30 iyun 2017-ci il
4
http://w w w.amu.edu.az
Azərbaycan Tibb Universi
tetinin Tədris Terapevtik Klini
kasında Ramazan bayramı ilə
əlaqədar keçirilən 2 günlük
ödənişsiz aksiya başa çatıb.
Aksiya barədə fikirlərini
bölüşən ölkənin Baş nef-
roloqu, professor Mehman
Ağayev müayinəyə gələn
insan lar içərisində daha
çox gecikmiş patalogiya ilə
müra ciət edənlərin olduğu-
nu bildirib: “Böyrəklərin il-
tihabi xəstəlikləri, şəkərli
diabet və arterial hiperten-
ziya nəticəsində böyrəklərin
zədələnməsi ilə müayinəyə
gələnlər üstünlük təşkil edir.
Müşahidəmdən onu deyə
bilərəm ki, insanlar vaxtın-
da və zamanında həkim
müayinəsinə
gəlməkdən
sanki qorxurlar. Belə olduğu
halda xəstəliklər daha ağır
formada özünü büruzə ve-
rir və nəticədə böyrəklərin
itirilməsinə qədər gətirib çıxa-
rır”.
Professor onu da qeyd
edib ki, Ramazan bayramı
ərəfəsində keçirilən bu aksi-
ya çox böyük önəm daşıyır:
“Bu həm səhiyyəmizə, həm
də ölkə əhalisinə göstərilən
xidmət olaraq, böyük önəm
kəsb edir. Bu gün həkim kimi
insanlarımıza daha çox la-
zımlı olduğumu və mənəvi ra-
hatçılıq tapdığımı hiss etdim”.
Azərbaycan Tibb Univer-
sitetinin prorektoru, dosent,
uşaq nefroloqu Rauf Bəylərov
da öz növbəsində aksiyanın
maddi vəziyyəti aşağı olan in-
sanlara köməklik baxımından
vacib olduğunu vurğuladı.
“Baxış keçirilən uşaqlar
arasında elə də ciddi xəstə
likləri aşkar etmədik. On-
lardan çoxunu analizlərə
göndərdik, çünki böyrəklərə
birdənbirə diaqnoz qoyulma-
sı qətiyyən doğru deyil. Bu
analizlərin nəticəsindən asılı
olaraq həmin uşaqlara müva-
fiq dərman vasitələri də tətbiq
olunacaq.
Bu gün bir daha qəbul
edilən qız uşaqları arasında
sidik yolları infeksiyasının,
digər uşaqlar arasında isə
qəbizlik və sklerozun geniş
yayıldığının şahidi oldum.
Qız uşaqları arasında sidik
yolları infeksiyasının yayılma-
sının əsas səbəblərindən biri
də gigiyenik qaydalara əməl
olunmamasıdır. Buna görə də
qız anası olan valideynlər bu
kimi məsələlərdə çox diqqətli
olmalıdırlar”.
R.Bəylərov
həmçinin
ak si ya ya
Türkiyədə
və
Qa zaxıstanda
yaşayan
azərbaycanlıların da qatıldı-
ğını bildirdi.
Ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə uyğun
olaraq ölkədə səhiyyə mütəxəssislərində peşə bilik və bacarıq
larının təkmil ləş dirilməsi prosesinin bey nəl xalq təcrübəyə uy
ğunlaşdırılması məqsədi ilə imzalanmış Əmrdə səlahiyyətli şəxs
və qurumlara tapşırıqlar verilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTACa
xəbər verirlər ki, Əmrdə “Həkimlərin bilik və bacarıqla-
rının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar” ın
təsdiqlənməsi və həmin qaydaları səhiyyə müəssisəsi
rəhbərlərinin həmin qaydaları öz işlərində rəhbər tutmaq tap-
şırılır.
Əmrdə sinir xəstəlikləri, anesteziologiya və reanimatologi-
ya, mikrobiologiya və epidemiologiya, otorinolarinqologiya və
kardiologiya kafedraları üzrə davamlı tibbi təhsilin 2017/2018
ci tədris ilindən tətbiqi pilot layihəsi üçün təkmilləşdirmə
kurslarının təşkili və proqramların hazırlanması, həmçinin
sertifikasiyadan keçmək üçün sənədlərin qəbulunun təmin
edilməsi, pilot layihəsinin nəticələrinə əsasən davamlı tibbi
təhsil sisteminin digər ixtisaslar üzrə tətbiqi edilməsi Ə.Əliyev
adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu-
nun rektoru Nazim Qasımova tapşırılması öz əksini tapıb.
Daha sonra Əmrdə kadrlar, elm və təhsil şöbəsinin
rəhbərliyinə və Səhiyyə Nazirliyinin ElmiTibbi Şurası-
nın sədrinə səhiyyə, elm və təhsil müəssisələri, peşəkar
cəmiyyətlər və digər müəssisə və təşkilatlar tərəfindən
keçirilən elmi və tədris tədbirlərinin davamlı tibbi təhsil üzrə
akkreditə olunması barədə 1 ay müddətində təkliflər hazır-
lanması, davamlı tibbi təhsil sistemi üzrə yeni tədris ilinədək
elektron proqramın texniki tapşırığının və proqramın hazır-
lanması, həmçinin istifadəyə verilməsinin təmin edilməsi tap-
şırılır.
Tədris Terapevtik Klinikada keçirilən iki günlük pulsuz aksiya başa çatdı
Səhiyyə naziri “Həkimlərin bilik və
bacarıqlarının təkmilləşdirilməsi sahəsində
əlavə tədbirlər barədə” Əmr imzalayıb
ATU-nun mətbuat xidməti
Bu günlərdə Azərbaycan Tibb Universitetinin Rek-
toru yanında İctimai Nəzarət və Məsləhət Şurasının
(İNMŞ) təşkilatçılığı ilə ATU-da imtahan sessiyasının
gedişatına ictimai baxış keçirilib. İctimai baxış 2016-
2017-ci tədris ilinin yay imtahan sessiyasında şəffaflığın
və obyektivliyin təmin edilməsinə nəzarət məqsədilə
İNMŞ iclasının qərarına əsasən təşkil edilib.
İctimai baxış zamanı Şura üzvlərinə məlum oldu ki,
ATUda təhsil alan tələbələrin – gələcəyin həkim və
əczaçıları olacaq bu gənclərin biliklərinin düzgün, ob-
yektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi
üçün imtahanlar mərkəzləşdirilmiş qaydada, universi-
tetin Virtual Test Mərkəzində kompyüterlər vasitəsilə
test üsulu ilə həyata keçirilir. VI kurs müalicə
profilaktika, tibbiprofilaktika, hərbitibbi fakültəsinin,
V kurs stomatologiya və IV kurs əczaçılıq fakültəsinin
tələbələrinin buraxılış imtahanları da daxil olmaq-
la, ümumilikdə 157 fənn üzrə keçirilən imtahanların
qəbulu 10 may 2017ci ildən başlayaraq 5 iyul 2017ci
il tarixinədək davam edəcək.
ATUnun rektoru yanında İNMŞnın üzvləri virtu-
al test mərkəzində olarkən, hər gün 220 kompyüter
vasitəsilə təxminən 2000ə yaxın imtahan verən
tələbələr üçün hər cür şəraitin yaradılması və imta-
hanların şəffaf və obyektiv keçirilməsinin şahidi ol-
dular. Bu faktı imtahan mərkəzində yaradılmış Ap-
pelyasiya Komissiyasının fəaliyyət göstərməsi bir
daha təsdiq etdi. Şura üzvlərinə məlumat verildi ki,
Komissiya imtahan zamanı baş verən hər hansı an-
laşılmazlıq, test suallarıyla bağlı tələbələrin bütün
şikayətlərinə dərhal baxır və müvafiq tədbirlər görü-
lür.
Baxış zamanı məlum oldu ki, indiyə qədər
tələbələr tərəfindən daxil olan 180ə yaxın şikayət
yazılı şəkildə qəbul edilib və hər biri ilə bağlı müva-
fiq ölçü götürülüb. İctimai Şuranın üzvləri ATUnun
virtual test mərkəzində keçirilən imtahanlarla yanaşı,
son illər universitetin TədrisCərrahiyə Klinikasında
keçirilən bacarıq vərdişləri üzrə buraxılış imtahanla-
rını da izlədilər.
Burada tələbələr bacarıq vərdişlərinə necə
yiyələnməsini nümayiş etdirir, əyani vasitələr üzərində
təcrübi bacarıqlarını göstərirlər. ATUda əczaçılıq
fakültəsində bakalavr pilləsində təhsil alan IV kurs
tələbələrinin buraxılışı isə diplomburaxılış işlərinin
müdafiəsi ilə həyata keçrilir. Qeyd etmək lazımdır ki,
bu tələbələrin bir hissəsi xarici ölkə vətəndaşlarıdır.
ATUnun rektoru yanında İctimai Nəzəarət
və Məsləhət Şurasının sədri, millət vəkili İlham
Məmmədov, sədr müavini, ATUnun müəlliməsi
və “Gənc vətəndaş” İBnin sədr müavini Aidə
Bəndəliyeva, şuranın üzvləri Azərbaycan Milli Qeyri
Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf
Zeyni, “İki sahil” qəzetinin redaktoru, Mətbuat Şurası
İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, “Cəmiyyətin
və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi-
nin sədri, QHTlərin Antikorrupsiya Şəbəkəsinin üzvü
Əhməd Abbasbəyli, ATUnun müalicəprofilaktika
fakültəsinin IV kurs tələbəsi Məhərrəm Amilli bura-
xılış işlərinin müdafiəsində də iştirak edərək həm
müdafiənin gedişatı, həm də müdafiə komissiyasının
işi ilə yaxından tanış oldular.
ATUnun rektoru yanında İctimai Nəzarət və
Məsləhət Şurasının sədri və şura üzvləri keçirdikləri
ictimai baxış zamanı universitet kollektivi ilə yaxın-
dan tanış olublar və onlara öz tövsiyyələrini veriblər.
Onlar ATUda imtahan sessiyasının mövcud norma-
tiv sənədlər əsasında təşkil olunduğunu müşahidə
ediblər. Bununla yanaşı, Şuranın sədri, millət vəkili
İlham Məmmədov gələcəkdə universitetdə yenicə
fəaliyyətə başlamış İctimai Nəzarət və Məsləhət
Şurasının müvafiq qərargahının yaradılması, xüsusi
rəy qutularının yerləşdirilməsinin zəruriliyini vurğu-
layıb. Onun sözlərinə görə, bu addımlar gələcəkdə
həm imtahanların gedişində, həm də universitetin
fəaliyyətində obyektivlik və şəffaflığın təmin olunma-
sını daha da artıracaq, qərargahın fəaliyyəti barədə
müəllim, tələbə və valideynlərə, həmçinin ictimaiyyət
nümayəndələrinə mütəmadi məlumat verilməsinə
yardımçı olacaq.
ATU-da ictimai baxış keçirildi
ATU-da ictimai baxış keçirildi