Təsisçi: Azərbaycan Tibb Universiteti



Yüklə 284,54 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix26.03.2018
ölçüsü284,54 Kb.
#33912
1   2   3   4   5   6

30 iyun 2017-ci il

7

http://w w w.amu.edu.az



Azərbaycan Tibb Universitetində yekun dövlət 

attestasiya imtahanları davam edir. Xəbər 

verdiyimiz kimi, ötən ildən etibarən universitetdə 

dövlət imtahanları yeni Obyektiv Strukturlaşmış 

Klinik Imtahan (OSKI) üsulu ilə keçirilir. 

Tələbələr  müvafiq  fəndən  bacarıq  imtahanını 

verdikdən sonra test üsulu ilə nəzəri imtahanlarına ke-

çid alırlar.

Lakin ATU­da imtahanlarla bağlı yenilik bununla bit-

mir. Universitetin tibbi profilaktika fakültəsində bu ildən 

etbarən imtahanlar Obyektiv Strukturlaşmış Praktik İm-

tahan (OSPİ) üsulu ilə keçirilir. Fakültənin dekanı Anar 

Ağayevin  sözlərinə  görə,  bu,  tələbələrin  yiyələndiyi 

bacarıqların  qiymətləndirilməsi  üçün  ən  yaxşı  üsul-

lardan  biri  sayılır.  OSPİ  ­  son  illərdə  dünyanın  əksər 

ölkələrində geniş tətbiq edilən, müasir tələblərə cavab 

verən  bir  sınaq  metodudur.  Bu  üsul  tələbələrin  prak-

tik  və  təcrübi  bacarıqlarını  ədalətli  qiymətləndirməyə 

imkan  verir.  Sevindirici  haldır  ki,  Azərbaycanda  OSPİ 

imtahanları  ilk  dəfə  məhz  ATU­da  tətbiq  olunur.  Anar 

Ağayevin  sözlərinə  görə,  tələbələr  də  yeni  innovativ 

metod sayılan OSPİ imtahanlarının tətbiqindən razılıq-

larını bildiriblər.

Qeyd  edək  ki,  imtahanların  tətbiqindən  əvvəl  tib-

bi  profilaktika  fakültəsində  OSPİ  metodu  ilə  əlaqədar 

təlimlər də keçirilmişdi. Təlimlərdə tələbələr OSPİ imta-

hanı ilə bağlı tələb və qaydalarla tanış olmuşdular.

Tibbi­profilaktika fakültəsində OSPİ metodu ilə yekun 

dövlət attestasiya imtahanları 4 gün davam edib. Ha-

zırda tibbi­profilaktika fakültəsinin IV kursunda 80­nəfər 

tələbə təhsil alır.

Yeni tədqiqat müəlliflərinin 

gəldikləri qənaətə görə, 

plastik butulkalardan dəfə-

lər 

lə istifadə edən insan 



təhlükəli bakteriya və kimyəvi 

birləşmələrin təsirinə məruz 

qalır. AZƏRTAC “Zee News”a 

istinadla xəbər verir ki, 

mütəxəssislər idmançıların bir 

həftə ərzində istifadə etdikləri 

su butulkalarını tədqiq ediblər. 

Butulkalarda  bakteriyaların  miq-

darı  maksimum  həddi  keçib  (hər 

kvadrat santimetrə 900 mindən çox 

koloniya yaradan vahid). Butulkalar-

da aşkar edilən mikroorqanizmlərin 

60 faizi insanların sağlamlığı üçün 

təhlükəli olub.

Butulkaların  hazırlandığı  plastik 

kütlənin tərkibində bisfenol­A da ola 

bilər. Mütəxəssislərin çoxu əmindir 

ki,  bu  birləşmə  sağlamlıq  üçün 

təhlükəlidir,  çünki  hormonal  fona 

təsir etməyə qadirdir. Tədqiqatçılar 

bu  qənaətə  gəliblər  ki,  plastik  bu-

tulkalardan  bir  neçə  dəfə  istifadə 

etmək olmaz.

Stomatologiya  ixtisası  üzrə  Yekun 

Dövlət  Attestasiya  imtahanından  ən  yüksək 

bal toplamış tələbələrdən 11 nəfərinə “Arma-

da” şirkəti tərəfindən ayrılmış dəyərli stoma-

toloji  materiallar  və  alətlər  hədiyyə  olundu. 

Hədiyyələr tələbələrə Dövlət Attestasiya Ko-

missiyasının  sədri,    Tədris  Stomatoloji  Kli-

nikasının  direktoru  Alqış  Səfərov  tərəfindən 

təqdim  edildi.  Qeyd  edək  ki,  imtahanla-

rın  nəticələrinə  əsasən  tələbələrdən  Ley-

la  Ağayevanın,  Səid  Həsənzadənin,  Nərmin 

Əsədovanın, Amir Dejekamın, Cavanşir Əsədovun, 

Zöhrab  Hacıyevin,  Nəzrin  Əhmədlinin,  Nigar 

Cabbarovanın,  Naciyə  Oruczadənin,  Hüseyn 

Babazərovun, Pegah Kənaninin yüksək bal topla-

dığı müəyyən oldu. 

• 

Azərbaycan Tibb Universitetinin əczaçılıq fakül-

təsində bakalavr pilləsində buraxılış işlərinin 

müdafiəsi başa çatıb. 

Fakültənin dekanı, professor Tahir Süleymanov müdafiənin 

uğurla tamamlandığını deyib: “Azərbaycan Tibb Universiteti-

nin  rektoru,  professor  Gəray  Gəraybəlinin  2  iyun  2017-ci  il 

tarixli 259 T əmri ilə Universitetin əczaçılıq fakültəsinin Baka-

lavr pilləsində Buraxılış işlərinin müdafiəsini həyata keçirmək 

üçün tərkibi 9 nəfərdən ibarət dövlət Atestassiya Komissiyası 

yaradılıb. Bakalavr Buraxılış işlərinin müdafiəsi 5 ixtisaslaşma 

üzrə aparıldı: Əczaçılıq kimyası, Toksikoloji kimya, Farmakoq-

noziya, Əczaçılıq texnologiyası, Əczaçılıq işinin təşkili”.

T.Süleymanovun sözlərinə görə, Dövlət Attestasiya Komis-

siyasının 21 iyun 2017-cı il tarixli yekun protokoluna əsasən, 

Əczaçılıq  fakültəsinin  2016-2017-cı  il  məzunlarının  104 

nəfərinə ümumi qaydada Əczaçı bakalavr diplomu verilməsi 

haqda qərar qəbul olunub. Məzunlardan 62 nəfər Azərbaycan 

vətəndaşı, 42 nəfəri isə əcnəbi vətandaşlar olub: “Qeyd etmək 

lazımdır ki, bu il buraxılış işlərinin müdafiəsi əvvəlki illərlə 

müqayisədə  keyfiyyətcə  xeyli  irəliləyişlərlə  müşahidə  edi-

lib.  Burada  həm  buraxılış  işlərinin  mövzularının  müasirli-

yi və aktuallığı, həmçinin diplom işlərinin tərtibatı, eləcə də 

tələbələrin işlərini daha yaxşı məruzə etməsi və sualları ca-

vablandırması istiqamətlərində olan müsbət dinamikanı xü-

susi qeyd etmək istəyirəm. Kafedraların reaktiv və avadan-

lıqlarla  təchizatının  yaxşılaşması  nəticəsində  demək  olar  ki, 

əksər diplom işlərində eksperimental xarakterli təcrübələrin 

nəticələri verilirdi”.

Qeyd  edək  ki,  buraxılış  işlərinin  müdafiəsinə  Əczaçılıq 

fakültəsinin  8  semestr  ərzində  imtahan,  məqbul  və  təhsil 

haqqı borcu olmayan IV kurs tələbələrindən 104 nəfər iştirak 

edib. Buraxılış işlərinin müdafiəsi 6-20 iyun tarixlərində keçi-

rilib. Buraxılış işinin yazılması və müdafiəsinə görə tələbənin 

toplaya biləcəyi balların maksimum miqdarı 100-ə bərabərdir. 

50 bal buraxılış işinin hazırlanması və tərtibinə, digər 50 bal 

isə  Dövlət  Attestasiya  Komissiyası  qarşısında  müdafiəsinə 

görə verilib.

* * *


T.Süleymanov  bu-

raxılış  və  diplom 

işlərinin 

müdafiəsi 

zamanı  yoxlamanın 

aparıldığını,  nəticənin 

qənatəbəxş  olduğu-

nu  deyib:  “Müdafiə 

həmişəki qaydada da-

vam edərkən, qəfildən 

ATU­nun 

İctami 


Nəzarət 

Şurasının 

üzvləri,  komissiyanın 

sədri,  millət  vəkili  İl-

ham Məmmədovun rəbərliyi ilə üzvlər zala gələrək, müdafiəni izlədilər. 

Tələbənin  çıxışını  dinlədilər  və  suallarını  verdilər.  Daha  sonra  mən 

fakultənin dekanı olaraq, bütün sənədləşmə işləri, müdafiənin qayda­

qanunları haqda şura üzvlərini məlumatlandırdım”.

ATU-nun mətbuat xidməti

Dövlət imtahanları ilə bağlı növbəti yenilik

Mütəxəssislər plastik butulkaların təkrar istifadəsini qadağan ediblər

Əczaçılıq fakültəsində buraxılış işlərinin müdafiəsi bitib

Tibbi-Profilaktika fakültəsində ilk dəfə olaraq OSPİ metodu ilə imtahan tətbiq edilir

İyunun 20-də stomatologiya ixtisası üzrə kli-

nik və təcrübi bacarıqların Yekun Dövlət Attes-

tasiya imtahanının son günü idi. 

Stomatologiya üzrə imtahanda yüksək bal toplayan 

tələbələr təltif olundu

104 nəfərə əczaçı-bakalavr 

diplomu verildi

İyunun 19-da Azərbaycan Tibb 

Uni ver si tetin  stomatologiya  fa-

kül tə  sin də  ortopedik  stoma to-

lo giya fənni üzrə sonuncu dövlət 

imtahanı keçirilib.

ATU-nun  ortopedik  stomatolo-

giya  kafedrasının  müdiri  Nazim 

Pənahovun  sözlərinə  görə,  digər 

fakültələrdə  olduğu  kimi,  stoma-

tologiya üzrə də dövlət imtahanları 

OSKİ metodu ilə aparılıb: “Rektor 

Gəray Gəraybəylinin təşəbbüsü ilə 

keçirilən  OSKİ  imtahanlarının  bu 

gün  stomatologiya  fakültəsi  üzrə 

sonuncu imtahanıdır. Bu gün 162 

tələbə OSKİ bacarıq imtahanların-

da özünü sınayır. İmtahanın yüksək 

səviyyədə  təşkili  və  keçirilməsi 

məqsədilə  müəllimlər  ayrılıb.  İm-

tahan götürən müəllimlərdən 9-u 

ortopedik  stomatologiya  kafedra-

sından,  1  müəllim  isə  uşaq  sto-

matologiyası  kafedrasından  təyin 

olunub.  Bundan  əlavə,  2  koordi-

nator və bir əvəzedici müəllim də 

imtahanlarda iştirak edir”.

OSKİ  imtahanlarında  hər  bir 

tələbənin bir bacarıq üzrə imtaha-

nına 4 dəqiqə vaxt ayrılıb. Tələbə 

ümumilikdə  10  bacarığa  rotasiya 

üsulu  ilə  40  dəqiqə  sərf  edir.  Bu 

müddətdə  həmin  tələbənin  imta-

hanı başa çatdırılır.

N.Pənahovun  sözlərinə  görə, 

tələbələr  dövlət  imtahanlarının 

OSKİ  metodu  ilə  aparılmasından 

çox  razıdırlar.  Çünki  bu  üsul  yeni 

olmaqla yanaşı, həm də tələbənin 

təhsil  müddətində  topladığı  bi-

lik  və  bacarıqların  praktikada 

tətbiqini  göstərməyə,  nümayiş 

etdirməyə imkan verir.

Qeyd edək ki, bu günki imtahan-

da ATU-nun tədris və müalicə işləri 

üzrə  prorektoru,  professor  Sabir 

Əliyev  və  təhsilin  keyfiyyətinə 

nəzarət  və  innovasiya  şöbəsinin 

müdiri,  professor  Akif  Qurbanov 

iştirak edərək, imtahanın gedişini 

izləyiblər.




30 iyun 2017-ci il

http://w w w.amu.edu.az

ATU-nun Tədris Cərrahiyyə Klini ka-

sında “Laporoskopik Nissen üsulu ilə 

Fundoplikasiya” adlı maraqlı əməliyyat 

həyata keçirilib. Əməliyyat zamanı 

xəstə qadının diafraqma dəliyinə 

girən mədə ordan çıxarılaraq yerinə 

qaytarılıb.

Klinikanın ümumi cərrahiyyə şöbəsinin müdi-

ri, professor Mübariz Əliyev deyir ki, bu üsulla 

aparılan əməliyyat çox effektivdir və yan təsirsiz 

ötüşür: “60 yaşlı qadın xəstəmiz 10 ildir ki, 

diafraqmanın qida borusu dəliyinin yırtığı və re-

fluks eroziv ezofagit xəstəliyindən əziyyət çəkir. 

Yəni, mədə gedir diafraqma dəliyinə girir və 

diafraqmanın üstünə çıxır, boğulur və pasiyentə 

ağrı verir. Xəstə hər hansı bir yükü qaldıranda 

ağrılar baş qaldırır. Bundan əlavə mədə şirəsi 

qida borusuna keçir və borunun selikli qişasını 

yandırdığına görə, qıcqırma yaranır, qida boru-

sunda erroziyalar əmələ gəlir və nəticədə Barret 

xəstəliyi yaranır”.

M.Əliyev deyir ki, Barret xəstəliyi xərçəngə 

çevrilə biləcək bir azardır. Xəstəlik zamanı qida 

borusunun selikli qişası turşunun təsirilə dəyişir. 

Bu dəyişiklik gələcəkdə xərçəngə çevrilə bilər: 

“Bu dəfə əməliyyat etdiyimiz xəstə 3-4 il ərzində 

müalicə olunsa da, effektini görməyib. Ona görə 

cərrahi əməliyyata əl atmalı olduq. Əməliyyat 

üçün 3 göstərici əsasdır və bu göstəricilərdən 

hər hansı biri varsa, onda əməliyyat mütləqdir. 

Bunlardan birincisi, Barret xəstəliyinin olması, 

ikincisi, dərman müalicəsinin effektsizliyi və 

nəhayət, yırtığın olması. Bizim xəstədə isə 

bu 3 göstəricidən hamısı var idi, ona görə də 

əməliyyatı icra etdik. Bu, mənim praktikamda 

200-cü belə əməliyyat idi”.

Qeyd edək ki, Tədris Cərrahiyyə Klini-

kasının peşəkar cərrahlar komandası bu və 

digər əmliyyatları uğurla icra edir. Professor 

M.Əliyevin sözlətinə görə, Barret xəstəliyi 

zamanı aparılan əməliyyatlar laporoskopik 

şəkildə icra edilir. Əməliyyat bir saat davam edir 

və pasiyent 2 günə evə buraxılır.

Normal fiziologiya  kafedrasının əməkdaşları kafedra-

nın  dosenti Sevil  Kərimovaya oğlu  

Rüfət Arif oğlu Kərimovun

vaxtsız vəfatından kədərləndiklərini bildirir və dərin 

hüznlə başsağlığı verirlər.

Ailə təbabəti   kafedrasının əməkdaşları II müalicə 

profilaktika fakültəsinin həmkarlar təşkilatının sədri, 

assistent   

Fikrət Vəliyevin 

vaxtsız vəfatından kədərləndiklərini bildirir və 

mərhumun ailəsinə  dərin hüznlə başsağlığı verirlər.

Baş redaktor

ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst­üstə düşməyə 

bilər.


Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar­4” İKŞ­də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 98

c

2-ci mərtəbə,

Tel.: 595-24-97 

tabibqazeti@gmail.com

Lisenziya Н ­ 022633

İndeks ­0269

Sayı 1800



 Allah  rəh mət  elə sin!

Hər il  tədris semestrinin 

sonunda ənənəvi olaraq 

 

farmakologiya  kafed rası  nın 

professor-müəl lim 

heyə-

tinin bilik və ba 

ca 

rığının 

artırılması və təd risin key-

fiyyətinin 

yük səldilməsi 

məq  sədilə    elmi-praktik 

seminarlar keçirilir. 

İyunun 


23-də 

keçirilən 

növbəti  seminarı  giriş  nitqiylə 

açan kafedranın müdiri, profes-

sor  Musa  Qəniyev  bu  barədə 

məlumat verdi: “Uzun illərdir ki, 

kafedramızda tədris prosesində 

müəyyən  fasilələr  yarananda, 

yəni  qışda  və  yayda  dərs  pro-

sesi başa çatdıqdan sonra  ka-

fedra  əməkdaşları    tərəfindən 

proqrama  uyğun  şəkildə  bir 

mövzu  təqdim  olunur.  Təqvim 

planına  daxil  olan  dərslərin 

müzakirəsi  zamanı  hər  mövzu 

üzrə  tələbələrə  verilməsi  lazım 

olan  yeniliklərdən  söhbət  açılır 

və  həmin  yeniliklər    təhlil  olu-

naraq dərs prosesinə daxil edi-

lir.  Seminarların  keçirilməsində 

əsas  məqsəd  tədris  prosesinin 

yaxşılaşdırılması,  müəllimlərin 

peşə  hazırlıq  səviyyəsinin 

yüksəldilməsi,  eləcə  də  dün-

yada tibb sahəsində baş verən  

yeniliklərin  dərs  prosesinə  uy-

ğunlaşdırılmasıdır.  Yalnız  müəl-

lim lərin  iştirak  etdiyi    bu 

seminarların əsas qayəsi tədris 

prosesinin  keyfiyyətini  yax-

şılaşdırmaqdır.  Onu  da  qeyd 

edim  ki,  hələ    təhsil  sistemi 

klassik variantda olanda da biz 

bu cür  elmi-praktik seminarla-

rı  keçirirdik.  Kafedramızda  bir 

ənənəyə çevrilən bu seminarlar 

artıq may ayının 3-dən etibarən 

start götürüb və həftə ərzində 

müəllimlərimiz  bir  sıra  müvafiq 

mövzular üzrə çıxış edirlər”. 

Bu  gün  keçirilən  növbəti  se-

minarın gündəliyində isə “Ürək-

damar  sistemi  patalogiyala-

rında  istifadə  olunan  dərman 

maddələrinin  (kardiotomik,  an-

tiaritmik,  antianginal  preparat-

larının)  farmakologiyası”  möv-

zusunda kafedranın tədris hissə 

müdiri, professor Vəli Əsmətov 

çıxış  edib.  Məruzəçi  çıxışında 

ürək-damar xəs tə liklərini əmələ 

gətirən səbəblərdən bəhs edib 

və  ürək  fəaliyyətinin  çatış-

mazlığı  zamanı  istifadə  olunan 

dərman maddələrinin təsirindən 

geniş söhbət açıb. O, qeyd edib 

ki,    son  illər  bütün  dünyada 

ürək-damar 

xəstəliklərindən 

əziy   yət  çəkənlərin  sayı  ço-

xalıb  və  Ümumdünya  Sə hiy-

yə  Təşkilatının  (ÜST)  son 

mə lumatına  görə,  bu  xəs tə-

liklərdən  ölənlərin  sayı  başqa  

xəstəliklərlə mü qa yisədə birinci 

yerdədir.  

 Diskussiya formasında keçən 

elmi-praktik seminarda kafedra 

əməkdaşlarını  düşün dürən  su-

allar məruzəçi tərəfindən ətraflı 

şəkildə cavablandırılıb. 

“Təbib”


  Azərbaycan Tibb Universiteti 

və Azərbaycan Pediatrlar Assosia-

siyası Bakı, Sumqayıt şəhərlərinin 

pediatrları üçün növbəti konfrans 

keçirib. Tədbirin əsas məqsədi - 

uşaqların  sağlamlığının  qo run ması, 

muasir dövrdə elmi sübutlu təbabət 

əsasında  beynəlxalq standartlara uy-

ğun, klinik protokolların həkimin 

gündəlik işində inteqressiyasının 

zəruriliyi, bu sahədə çalışanların peşə 

biliklərinin artırılması idi. Konfrans-

da ATU-nun əməkdaşları, K.Fərəcova 

adına  Elmi-Tədqiqat Pediatriya İns-

titutunun mütəxəssisləri, Bakı  və 

Sumqayıt  şəhərlərinin dövlət və özəl 

klinikalarının 100-dən çox pediatr-

ları iştirak edib. Konfrans klinik pro-

tokolların pediatrik praktikada rolu, 

Üşaqlarda mədə, on iki bağırsaq xo-

rası, Muasir dövrdə tonzillitin diaq-

nostika və müalicəsi, Beynəlxalq pro-

tokollarda diaqnostika və müalicədə  

yeniliklərinə həsr olunub.  

Konfransı  giriş  nitqi  ilə  açan  AMEA­

nın  və  Rusiya    Elmlər  Akademiyasının  

üzvü,  Dövlət  mükafatı  laureatı,  ə.e.x., 

Azərbaycan Pediatrlar Assosiasiyasının 

prezidenti,  akademik  Adilə  Namazova 

tədbir  haqqında  iştirakçılara  məlumat 

verib. 


O,  bildirib  ki,  ümummilli  liderimiz 

Heydər  Əliyev  Azərbaycanda  təhsili, 

tibbi  təhsili  və  xüsusi  ilə  də  uşaqların 

sağlamlığı  üçün  pediatriya    təhsilini 

daim  dövlətin  prioritet    məsələsi  kimi 

diqqət  mərkəzində    saxlayaraq  bu 

sahənin inkişaf etdirilməsinə şərait ya-

ratmışdı.  Hazırda  da  bütün  dünyada 

baş verən böhran və dağıntılar fonunda 

Azərbaycanda  ana  və  uşaq    sağlam-

lığına    dövlət    qayğısı  yüksək  inkişaf  

səviyyəsi ilə seçilir. Son illər bu sahəyə 

diqqət və qayğının davamı olaraq Pre-

zident  İlham Əliyevin və Birinci vitse­

prezident  Mehriban  xanım  Əliyevanın 

səhiyyənin inkişafına verdikləri töhfələr 

fundamental xarakter daşıyır və ölkədə 

ana və uşaq sağlamlığına yüksək qayğı 

məqsədilə  irimiqyaslı  layihələr  həyata 

keçirilir.

Akademik  qeyd  edib  ki,  Azərbaycan 

Pediatrlar  Assosiasiyası  1930­cu  ildən 

hazırkı dövrə qədər ölkəmizdə fəaliyyət 

göstərir  və  mütəmadi  olaraq  planlaşdı-

rılmış bir sıra məqsədləri vardır. Belə ki, 

türkdilli  ölkələrin  konqreslərinin  təşkili, 

Azərbaycan Dövlətinin və Səhiyyə Na-

zirliyinin  tibb  sahəsinin  layihələrində 

yaxından  iştirak  və  köməklik  işi,  

“Azərbaycanda  Tibbi  bioetikanın  inki-

şafı  Layihəsi”  proqramının  tərtibi  bu 

məqsədlər  sırasındadır.  Eyni  zaman-

da  YUNESCO­nun  tibbi  bioetika  üzrə 

tədqiqat  layihəsində  dəfələrlə  iştirak 

edib.  MDB­nin  və  Beynəlxalq  Etika 

Komitələri,  Parlamentlərarası  Assamb-

leyası ilə birgə “Tibbi etika üzrə Avropa 

standart qanunları və etik təhsil” layihəsi 

hazırlanıb,  beynəlxalq  mütəxəssislərlə 

pediatrlara  master  klasslar  v  s.  həyata 

keçirilib.  Təşkilat  İctimai  birlik  kimi 

dövlət siyasətini rəhbər tutaraq, ölkənin 

gələcəyi ­ əsasən uşaq sağlamlığının qo-

runması məqsədinə yönəlmiş işlər görür 

və bu işlər  ölkə rəhbərləriyi tərəfindən 

yüksək    qiymətləndirilir,  beynəlxalq 

tədbirlərin  Bakıda  keçirilməsinə  yaxın-

dan  köməklik  göstərilir.  APA  bir  neçə 

ildir  ki,    gördükləri  işlərin  mahiyyətinə 

görə  Rusiya  Federasiyasının  və  Avro-

pa  Pediatrlar  Assosiasiyalarının  böyük 

ailəsinə üzv qəbul olunub.

Konfransda  III  uşaq  xəstəlikləri 

kafedrasının 

əməkdaşları, 

dosent 


L.Hidayətova və dosent F.Məmmədova 

müxtəlif  mövzularda  məruzələr  etdilər. 

Konfransın gedişində həmçinin Moskva 

şəhərindən  dəvət  olunmuş  A.Vastistov 

həkimlərə  yeni  ekspress  diaqnos-

tik  metod­streptotestlər  üzrə  “  Master 

klass”  təqdim etdi.  

K.Fərəcova  adına  ETPİ­nin  baş 

həkimi,  t.e.n.  T.Şahbazova  və  konf-

rans  iştirakçıları  məruzələrin  yüksək 

səviyyədə,  elmi  əsaslı  və  pediatrların 

gündəlik  həyatında  zəruri  olduğunu 

qeyd  etdilər.  Onlar  belə  konfransların 

respublikamızın başqa şəhər və rayon-

larında da təşkil olunmasını  təklif etdilər.

T.TAĞIZADƏ,



Müalicə-profilaktika fakültəsinin  III uşaq 

xəstəlikləri kafedrasının əməkdaşı, APAnın 

icraçı direktoru, t.e.n., dosent

“PEDİATRİYANIN AKTUAL PROBLEMLƏRİ” 

mövzusunda  elmi-praktiki konfrans

“PEDİATRİYANIN AKTUAL PROBLEMLƏRİ” 

mövzusunda  elmi-praktiki konfrans

Tədris Cərrahiyyə Klinikasında 

maraqlı əməliyyat

II  müalicə-profilaktika    fakültəsinin  V    kurs,  307

a

 

qrup tələbəsi Əhmədli Elşən  Cəmil oğlunun  adına ve-



rilmiş qiymət kitabçası  itdiyi üçün etibarsız sayılır.

Tibbi  profilaktika    fakültəsinin  V  kurs,  600

a

  qrup 


tələbəsi Mahmudlu Fariz Bəhlul oğlunun    adına veril-

miş tələbə bileti  itdiyi üçün etibarsız sayılır.

Əczaçılıq  fakültəsinin  IV  kurs,  861

b

  qrup  tələbəsi  



Karimi Giglou Elhameh Muhsen qızının  adına verilmiş 

tələbə bileti  və qiymət kitabçası itdiyi üçün etibarsız 

sayılır.

I müalicə-profilaktika  fakültəsinin I kurs, 180

b

 qrup 


tələbəsi  Hazal  Arıkan  Ömər  qızının    adına  verilmiş 

qiymət kitabçası  itdiyi üçün etibarsız sayılır.



Yüklə 284,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə