Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə11/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

rakurs
21
USTAD 
dərgisi \ Fevral 2016
20
USTAD 
dərgisi \ Fevral 2016
Səlim, Qanuni Sultan Süleyman, Cahan Şah 
Həqiqi, Qazi Bürhanəddin, Cəlayirli Əhməd 
və Şah İsmayıl Xətayi kimi sadəcə bu dövrün 
deyil, bütün türk tarixinin ən böyük adlarını 
yan-yana və eyni səviyyədə yaşatmışdır”. (5: 
məruz qalmayıb. Halbuki ona yaxın bir 
dövrdə, hətta sarayda yaşayan Xaqani 
Şirvani sürgün olunmuş, əziyyətlər çəkmişdir. 
Nizaminin məsləhətləri ilə ölkəsini idarə 
edən Səlcuqilər, Eldəgizlər, Şirvanşahlar 
s.3)
XI əsrin əvvəlləri türk 
mədəniyyətində və dünya 
hökmranlığında bir intibah 
yaşandı. Bu intibahın əsas 
səbəbi türk təfəkkürünün 
Bilgə Kağandan sonrakı 
məişət səviyyəsindən mərifət 
səviyyəsinə yüksəlişi idi. 
Səlcuqlar İmperiyasının 
varisi olan Azərbaycan 
Atabəylər dövlətinin (XI-XII 
əsr) qısa müddətdə böyük 
uğur qazanmasının, heç 
şübhəsiz, əsas  fiquru Şeyx 
rütbəsi qazanmış şair, böyük 
mütəfəkkir, filosof Nizami 
Gəncəvi idi. Hökmdarın şairə 
verdiyi dəyər onu bir gücə 
çevirmişdi. Çünki şair haqqı 
söyləyər, heç vaxt haqdan 
çəkinməz. Əlbəttə ki, bu 
anlamda günümüzün məddah 
şairlərini nəzərdə tutmuruq. 
Nizami bu gün şifrələrini 
itirdiyimiz elmin hökmdarı 
idi. Əxilik sistemi ilə idarə 
edilən türk dövlətləri bu gün 
həmin dünyəvi şifrələrdən 
məhrumdurlar. 
Nizami öz dövrünün hökmdarları 
tərəfindən böyük hörmət sahibi kimi 
qarşılanan şəxs idi, onun sözü-şeiri rəiyyət 
içərisində nüfuz sahibi idi, deməli, Nizami 
Gəncəvinin arxasında haqq şeirinin sehri 
ilə məftun olmuş xalq var idi. Burada 
çox maraqlı bir məqam diqqətimizi çəkir. 
Ədəbiyyatımızda nə Nizamiyə qədər, nə də 
Nizamidən sonra müxtəlif şahlar tərəfindən 
bu qədər xüsusi rəğbətlə qarşılanan şair 
yoxdur. Tarixə nəzər yetirdikdə şahid oluruq 
ki, şahlara qarşı öz əsərləri ilə etirazını 
bildirən Nizami Gəncəvi heç bir təzyiqə 
dövlətləri, əlbəttə ki, onun hörmətini 
qazanmaq üçün əllərindən gələni edirdilər. 
Bu da dövrün hökmdarlarının şeirə – xalqın 
sevdiyi haqq sözə verdiyi qiymətin bariz 
nümunəsi idi. Biz bu məqama “Kitabi-Dədə 
Qorqud” dastanlarında da rast gəlirik. Oğuz 
hökmdarının hər addımında şair Dədəm 
Qorquddan məsləhət alması, onun sözü ilə 
oturub-durması fikrimizin təsdiqidir. O həmin 
şair idi ki, haqdan xəbər verirdi. 
Şairin nüfuzunun Nizami zirvəsi XII əsrdə 
istiqamətini dəyişdi. Belə ki,  saraylarda 
kütləvi şəkildə şairlər peyda oldu. Şeir 
ŞAH İSMAYIL
XƏTAYİ


rakurs
23
USTAD 
dərgisi \ Fevral 2016
22
USTAD 
dərgisi \ Fevral 2016
formasını öyrənən bir çox insan şeirə çörək 
ağacı kimi baxdı ki, bunun nəticəsində də 
məddahlar meydana çıxdı. Və beləcə, ağ 
qaradan seçilməz oldu. Məddahlıq çoxaldıqca 
haqq sirrin daşıyıcıları olan şairlər saraylarda 
özlərinə yer tapa bilmədilər, hökmdarla 
xalqın arasında vasitəçi olmaqdan uzaq 
düşdülər. Bəlkə də, bunun nəticəsi idi ki, 
sonralar sufizm, hürufizm kimi təriqətlər 
yarandı. Bu elmlərin sirrini özündə 
daşıyanlar isə dərviş libasında xalqın yanında 
yer tutdular. İmadəddin Nəsiminin, Yunis 
Əmrənin, Şəms Təbrizinin xalq arasındakı 
nüfuzu bunun bariz nümunəsidir. 
Şahla şair münasibətinin pozulması 
sonrakı dövrlərdə şairin şah, şahın da şair 
olmaq arzusunu inkişaf etdirdi. Şərq-türk 
təfəkkürünə görə, xaqanlar Tanrının seçdiyi 
insanlardır. Tanrının seçdiyi insan haqq 
sözünün nə olduğunu bilməlidir ki, idarəçiliyi 
də ədalətli olsun. 
Elə bu səbəbdəndir ki, XII-XIII əsrdən 
sonra türk hökmdarları arasında bir ənənə 
başladı. Onlar öz varislərini ürfan elmindən 
dərs almağa, sözün qüdrətinə vaqif olmağa 
yönləndirdilər. Beləcə, beş-altı yüz il içində, 
demək olar ki, bütün türk hökmdarları sözün 
sirrinə agah, ürfan elminə bələd oldular. 
Onların uzun sürən hakimiyyəti, daim 
parlayan qılıncları vardı. “
Türk ruhunun 
ucalığını, türk mədəniyyətinin böyüklüyünü 
göstərən amillərdən biri də Gündoğandan 
Günbatana geniş türk coğrafiyasında 
qurulmuş dövlətlərə başçılıq etmiş sultanların, 
hökmdarların çoxunun şeir yazmasıdır”. (5: 
s.3)
Tariximizdə bəlli olan dünya 
hökmdarlarının həyatına nəzər salsaq, 
ikinci bir xalq tapa bilmərik ki, türklərdə 
olduğu qədər şair-hökmdar görək. Qazi 
Bürhanəddin, Çingiz xan, Cahanşah Həqiqi, 
Şah İsmayıl Xətayi, Sultan Süleyman və s. 
Bu heç də təsadüfi deyil. Çünki dünyaya 
böyük bir inanc sistemi, mədəniyyət bəxş 
edən türklər ilk öncə sözə, sonra isə 
qılınca söykənmişlər. Necə ki Məhəmməd 
peyğəmbər etmiş və İslam İmperiyasını 
qurmuşdu. Bunun ən uca zirvəsi isə taxta 
qılınca sarılan söz sərrafı, hürufi elminin 
döyüşən qılıncı, XIV-XV əsrdə yaşamış 
İmadəddin Nəsimi idi.
Fəlsəfə doktoru Fəxrəddin Salim “Milli 
yaddaş sistemində ürfan və təsəvvüf” 
əsərində  deyir: 
“Tarixdə Sultan Mahmud 
Qəznəvinin, Qazi Bürhanəddinin, Əlaəddin 
Keyqubadın, Uluğbəyin və nəhayət, Şah 
İsmayıl Xətayinin simasında birbaşa və 
şəxsən sufi olan, ürfan əhli, ərbabi-təsəvvüf 
olan hökmdarlar yalnız türklərə məxsusdur. 
Bu fakt həm tarixi, həm mədəni, həm 
fəlsəfi, həm də siyasi baxımdan çox böyük 
əhəmiyyətə malikdir. Nəqşibəndilərin 
Orta Asiyada, mövləvilərin Anadoluda, 
xəlvətilərin, nemətullahilərin, qadirilərin, 
hürufilərin, bektaşilərin digər cəmiyyətlərdə 
yüksək mövqelərə gəlmələri, dövlətin və  
xalqın aparıcı simalarına çevrilmələri məhz 
türk hökmdarlarının xidmətidir”. (3: s.86) 
Bəli, tədqiqatçının da qeyd etdiyi kimi, ürfan 
elminə bələd olan türk hökmdarları bu bəşəri 
elm sahiblərini ən yüksək vəzifələrə cəlb 
etdi, haqqın bərqərar olması üçün onların 
tövsiyələrindən yararlandılar. 
Biz bu vəhdəti XII-XIII əsrlərdə 
Azərbaycan torpaqlarında hökmdarlıq 
etmiş Məhəmməd Cahan Pəhləvan, Qızıl 
QAZİ
BÜRHANƏDDİN


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə