağrılar yaranmağa 

başlayır. Bu xəstənin hardasa 90 kq-dan atrıq 

çəkisi var. Odur ki, xəstəmizdə bütün dünyada 

geniş tətbiq edilən mədəkiçiltmə əməliyyatını 

apardıq.  Əməliyyatda  istifadə  etdiyimiz 

alətlərin hamısı bir xəstə üçün dəst açılır və 

atılır.  Yəni  alətlər  hər  xəstə  üçün  individual 

olaraq alınır və istifadə edilir”.

E.Abdinov qeyd edir ki, hazırda ümumilikdə 

8-9 növ bariatrik cərrahiyyə növü tətbiq edilir. 

Bunlardan  ən  geniş  yayılanı  -  mədəkiçiltmə 

əməliyyatıdır.  Bu  əməliyyat  qısa  müddətli 

icra  olunur,  nisbətən  az  travmatikdir.  Ona 

görə  çox  hallarda  bu  əməliyyata  üstünlük 

verilir.    Statistikaya  əsasən,  il  ərzində  ABŞ-

da  600.000-ə  qədər  bariatrik  cərrahi 

əməliyyatlar icra olunur. Bunlardan 300.000-

dən çoxu mədəkiçiltmə (Sleeve qastrektomiya) 

əməliyyatıdır.  Bu  zaman  alınan  nəticə  də 

digərlərinə nisbətən daha üstün olur və ağır 

fəsadlar baş vermir.

Əməliyyatın  üstünlüklərinə  gəlincə,  qeyd 

etmək  lazımdır  ki,  bu  əməliyyatdan  sonra 

həzm traktının davamlılığı pozul mur, sadəcə 

həcmi  kiçilir.  Nəticədə  insan  tez  doyur,  

iştahasına  nəzarət  edə  bilir.  Əməliyyatdan  il 

yarım sonra artıq çəkinin 80 faizi itirilir. Bəzən 

bu faiz daha yüksək ola bilir.



Xəstədə mədəkiçiltmə əməliyyatı 

uğurla başa çatıb


Yüklə 284,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə